AMERİKALI MÜƏLLİM VƏ
ŞAGİRDLƏR BAKIDA
Səfər
çərçivəsində BŞTİ-də
görüş keçirilib
Amerikanın müxtəlif ştatlarını
təmsil edən 11 nəfərdən ibarət
nümayəndə heyəti
Bakıda səfərdə
olub. Heyətin tərkibinə 9 şagird və 2 müəllim daxil idi. Qonaqlar paytaxtımızda olduqları
müddətdə ölkəmizin
təhsil sistemi ilə
Səfər çərçivəsində
amerikalı şagird və müəllimlər Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin də qonağı
olublar. Qonaqları qarşılayan BŞTİ-nin Beynəlxalq
əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə Əliqızı
təmsil etdiyi qurumun fəaliyyəti barədə
amerikalıları məlumatlandırıb. Bakıda
olduqlarından şərəf duyduqlarını bildirən
qonaqlar ilkin təəssüratlarını
bölüşüblər. Onların sözlərinə
görə, Bakıya gəlməzdən əvvəl ölkəmiz
haqqında məlumatları az olsa da qısa müddətdə
Azərbaycan haqqında çox şey öyrəniblər.
İdarə ilə tanışlıq da qonaqlara xoş təsir
bağışlayıb. Ayrı-ayrı sektorların fəaliyyəti
barədə onlara məlumat verilib və qonaqları
maraqlandıran suallar cavablandırılıb. İdarənin
foyesində yaradılan Heydər Əliyev guşəsi ilə
tanış olan Amerikalı şagirdlər Azərbaycanın
ümummilli liderini tanıdıqlarını bildirərək
onun dünya şöhrətli siyasətçi olduğunu
vurğulayıblar.
Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması sektoru
ilə tanışlıq zamanı Amerikalı nümayəndə
heyətini maraqlandıran sualları sektor müdiri Bəhman Nəbiyev
cavablandırıb. Sektor müdiri bildirib ki, BŞTİ-nin
tabeliyində 326 orta ümumtəhsil məktəbi fəaliyyət
göstərir ki, burada da şagirdlərin təlim-tərbiyəsi
ilə 34 minə yaxın müəllim məşğul olur.
Amerikalı şagirdləri məktəblərdəki
şagird sayı da maraqlandırıb. Onlara bildirilib ki, orta
hesabla 800-1000 şagirdin təhsil aldığı məktəblərlə
yanaşı 3500 şagirdi olan təhsil kompleksi də var.
Amerikalı şagirdlərdən birini azərbaycanlı həmyaşıdlarının
idmanla məşğul olması üçün məktəblərdə
yaradılan şərait maraqlandırıb. Buna cavab olaraq B.Nəbiyev
bildirib ki, Bakıda şagirdlərin dərsdən sonra asudə
vaxtlarını səmərəli keçirməsi
üçün 48 məktəbdənkənar müəssisə
fəaliyyət göstərir. Həmin məktəblərdə
idmanın, incəsənətin ən müxtəlif sahələri
üzrə çoxlu sayda şagird məşğul olur. Hər
müəssisədə 80-100 qrupun olması, hər qrupda 10-15
uşağın məşğul olması Amerikalı
şagirdlərin marağına səbəb olub. Nümayəndə
heyətinin marağına səbəb olan digər bir məqam
isə uşaqlar üçün bu şəraitin dövlət
təhsil müəssisələrində
yaradılmasıdır. Bütün dövlət orta məktəblərində
şagirdlərin təhsili, istedadlarının inkişafı
üçün şəraitin olması amerikalı şagird
və müəllimlər tərəfindən diqqətlə
qarşılanıb.
İdarə ilə
tanışlıqdan sonra nümayəndə heyəti
BŞTİ-nin müdiri Nailə Rzaquliyeva ilə
görüşüb. Qonaqları salamlayan Nailə xanım
onlara paytaxtın təhsil sistemi barədə məlumat verib.
Bildirib ki, rəhbərlik etdiyi qurumun tabeliyində 700-ə
yaxın müəssisə fəaliyyət göstərir ki,
bura məktəblər, uşaq bağçaları və məktəbdənkənar
müəssisələr daxildir. Amerikalı qonaqların
Bakıya səfərinin gedişatı ilə maraqlanan Nailə
Rzaquliyeva qeyd edib ki, rəhbərlik etdiyi qurum tərəfindən
ayrı-ayrı ölkələrin təhsil sistemindəki
yeniliklər öyrənilir və öz müsbət nəticəsini
vermiş təcrübələrin tətbiqi sahəsində
işlər görülür. Amerika ilə əlaqələrin
yaradılmasındakı səyinə görə 220 saylı
məktəbə təşəkkürünü bildirən
BŞTİ müdiri belə səfərlərin Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması və
ölkələr arasında əməkdaşlığın
inkişafı baxımından əhəmiyyətini
vurğulayıb.
Azərbaycanla
bağlı təəssüratlarını bölüşən
Amerikalı müəllim və şagirdlər xüsusilə
Bakının sürətli inkişafına təəccüblərini
ifadə ediblər. Nümayəndə heyətinin rəhbərlərinin
sözlərinə görə, Azərbaycana səfərin təşkil
ediləcəyi barədə elanlar verildikdən sonra səfərdə
iştirakla bağlı çoxlu sayda ərizələr daxil
olub. Ərizələrə baxış keçirildikdən
sonra ayrı - ayrı ştatları təmsil edən 9
şagird seçilib. Onlar bir-biri ilə yalnız səfərdən
10 gün əvvəl tanış olublar. Bakıda olduqları
müddətdə azərbaycanlı ailələrdə qalan
şagirdlər özlərinə qarşı qonaqpərvərlik,
hörmət göstərən ailələrə təşəkkürlərini
bildiriblər. Şa-girdlərin sözlərinə görə,
Azərbaycanın sürətli inkişafını
müşahidə etmək çətin deyil. Xüsusilə
də Bakıda aparılan abadlıq və tikinti işlərinin
miqyasına görə paytaxtımız dünyanın ən
böyük şəhərləri ilə müqayisə ediləcək
səviyyədədir. Azərbaycan mədəniyyətinin
onları heyran etdiyini deyən şagirdlərdən biri "Diliniz, mədəniyyətiniz
çox gözəldir. Bu ölkəni yaxından tanımaq,
onun dili, mədəniyyəti, adət-ənənələri
ilə daha yaxşı tanış olmaq istəyirəm" -
deyə vurğulayıb. Azərbaycan mətbəxinin də
vurğunu olduqlarını qeyd edən Amerikalı
qonaqların sözlərinə görə, ölkəmizin təhsil
sistemi ilə ilkin tanışlıq onlara xoş təsir
bağışlayıb.
Amerikalı şagirdləri
maraqlandıran başqa bir məsələ isə təhsil
müəssisələrinin müasir texnologiyalarla təmini
olub. Belə ki, dərslərdə iştirak etdikləri 220
saylı məktəbdə kompüterlərlə təchizatın
yüksək səviyyədə olduğunu vurğulayan
qonaqlar Azərbaycan və Amerikanın təhsil sistemi
arasında oxşar cəhətlərin olduğunu qeyd ediblər.
BŞTİ-nin
müdiri Nailə Rzaquliyeva amerikalı şagird və müəllimlərin
qısa müddətdə ölkəmiz barədə ilkin rəyinin
formalaşdığını bildirərək bunun davam edəcək
əməkdaşlığa müsbət təsirindən
danışıb: “4 gün bir ölkəni tanımaq, onun
dili, mədəniyyəti, adət-ənənəsi ilə
tanış olmaq üçün çox az müddətdir.
Ancaq mən şadam ki, qonaqlarımız bu qısa müddət
ərzində Azərbaycanın zəngin mədəniyyəti,
tarixi, adət-ənənələri ilə qismən də
olsa tanış olmaq fürsəti əldə ediblər.
İnanıram ki, ölkələrinə qayıtdıqdan
sonra onlar Azərbaycan barədə məlumatları
düzgün çatdıracaqlar və bu Azərbaycanın
Amerikada tanınması yolunda bir addım olacaq".
Məlumat
üçün bildirək ki, Bakıda səfərdə
olduqları müddət ərzində amerikalı nümayəndə
heyəti Nizami Rayon İcra Hakimiyyətində
görüş keçirib, İçərişəhərdə
olub, Dövlət Filarmoniyasında xalq çalğı alətlərinin
konsertində iştirak edib, 220 saylı məktəbdə 31
Mart Azərbaycanlıların soyqırımı gününə
həsr olunan tədbirin iştirakçısı olub.
ARAZ
ƏLİOĞLU
Bakı
təhsili.- 2010.- 2 aprel.- S. 12.