ƏSGƏRLİK
XATİRƏLƏRİ
BŞTİ
rəsmiləri keçmiş günləri
yada saldılar
Azərbaycan öz müstəqilliyinə
1918 - ci ildə qovuşdu. Məhz 1918 - ci
il iyunun
26-da Azərbaycan Demokratik
Respublikası hökumətinin
qərarı ilə
ilk müntəzəm hərbi
hissə - əlahiddə
korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində
ilk demokratik hökumətin
öz ordusunun yaratmasına hüquqi əsas verdi.
Ölkəmiz yenidən öz
müstəqilliyinə qovuşduqdan
sonra isə ulu öndər Heydər Əliyevin 22 may
1998-ci il tarixli qərarına əsasən 26 iyun - Silahlı Qüvvələr
Günü elan edildi. O gündən bu günədək hər il
Azərbaycan xalqı bu əlamətdar tarixi bayram kimi
qeyd edir
Məhz bu bayram ərəfəsində “Bakı
Təhsili” olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) bir
neçə kişi nümayəndəsinə
suallar ünvanladıq.
Sualımız isə onların
əsgərlik xatirələri
ilə bağlı oldu. İndi isə gəlin müsahiblərimizin xatirələri
ilə tanış
olaq:
BŞTİ - nin
müdir müaviniMəhəbbət
Qarabağlı:
- Ailənin tək övladı
olduğum üçün
hərbi xidmətə çağırılmamışam. Lakin övladlarım bunun əvəzində
hərbi xidmətlərini layiqincə yerinə yetiriblər.
Övladlarımdan böyük oğlum Rövşən Qarabağlı Belarusiyanın
Baburisk şəhərində hərbi
xidmətdə olub. Bundan əlavə, Qarabağ müharibəsi başlanan
vaxtlarda da oğlum Rövşən təşəbbüs
irəli sürərək universitet tələbələrindən
bir qrup yığaraq
6 ay Bərdə istiqamətində Marquşavan uğrunda
müharibədə könüllü olaraq iştirak edib. Hazırda Rövşən Qarabağ müharibəsi veteranıdır. Mən
özüm isə 1987-ci ildə Kiyev şəhərində 3 aylıq Zaqafqaziya ali hərbi kursunda iştirak etmişəm.
Bu müddət ərzində hərbi
texnikanın sirrlərini, silahla davranma yollarını öyrənmişəm.
Hazırda isə podpolkovnik rütbəsini
daşıyıram.
Müdir müavini Hüseyn Əsgərov:
- O zamanlar
Azərbaycan Dövlət Universitetini bitirən
oğlan tələbələr hərbi
xidmətə çağırılmırdı. Çünki adıçəkilən universitetin nəzdində hərbi kafedra fəaliyyət göstərirdi. Ali təhsillə yanaşı beş
il müddətində hərbi dərslər
də tədris olunurdu. Universiteti
bitirdikdən sonra isə tələbələrə
leytenant rütbəsi verilirdi.
Ali təhsilimi başavurduqdan
sonra təyinatla Sabirabad
rayonundakı məktəblərdən bi-rində Azərbaycan
dili və ədəbiyyat müəllimi, sonralar Milli Elmlər
Akademiyasının nəzdində fəaliy-yət göstərən
Dilçilik İnstitutunda
işlədim. Günlərin birində isə ordu
sıralarında xidmət etmək qərarına gəldim. Könüllü olaraq hərbi
xidmətə getdim. SSRİ Silahlı
Qüvvələrinin tərkibində Gürcüstanın Batumi və Kobuleti şəhərlərində
yerləşən Azərbaycan
silahlı qüvvələrində xidmət edirdim.
Orada həm də rus
- türk, türk - rus dilləri üzrə 2 il
müddətində tərcüməçi kimi
fəaliyyət göstərirdim.
Hərbi xidmətə bir
az gec - 25
yaşımda getsəm də, o illər
mənim üçün möhkəmlənmək,
həyatda formalaşmaq baxımından bir məktəb rolunu
oynadı. O illərə borcluyam, ona görə ki, insan orada mətinləşir,
mübarizləşir. Bugünkü
gündə də bir çox
problemləri həll etmək insana çətin
gəlmir.
Qeyd edim ki, bu
il böyük oğlum ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yola
düşəcək. Bu, həm də ata kimi mənim arzumdur. Hazırkı gənclər xoşbəxtdirlər,
çünki onlar
müstəqil dövlətin ordu
sıralarında qulluq edirlər. 50
yaşı ötməyimə baxmayaraq, bu gün də lazım olsa böyük məmnuniyyətlə hərbi
xidmətə getməyə hazıram. Bugünkü
gənclərə demək istərdim ki, əgər
onları hərbi xidmətə çağırmasalar belə,
mütləq özləri könüllü
olaraq Orduda xidmətə
getsinlər.
Müdir müavini Müslüm Qəzənfərov:
- Hərbi xidməti
Almaniya Demokratik Respublikasının Şverinq
şəhərində raket
qoşun hissəsində
keçmişəm. Demək olar
ki, o vaxtlar ən ağır günlərim idi. 2 ay yer altında,
2 ay isə yer üstündə xidmət
keçirdik. Fizika müəllimi
olduğum üçün
cihazlara baxmaq mənə
həvalə olunmuşdu. Məlum olduğu kimi, həmin
dövrdə almanlar sovet
qoşunlarına qarşı çox kəskin
mövqedə idilər. Yaxşı xidmətə görə,
məzuniyyət verilsə də, sərbəst hər
hansı bir yerə getmək, şəhərdə
gəzmək mümkün deyildi.
Mütləq komandirin nəzarəti
altında olurduq. Lakin
ərzaq, geyim təminatı, ümumilikdə
əsgərə tam xidmət çox yüksək səviyyədə idi. Bu müddət ərzində
yaddaqalan anlarımız da
çox olub. Onlardan biri də Baltik dənizi sahilində çevik
atıcılıq üzrə keçirilən məşq
prosesləri idi. Hər kəs çevik surətdə dəqiqə yarıma
raketlə hədəfi vurmalı idi. Buraya uçan təyyarə və digər bu kimi hədəflər daxil idi. Yüksək xidmətə görə
azadlıq da verilirdi, lakin bu, kazarmanın
hüdudlarından kənara çıxmırdı.
Əsgərlik kişilər üçün böyük
bir həyat məktəbidir. Onu da qeyd
edim ki, siyasi rəhbərlər tərəfindən
yüksək səviyyədə hərbi vətənpərvərlik
mövzusunda həftə ərzində 3 -
4 dəfə xüsusi dərslər də
tədris olunurdu.
Bu məktəbi
keçən hər bir kəs,
yaxşı və pis günün,
çətinliklərin, ananın, vətənin nə olduğunu anlayır. Hesab
edirəm ki, hərbi xidmətdə olmayan kəs vətənin qədrini bilməz.
Əsgərlik həm də kişilik məktəbidir.
Türklərdə “mehmetçik”
anlayışı çox güclüdür. İstərdim ki, Azərbaycanın hərbi sektoru
da bu cür
inkişaf etsin. Bunun reallaşacağına da
inamım böyükdür. Çünki bu gün Azərbaycan ordusu,
hərbisi də sürətlə inkişaf
etməkdədir.
Bu gün həm qızlarımız, həm də
oğlanlarımız vətənpərvərlik ruhunda böyüməlidirlər. Qızlar səngərlərdə
vuruşmasalar da, oğlanlara bu ruhu, bu əzmkarlığı
təlqin etməyi bacarmalıdırlar. Bu
gün nəzarət - buraxılış
məntəqələrində xidmət edən
qızlarımız da istisna
deyillər. Çox təəssüflə
qeyd edim ki, cəmiyyətimizdə
övladlarını hərbi xidmətdən yayındıran
valideynlər də var. Lakin
mənim hər iki oğlum
hərbi xidmətdə olub. Onlardan biri xüsusi
idarədə, digəri isə Gəncədə sıravi qoşun hissəsində qulluq
edib. İlkin olaraq bir sıra çətinliklərlə
qarşılaşsalar da, sonra
əsgərlik həyatı onlara da hər cür çətinliklərə
sinə gərməyi öyrədib. Bugünkü
gənclərimizə də azad Azərbaycanı
daima qorumağı, onun
şərəfli oğulları kimi
yetişməyi arzu edirəm.
Müdir müavini Məhəmməd Bayramov:
- Ali təhsilimi başa
vurduqdan sonra Ukraynanın Xmelnisk şəhərində aviasiya
sahəsində hərbi
xidmətdə olmuşam.
Əsgərlik
dövrü çox xoş və maraqlı keçib,
xidmət də çox yüksək olub. Lakin artıq üzərindən
xeyli vaxt keçdiyindən
xatirələri bir - bir
yada salmaq bir az çətinləşib.
Ukraynada hərbi xidmətdə
olmağımda atamın da rolu olmuşdu. Atam da Ukraynada
hədbi xidmətdə olub, iki dəfə xəsarət alıb, əsir düşüb və partizan
olub. Ukraynanın hər
qarışında atamın izlərini axtarmışam. Elə
bi-lirdim hər keçdiyim
yoldan atam da keçib.
Qeyd edim ki, əsgərlik həyatı
mənə çox şey
öyrətdi. İntizamlı olmağı da
ilk növbədə. Bir
sözlə qeyd edim ki, əsgərlik həyat məktəbidir. Ali məktəb məni həyata
hazırlamamışdı, amma əsgərlik
hazırladı.
Bugünkü gənclər
isə xoşbəxtdirlər, çünki
öz vətənlərinə xidmət
edirlər. Öz vətəninə xidmət
daha şərəfli bir
işdir. Gənclər bununla
fəxr etməlidirlər. Hələ 1991-ci ildə ilk milli geyimli
əsgərlərimizi gö-rəndə biz
onlarla fəxr edirdik. Orta yaşlı adamlar olsaq da, onlara
yaxınlaşmağa çox can atırdıq. Müstəqillikdən dəyərli
heç nə yoxdur. Bütün
silahlı qüvvələrimizdə xidmət edənləri,
oğullarımızı - bütövlükdə Azərbaycan
xalqını 26 iyun Silahlı Qüvvələr
Günü münasibətilə təbrik
edir, vətənin keşiyində möhkəm
dayanmağı arzu edirəm.
Strateji təhlil,
planlaşdırma və kadrların
idarə olunması sektorunun müdiri Bəhman Nəbiyev:
- Azərbaycan Dövlət Universitetinin nəzdində fəaliyyət
göstərən hərbi kafedrada həftədə
1 dəfə olmaqla hərbi dərslər keçirilirdi.
Yekunda isə 3 aylıq müddətə Leninakan şəhərinə hərbi
toplantıya göndərildik. Hərbi xidmətə
çağrılmasaq da 5 illik
ali təhsil müddətində və 3
aylıq kursda kifayət qədər hərbi
sirlərə yiyələndik, təcrübə toplaya bildik. Bu müddət tək hərbi baxımdan deyil, çox maraqlı
hadisələrlə də yaddaqalan oldu. Belə bir maraqlı
hadisəni qeyd edim. Məşq
zamanı əsgər səngərdə gizlənməli və
tank səngərin üstündən
keçən zaman əsgər əlindəki
qumbaranı tanka atmalı idi.
Lakin qoşunumuzdakı əsgərlərdən
biri hələ yeni olduğu üçün
tankın səngərə çatdığını
gördükdə qorxdu və
qışqıraraq səngərdən qaçdı. Həmin
vaxt bu da
əsgərlərdə gülüş
oyatdı.
Bunlardan əlavə
Qarabağ müharibəsində də iştirak etmişəm. Goranboy
və Laçın - Qubadlı istiqamətində ön cəbhədə xidmət etmişəm.
1992-ci ildə tərəfimizdən Laçın dəhlizi -
Qayığı qəsəbəsinədək olan ərazi yadellilərdən
boşaldıldı və ermənilərlə əlaqə kəsildi.
Lakin gecə vaxtı şəhərə
duman çökdüyündən göz - gözü görmürdü. Məhz bu
hava şəraitindən istifadə edən
işğalçılar torpaqlarımıza öz
qüvvələrini yeridərək zəbt etdilər. Müharibə gedişində 7 gün mühasirədə qaldıq.
Bu gün Azərbaycanın 20 faiz
torpaqları işğal altındadır.
Ona görə də gənclərin hərbi
vətənpərvərlik ruhunda
böyüməsinə ciddi fikir verilməlidir. Burada da məsuliyyət məktəblərin, ailələrin
üzərinə düşür. Hesab edirəm ki, hərbi
xidmət həm də kişilik məktəbidir.
Bu, hər bir vətəndaşın
vətən borcudur. Mənim iki oğlum var. Onların hər ikisi
Vətənə borclarını veriblər. Amma
əgər sabah Vətənimizin işğaldan azad
olunması üçün əlimizə
silah götürməli olsaq,
o zaman mən
oğlanlarımla birgə səngərdə döyüşməyə
hazıram.
Vəfa
BƏKİRQIZI
Bakı təhsili.- 2010.- 25 iyun.- S. 7.