31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI
GÜNÜDÜR
Bu həftə boyunca
dünya azərbaycanlıları 92 il əvvəl ermənilərin
azərbaycanlılara qarşı törətdiyi vəhşiliyin
ildönümünü qeyd etdilər. 31 Mart azərbaycanlıların
soyqırımı günü Bakının bütün təhsil
müəssisələrində, o cümlədən məktəbdənkənar
müəssisələrdə də anıldı.
29 mart 2010-cu ildə
Bakı şəhəri 24 ¹-li Uşaq və Gənclərin
Yaradıcılıq Mərkəzində 31 Mart azərbaycanlıların
soyqırımı gününə həsr edilən sərgi
keçirilib. Sərgidə 90-a yaxın rəsm əsəri
nümayiş olunub. Sərginin keçirilməsində əsas
məqsəd gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə edilməsi, xalqımızın
başına gətirilən bəlaların balaca rəssamların
yaradıcılığında əks olunması və
günahsız qurbanların əziz xatirəsinin
anılmasından ibarətdir.
Sərgini mərkəzin
direktoru Gülarə Quliyeva nitqi ilə açıq elan edib.
Direktor çıxışı zamanı son iki əsrdə
Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü
şəkildə həyata keçirilən etnik təmizləmə
və soyqırım siyasəti nəticəsində
xalqımızın ağır təzyiqlərə məruz
qaldığını, 1918-ci ildə Bakıda və Azərbaycanın
digər bölgələrində ermənilərin törətdikləri
vəhşiliklərin qan yaddaşımızda əbədi iz
buraxdığını bildirib. Tədbirdə 24 ¹-li Uşaq
və Gənclərin Yaradıcılıq Mərkəzinin
dram dərnəyinin üzvləri də kompozisiya ilə
çıxış ediblər.
Qeyd edək ki, tədbirdə
Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rafiq Həmidov,
Yasamal Rayon İdman və Gənclər İdarəsinin rəisi
İlham Səfərov da iştirak ediblər.
Martın 30-da Bakı
şəhəri 26 ¹-li Uşaq və Gənclərin
Yaradıcılıq Mərkəzində azərbaycanlıların
soyqırımına həsr olunan geniş tədbir
keçirilib. Tədbiri mərkəzin direktoru Ziyad Nəbiyev
açaraq geniş məruzə ilə çıxış
edib. Ziyad müəllim çıxışı zamanı ermənilərin
ötən 200 ildə 1 milyondan artıq azərbaycanlını
vəhşicəsinə qətlə yetirdiyini bildirib. Direktor
respublikamız yenidən müstəqilliyini bərpa etdikdən
sonra ümummilli lider Heydər Əliyevin imzaladığı
fərmanla hər il martın 31-nin Azərbaycanlıların
soyqırımı günü kimi qeyd edildiyini bir daha diqqətə
çatdırıb.
Tədbirdə mərkəzdə
fəaliyyət göstərən “Məktəb teatrı” və
“Bədii qiraət” dərnəklərinin üzvləri 31 Mart
azərbaycanlıların soyqırımı gününə
həsr olunan “Odlar yurdu, nə bəlalı başın var”
adlı ədəbi-bədii kompozisiya ilə
çıxış ediblər. “Məktəb teatrı” dərnəyinin
üzvlərindən Əsəd Alıyev, Abışov Emin və
Ramin Əliyevin soyqırıma aid söylədikləri
şeirlər daha təsirli olub. Sonda mərkəzin “Təsviri
incəsənət” dərnəyinin üzvlərinin
soyqırıma həsr olunan əsərlərindən ibarət
sərgisinə baxış keçirilib.
Tədbirdə
BŞTİ-nin Məktəbdənkənar təhsil sektorunun əməkdaşı
Rövşən Əliyev, Binəqədi rayon məktəblərindən
dəvət olunan şagirdlər, mərkəzin dərnək
üzvləri, dərnək rəhbərləri və digər
qonaqlar iştirak edib.
Bakı şəhəri
21 ¹-li Uşaq Yaradıcılıq Mərkəzində də
31 Mart azərbaycanlıların soyqırım
gününün 92-ci ildönümü ilə bağlı
xatirə mərasimi keçirilib. Mərasim
iştirakçıları ilk olaraq soyqırım
qurbanlarının ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən sözügedən
mərkəzin direktoru Fatma Təhməzova tarixin neçə-neçə
sınaqlarından şərəflə çıxan Azərbaycan
xalqı üçün martın 31-nin kədərli günlərdən
biri olduğunu deyib. “Uzun illər siyasi hüquqi qiymət
verilməyən 31 Mart soyqırımı da ta-rixin
açılmamış səhifələrindən biridir” -
deyən direktor ulu öndər Heydər Əliyevin azərbaycanlıların
soyqırımı haqqında imzaladığı 27 mart
1998-ci il tarixli fərmanı da xatırladıb.
Tədbirdə mərkəzin
bədii qiraət dərnəyinin üzvləri “Qan
yaddaşımız” adlı musiqili-bədii kompozisiya ilə
çıxış ediblər. Onu da qeyd edək ki,
şagirdlərin ifasında Zəlimxan Yaqubun “Qanlı tarix”
poeması da səsləndirilib. Bundan başqa, şagirdlər
tərəfindən Seyid Cəfər Pişəvəri, Nəriman
Nərimanov, Məhəmməd Əmin Rəsulzadə kimi
siyasi xadimlərin Azərbaycan xalqına qarşı törədilən
dəhşətli hadisələrə münasibətləri
“Tarixdən gələn səslər” başlığı altında
bir daha nəzərə çatdırılıb.
Tarix olub
keçmiş hadisələri xatırlamaq, baş vermiş
hadisələri yadda saxlamaq üçün deyil, tarixin ən
böyük xidmətlərindən ibrət dərsi
götürmək üçündür. Bu ibrət dərsi
isə düşmənə qarşı amansız olmaqdan,
qazandığımız nailiyyətləri qoruyub saxlamaqdan,
itirdiklərimizi geri qaytarmaqdan ibarətdir.
Bakı
təhsili.- 2010.- 2 aprel.- S. 14.