İLK TƏHSİL
SƏRGİMİZ
“Təhsil,
zaman və biz” adlı baxış sərgidə bölmələr
üzrə təqdim olunan işlər
Bölmə:
1 – 3
Məktəbəqədər
təhsil - təhsilin təməlidir
“Təhsil,
zaman və biz” sərgisinin ilk bölmələrində
bağçayaşlı uşaqların
hazırladığı əl işləri, son illər
bağçalara verilən 24 metodik vəsait, şəkillər
üzrə testlər və stendlər nümayiş olunur. Uşaq
bağçalarının riyazi məşğələlərində
istifadə edilən paylayıcı və nümayişetdirici
vəsaitlər, 5 yaşlıların məktəbə-hazırlığı
sahəsində görülən işlər baxış sərginin
bu bölməsində təqdim olunan işlər
sırasındadır.
Bölmə: 4
İbtidai
təhsil -
məktəb
həyatının ilk pilləsi
Bu bölmədə şagirdlərin əl
işlərindən ibarət vinildə işlənmiş
stendlər, o cümlədən müəllimlərin
açıq dərs nümunələrindən fotostendlər
də təqdim olunur. Azərbaycan haqqında
açıq dərslərdən vatman kağızı üzərində
işlənən nümunələr, müxtəlif istiqamətli
stendlər arasında metodiki guşə, qiymət göstəricilərinə
görə günün qalibləri olan şagirdlərin
fotoşəkilləri, o cümlədən şagirdlərin
özünüqiymətləndirmə cədvəli, 15 may Ailə
Günü münasibətilə ümummilli lider Heydər Əliyevin
ailə şəkillərindən ibarət fotostendlər də
nümayiş etdirilir. Bölmədə Azərbaycan təbiətinə
həsr olunan slaydlar, bukletlər, həndəsi fiqurlar da sərgilənəcək.
Bölmə:
5 - 6
Kurikulum
milli təhsil sisteminin əsasıdır
Kurikulumun tərkib hissələrini özündə əks
etdirən stendlər, kurikulum əsasında keçilən
nümunəvi dərslərdən fotostendlər, kurikulum
sistemi üzrə dərs icmalları, kiçik summativ yoxlama,
formativ və diaqnostik qiymətləndirmə nümunələri
bu bölmədə nümayiş olunur. Şagird portfoliyaları, müəllimlərin
metodiki tövsiyələri, kurikulum haqqında təqvim,
buklet və slayerlər də təqdim edilən işlər
sıra-sındadır.
Bölmə:
7 - 8
Sağlam
həyat sağlam gələcək deməkdir
Bu bölmə üzrə AİDS və narkomaniyaya aid nəfis
tərtibatlı 4 stend sərgilənir. Rəsm işləri, AİDS və narkomaniyaya həsr
olunan dərslərdən fotostendlər, nümunəvi
açıq dərslərin icmalları, şagirdlərin
fantaziyalarına uyğun əl işləri, hazırlanan
referatlar, 1 dəfəlik istifadə üçün nəzərdə
tutulan gigiyenik ləvazimatlar, ədəbiyyatlar, buklet, slayer və
sorğu anketləri bu bölmənin işləridir.
Bölmə:
9 - 10
“Ekologiya
ili” çərçivəsində
Sözügedən bölmədə hava və suyun təmizlənməsi
üzrə sxemlər, referatlar sərgilənir. Mövzu üzrə “Gəlin, planetimizi qoruyaq!”
başlığı altında rolik və slaydlar da
nümayiş edilir. Azərbaycanın gözəl guşələrini
əks etdirən fotostendlər, rəsm əsərləri,
canlı bitkilər, güllər, qoruqların qorunması və
“Qırmızı kitab şagirdlərin gözü ilə” başlığı altında bir
sıra işlər bu bölmədə yer alır.
Bölmə:
11
İnteraktiv
təlim keyfiyyətli təhsilin əsasıdır
Bu bölmə üzrə “Açılan pəncərə”
başlığı altında stendlər nümayiş
edilir. Burada riyaziyyat, biologiya, tarix, əmək
təlimi və coğrafiya fənləri arasındakı əlaqələrdən
bəhs olunur. Həmçinin metrik
ölçü siste-minə tabe olmayan vahidlər haqqında
jurnallar, zərərverici böcəklərin törətdikləri
mənfi təsirlərdən bəhs edən bukletlər, stend
və kitablar sərgilənir. Bundan əlavə,
Maxaon kəpənəyi haqqında nümayiş edilən
stenddə ədəbiyyat, riyaziyyat və biologiya fənləri
arasındakı əlaqədən bəhs olunur.
Bölmə:
12 - 13
Biologiya
- canlı aləm
Sərgidə nümayiş olunan işlər
adıçəkilən fənnin tədrisi üzrə
canlı guşə, nadir bitkilər, dərs zamanı aparılan
ən yaxşı təcrübələrdən ibarət səsli
slaydlar vasitəsilə fraqmentlərdir. Bu bölməyə cəlb olunan şagirdlər
qan analizləri götürür, təzyiq ölçürlər.
İnformasiya - kommunikasiya texnologiyalarından
isti-fadə edərək innovativ tədris sxemi, öyrənməyi
öyrətmək layihəsi, ölkəmizdə yetişən
dərman bitkilə-rindən nümunələr, yerli heyvan
cinslərinin çoxaldılması, qoruqlar, biologiya fənninin
digər fənlərlə əlaqəsini öyrənən
materiallar da bu bölmədə nümayiş edilir.
Bölmə:
14
Coğrafiya
- ətraf mühit və biz
Bölmə
üzrə sərgilənən işlər əsasən
hidrosferin qorunması, içməli suyun təmizlənməsi,
torpaq sürüşmsi və onun qarşısının
alınması yolları ilə əlaqədar kompüter layihələri,
“İpək yolu”na həsr olunan refe-ratlar,
stendlərdir. Bundan başqa, Azərbaycanın
milli yeraltı sərvətləri - mineral suları,
faydalı qazıntıları, o cümlədən Gədəbəy
qızıl mədəni ilə əlaqədar nəfis tərtibatlı
stendlər, referatlar da baxış - sərginin bu bölməsində
nümayiş edilir.
Bölmə:
15
Aerokosmik
fəza uşaqların gözü ilə
Sərginin bu bölməsində şagirdlər tərəfindən
teleskopla yerdə müşahidə olunan obyektlərdən
ibarət stendlər, bukletlər və elmi - tədqiqat işləri,
piramida üzrə ən nadir çiçəklər layihəsi,
tort üzərində kos-mos, torpaq və bitki
örtüyünün müşahidəsi kimi layihələr
sərgilənir. Qeyd
edək ki, bu layihələr pro-yektor vasitəsilə nümayiş
edilir.
Bölmə:
16
Fizika
müasir məktəbdə
Bu bölmə üzrə həm təcrübələr,
həm də stendlər sərgilənir. Nümayiş olunan təcrübələrdə əsasən
mexaniki rəqslər və dalğalar, atmosfer təzyiqi, təzyiqin
təsiri, bitkilərdə boyun böyüməsinin
müşahidəsi, stendlərdə isə açıq dərslər,
müasir fizika dərsinin sxemi, XXI əsrin müəllimi necə
olmalıdır, fizika fənni üzrə innovasiya prosesi
modeli, müəllim və şagird
yaradıcılığı öz əksini tapır. Bununla yanaşı, fizikanın tədrisi ilə
bağlı roliklər, buklet və kitabçalar da nümayiş
olunur.
Bölmə:
17
Kimya
möcüzələr yaradır
Qara barıtın, oksigenin alınması, vulkanın
yaranması səbəbləri isə “Kimya möcüzələr
yaradır” bölməsində təqdim olunur. Həmçinin mövzu üzrə
müəllimlərin elmi -tədqiqat işləri, IX sinif
şagirdinin oksi-genin alınması istiqamətində
kompüter layihəsi, proqram müəllifi olan müəllimlərin
tədris vəsaitləri, təcrübə və
düsturlar, kimya üzrə yeniliklər, bu yeniliklərdən
bəhs edən məqalələr də bölmədə
nümayiş edilir.
Bölmə:
18
Riyaziyyat
elmin açarıdır
Riyazi mövzuda müxtəlif materiallar, şagird və
müəllimlər tərəfindən hazırlanan referatlar,
şagirdlərin yeni kompüter layihələri, stendlər,
riyazi formullar əsasında yaranan həndəsi fiqurlar, şəkillər
və şa-girdlərin işlədikləri rəsmlər bu
bölmədə təqdim olunur.
Bölmə:
19
İnformatika
- müasir dünyaya açılan pəncərə
Adıçəkilən bölmə üzrə
“Uşaq ili” çərçivəsində slaydlar,
kompüter layihələri, müxtəlif plakatlar, informatika fənninə
aid zəngin materiallar sərgilənir.
Bölmə:
20 - 21
Məktəb
və iqtisadi biliklər
Bu
bölmədə nümayiş etdirilən işlər əsasən
şagirdlərin hazırladıqları heykəllər,
biznesdə qazandıqları uğurlar, biznes-plan, iş
prosesində alıcılara təqdim edilən bukletlər,
anket sorğular, referatlardan iba-rətdir.
Bölmə:
22
Demokratik
cəmiyyət - demokratik məktəb
Sərgidə
sözügedən bölmə üzrə Şagird
Özünüidarəetmə Orqanının fəaliyyət
prosesi, bu orqanın fəaliyyətini əks etdirən rolik və
slaydlar, şagirdlərin platformaları təqdim edilir.
Bölmə:
23
Demokratik
idarəetmə günün tələbidir
Adıçəkilən bölmədə məktəbin
demokratik idarə olunmasında Şagird - Valideyn - Müəllim
Özünüida-rə Orqanlarının rolundan bəhs edən
materiallar, ikimərhələli tədrisin təşkili
üzrə eksperimentlər stend və kompüter vasitəsilə
sərgilənir. Bölmədə
“Canlı hüquq” layihəsi əsasında stendlər və
fotostendlər də yer alıb.
Bölmə:
24
İstedadlar
axtarışında
Bölmə üzrə “İstedadlı şagirdlərin
potensial imkanlarının üzə
çıxarılması və inkişaf etdirilməsinin optimal
yolları” məqaləsi ekranda nümayiş etdirilir. Gənc rəssam Cavid Məmmədovun rəsm əsərləri,
onun “Şankar” beynəlxalq müsabiqəsində
qazandığı bürünc medal, Nəzrin Babazadənin
spiroqrofik rəsmləri, o cümlədən TOEFL
imtahanından 100 bal toplayan və Kanada universitetində
oxumağa vəsiqə qazanan Nəsrəddin Əfəndinin həyat
yolunu əks etdirən sujetlər göstərilir. Bundan başqa gənc kimyaçı,
riyaziyyatçı və bioloqların
yaradıcılıqları təcrübələrlə təqdim
edilir.
Bölmə:
25
İnnovativ
məktəb
Bu, bir ümumdünya layihəsidir. Sərginin innovativ məktəb bölməsində
müxtəlif ölkələrin məktəbləri ilə
yaradılan, virtual əlaqələri özündə əks
etdirən 9 beynəlxalq layihə haqqında 7 dəqiqəlik
videoçarx, həmçinin Azərbaycan və xarici ölkələrin
təhsil sahəsindəki təcrübə mübadiləsini
özündə əks etdirən referatlar, slaydlar
nümayiş olunur.
Bölmə:
26 - 27
ƏSR
YENİ - NƏSİL
TƏHSİL
Sərginin bu bölməsinə uyğun olaraq maketlər,
slaydlar, əl işləri, rəsm əsərləri
nümayiş olunur. İbtidai
sinif bölməsində müəllim interaktiv lövhə ilə
elektron dərs keçir. Bundan başqa V sinif şagirdləri
ilə 1 şagird - 1 kompüter layihəsi əsasında dərs
təqdim olunur, şagirdlərin nailiyyətləri, müəllimlərin layi-hələri, müxtəlif
mövzularda olan elektron resurslar ekran vasitəsilə
nümayiş edilir.
Bölmə:
28 - 29
Dünya
və biz (Elektron bağlantı)
Bu bölmədə beynəlxalq əlaqələri və
beynəlxalq əməkdaşlığı özündə
əks etdirən layihələr nümayiş edilir. Telekörpü vasitəsilə xaricdəki
dostlarla əlaqələr yaradılır. Eyni zamanda
2009-cu ildə həyata keçirilən “DOTKOM” layihəsinin nəticəsi
olaraq şagirdlərin
jurnalistlik fəaliyyəti nümayiş olunur.
Bölmə:
30 - 31
Azərbaycan
tarixi - keçmişimiz, bu günümüz
Bu bölmə üzrə daş dövründən bu
günə kimi Azərbaycanın keçdiyi inkişaf yolunu
özündə əks etdirən maketlər təqdim edilir,
keçmişlə müasir dövrün müqayisəsinin
bariz nümunələri göstərilir. “Əsrin müqaviləsi” ilə
bağlı stend, o cümlədən Azərbaycanın tarixinə
aid eksponantlar nümayiş edilir.
Bölmə:
32
İrs
- milli sərvətimiz
“İrs”
fənninin təlimi üçün lazım olan və Solmaz
Amanova tərəfindən yazılan kitablar, hazırlanan plakatlar,
disklər, vəsaitlər, şagirdlərin iş dəftərləri,
dərslərin və sinifdənkənar tədbirlərin
fotoşəkilləri, şagirdlərin milli ənənələr
mövzusunda hazırladıqları əl işləri
(taxtadan kəsilmiş fiqurlar, milli geyim-lərdə olan gəlinciklər
və s.) sərgilənir. Eyni zamanda elektron şəkildə “İrs” proqramı üzrə
dərslər və resurslar da təqdim edilir.
Bölmə
- 33
Milli
- mənəvi dəyərlərimiz
Azərbaycanın
rayonları, görkəmli şəxsiyyətləri, təbiət
və məişətini,
miniatürləri, şifahi xalq ədəbiyyatını, o
cümlədən milli - mənəvi dəyərlərimizi
qorumağın vacibliyini özündə əks etdirən
slaydlar, referat işləri, stendlər nümayiş olunur.
Bölmə:
34 - 35
Dilimiz,
mənəvi dünyamız
Ana dilinə dair ulu öndərimiz Heydər Əliyevin
sözlərindən ibarət stendlər, Azərbaycanda istifadə
edilən əlifbalara (Orxon-Yenisey, Alban, Ərəb, Latın,
Kiril əlifbaları) dair plakatlar bu bölmədə sərgilənən
işlər sırasındadır.
Heydər Əliyevin ana dili ilə bağlı sərəncam
və fərmanları, həmçinin söylədiyi fikirlərin
toplusundan ibarət buklet, o cümlədən ana dili
haqqında görkəmli şəxsiyyətlərin aforizmlərindən
ibarət bukletlər, “Gənc yazarlar” bölməsində məktəblilərin
şeir və hekayələrinin toplumu sözü-gedən
bölmənin işləridir. Məktəblərdə
ədəbi - bədii gecələrdən fraqmentlər,
şair və yazıçıların yaradıcılığından
bəhs edən çarx, şagirdlər tərəfindən
çəkilmiş şairlərin portretləri də bu
bölmədə təqdim olunur.
Bölmə:
36 - 37
Dünya
ilə danışırıq
Azərbaycan
məktəbləri ilə xarici məktəblər
arasında mövcud olan əlaqələr, o cümlədən
FLEKS proqramına aid stendlər, Azərbaycan məktəblərində
xarici dillərin tədrisinə, tədris proqramını əhatə
edən mövzulara dair referatlar, əl işləri, didaktik
materiallar bu bölmədə nümayiş olunur. Bundan
başqa “Mənim birinci addımlarım”, “Bizim tarix”,
“Sağlam həyat tərzi” başlıqları altında
hazırlanan albomlar, təhsil ocaqlarında ingilis və ərəb
dillərinin tədrisinə həsr edilən referatlar, stendlər,
əl işləri, ərəb dili müəllimi Nailə Cəlilovanın
kitabları təqdim edilir.
Bölmə:
38
Həyati
bacarıqlara əsaslanan təhsil (HBƏT)
“HBƏT
- fəal təlimə əsaslanır, fəal təlimin
prinsipləri, yolları, fəal dərsin quruluşu”, “HBƏT-in
fənlə-rarası inteqrasiyası” başlıqları
altında HBƏT-in məqsədi və prinsiplərini
özündə birləşdirən stendlər, fərdi
inkişaf, fərdlərarası inkişaf, sağlamlıq və
sosial inkişaf təzahürlərinin məcmusu olan HBƏT
fa-kültətiv kursuna aid təhsil naziri Misir Mərdanovun
söylədiyi fikirləri təcəssüm etdirən stend,
o cüm-lədən Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın uşaqlara diqqət və
qayğısını ifadə edən HBƏT-in dərs
nümunəsi bu bölmədə nümayiş edilir. Həmçinin
sağlam qida haqqında sərgiyə də baxış keçirilir.
Bölmə:
39
Psixoloji
xidmət zamanın tələbidir
Bu
bölmədə təhsil müəssisələrindəki
psixoloji xidmətin fəaliyyət sxemi, psixoloqun sənədləri,
qovluqları, diplomları, KİV - də psixoloji xidmət haqqında
yazılan məqalələr, rəngarəng fotoşəkillər,
“Gənc müəllim məktəbi”nin fəaliyyəti,
psixoloji treninqlər və 6 yaşlı uşaqlarla
aparılan işlərin nəticələri təqdim olunur. Sərgi zamanı psixoloji köməyin vacibliyini əks
etdirən işlər, o cümlədən İKT vasitəsilə
keçirilən müxtəlif psixoloji oyunlar da nümayiş
edilir.
Bölmə:
40
İnklüziv
təhsil
İnklüziv
təhsil barədə məlumat, inklüziv təhsilin keyfiyyətinin
kriteriyaları, pilot siniflərdə qiymətləndirmə, məktəb
praktikası, rəhbərlər üçün tövsiyələr,
müəllim və müəllim köməkçiləri
ilə işin təşkili mövzularını əhatə
edən stendlər bu bölmədə sərgilənir. İnklüziv təhsilə cəlb olunan
uşaqların əl işləri, inklüziv təhsil ilə
bağlı roliklər, bukletlər nümayiş edilir. II sinif şagirdi Adil Kərimlinin inklüziv təh-sillə
bağlı kompüterdə yaratdığı təqdimat sərgi
iştirakçılarına göstərilir. I sinif şagirdi Ayxan Məm-mədov isə
adıçəkilən mövzuya dair rəsm çəkir.
Bölmə:
41
Valideyn
- Müəllim Assosiasiyası (VMA)
“VMA
- nın valideyn - potensial bankı təhsil sistemində
islahatları dəstəkləyirik”, “VMA - şagirdlə-rin
inkişafına doğru görülən işlər”, “VMA -
nın qiyabi məktəbi”, “Valideynlərin sinifdənxaric
işlərdə iştirakı” başlıqları
altında hazırlanan stendlər, həmçinin 2003 - 2009-cu
illər ərzində VMA-nın gördü-yü işləri
özündə əks etdirən slaydlar, albomlar,
uşaqların əl işləri bu bölmədə
nümayiş olunur.
Bölmə:
42
Vətən
mənə oğul desə ...
Bu bölmədə “Cəsurlar” və “Şahinlər” hərbi
idman oyunlarında iştirak edən qruplar hərbi vətənpərvərlik
tərbiyəsi, hərbi biliklərin sirlərinə yiyələnmək,
hərbi idman oyunlarına şagirdlərin marağı
mövzuları ətrafında çıxışlar edir. Mini futbol, Spartakiada, “Cəsurlar” və
“Şahinlər” kimi hərbi idman yarışlarında
respublika səviyyəsində qalib gələnlərin diplom və
kubokları nümayiş olunur. “Vətən
mənə oğul desə...” mövzusu ilə bağlı Məmməd
Arazla keçirilən görüşdən fraqmentlər
verilir.
Bölmə:
43
Yol
hərəkəti təhlükəsizliyini öyrənirik
Bölmədə
məktəb, məktəbəqədər və məktəbdənkənar
təhsil müəssisələri arasında 1990 - cı ildən
bəri həyata keçirilən “Uşaqlar və yol təhlükəsizliyi”
adlı layihə sayəsində ölüm hallarının,
xəsarət alanların sayının
azaldığını əks etdirən interaktiv göstərici
diaqramla nümayiş olunur. Mövzu ilə
bağlı metodiki təcrübələr, metodiki vəsaitlər
- test tapşırıqları, işçi vərəqələri,
öyrədici oyunlar, interaktiv çalışmalar, “Yol hərəkəti
təhlükəsizliyini öyrənirik” mövzusu ilə
bağlı keçirilən beynəlxalq yarışlarda
qalib gələn şagirdlərin diplom və medalları
nümayiş edilir.
Bölmə:
44
İdmançılarımız
dünya arenasında
Bakı şəhər idman məktəblərinin
dünya arenasında qələbə qazanan yetirmələrinin
diplom, sertifikat, kubok və medalları, “Müasir gənclik və
idman” başlığı ilə hazırlanan plakat bu bölmədə
nümayiş olunur. Məktəbdənkənar
təhsil müəssisələrinin dərnək üzvlərinin
bədii, texniki, təsviri və tətbiqi sənət üzrə
yaradıcılıq işləri də bu bölmədə sərgilənir.
Bakı təhsil.- 2010.- 19 may.- S. 4-5.