Litvadakı
Azərbaycan diasporu Dağlıq Qarabağ münaqişəsi ilə
əlaqədar bu ölkənin Prezidentinə
və digər rəhbər şəxslərinə
müraciət ünvanlayıb
Litva Azərbaycanlıları
Cəmiyyəti və
Litva–Azərbaycan Assosiasiyası Azərbaycan
ilə Ermənistan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinə
adekvat reaksiyanın verilməsi, işğalçı
Ermənistana təzyiqin
göstərilməsi, ona
qarşı beynəlxalq
sanksiyaların tətbiq
edilməsi ilə qoşunlarını Azərbaycanın
işğal olunmuş
bütün ərazilərindən
qeyd-şərtsiz çıxarmağa
məcbur edilməsi məqsədilə bu ölkənin Prezidentinə,
Baş Nazirinə və digər rəhbər şəxslərinə
müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, müraciətin
tam mətni bu ölkənin “ELTA” xəbərlər agentliyinin
saytında Litva və rus dillərində
dərc edilib, həmçinin sosial şəbəkələrdə geniş yayılıb.
Müraciətdən bildirilir ki, Litva və onun
NATO blokundakı bütün
hərbi müttəfiqləri
Dağlıq Qarabağ
bölgəsini Azərbaycanın
ayrılmaz tərkib hissəsi kimi tanıyır. Bu ərazilər Ermənistan
tərəfindən işğal
edilib. İşğal
zamanı orada yaşayan azərbaycanlılar
öz yurdlarından didərgin salınıblar.
Hazırda bu ərazidə yaradılan qondarma rejim dünyanın heç bir ölkəsi tərəfindən rəsmən
tanınmayıb.
Diqqətə çatdırılır
ki, Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir dövlətin ərazisinə iddia etmir və öz
torpaqları üzərində
suverenliyini bərpa etmək istəyir. Əgər beynəlxalq ictimaiyyət təxminən
30 ilə yaxındır
davam edən bu münaqişənin həllini istəyirsə,
o zaman Ermənistanı
öz qoşunlarını
Azərbaycanın işğal
edilmiş torpaqlarından
çıxarmasına məcbur
etməlidir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi
müxbiri
Vilnüs
AZƏRTAC.- 2020.- 10 oktyabr.