UĞURLAR QAZANDIQ
Nəticələr sevindirici olsa da son deyil
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulan təhsil islahatının həyata keçməsi, daha
da inkişaf edərək dünya təhsil sisteminə
inteqrasiya olunma tempi göz qabağındadır. “... Biz maddi kapitalı insan kapitalına
çevirməliyik” - deyən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə
xüsusi önəm verməsi, onun maddi - texniki
bazasının daha da yaxşılaşdırılması sahə-sində
həyata keçirdiyi tədbirlər, təhsil sisteminin
inkişafına yönələn 16 Dövlət Proqramı
bunun üçün ciddi zəmin yaradıb.
Uzun müddət çoxpilləli idarəetmə
strukturuna malik olan Bakı təhsilinin inkişafı
üçün vacib islahatla-rın keçirilməsini
dövr, zaman diqtə edirdi.
Məhz real
tələbatı həyata keçirməyi, təhsilin, milli
- mənəvi dəyərlərin inkişafını
prioritet sahə elan edən dövlət, onun rəhbəri cənab
Prezident İlham Əliyevin sərəncamı ilə
2006-cı il mart ayının 31-də Bakı şəhərindəki
Rayon Təhsil Şöbələri ləğv edildi. Bakı şəhərində təhsilin idarə
olunması bir strukturda - Bakı Şəhəri üzrə Təhsil
İdarəsində birləşdirildi. Təx-minən
dörd il keçdikdən sonra cəmiyyət
də, təhsil işçiləri də bu addımın nə
qədər düzgün, nə qədər əhəmiyyətli
olduğunu qəbul etdilər. Çünki bu
müddətdə idarəetmənin vahid mərkəzdən
koordinasiya edilməsi, vahid təhsil siyasətinin həyata
keçirilməsi öz müsbət təsirini göstərdi.
İstər hökumət təşkilatlarının,
istərsə də ictimai təşkilatların bizə dəstəyi,
təhsilə qayğısı qarşıya çıxan
problemlərin aradan qaldırılmasında mühüm rol
oynayır. Bu mənada Heydər Əliyev
Fondunun, onun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizə, Azərbaycan elminə,
gənc nəslin inkişafına yönəlmiş
qayğısı və dəstəyi biz təhsil
işçiləri üçün mühüm əhəmiyyət
kəsb edir.
Təhsil sisteminin inkişafı üçün
başlıca şərt olan təhsil mühitinin
yaradılması sahəsində həyata keçirilən tədbirlər
öz bəhrəsini verməyə başlayıb. Qazanılan uğurlar, sevindirici nəticələr onu
deməyə əsas verir ki, Bakı şəhərində təhsil mühiti inkişaf
edir, dünya təhsil sisteminə inteqrasiya prosesi sürətlənir.
Bu proseslərin nəticəsi olan nailiyyətlərin qısa
xülasəsinə diqqət yetirək:
Məktəbəqədər təhsil sisteminin
inkişafına yönələn dövlət siyasətinin tərkib
hissəsi kimi Bakı şəhərində 14 yeni məktəbəqədər
təhsil müəssisəsi istifadəyə verildi. 2009 - cu ildə 19 məktəbəqədər
müəssi-sədə əsaslı təmir işləri
aparıldı, müəssisələrin maddi - texniki
bazası tam yeniləşdirildi.
Ötən il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq
tədbirlər planına əsasən 14 müəssisədə
cari təmir işləri görülüb, istilik sistemləri,
dam örtükləri, hasar, təmirə böyük
ehtiyacı olan müəssisələrin mətbəxləri,
sanitar qovşaqları təmir edilib.
Son
illər 25 yeni məktəb binasının istifadəyə
verilməsi, 161 məktəb üçün əlavə
korpus binasının tikilməsi, 129 məktəbin əsaslı
təmir edilməsi, 350 məktəbin istilik sisteminin bərpası,
180 məktəbin mü-asir avadanlıqlarla təchiz edilməsi
təhsil mühitinin yaxşılaşdırılması
istiqamətində ən mühüm addımlardan hesab edilməlidir.
“Azərbaycan
Republikasının Təhsil haqqında Qanunu”na müvafiq olaraq 5
yaşlı uşaqların məktəbə-qədər təhsilə
cəlb olunmasının zəruriliyi nəzərə
alınaraq bu sahədə də
müəyyən addımlar atılıb. Belə ki,
2006 - 2007-ci tədris ilində 4380, 2007 - 2008 - ci tədris ilində
4480, 2008 - 2009 - cu tədris ilin-də 5600, 2009 - 2010 - cu tədris
ilində isə 6700 uşaq təlim - tərbiyə prosesinə
cəlb olunub. İnkişaf di-namikasının
göstəricilərinə əsaslanıb demək olar ki, məktəbəhazırlıq
qruplarının şəbəkəsi genişlənib.
Hazırda Bakı şəhəri üzrə məktəbəqədər
müəssisələrdə 335 məktəbəhazırlıq
qrupu fəaliyyət göstərir. Həmçinin cari
tədris ilində 7682 nəfər məktəbyaşlı uşaq I sinfə yola
salınıb.
Bu
dövrdə “Məktəblərin informasiya-kommunikasiya
texnologiyaları ilə təminatına dair Dövlət Proqramı”nın icrası da uğurla başa
çatıb. Bakı şəhərinin ümumtəhsil məktəblərində
dövlət xətti ilə 8342 ədəd, digər
qurumların xətti ilə 1208 ədəd, cəmi 9550 ədəd
kompüter verilmişdir. 23
saylı məktəbdə uğurla sınaqdan çıxan
“Elektron məktəb” layihəsində indi 20 və 220 nömrəli
məktəb - liseylər, 7, 8, 60, 134, 160, 245 saylı məktəblər
iştirak edir.
İKT-nin təhsil sisteminə tətbiqi sahəsində
elektron dərsliklər layihəsi də uğurlu olub. İndi bizim mək-təblərdə Azərbaycan
tarixi, kimya, biologiya və fizika dərsləri elektron dərslikər
əsasında tədris olu-nur.
Təhsil dinamik inkişaf edən sosial hadisədir. Bunu
TQDK-nın statistik hesabatları bir daha təsdiq edir. Belə ki, son 7 ildə
respublikanın ali məktəblərinə
qəbul olunan tələbələrin orta balı 150 - 200 bal
artıb. Bu, ilk növbədə təhsilin
keyfiyyətinin artım səviyyəsinin göstəricisidir.
2009
- 2010 - cu dərs ili üçün ali məktəblərə tələbə
qəbulunda hər il olduğu kimi Bakı məktəbləri
məzunlarının xüsusi çəkisi artıb, nəticədə
builki məzunlarımızın 42.17 faizi tələbə
adını qazanıb. Nə-zərinizə çatdırmaq
istəyirəm ki, bu rəqəm keçən il
39.50-yə bərabər olub. Bakı Şəhəri
üzrə Təhsil İda-rəsi yarandığı
2006-cı ildən 2009-cu ilə qədər bu parametr üzrə
artım təqribən 8 faizdir. Sevindirici
haldır ki, son 3 ildə respublika üzrə ən yüksək
göstəricilər də Bakı şəhərinə məxsusdur.
Bakı şəhəri məzunlarının orta balı da
respublika üzrə orta göstəricidən 30 bal yuxarıdır.
Tələbə adına 2006-cı il-də 8335 məzun layiq
görülmüşdürsə, 2009-cu ildə bu rəqəm
9068 nəfər
olub.
Testlə
qəbul imtahanları tarixində ilk dəfə 4
şagirdimiz maksimum 700 bal toplayaraq ən yüksək nəticə
qazanıb.
Orta
balı 250-dən yuxarı olan məktəblərin sayı son iki ildə 72-dən
160-a, orta balı 300-dən
yuxarı olan məktəblərin
sayı isə 17-dən 49-a yüksəlib.
Bakı
şəhəri məzunlarının orta bal göstəriciləri
də xeyli yaxşılaşıb. Bu rəqəm 2006-cı ildə 232.537, 2009-cu ildə
isə 241,043 olub.
Bu illər ərzində fənn olimpiadaları yüksək
səviyyədə keçirilir.
Bunu olimpiadanın respublika turunda şagirdlərimizin
göstərdiyi yüksək nəticələr sübut edir.
Belə ki, 2006-cı ildə qalib şagirdlərimizin sayı
48, 2007-ci ildə 69 nəfər olduğu halda, 2008-ci ildə
bu rəqəm 92-yə, 2009-cu ildə 105-ə, 2010-cu il-də
isə 106-ya çatıb. Belə müsbət
dinamika aparılan məqsədyönlü və
ardıcıl işin nəticəsidir.
Cənab
Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə
Bakı şəhərinin 24 məktəbi
“Ən yaxşı ümumtəhsil məktəbi”, 41 nəfər
müəllim isə “Ən yaxşı müəllim” adına layiq
görülmüşlər. 2008-ci ildə isə
bu rəqəmlər müvafiq olaraq 42 və 14 olub.
Son
illər məktəblilərin vətənpərvərlik
ruhunda tərbiyə edilməsinin nümunəsi olaraq ümummilli
liderimiz Heydər Əliyevin anadan olmasının
ildönümlərinə həsr olunub, “Biz Heydər Əliyev
irsini öyrənirik” (2008-ci il) “Azərbaycan - dünyam mənim”
(2009-cu il), “Heydər Əliyev zəkasının
işığında” (2010-cu il), adlı müsabiqələr"
keçirilib. Ümummilli liderin siyasi fəaliyyətinə hərtərəfli
nəzər salan müsabiqə iştirakçıları bu
böyük tarixi şəxsiyyətin milli tərbiyə sisteminə
verdiyi töhfələri tədqiq edərək vətənə,
xalqa məhəbbət və sədaqət ruhlu
yaradıcılıq nümunələri ilə
çıxış ediblər.
Bu illər ərzində hərbi vətənpərvərlik
tərbiyəsi sahəsində məktəblərimizin fəaliyyəti
də qənaətbəxş səviyyəsi ilə fərqlənib. “Şahin” və “Cəsurlar” hərbi-idman-turizm
oyunlarının məktəb, rayon və şəhər mərhələsində
yüksək nəticələr göstərən gənclərimizin hər
il Respublika turunda I yeri
tutması təqdirəlayiqdir.
Təhsil
sistemində özünəməxsus yeri olan məktəbdənkənar
təhsil müəssisələrinin tərbiyə prosesində
mühüm rolunu nəzərə alan Təhsil
İdarəsi bu sahənin inkişafına diqqət yetirir. Azərbaycan
Respubli-kasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda
şahmatın inkişaf etdirilməsi haqqında”, “Azərbaycan
Respublikasında 2005-2015-ci illərdə futbolun
inkişafına dair Dövlət proqramı” sərən-camlarının
yerinə yetirilməsi sahəsində də xeyli iş
görülüb müəyyən uğurlar
qazanılıb. Təhsil
Nazirli-yinin keçirdiyi “İlin ən yaxşı Şahmat Məktəbi”
müsabiqəsində 1 №-li
İxtisaslaşdırılmış Olimpiya Ey-tiyatları
Şahmat - Dama İdman Məktəbi I, “İlin ən
yaxşı məşqçisi” nominasiyasında 13 №-li
İxtisa-laşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi
Rəşad Həsənov I, “İlin ən yaxşı
idmançısı” nominasiyasında 1 №-li
İOEŞDİM-in gənc şahmatçıları
Günay Məmmədza-də I, Nərmin Kazımova isə II
yerə layiq görülüblər.
Əvvəlki illərlə müqayisədə 2009-cu
ildə idman məktəblərində yüksək dərəcəli
idmançıların hazırlan-ması səviyyəsi də
artıb. Belə ki, 7 nəfər
idman ustası, 113 nəfər idman ustalığına namizəd
hazırlanıb. 252 idmançıya I, 2627 idmançıya isə II
və III idman dərəcələri verilib.
Təhsilin bütün sahələri üzrə
qazanılan nailiyyətlər sevindirici olsa da son deyil. İlk növbədə təhsilin
inkişafı üçün əlimizdən gələni
etməyi bir vəzifə kimi qarşıya qoymuşuq. Bu vəzifəni yerinə yetirmək
üçün bütün imkanları və qüvvələri
səfərbər etməli, gənc nəslin təlim-tərbiyəsi
sahəsində daha yaxşı nəticələr
qazanmalıyıq.
“Təhsil
əsri” elan edilən XXI əsrdə Bakının təhsil
işçiləri tarixi ənənəni davam etdirəcək, keyfiyyətli
təhsil sahəsində daha
böyük uğurlara imza atacaqlar!
Nailə Rzaquliyeva
Bakı təhsili.- 2010.- 19 may.- S. 2.