Merac
Rəcəb ayının 26-dan 27-nə keçən gecə
həz.Peyğəmbərin meracıdır. Bu tarix Miladi təqvimlə 2010-cu il iyul ayının 8-dən 9-na keçən
gecəyə müvafiqdir.
Meracın lüğəti mənası "yüksəlmə vasitəsi aləti" deməkdir. Həmin səbəbdən ona
mənəvi nərdivan da deyilir. Merac həm də
"İsra" adlanır. İsra isə "gecə
vaxtı getmək və yola çıxmaq" felinin məsdəridir.
Merac Peyğəmbər(ə)-nin Məkkədən Qüdsə
oradan da əbədi bir aləmə gedib yenidən geri
qayıtmasıdır.
Həzrəti Məhəmmədin Məkkədən Qüdsə aparılması Quran ayəsilə təsbit olunub. "Bəzi ayələrimizi göstərmək
üçün bəndəsini (Peyğəmbər Əleyhissələmi)
bir gecə (Məkkədəki) Məscidülharamdan ətrafını
mübarək etdiyimiz Məscidüləqsaya (Beytülmüqəddəsə)
aparan Allah pak və müqəddəsdir" (İsra1).
Meracın bu hissəsinə İsra deyilir. Meracın
2-ci hissəsini isə Peyğəmbər(ə)-nin Qüdsdən
7-ci göyə qədərki səyahəti təşkil edir
və bunu həz.Məhəmmədin aşağıdakı kəlamları
təsdiqləyir. 1) "Merac gecəsi bir tərəfdə
gözəl yeməklər süfrəsi digər tərəfdə
isə leş gördüm. Camaatın bir qismi halal təamları
yox leşi yeyirdi. Cəbrail(ə)-dən soruşdum:
"Leş yeyənlər kimlərdir?". O dedi: "Onlar
halal malı var ikən haramı yeyənlərdir"; 2)
"Merac vaxtı Cənnətdə uca köşklər
gördüm. "Bunlar kimin üçündür" -
sualına Cəbrail(ə) cavab verdi: "Bu köşklər
qəzəbini udan və insanları əfv edənlər
üçündür".
Meracın həqiqəti
"Meracın həqiqəti
nədir" - sualına XX əsr İslam öndəri S.Nursi
(1877-1960) belə cavab verib: "Merac həz.Məhəmmədin
kəmalət mərtəbələrində seyrindən ibarətdir".
Çağdaş Quran təfsirçilərindən professor
A.Bəşara görə: "Meracda məqsəd zaman və
məkandan münəzzəh olan Allahın seçdiyi Rəsulu(ə) ilə görüşüb onu
mənəvi kamilliyə çatdırmasıdır".
Şübhəsiz ki Rəsulu Əkrəm(ə)
Yerdə ikən də Allahı "Göylərin və Yerin
Rəbbi" kimi tanıyırdı və bunu təbliğ də
edirdi. Lakin o Qalaktika və sonsuz sayda Dumanlı
qalaktikalardakı aləmlərdən felən xəbərsiz
idi. Peyğəmbər(ə) həmin
sonsuz aləmləri seyr edib gördükdən sonra praktik
olaraq əmin oldu ki "Bütün aləmlərin Rəbbi
Allahdır". Və sözsüz ki o Meraca sahib olmadan
"bütün aləmlərə göndərilən rəhmət
və peyğəmbərlərin möhrü ola
bilməzdi". Başqa sözlə Allah heç bir peyğəmbərinə
vermədiyi xüsusi lütf və ehsanını Məhəmməd
Mustafa(ə) üçün
saxlamışdı.
Musa(ə)-nin istəyi
Məlumdur
ki İbrahim Yaqub Musa və İsa həzrətləri də
ilahi seyranlara layiq bilinən peyğəmbərlər olublar.
Lakin həz.Məhəmmədin meracı hərtərəfli
fərqlənən ülviyyət və qüdsiyyətlə
dolu təkrarolunmaz ilahi bir möcüzədir. Belə ki
Allahı görmək arzusunda olan həz.Musaya Rəbb buyurdu:
"Sən Məni görə bilməzsən". Bəli Rəbb
Musa(ə)-yə: "Mən görünməzəm"
yox "sən Məni görə bilməzsən" dedi. Fəqət
Musa (ə)-nin xahişini nəzərə
alan Rəbb öz təcəllisini dağa əks etdirdi. Dağın bir anda parçalanmasından heyrət və
dəhşətə gələn həz.Musa özündən
getdi və təbii ki Allahı görə bilmədi və
bilməzdi də. Çünki Musa(ə)
bu xahişini zaman və məkanın hökm
sürdüyü fani dünyada reallaşdırmaq istəyirdi.
Həmin səbəbdən Allah öz camalını və
qüdrətinə dəlalət edən qəribəlik və
əcaiblikləri seçdiyi son Peyğəmbər(ə)-yə
göstərmək üçün onu zaman və məkan
xaricindən kənar etdi. Məhz Peyğəmbər(ə)
hələ sağlığında ikən Merac vasitəsilə
əbədi və sonsuz aləmə daxil oldu və oradakı
ilahi nizamı gördü. Əgər həz.Peyğəmbərin
Meracı zaman və məkan daxilində (dünyada) olsaydı
və Allah camalını həmin şəraitdə ona
göstərsəydi şübhəsiz ki ya Musa(ə)
ilə baş verən hadisə təkrar olunardı ya da Rəbbin
təcəllisi dünyanı məhv edərdi.
Merac haqqında mübahisələr
Meracın
nə zaman olduğu mübahisəlidir. Mübahisələrin
əsas səbəbini hadisələrin həm əsrarəngliyi
həm əzəməti həm onun baş verdiyi dövrdə
müsəlmanların dağınıq və azsaylı
olması həm də hadisəni bilavasitə nəql edən əksəriyyətin
kiçik yaşda və ya hələ anadan olmaması ilə
izah etmək olar. Bəziləri Meracın hicrətdən
(622 il) 3 digərləri isə 15 il əvvəl
baş verdiyini söyləyiblər. Meracın
haradan başlandığı da mübahisəlidir. Təfsirçilərin
bir hissəsi onun Peyğəmbər(ə)-nin
evində digərləri Məscidi Şərifdə (həz.Məhəmmədin
Mədinədə inşa etdiyi məscid)
üçüncü qrup isə Əbu Talibin qızı
Ümmüxanın evində olduğunu iddia edib. Meracın Peyğəmbər(ə)-nin ruhu və ya bədənilə
oyaq və ya yuxuda olduğu zaman həyata keçdiyi də
mübahisəlidir. Hətta bəziləri
Meracın bir neçə dəfə baş verdiyini də qəbul
edib İsra və Meracın bir-birindən ayrı olduğunu
vurğulayıblar. Klassik şərhçilərin
müəyyən hissəsi Peyğəmbər(ə)-nin
Məkkədən Qüdsə aparılmasının
(İsra) onun cismilə Qüdsdən göylərə
aparılmasının isə ruhu ilə olduğunu söyləyiblər.
Lakin əksəriyyət qəbul edib ki Merac Peyğəmbər(ə)
oyaq ikən cismi və ruhu ilə olub. Onlara
görə bu hadisə Rəcəb ayının 27-ci gecəsi
baş verib.
Meracın zahiri və batini
Merac bəşər
idrakının fövqündə olan bir hadisədir. Orada zaman və məkan yox olur maddi qanunlar işləmir.
Kainata hakim olan Rəbb bu gecədə Peyğəmbər(ə)-yə
cənnətləri cəhənnəmləri və
Özünü göstərib. Fəqət bu
görmə dünyadakı görmə ilə yox axirət
görməsilə mümkün olub. Başqa
sözlə həz.Məhəmmədin meracı onun
dünyadan zaman və məkanın yox olduğu əbədi
bir varlığa getməsi oradan da yenidən dünyaya
qayıdışıdır. Rəbbin Peyğəmbər(ə)-yə
məxsusi lütf etdiyi bu olayı S.Nursi belə şərh
edib: "Merac vilayəti həz.Əhmədiyənin kəraməti
kübrası mərtəbəi ulyasıdır". Yəni
merac Peyğəmbər(ə)-nin vilayətinin
(hakimiyyətinin) ən böyük möcüzəsi və ən
uca mərtəbəsidir. Merac və oradakı qəribəliklər
həm də Məhəmməd Mustafa(ə)-nin
bütün vilayətlərin fövqündə duran vilayətinin
təntənəsidir. Meracdan qayıdış
isə onun Rəbbdən bilavasitə aldığı əmrlər
məcmuəsi olan risalətidir. Deməli
"Meracın batini xalqın (həz.Məhəmmədin)
Xaliqdən aldığı ilahi vilayət zahiri isə Xaliqdən
xalqa (bəşərə) gətirilən risalətdir".
Merac hədis
kitablarında
Mənbələrə
görə Meracdan əvvəl Cəbrail(ə)
bəzi mələklərlə yerə enərək həz.Məhəmmədin
sinəsini açıb zəm-zəm suyu ilə yuduqdan sonra
oranı hikmət iman və digər mənəvi dəyərlərlə
daha da zənginləşdirib. Peyğəmbər(ə)-nin
sinəsinin açılması digər ilahi nemətlərlə
yanaşı bəlkə də Rəbbin onu Merac vaxtı bəşər
orqanizminin tab gətirməyəcəyi temperatur təzyiq
çəkisizlik şəraiti və s. amillərə
hazırlaması idi. "Şərhi sadr" adlanan
bu hadisənin təfərrüatı "İnşirah"
surəsinin təfsirində verilib. "(Ya
Peyğəmbər!) Məgər Biz (haqqı bilmək
elm və hikmət dəryası etmək üçün) sənin
köksünü (qəlbini) açıb genişlətmədikmi?!". Merac haqqında Buxari (v.e.870) və
Müslimin (v.e.875) Peyğəmbər(ə)-nin
müasiri Əbu Zərin rəvayətinə söykənən
məlumatları ən etibarlı mənbələrdir. Həmin
qaynaqların xülasəsi belədir: "Şərhi sadrdan
sonra həz.Məhəmməd Cəbrail(ə)-nin
gətirdiyi Buraqa (ildırım sürətli cənnət
minik heyvanı - V.C.) minib Qüdsə gedib orada namaz
qılıb. Sonra o Cəbrail(ə) ilə
1-ci göyə qalxıb orada həz.Adəm 2-ci göydə həz.Yəhya
və həz.İsa 3-cü göydə həz.
Yusif
4-cü göydə həz.İdris 5-ci göydə həz.Harun
6-cı göydə həz.Musa ilə görüşüb.
Peyğəmbər(ə) 7-ci göydə
həz.İbrahimlə salamlaşıb. İbrahim(ə)
kürəyini Beytil-məmura (Beytil-məmur 3 4 və ya 7-ci
göydə yerləşir. O mələklərin qibləsidir.
Beytil-məmurun yerdəki nümunəsi müsəlmanların
qibləsi Kəbədir - V.C.) söykəmişdi.
Sonra Peyğəmbər və Cəbrail həzrətləri
Rəbbin hüzuruna gəliblər. Burada həz.Məhəmməd
Allahla tək qalıb heç bir vasitəçi olmadan Ondan 3
ərmağan alıb. Və nəhayət Cəbrail(ə) həz.Peyğəmbəri
ağıl və idrakın dayandığı son həddə
- Sidrəi Muntahana (cənnətləri əhatə edən
ulu varlıq ağacı - V.C.) apararaq orada ona cənnətləri
göstərib".
Meracın
hədiyyələri
Meracdakı
ilahi təbliğat İslam dininin mehvərini təşkil
edir. Belə ki Meracın birinci hissəsində
(İsrada) Rəbb Peyğəmbər(ə)-yə
12 əmr vəhy edib: "1. Allaha şərik qoşmayın.
2. Valideynlərinizə yaxşılıq və mərhəmət
edin. 3. Haqq sahiblərinə haqlarını verin. 4. İsraf
etməyin. 5. Nə əldən çox bərk olun nə də
əlinizi tamamilə açıb israfçılıq edin;
yoxsa həm qınanar həm də peşiman olarsınız.
6. Övladlarınızı öldürməyin (Bu əmri
müasir dövrdə "abort etdirməyin" kimi də
şərh etmək olar - V.C.) 7. Zinaya yaxınlaşmayın.
8. Allahın haram buyurduğu cana haqsız
yerə qəsd etməyin. 9. Yaxşı niyyət istisna
olmaqla yetimin malına həddi-büluğa çatana qədər
yaxın düşməyin. 10. Ölçünüz tərəziniz
düzgün olsun. 11. Bilmədiyiniz bir şeyin ardınca getməyin.
12. Yer üzərində təkəbbürlə
gəzməyin" (İsra 22-37). Yeri gəlmişkən
bu 12 əmr həz.Musaya verilən 10 əmrin təkmilləşmiş
formasıdır. Meracın 2-ci hissəsində Peyğəmbər(ə)-nin bilavasitə Rəbbdən
aldığı 3 ərmağan isə bunlardır: 1. Bəqara
surəsinin son 3 ayəsi; 2. Şirkdən uzaq olan ümmətin
Cənnətlə mücdələnməsi; 3. 5 vaxtı
namaz.
Meracda dilin başa sala
bilmədiyi ağlın dərk etmədiyi şeylərin Peyğəmbər(ə)-yə göstərilməsi
Nəcm surəsində də təsbit olunub. Lakin
o dövrün əksər insanları xüsusən bədəvi
ərəblər Merac hadisəsinə inanmadılar.
Quranın əzəmət fəsahət və bəlağəti
qarşısında aciz qalan Məkkə müşrikləri
isə həz.Məhəmmədə belə dedilər: "Əgər
oxumaq üçün bizə (səmadan) bir kitab endirməsən
göyə qalxmağına əsla inanmayacağıq"
(İsra 93). Halbuki Peyğəmbər(ə)-yə
həm səmadan kitab nazil edilmişdi həm də o göylərə
qalxmışdı. Hər şeyi məhdud
ağılları ilə ölçən müşriklər
Allahın qüdrət vüsətindən xəbərsiz idilər.
Onlar varlığı maddi aləmə
bağlayıb sonsuz kainat və onun içindəkilərinə
yox yalnız gördükləri və bildikləri əşya
və proseslərə inanırdılar.
Merac elmin və
dini tolerantlığın zirvəsidir
Müasir
elmi nailiyyətlər həm İsranı həm də
Meracı qəbul edir. Belə ki kompüter texnikası
kvant fizikası astrofizika enerci dalğaları şəkil və
səsin başqa planetlərə verilib oradan qəbul
olunması Ayda "Allah" sözünün eşidilməsi
və s. elmi kəşflər VII əsrdə baş verən
bu əsrarəngiz hadisəni şübhə altına
salmır. Hal belə ikən dünyanın nuru
və ilahi feyzin kamalında olan həz.Məhəmmədin Məkkədən
Qüdsə aparılması və oradan Rəbb dərgahına
qaldırılması hər şeyə qadir olan Allah
üçün çətin olardımı (Haşə!)?!
Əsla yox!
Merac Məhəmməd(ə)-nin
sonsuz varlığın bütövlüyü və vəhdətini
ruhu ilə hiss edib bəsirət gözü ilə görməsidir.
Peyğəmbər (ə) Merac vasitəsilə
zamanın sonuna qədər baş verəcək bütün
hadisələri görüb. Onun Meracda
kitab və suhuf sahibləri olan peyğəmbərlərlə
salamlaşıb görüşməsi müxtəlif dinlər
və onların nümayəndələrinin
qarşılıqlı hörmət və əməkdaşlığının
vacibliyindən xəbər verir.
Namaz möminin meracıdır
Meracın ən
böyük hədiyyəsi namazdır. Həmin
səbəbdən namaz Meracda olduğu kimi insanın ruh və
cismilə Rəbbə yaxınlaşması üçün
bir mənəvi nərdivandır. Kamil iman
elm təqva və saleh əməl isə o nərdivanın
pillələridir. Lakin "namaz möminin meracıdır"
Peyğəmbər(ə) kəlamını
hər namaz qılana şamil etmək olmaz. Çünki
qılınan namazın aşağıdakı dərəcə
və mərtəbələri var: a) Borc olaraq qılınan
namaz. Bu Allah əmr etdiyi üçün vərdiş
edilən namazdır. Namaz qılmamaqla
müqayisədə əlbəttə o da bir mərtəbədir.
Fəqət belə namaz sahibini ilahi feyzlərə
tam çatdıra bilmir; b) Pis şeylərdən qoruyan namaz.
Belə mərtəbəyə çatan insanlar
üçün buyurulub: "Namaz bəndənin
qalxanıdır". həz.Peyğəmbər
bu təbəqəyə daxil olanları "gündə 5 dəfə
çimən insanlar" təşbihilə xarakterizə
edib. v) Meraca bərabər namaz. Bu hər dəqiqəsi
illərin feyzinə bərabər olan namazdır. Belə
xoşbəxt bəndələr həmin anda dünyəvi
iş və fikirlərdən azad olub Rəhmət
qapısında boynu bükük səcdə edərək Rəbbilə
bilavasitə təmasda olanlardır...
Merac gecəsində
namaz qılmaq məsləhət görülür. Kim bilir bəlkə də həmin gecədə
qılınan və fərz olmayan bu namaz bəndənin Rəbbilə
bilavasitə təması onun meracıdır. Belə
namaza nail olan bəndə nəinki 15 mlrd. müsəlmana
hətta 65 mlrd. bəşərə
imamlıq edən səviyyəyə qalxır... Merac gecəsi Allaha dua və yaxşı işlərə
niyyət etmək pis işlərdən əl çəkmək
və tövbə üçün bir fürsətdir.
Merac həm
də hər bir fərd və millətin mənəvi tərəqqisidir.
Rüşvət korrupsiya zina böhtan sifarişlə adam öldürmə və həbs etmə
Allahla yox Şeytanla təmasda olanların
"meracı"dır. Bu "merac"ın
Cəhənnəmlə mücdələnməsi Allah vədidir.
Namazında meraca nail olmayan əməlisaleh bəndələr
isə hər şeyi Allah naminə etdikləri
üçün Allah da onlarladır. Bu həm Quran həm də
Peyğəmbər(ə) kəlamları
ilə təsbit olunub. Zira deyilib: "Bir gün ədalətlə
iş görmək 60 ilin ibadətindən
üstündür"; "Biliyilə xalqı
faydalandıran alim 70 il ibadət edən adamdan xeyirlidir";
"Cənnətin qapıları qılıncların
kölgəsi altındadır" və s. və i.
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.- 5 iyul.- S. 12.