Azərbaycan
və Litva parlament dostluq qruplarının onlayn görüşü olub
Fevralın 25-də Milli
Məclisin və Litva Seyminin parlamentlərarası əlaqələr
üzrə qarşılıqlı
dostluq qruplarının
videokonfrans formatında
görüşü keçirilib.
Parlamentin mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki,
Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev tədbir
iştirakçılarına Xocalı soyqırımı
barədə məlumat
verib. Deputat erməni təcavüzkarları
tərəfindən Xocalıda
qoca, uşaq, qadın demədən dinc əhalinin vəhşicəsinə qətlə
yetirilməsini bəşəriyyət
əleyhinə ən dəhşətli cinayətlərdən
biri kimi xarakterizə edib.
Bildirilib ki, Ermənistanın Qarabağ
münaqişəsinin nizamlanması
üçün aparılan
danışıqlarda əldə
edilən razılaşmalara,
BMT Təhlükəsizlik Şurası
da daxil olmaqla, nüfuzlu beynəlxalq təşkilatların
qərarlarına əməl
etməməsi ikinci müharibə ilə nəticələnib və
44 gün davam edən bu müharibə
Azərbaycanın Qələbəsi
ilə başa çatıb. Qeyd olunub ki, imzalanan
üçtərəfli bəyanat
münaqişəyə qon
qoyub, əldə edilən razılaşmalar
bölgədə uzunmüddətli
sülhün bərqərar
olması və gələcək inkişaf
üçün möhkəm
zəmin yaradıb.
Görüşdə çıxış edən
Litva-Azərbaycan parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun rəhbəri Kazis Starkeviçius Qarabağ münaqişəsi zamanı
həlak olan həmvətənlərimizə görə təəssüfləndiyini
bildirib və kədərini bölüşüb.
Litvalı deputat
iki ölkənin parlamentləri arasında münasibətlərin mövcud
vəziyyətindən danışıb
və ölkələrimizin
iqtisadi əlaqələrinin
inkişafı üçün
yeni imkanların yarandığını diqqətə
çatdırıb. O, ölkəsində
pandemiya ilə bağlı vəziyyət
barədə məlumat
verərək, əlaqələrimizin
pandemiyadan sonra daha da inkişaf
etdirilməsinin vacibliyindən,
bu işdə dostluq qruplarının rolundan söhbət açıb.
Tədbirdə çıxış
edən Azərbaycan-Litva
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun üzvləri Tahir Mirkişili, Rasim Musabəyov, Azər Kərimli, Kamilə Əliyeva, Şahin Seyidzadə Xocalı soyqırımı
kimi faciələrin bir daha təkrarlanmaması
üçün bu cür cinayətlərin pislənməsinin və beynəlxalq aləmdə hüquqi-siyasi qiymətini
almasının vacibliyini
qeyd ediblər.
Litva Seyminin Azərbaycanla dostluq qrupunda təmsil olunan deputatlar Pupinis Edmundas, Kestutis Masiulis, Rimante Şalaşeviçiute
mövcud əlaqələrimizin
müsbət dinamikasına
əsaslanaraq post pandemiya dövründə
bu potensialı artırmağın vacibliyinə
diqqət çəkiblər.
Azərbaycanın tarixi
acılarına hörmətlə
yanaşdıqlarını deyən deputatlar xalqlarımız arasında
təmasların artırılmasının
və bir-birimizin tarixini öyrənməyin
vacibliyini vurğulayıblar.
Onlayn tədbirdə hər iki ölkənin səfirləri Tamerlan Qarayev və Eqidiyus Navikas də iştirak ediblər.
AZƏRTAC.- 2021.- 25 fevral.