UŞAQLARIN KİTAB GÜNÜ
Aprelin
2-si Beynəlxalq Uşaq
Kitabı günüdür.
Uşaq ədəbiyyatının
məhz bu tarixə təsadüf etməsinin
maraqlı tarixçəsi var. Aprelin 2-də məşhur
nağılçı Hans Xristian Andersen anadan olub. Beynəlxalq
Uşaq Kitabı Gününün məhz bu
tarixdə qeyd
olunması alman yazıçısı
Yella Lepmanın təklifi ilə reallaşıb. 1967-ci ildən
başlayaraq Uşaq Kitabları üzrə Beynəlxaq
Şuranın təşəbbüsü və qərarı
ilə 2 aprel bütün
dünyada Beynəlxalq Uşaq
Kitabı Günü kimi qeyd
olunur.
“Balaca Nobel mükafatı”
Onu da qeyd edək ki, Yella Lepman
1953-cü ildə uşaq ədəbiyyatı
üzrə “Balaca Nobel mükafatının”
- Hans Xristian Andersen mükafatının təsis edilməsini
də təklif edib. Həmin ildən
etibarən məşhur nağılçının
adını daşıyan
bu mükafat dünya uşaq ədəbiyyatının ən
maraqlı incilərinin müəlliflərinə, dünyanın 20 ölkəsindən
23 yazıçı və uşaq kitabları üçün
rəsm çəkən 17 illüstrasiyaçı - rəssama
təqdim olunub. İlk
dəfə bu,
1956-cı ildə ingilis
nağılçısı Eleanor Fardkona, 1958-ci ildə isə isveç yazıçısı Astrid
Lindqrenə verilib. Sonra
bu sırada alman yazıçısı Erix
Keçtner, Ceyms Kryuss, italyan Canni Rodarı və
başqalarının adı yer alıb. Ancaq təəssüflər olsun
ki, Azərbaycana bu mükafat hələ ki, qismət olmayıb. Beynəlxalq aləmdə uşaq
kitabı üzrə daha bir mükafat
da var: bu,
son illər nəşr olunan ayrı - ayrı uşaq kitablarının illüstrasiyasına
və onların dünyanın müxtəlif dillərinə
tərcüməsinə görə təqdim edilən Fəxri
Diplomdur.
Hər il bütün dünyanın bu günü qeyd etməsində məqsəd cəmiyyətin
diqqətini uşaq ədəbiyyatına,
onun problemlərinə və kitab mədəniyyətinə
cəlb etməkdir.
Pedaqoqların
apardığı araşdırmalar göstərir ki, yaxşı oxuma vərdişinin əsas iki
şərti var. Bunlar oxumaq səbri
və oxumaq zövqüdür. Oxumaq mədəniyyəti
sayılan bu iki vərdiş də ailə və məktəbdə
qazanılır. Ona görə də ailə
və məktəb uşağa bu vərdişlərə
yiyələnmək üçün münbit zəmin
hazırlamalıdır. Uşağın oxumaq
zövqünə mədəni
amillər təsir göstərir. Ancaq həm oxumağa
marağın səviyyəsi, həm də oxumağın kəmiyyət
göstəriciləri baxımından uşaqlar
arasında müəyyən
fərqlərin ola biləcəyini
də nəzərə almaq
lazımdır. Tutaq ki,
fitri istedada malik uşaqlar normal uşaqlarla müqayisədə iki, yaxud üç dəfə çox kitab oxuyurlar və məqsədləri
daha çox məlumat,
bilik əldə etmək olur.
Pedaqoqlar
bildirirlər ki, əvvəlcə uşaq üçün kitab bir oyuncaqdır. O, sadəcə
kitabın səhifələrini vərəqləməkdən
xoşlanır. 2 yaşından etibarən uşaq
rəsmlərdən ibarət
olan, bez, yaxud qalın kartondan düzəldilmiş, əlində
tuta biləcəyi kiçik kitabları sevir.
3 - 4 yaşlı uşaqlar onlara rəsmli
nağıl kitablarının oxunmasını istəyirlər.
Ata və ananın üzərinə
düşən vəzifə
Uşaq bir kitaba alışdıqca
nağılı başa
düşməyə çalışacaq
və xüsusən tez - tez təkrarlanan
söz və cümlələrdə nağılı
oxuyan ata və analarına “qatılacaqlar”. Yəni
söz və cümlələri onlarla birgə dilə gətirəcəklər. Uşaq
buna nail olan zaman çox
sevinir. Ata və ana ilə
birgə oxuma uşağı oxu
prosesində iştiraka həvəsləndirir.
Beləliklə, həm uşağın söz
ehtiyatı zənginləşir, həm də
zehni inkişaf edir. Həm də onlar artıq həmişə oxunan kitabdakı sözlərə və hərflərə daha çox diqqət yetirməyə başlayacaqlar.
Pedaqoqlar
vurğulayırlar ki,
məktəbdə uşaqların
oxumağa marağının
artırılması üçün
müəllimlər onları
sürətli oxumağa
alışdırmağa
çalışdırmalıdırlar. Buna
nail olmaq istəyən
uşaqlar müəyyən
risklər etməyə
və səhv buraxmağa da məcbur olurlar. Müəllim isə
sürətli oxumağa nail
olmaları üçün
belə hallarda oxuma prosesinə tez - tez müdaxilədən
çəkinməli, onları dayandırmamalı, əksinə,
həvəsdən düşməmələrinə səy
göstərməlidir. Bütün hallarda da prosesin
əsasında uşaq
kitabları, həm də səviyyəli və zövqlü hazırlanmış kitablar
durur.
Uşaq kitablarının
tarixi 1477-ci ildən, antik
yunan müəllifi Ezopun mahnılarının
yazılı kitab şəklində çap
edilməsiylə başlayır. 1658-ci ildə çex
maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün
dünyanı anlatmaq məqsədiylə rəsmlərin yer aldığı kitab nəşr etdirib. XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa
başlayır. D.Defo və C.Sviftin “böyüklər”
üçün yazılmış “Robinzon Kruzo” (1719) və “Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olundu. Yazılaraq kitablara
köçürülən xalq nağıllarına da maraq artıb. Şərqdə “Min bir gecə”, “Ələddin”,
“Əli-Baba və qırx quldur”, “Sindibadın yeddi səyahəti”
nağılları da qeyd
olunmalıdır. Qrim qardaşlarının
nağıllar kitabı bu
baxımdan diqqət
çəkir. 1846-cı ildən başlayaraq
Andersonun qələmə
aldığı nağılları da uşaqlar günümüzdə
də çox sevirlər. Müəlliflərin
və kitabların adını çox sa-dalamaq olar. XIX əsri uşaq ədəbiyyatının
“qızıl əsri” sayanlar
da çoxdur. XIX - XX əsrlər
Azərbaycanda da uşaq ədəbiyyatının
inkişafı ilə xarakterizə olunur. Bəs günümüzdə, XXI əsrin Azərbayca-nında
vəziyyət necədir?
Qan qaralır ...
Məlumat üçün deyək ki, qonşu Rusiyada, onun paytaxtı Moskvada 168-ə
yaxın dövlət
uşaq kitabxanası fəaliyyət göstərir. Həmin kitabxanaların nəzdində də açılan pulsuz dərnəklərdə
5 yaşından 14 yaşına kimi uşaqlar məşğul
olurlar. Statistikaya görə isə Azərbaycanda 4313 kitabxanadan 104-ü uşaq
kitabxanasıdır. Onların da yarısı ya işləyə,
ya da işləməyə.
İşləyən uşaq kitabxanalarında vəziyyət
necədir? Uşaq kitabxanaları
məktəblilərin köməyinə
çatırmı?
Bizi maraqlandıran
bu və ya digər suallara cavab tapmaq üçün
Bakıdakı uşaq kitabxanalarına
üz tutduq. Əvvəlcə onu qeyd edək ki, latın qrafikasına keçəndən sonra bədii ədəbiyyatın,
xüsusilə də uşaq ədəbiyyatının azlığı
böyüməkdə olan nəslin mütaliə
imkanlarını məhdudlaşdırıb.
Düzdür, 2008-ci ilin
dekabrında latın qrafikası ilə nəşr olunmuş 60 uşaq
kitabının təqdimatı keçirilib.
Ancaq bu, çox azdır.
F.Köçərli adına respublika uşaq kitabxanası respublikada fəaliyyət göstərən
bütün uşaq kitabxanaları üzrə elmi
metodik mərkəz
sayılır. 1965-ci ildə yaranan bu kitabxananın hazırda
Bakının müxtəlif rayonlarında
fəaliyyət göstərən
5 filialı, 206 minlik kitab fondu, 7200 dövrü mətbuat fondu var. Ancaq
dövlət uşaq kitabxanası latın
qrafikalı kitablar sarıdan
çox korluq çəkir.
Kitabxananın təxminən 25 min oxucusu var. Bu
rəqəm tez-tez dəyişir.
Elə oxucu var ki, ildə bir-iki dəfə gəlir. Yay aylarında isə
oxucuların sayı birə - beş
artır. Kitabxanaya marağın
artmasında müəllim və valideynlərin rolu əvəzsizdir. Uşaqları kitabxanaya ilk növbədə onlar maraqlandırmalıdırlar. Ancaq hazırda televiziyaya, videoya, kompüterə olan maraq da
kitaba olan marağı azaldıb. İndi
uşaqlar ancaq sinifdən
xaric oxu üçün və ya evə əlavə
tapşırıq veriləndə kitabxanaya
gəlirlər. Yasamal rayonunda
yerləşən Abdulla
Şaiq adına uşaq kitabxanasında da vəziyyət ürəkaçan
deyil. Şəhər
mərkəzindən kənarda fəaliyyət
göstərən uşaq kitabxanaları
ilə maraqlandıq. Həmin kitabxanalar oxucu çatışmazlığından günortaya qədər
işləyirlər.
Yazmaq
problemimiz də var...
İndi də
keçək uşaqlarımız üçün yazılan
şeirlərə, hekayələrə. Əvvəlki uşaq
nağılları, şeirləri təbiiliyi, dilinin
aydınlığı, səlistliyi, dolğun məzmunuyla
seçilib. Çünki həmin əsərlərdə məhşur
xalq kəlamları, uşaqların həyatı, gözəl
mənzərələr təsvir olunub. Digər tərəfdən
isə o dövrdə yazan şairlər - Abbaslar, Sabirlər,
Şaiqlər də ürəkləri dolu olduğu
üçün yazıblar. Ancaq indi uşaq hekayələri
yazan şairlər haqqında bunu demək olmaz. Uşaq
şeirlərindəki çatışmazlığa gəlincə,
süjet xətti yoxdur. Məsələn, A.Şaiqin “Yaz səhəri”
şeirini oxuduqda təbiət adamın gözü
qarşısında canlanır. Məsələnin digər tərəfi
odur ki, gərək uşaqlar üçün yazanda, onu
uşaq yerinə qoymaq lazım deyil. Onların içərisində
enerji, düşündürücülük, canlılıq
olmalıdır. Ancaq bu məsələlərə diqqət
yetirməyən yazarlar da bu səbəbdən uşaqları
maraqlandıran mövzulardan xəbərsiz qalır.
Lakin uşaq şairi
İlyas Tapdıq fərqli düşünür. Onun qənaətincə,
problem indiki şeirlərin, hekayələrin təbliğ
olunmamasından qaynaqlanır. Əgər bağçalarda, məktəblərdə
tərbiyəçilər tərəfindən müasir
şeirlər təbliğ olunarsa, uşaqlar da bundan xeyir
görər. O, deyir ki, məsələn, “Kukla” mahnısı
yaxşı təbliğ olunduğundan uşaqların
yadından çıxmır. Bəlkə gecə də
oyatsan durub əzbər danışarlar. Və maraqlıdır
ki, uşaq şairlərinə qayğısızlıq da
problem hesab olunur. Şairin deməsinə görə, uşaq
bilməlidir ki, kimin şeirini oxuyur. Yəni mütləq
uşaqlarla təmas olmalıdır. Bizim xalqın
psixologiyası elədir ki, dövlət onlara qayğı
göstərəndə xalq da maraqlanır. Bunlar
olmadığı üçün də
uşaqlarımız müəllifləri tanımır. Ancaq
o xüsusi vurğulayır ki, heç olmasa 10 - 12 gözəl
uşaq şairimiz, yazıçımız var. Uşaq kitablarının
qiyməti də yəqin ki, maraqlı olar. Məsələn,
uşaqlar üçün məşhur “Uolt Disney” kitabı
12 manat, Şarl Peronun “Çəkməli pişik” əsəri
4 manatdır. Rus dilində “250 qızıl səhifə”
seriyasından olan kitabların qiyməti bir az bahadır - 8
manat, “Karlson”, “Zoluşka” isə 5 manata satılır. Azərbay-can
nağıllarından “Kitabi-Dədə Qorqud dastanı”ndan
bir parça olan “Uruzun nağılı”, “Padşahla pinəçinin
nağılı”, “Azərbaycan xalq nağılları”, Cəlil
Məmmədquluzadənin “Buz”, “Tülkü və hacıleylək”,
“Sehrli sünbül” nağılları əsasən
kitabçalarda toplanıb və qiyməti də 1 - 3 manat
arasında dəyişir. İri cildli nağıl
toplularının qiyməti isə 4 - 6 manatadır.
Bir sözlə, biz
oxuculara indiki uşaq ədəbiyyatının vəziyyəti
barədə qısa da olsa məlumat verdik. Amma bu günün
tarixiliyini xatırlamaq lazımdır, çünki
uşaqlarımız nə qədər çox mütaliə
etsələr onların dünyagörüşləri bir o qədər
geniş olar.
Nuranə
TOFİQLİ
Bakı
təhsili.- 2010.- 2 aprel.- S. 3.