TƏHSİLİMİZİN
KEYFİYYƏT SƏVİYYƏSİ YÜKSƏLDİ
Müasir dünyada hər
bir ölkənin uğurlu gələcəyi
həmin ölkənin
təhsil səviyyəsi
ilə müəyyən
olunur.
Bu, bütün dövrlərdə belə
olub, yəni cəmiyyətin inkişafı
təhsilin inkişafından
asılıdır. Ona görə
də təhsilin əhəmiyyətini düzgün
dəyərləndirmək olduqca vacibdir. Təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edən Azərbaycan Prezidenti İlham Əliyev bildirir
ki, biz maddi dəyərlərimizi, iqtisadi
potensialımızı insan
kapitalına çevirməliyik.
Qarşıya qoyulan bu məqsədin həyata keçirilməsi hazırkı
mərhələdə təhsil
sisteminin ən önəmli vəzifəsidir.
“Təhsil haqqında”
Azərbaycan Respublikası
qanununun 9 - cu maddəsində
qeyd edilir ki, təhsilin keyfiyyət səviyyəsi
ölkədə qəbul
olunan dövlət təhsil standartları əsasında beynəlxalq
və ümumavropa təhsil sisteminin prinsiplərinə, təhsil
pillələri üzrə
müvafiq keyfiyyət
göstəricilərinə uyğunlaşdırılaraq müəyyən
edilir. Ümumi təhsil pilləsində sö-zügedən keyfiyyət
göstəriciləri aşağıdakılardır:
1.Təhsil proqramları
(kurikulum)
2.
Maddi - texniki baza
3.
İnfrastruktur
4.
İnformasiya resursları
5.
Mütərəqqi təhsil
texnologiyaları
6.
Təhsil verənlərin
peşəkarlıq və
elmi - pedaqoji səviyyəsi
7.
Abituriyentlərin hazırlıq
səviyyəsi və
s.
Təhsil pilləsinin yuxarıda
qeyd olunan ilk altı göstəricisi üzrə əldə edilən nailiyyətlər
göz qabağındadır. Ona görə də
diqqəti abituriyentlərin
hazırlıq səviyyəsinə
yönəltmək istərdik.
Beləliklə, təhsil
sahəsində islahat
proqramının təsdiq
olunmasından əvvəlki
vəziyyətlə (1998 - ci
il) proqramın
həyata keçirildiyi
dövrdə abituriyentlərin
hazırlıq səviyyəsinin
inkişaf dinamikasına
müqayisəli şəkildə
nəzər salaq. Qeyd edək ki, bütün
bu məlumatlar “Abituriyent” jurnallarından götürülüb.
1998, 2003 və
2008 - ci illər üzrə ali
məktəblərə qəbul
olunan abituriyentlərin
orta bal göstəriciləri
cədvəli bu baxımdan çox maraqlıdır.
Ali
məktəblərə qəbul
olunan abituriyentlərin
orta bal göstəriciləri
(1998,
2003, 2008-ci illər üzrə)
¹ Ali məktəbin
adı
1998 2003 2008
1. Bakı Dövlət Universiteti 307.004
386.484 488.394
2. Azərbaycan Dövlət Neft Akademiyası
224.552 344.819 462.298
3. Azərbaycan Texniki Universiteti 198.920
266.712 352.837
4. Azərbaycan Memarlıq və İnşaat Universiteti 176.345
251.703 357.190
5. Azərbaycan Tibb Universiteti 404.591
455.432 572.132
6. Azərbaycan Dövlət Pedaqoji Universiteti
218.335 337.810 438.680
7. Azərbaycan Dövlət İqtisad Universiteti
335.412 363.907 449.473
8. Azərbaycan Dillər Universiteti 353.448
370.535 517.347
9. Naxçıvan
Dövlət Universiteti 234.345
306.689 425.881
10. Bakı Slavyan Universiteti 256.903
277.012 455.710
11. Azərbaycan Kooperasiya Universiteti 264.759
299.913 318.616
12. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 422.589
440.024 630.119
13. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti
211.426 260.072 421.259
14. Sumqayıt Dövlət Universiteti 177.649
310.061 391.392
15. Azərbaycan
Kənd Təsərrüfatı
Akademiyası (Gəncə
ş.)
197.383 247.674 323.827
16. Azərbaycan Texnologiya Universiteti 159.751
222.938 318.613
17. Gəncə Dövlət Universiteti 197.806
301.839 407.961
18. Mingəçevir
Politexnik İnstitutu 202.127
223.433 319.375
19. Lənkəran
Dövlət Universiteti 210.921
287.010 400.475
20. Milli Aviasiya Akademiyası 283.981
359.624 378.069
21. “Azərbaycan”
Universiteti
207.614 247.515 322.297
22. Bakı “Asiya” Universiteti 186.874
235.303 333.978
23. Qərb Universiteti
214.012 220.954 353.441
24. Xəzər Universiteti
212.039 219.328 348.668
25. “Qafqaz” Universiteti
244.891 361.261 479.848
26. Bakı Qızlar Universiteti 145.123
198.941 357.179
27. “Odlar Yurdu” Universiteti 196.296
220.591 321.038
28. Azərbaycan İctimai Siyasi Universiteti
149.709 184.841 341.190
29.
Azərbaycan
Beynəlxalq Universiteti 240.889
240.291 352.244
30. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 188.552
211.002 340.606
31. Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyası
—- 223.931 308.131
32. Naxçıvan
Özəl Universiteti
(Naxçıvan ş.) —-
185.210 323.151
33. Azərbaycan Müəllimlər İnstitutu —-
276.014 387.252
34. Azərbaycan Turizm İnstitutu —-
—- 453.439
35. Naxçıvan
Müəllimlər İnstitutu —-
—- 369.477
36. Bakı Avrasiya Universiteti
—- —- 349.729
37. Bakı Biznes Universiteti —-
—- 326.303
Cədvələ diqqət yetirsək görərik ki, 1998 - ci ildə hətta
11 ali məktəbə
qəbul olunan abituriyentlərin orta balı 200 - dən də aşağı olub. Lakin 2008 - ci ildə bütün
ali məktəblərə
qəbul olunan abituriyentlərin orta balı 300 - dən yuxarı olub. Bu isə abituriyentlərin
bilik səviyyəsinin
artması ilə əlaqədardır. Daha aydın
olması üçün
qeyd olunanları 5 ballıq qiymət sistemi aşağıdakı
kimi cədvəlləşdirilir.
Qəbul olan
abituriyentlərin orta qiymətlərinin ali məktəblər
üzrə paylanma cədvəli (1998, 2003, 2008-ci illər)
İllər
Orta qiymət 1998
2003 2008
“5” 0 0 3
“4” 5
12 34
“3” 14
18 0
“2” 11
3 0
Cədvəldəki
rəqəmlər ali məktəblərin
sayını göstərir.
Cədvəldən göründüyü kimi,
1998-ci ildə 30 ali məktəbin on birinə
qəbul olan abituriyentlərin qəbul imtahanlarındakı orta qiyməti “2" (qeyri-kafi),
14 ali məktəbə
qəbul olanların orta qiyməti ”3" (kafi), yalnız 5 ali məktəbə qəbul olanların orta qiyməti isə “4" (yaxşı)dır. 2008 - ci ildə isə
37 ali məktəbin
34 - nə qəbul olanların orta qiyməti ”4", 3 ali məktəbə qəbul
olanların orta qiyməti isə
“5"dir. Göründüyü kimi, məhz uğurla həyata keçirilən islahatın
nəticəsində 2008 - ci
ildə respublikamızın
bütün ali məktəbləri keyfiyyətli
tələbə kontingenti
ilə təmin olunub. Bunu digər parametrlər
üzrə də deyə bilərik. Əgər 2003 - cü ildə tələbə qəbulu zamanı müsabiqəyə buraxılış
balı 150 idisə, 2004 - 2006-cı illərdə
bu hədd 200-ə,
2008 - ci ildə I, II,
IV qruplar üzrə
250-yə, III qrupda isə
300 - ə çatıb. Bu rə-qəmlər həm
də 2010 - cu ilə aiddir. Biz bu
təhlili respublika üzrə apardıq.
Qeyd etmək istərdik ki, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin göstəriciləri
Respublika üzrə orta göstəricidən xeyli yüksəkdir.
Məhəmməd Bayramov
Bakı təhsili.- 2010.- 19 may.- S. 3.