Nailə
Rzaquliyeva “Gənclərin dostu” seçildi
Azərbaycanda "Gənclər
günü" kimi qeyd olunduğu hamıya bəllidir. Həmin
günlə bağlı Azərbaycan Respublikası Gənclər
Mərkəzi tərəfindən təməli bu ildən
qoyulan təsisat barədə məlumat aldıq. Məlumatda
deyilirdi ki, bu günlərdə Mərkəz tərəfindən
təsis olunan “Gənclərin dostu” mükafatının təqdim
olunma mərasimi keçirilib. Mükafatın təsis
olunmasında əsas məqsəd
hər zaman gənclərə diqqət və
qayğı göstərən insanları, o cümlədən
təşkilat və qurumların fəaliyyətini qiymətləndirməkdir. Respublika
Gənclər Mərkəzinin bu il elan etdiyi qaliblər
sırasında Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyeva da var. Mükafat
Nailə xanıma paytaxt şəhərdə təhsilin hərtərəfli
inkişafına yaratdığı şəraitə görə
verilib. Əlbəttə ki, Nailə xanımı “Gənclərin
dostu” seçilməsi münasibətilə təbrik edirik.
Bu il Nailə xanımla yanaşı “Gənclərin
dostu” mükafatı Azərbaycan Respublikasının gənclər
və idman naziri Azad Rəhimova, millət vəkilləri Fəttah
Heydərov, Ziyad Səmədzadə, Qənirə
Paşayeva və Aydın Mirzəzadəyə, eyni
zamanda hər zaman gənclərə maddi və mənəvi dəstək olan “Gilan Holding” və “Ata Holding”ə, gənclərlə birgə
çalışan dövlət və qeyr-hökumət
strukturlarına, Azərbaycan Respublikası Prezidenti
yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının sədri Azər
Quliyev və QHT forumunun prezidenti Rauf Hüseynova təqdim edilib. Respublika Gənclər Mərkəzindən onu da öyrəndik ki, “Gənclərin dostu”
mükafatının təqdim olunma mərasimləri növbəti
illərdə də davam edəcək“.
Vəfa BƏKİRQIZI
Bakı
təhsili.- 2010.- 19 fevral.- S. 2.