Litvanın azadlığı uğrunda canından keçmiş həmyerlimizin həyatı araşdırılır

 

Şakir Sadıqov 1944-1951-ci illərdə litvalı partizanlarla birlikdə Litvanın azadlığı uğrunda vuruşmuş azərbaycanlıdır. Bu gün onun xatirəsi Litvada hörmətlə yad olunur. Litvalı komandirlər Venlausko Con Piter Bartkusun rəhbərliyi ilə vuruşan azərbaycanlını silahdaşları göstərdiyi şücaətlərə görəValius”, yəni, “möhkəm iradəliadlandırırdılar.

Hazırda Litvada yaşayan azərbaycanlı diaspor fəalı, ədəbiyyatçı publisist Mahir Həmzəyev qəhrəman həmvətənimiz barədə araşdırma aparır. O qeyd edib ki, Litvada həmişə müxtəlif xalqların konfessiyaların nümayəndələri yaşayıblar. Onlar iqtisadi, mədəni sosial baxımdan yerlilərlə qaynayıb-qarışıblar. Yeri gələndə ölkənin azadlıq ideyaları uğrunda yerlilərlə çiyin-çiyinə vuruşublar. Şakir Sadıqov da belələrindən olub. Bakıda dünyaya gəlmiş Şakir Sadıqov sovet qoşunlarında xidmət edərkən sürgün olunmuş insanların taleyini yaxından görüb. Gördükləri onun gələcək həyatına ciddi təsir edib o, Litvada olarkən partizanlara qoşulmaq qərarına gəlib. Ömrünün sonunadək, yəni, sovet hakimiyyəti tərəfindən güllələndiyi günədək xalqların azadlığının tərəfdarı olub.

 

Aygün Əliyeva

 

AZƏRTAC-ın xüsusi müxbiri

 

Vilnüs

 

AZƏRTAC.- 2018.- 8 noyabr.