LİTVADA XOCALI
FACİƏSİNİN 18-Cİ İLDÖNÜMÜ
İLƏ ƏLAQƏDAR SİLSİLƏ
TƏDBİRLƏR KEÇİRİLİR
Bakı, 23 fevral
(AZƏRTAC). Litva Azərbaycanlıları
Cəmiyyəti (LAC) Xocalı
faciəsinin 18-ci ildönümü
ilə bağlı soyqırımı həqiqətlərinin
bu ölkənin ictimaiyyətinə və siyasi dairələrinə
çatdırılması məqsədi ilə bir sıra təbliğat
tədbirləri və
anma mərasimləri keçirir.
Cəmiyyətin sədri
Mahir Həmzəyev bildirmişdir ki, LAC-ın təşəbbüsü
ilə Litvanın
www.slaptai.lt saytında tanınmış
jurnalist və naşir Gintaras Visotskasın Xocalı faciəsi haqqında geniş analitik məqaləsi, foto və video görüntülər
yerləşdirilmişdir.
Bu təbliğat
materialları fevralın
24-də Kaunas şəhərində
“XXI əsr” (“XXI amžius”)
qəzetində dərc
olunacaqdır. Bunlardan
əlavə, Cəmiyyətin
təşəbbüsü ilə Litva radiosunda qanlı Xocalı hadisələrinin
obyektiv işıqlandırılmasına
və onlara düzgün hüquqi-siyasi
qiymət verilməsinə
həsr edilmiş veriliş yayımlanacaqdır.
Verilişdə yerli tarixçilər, beynəlxalq
icmalçılar və
siyasi şərhçilərlə
bərabər, Litva Azərbaycanlıları Cəmiyyətinin
sədri Mahir Həmzəyev də iştirak edəcək, Xocalı soyqırımı
haqqında faktları
və Azərbaycanın
ədalətli mövqeyini
ictimaiyyətə çatdıracaqdır.
Xocalı faciəsinin obyektiv işıqlandırılmasına həsr olunmuş materiallarla http://slaptai.lt/azerbaidzanas/2918-chodzaly-skerdynes--pati-didziausia-tragedija-kuri-istiko-pasauli-1992-aisiais.html linkində tanış olmaq mümkündür.
AZƏRTAC.- 2010.- 23 fevral.