LitvadaAzərbaycan-Baltik mədəni əlaqələrikitabı çap olunub

 

Bu ilin iyulunda Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Yazıçılar İttifaqının üzvü, ədəbiyyatşünas, publisist tərcüməçi Mahir HəmzəyevinAzərbaycanBaltik mədəni əlaqələrikomparativistik araşdırmalar kitabı çap olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, kitab ölkəmizin Litvadakı səfirliyinin dəstəyi ilə işıq üzü görüb. Onun nəşri 1918-ci ildə müstəqil Azərbaycan, Estoniya, Latviya Litva respublikalarını yaratmış, həmin dövrdə dövlətlərarası əlaqələrimizin təməlini qoymuş, istiqlalın tanınması yolunda birgə mübarizə aparmış Azərbaycan Baltik xalqlarının Vətən sevdalı övladlarının şanlı xatirəsinə həsr edilib.

Beş yüz səhifədən ibarət bu irihəcmli nəşrə müəllifin Azərbaycan Baltik xalqları (litvalılar, latışlar estonlar) arasındakı çoxvektorlu mədəni əlaqələrə dair müxtəlif illərdə fərqli janrlarda yazdığı 130-dan çox müqayisəli araşdırma işi KİV-lərə verdiyi müsahibələr daxil edilib.

Ensiklopedik xarakter daşıyan kitab Azərbaycan Baltik dövlətləri müstəqillik əldə etdikdən sonra bu mövzuda dilimizdə çap edilən ilk nəşrdir. Mövzuların çoxu dövlətlərimizin istiqlal tarixində ilk dəfə olaraq müstəqillik dövrünün mədəniyyət siyasəti doktrinasına uyğun ideoloji yanaşmalar, keçmişə yeni baxış yeni konseptual dəyərləndirmələrə əsaslanan tədqiqat bucağı altında araşdırılıb.

Topluda, həmçinin ədəbiyyatlarımızın qarşılıqlı təsiri, “Kitabi-Dədə Qorqudeposunun Litva, latış eston dillərinə tərcüməsi ilə bağlı tədqiqatlar, dahi Azərbaycan şairi Nizaminin yaradıcılığının XIX əsrdən başlayaraq Litvada öyrənilməsi əsərlərinin burada yayımlanması barədə tarixi araşdırmalar, habelə bir sıra Azərbaycan müəlliflərinin yaradıcılığının Baltik mədəniyyətləri ilə əlaqələri haqqında ədəbi məqalələr yer alıb.

Kitabın əsas məramı Azərbaycan Baltik xalqları arasındakı tarixi ictimai-mədəni əlaqələrin köklərini axtarıb üzə çıxarmaq, bu əlaqələr əsasında ölkələrimiz arasında yeni məzmunlu mədəni körpülər salmaq, müasir dövrdə münasibətlərimizi genişləndirmək, xalqlarımızı mənəvi cəhətdən bir-birinə yaxınlaşdırmaq, Baltik ölkələrində bizə dost münasibət bəsləyənlərin sıralarını genişləndirməkdən ibarətdir.

Nəşr həm Azərbaycanla Baltik ölkələri arasında mədəni əməkdaşlıq dialoq strategiyasını daha məzmunlu dinamik tərzdə həyata keçirməyə stimul vermək məqsədi daşıyır.

Kitab Vilnüsdəki məşhur “BALTO printmətbəəsində 500 tirajla çapdan çıxıb.

Əsər geniş oxucu auditoriyası, o cümlədən kulturoloqlar, tarixçilər, ədəbiyyatçılar, politoloqlar, konfliktoloqlar, etnoloqlar, beynəlxalq icmalçılar, eləcə multikultural cəmiyyət, dövlətlərarası münasibətlər, diaspor, mədəniyyət etniklər siyasəti sahəsində çalışanlar üçün nəzərdə tutulub.

 

AZƏRTAC.- 2022.- 25 avqust.