Mərkəzi Elmi Kitabxananın fondları yeni nəşrlərlə zənginləşir

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarına yeni nəşrlər təqdim olunub.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, bu yaxınlarda Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev müəllifi olduğu kulturoloji məqalələr, tarixi publisistika, politoloji qeydlər, müsahibələr, sənədli oçerk esselərdən ibarət olanVilnüs-Bakı. Mədəniyyət Körpüləri Dialoq Meridianlarıkitabını MEK-ə hədiyyə edib.

Həmçinin kitabxananın bir neçə ay əvvəl istifadəyə verilmişQarabağ müharibəsi qəhrəmanlarıfonduna yeni nəşrlər təqdim olunub. Bunların sırasında Bahar BərdəlininQarabağın dayağı Bərdə - Bərdənin qüruru şəhidlər”, Suma SakitqızınınFatehlər Sabirabad şəhidlərikitabları, Mərziyyə NəcəfovanınPoeziyamızın Qarabağ savaşı- Vətən müharibəsimonoqrafiyası digər nəşrlər var.

MEK-ə təqdim edilən nəşrlər sırasındaAzərbaycan tarixi (İntiqam Cəbrayılov, Tural Məmmədov)” abituriyentlər üçün dərs vəsaiti, Kənan HacınınHakimə açılan atəşromanı, Hacı Niftalı Şıxların “Bizim əfsanəvi kosmos generalımız. General-Leytenant-Mühəndis Kərim Abbasəli oğlu Kərimov-100” kitabı digərləri yer alır.

Qeyd edək ki, kitabxanaya müntəzəm şəkildə müəlliflər təşkilatlar tərəfindən müxtəlif elmi mövzularda nəşrlər təqdim olunur.

 

AZƏRTAC.- 2021.- 13 dekabr.