Qardaş ölkədən qonaqlar

 

Qars Qafqaz Universitetinin rektoru, professor doktor Sami Özcan universitetin 23 nəfərlik akademik heyəti Naxçıvan Dövlət Universitetində səfərdə olublar. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli heyəti qəbul edərək universitetlə tanış edib. Qonaqlar universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində linqivistika kompyuter mərkəzlərində tədris prosesində müasir texnologiyalardan istifadədən razı qalıblar. Olimpiya tipli idman kompleksində universitetin idmanın ən müxtəlif sahələri üzrə qazandığı möhtəşəm uğurları sərgiləyən idman muzeyi, idmançı tələbələrlə görüş xüsusi maraq doğurub. Qars Qafqaz Universitetinin nümayəndələri NDU-nun İncəsənət fakültəsində müxtəlif kafedra siniflərdə olub, müəllim tələbələrin hazırladığı mini konsert proqramı böyük rəğbətlə qarşılanıb. Türkiyəli qoanaqlar Universitet Televiziyasında tədris yönlü verilişlərin hazırlanması, jurnalist tələbələrin praktiki fəaliyyəti üçün yaradılan mükəmməl şəraitdən razı qalıb, UTV əməkdaşına müsahibə veriblər. Sonra rektorluqda işgüzar görüş keçirilib. Rektor, akademik İsa Həbibbəyli universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingentini ilə bağlı ətraflı məlumat verib. Azərbaycan-Türkiyə arasındakı sarsılmaz birlikdən və tarixi köklərdən danışan rektor qeyd edib ki, 37 ölkə ilə beynəlxalq əlaqəyə malik Naxçıvan Dövlət Universiteti qardaş Türkiyənin Ankara, Ərdahan, Van 100-cü il, Koaceli universitetləri ilə dayanıqlı elmi əməkdaşlığa malikdir. Bu tərəfdaşlıqda xüsusi yeri olan Qars Qafqaz Universiteti ilə 1999-cu ildən başlayan əlaqələr universitetlərin ən müxtəlif sahələrdə inkişafı, dünya elm, tədris siteminə inteqrasiyası üçün əsas zəmin olub. Xatırladılıb ki, Qars Qafqaz Universitetinin təşəbbüsü ilə Bakı-Tbilisi-Ərdahan-Qars dəmiryolu üzərində yerləşən ali məktəblərin əməkdaşlığı layihəsi uğurla həyata keçirilməkdədir. NDU-nun baytarlıq ixtisası tələbələrinin mütəxəssis kimi yetişməsində Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsinin mühüm xidmətləri var. İsa Həbibbəyli bu əməkdaşlığın qurulmasında Qars Qafqaz Universitetinin sabiq rektorları Necati Kaya Abamüslüm Güvenin əməyini xüsusi qiymətləndirib, yeni seçilmiş rektor, professor doktor Sami Özcanın universitetlərarası əlaqələrin gələcək inkişafına böyük dəstək olacağına əminliyini bildirib. Sami Özcan Naxçıvan Dövlət Universitetinin elmin, təhsilin tərəqqisi, müasir texnologiyaların tətbiqi, yeni tədris üsullarının mənimsənilməsi istiqamətində böyük inkişaf yolu keçdiyini söyləyib. Qars Qafqaz Universiteti haqqında geniş məlumat verən rektor gələcək əməkdaşlıq haqqında yeni təkliflər verib. Müzakirə zamanı bakalavr, magistratura, doktorantura təhsil pillələri üzrə elmi-pedaqoji kadr tələbə mübadiləsi məsələlərindən, hər iki ali məktəbdə mükəmməl ixtisasa yiyələnmiş məzunlara qoşa diplomların verilməsinin mümkünlüyü məsələlərindən söhbət açılıb. NDU-nun tədris işləri üzrə prorektoru, Əməkdar elm xadimi Hüseyn Həşimli və tərbiyə işləri üzrə prorektoru, Əməkdar müəllim Məmməd Rzayev, Qars Qafqaz Universitetinin rektor yardımçıları - professor doktorlar Hidayət Mətin Ərdoğan və Cavid Arslan universitetlərarası əlaqələrin yeni mərhələdə inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə ediblər. Belə ki, Araz hövzəsi: Naxçıvan və Qars, Qafqaz Türkiyə mənbələrində Naxçıvan və Qars adlı beynəlxalq simpoziumların, uluslararası Qafqaz şairlərinin toplantısı, şeir gecələri, mədəniyyət kollektivlərinin qastrolları, idman yarışlarının təşkili ilə bağlı razılaşmalar əldə edilib. Görüş zamanı fevral-mart aylarında Qarsda imzalanacaq qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin ilkin variantı müzakirə olunub. Qars Qafqaz Universitetinin rektor yardımçısı, Baytarlıq fakültəsinin dekanı Hidayət Mətin Ərdoğan və fakültənin bir qrup nümayəndəsinin də qatıldığı heyət Naxçıvan MR Elmi-Tədqiqat Baytarlıq Stansiyasında da olublar. Naxçıvan Dövlət Universitetinin baytarlıq ixtisası tələbələri üçün elmi-təcrübi baza rolunu oynayan bu stansiyada yaradılan şəraitlə tanışlıq, əməliyyat otaqları, diaqnostika-müayinə laboratoriyaları türkiyəli həmkarların marağına səbəb olub. Türkiyəli heyəti Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov da qəbul edib.

 

 

Mehriban SULTAN,

NDU-nun mətbuat şöbəsinin müdiri

 

Palitra.- 2011.- 25 yanvar.- S. 11.