Məhəmməd(ə) və
Quran Onun əsəridir
Məntiq və dünyəvi elmlərin
bəzilərilə tanış olan hər kəs Qurani Kərimi oxuyub səthi təhqiq etdikdən sonra onun heç
bir kitaba bənzəmədiyinə əmin olur. Quranın dil və ifadə tərzi isə həmin əminliyi
daha da möhkəmləndirir.
Lakin 1400
il ərzində müqəddəs
Kitabın hər bir surəsinin
enini-uzununu solunu-sağını
yuxarısını-aşağısını
ağlasığmaz dərəcə və sayda
tədqiq təhqiq təftiş
edən qərəzli qeyri-islam alimləri və hətta
onların quranşünasları Quranı dünyaya
Məhəmməd(ə) tərəfindən
yazılan bir bəşər
kitabı kimi təqdim etmək istəyiblər
və bunu indi də edirlər.
İndi
də həqiqəti bilə-bilə gizlədənlər var
Həqiqəti əsrlərlə
bilə-bilə gizlədib Qurana qərəzli mövqedən
yanaşan belələri barədə Rəbb buyurub: "Kitab
(Tövrat və İncil) verdiyimiz şəxslər onu (Məhəmmədi)
öz oğullarını tanıdıqları kimi
tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi şübhəsiz
ki həqiqəti bilə-bilə gizlədir" (Bəqara
146).
Əlbəttə qeyri-islam aləminin
"bir qisminin həqiqəti bilə-bilə gizlətməsi"
nə Quranın səmaviliyinə nə Məhəmməd(ə)-nin
Onun peyğəmbəri olmasına nə də dünyanın
imanlı bəndələrinin inancına zərrə qədər
də kölgə salmır və sala da bilməz! Çox
kiçik dünyanın kövrəkliyini nəzərə
alıb belələrinə: "Sizin öz dininiz var mənim
də öz dinim!" (Kəfirun 6) Rəbb kəlamı ilə
cavab vermək də olar. Hərçənd ki imanlı bəndə
kimi bizlərin ən ümdə vəzifələrindən
biri də həmin "bir qismi" zor təhqir rişxənd
yolu ilə yox iman elm və iradə vəhdətilə maarifləndirib
imana gətirməkdir. Unutmamalıyıq ki bu vəzifə
peyğəmbərlər və onların varisləri olan
ziyalıların alimlərin işidir.
Bəzi müsəlmanların
Quranı Rəbb kəlamı yox Məhəmməd(ə)-nin
sözü kimi (haşə!) zənn etmələri isə
sözügedən mövzunun narahatlıq doğuran ikinci tərəfidir.
Əlbəttə həmin kiçik qrupun zənnini əsrlərin
gətirdiyi şübhə və tərəddüdlərlə
əlaqələndirmək də olar. Lakin buradakı axsama və
boşluq əsasən dini maariflənmənin yetərsizliyindən
irəli gəlir. Fəqət təəccüb təəssüf
təərrüq (tər tökmə) ürək
ağrısı vicdan əzabı və xəcalət
doğuran paradoks odur ki təəyyün (özünü
böyük göstərmə) və təəzzümlü
(təkəbbürlü) bir qrup həmin "bəzi müsəlmanların"
müəyyən hissəsini təşkil edir. "Bəzi
müsəlmanlardan" (dini və dünyəvi savadı yetərli
olmayanlardan) fərqli olaraq bu qrup əsas etibarilə cəmiyyətdə
qabaqda gedən savadlı imicini qazanan və pendirin
bıçağı kəsə biləcəyi qədər
özləri barədə ifrat yüksək fikirdə olan bəzi
ziyalılardır. Hətta Həmd-surəni oxumağı bilməyən
(və ya oxumağı qəbahət sayan) belələrinin
durumu "Quran kimin kəlamıdır" sualına cavab verə
bilmədikləri üçün "iki" verdikləri tələbənin
durumu ilə eynidir.
Göründüyü kimi istər
Quranın məlum ayəsindəki əhli-kitabın qərəzini
puç etmək istərsə də bəzi müsəlmanların
tərəddüd və zənninə yəqinlik gətirmək
üçün məlum mövzunun növbəti şərhi
hələ də aktuallığını itirməyib. Həmin
səbəbdən Qurani-Kərimin Allah kəlamı və onun
Məhəmməd(ə)-nin peyğəmbərliyinə ən
böyük şahidliyinin aşağıdakı bəzi dəlillərlə
açıqlanması yerinə düşərdi.
Dəlillər
I. Peyğəmbər(ə)-yə
xitabən Rəbb buyurur: "(Ya Məhəmməd!) Sən bu
Qurandan əvvəl də nə bir kitab oxumusan nə də onu
əlinlə yazmısan. Əgər belə olsaydı onda
batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə
düşərdilər" (Ənkəbut 48). Bəli 1400 il
bundan öncəki oxuyub-yazmışlara indiki və gələcəkdəki
oxuyub-yazanlara oxuyub-yazmaqda meydan oxuyan şəxs
oxumağı-yazmağı bilməyən Peyğəmbər(ə)
olub. Yaratdığı bütün bəşərə Məhəmməd(ə)-nin
savadsız olduğunu bəyan edən Rəbb deyir:
"Hamınız köməkləşib bir ayənin
oxşarını belə yaza bilməzsiniz". Deməli
Quran bəşər sözü yox Allah kəlamıdır.
II.
"Əgər bəndəmizə (Məhəmmədə)
nazil etdiyimizə (Qurana) şəkkiniz varsa siz də ona bənzər
bir surə gətirin və əgər sizin (bu bəşər
kəlamıdır) iddianız doğrudursa Allahdan başqa
bütün şahidlərinizi bu işdə köməyə
çağırın" (Bəqara 23); "Bu Quran Allahdan başqasına
aid edilə bilməz. Yoxsa: "(Peyğəmbər) onu
özündən uydurdu!" - deyirlər. De ki: "Əgər
doğru deyirsinizsə ona bənzər surə gətirin və
Allahdan başqa kimə gücünüz çatarsa onu da
(köməyə) çağırın" (Yunus 3738). Zaman
məkan şəraitdən asılı olaraq bəşər
sözündə yanlışlıq ziddiyyət olduğuna
işarə edən Rəbb sonra buyurur: "Onlar Quran barəsində
(onun Allah kəlamı olması haqqında) düşünməzlərmi?
Əgər o Allahdan qeyrisi tərəfindən olsaydı əlbəttə
onda çoxlu ziddiyyətlər tapardılar" (Nisə 82). Allah
kəlamında isə ixtilaf ziddiyyət olmadığı
üçün Quran bəşər yox Allah kəlamıdır.
III. Məlumdur ki Quranla həz.Məhəmmədin
ifadə və bəyan tərzləri müxtəlifdir. Quranın
bəlağət (gözəl nitq ritorika) fəsahət
(gözəl incə aydın danışıq qabiliyyəti)
və ifadə gücünə heç bir bəşər
nail ola bilməz. Seçilən hər bir cümlə söz
və hərfin sıra say səs daxili ahəng və enerji
tutumu olduğu yer və bütün bunların Quranın sonu
ilə münasibət və əlaqəsi hətta onların
riyazi qanunlara tabeliyi bir tabloda hər rəngin ayrı-ayrı
ton və fonlarının müxtəlif mənalar ifadə etməsi
Rəbb kəlamının bəşər sözündən
müqayisəedilməz dərəcədə
üstünlüyünə dəlalət edir.
IV. Quran nazil olduğu dövrdə
şer çox dəbdə idi. Gözəl şer nümunələri
Kəbənin divarında asılardı. Məkkə əhli
isə gözlərinin qabağında boya-başa çatan həz.Məhəmməddən
nə şer nə də nəsr eşitmişdi. Quranın
dili də bunların heç birinə oxşamırdı. Həmin
səbəbdən Quranın dil və üslubu ilə
heç vaxt rastlaşmayan müşriklər deyirdilər:
"Quran şer nəzm kahin və cin sözünə
oxşamadığı üçün o bir sehrdir".
Həmin dövrdə ərəb
dili metafizik məna elmi dini fəlsəfi məfhum və ifadələrdən
mədəni lüğətdən məhrum idi. Həmin dil
sadəcə çöl ərəblərinin duyğu və
düşüncələrini dar həyatlarını ifadə
etməyə yararlı bir vasitə idi. Lakin Quranın nazil
edilməsilə bu dil dəyər və zənginliyinə
görə Qiyamətə qədər ifadə oluna biləcək
bütün məfhumları ehtiva etdi. 23 il ərzində
bütün zaman və məkanı əhatə edən belə
filoloji inqilabı təbii ki bəşər edə bilməzdi
və bu mümkün də deyil. Digər tərəfdən
elə bir bəşər kitabı da yoxdur ki alimindən
avamına uşağından ağsaqqalına qədər
hamı onda təskinlik rahatlıq dərdinə əlac
tapsın. Quran xaricində elə kitab yoxdur ki o usanmadan dəfələrlə
oxunsun və aktuallığını itirməsin.
V. İnsanı maddi-mənəvi tərəfilə
anlatması həyatın bütün sahələri üzrə
düstur təklif tövsiyə icazə və qadağalar
qoyması dünya səadətilə yanaşı Axirət
xoşbəxtliyini qəlbin rahatlığı və ruhun tələbatını
ehtiva edən prinsiplər baxımından da Quran bəşər
kəlamı deyil. Çünki ilahi vəhylərə
söykənməyən hər hansı sənət əsəri
zaman keçdikcə öz təravət və
aktuallığını itirir. Sərvətin sadəcə
varlıların malı olmaması (Həşr7) insan
üçün səy və əməyin rolu (Nəcm39) əmanət
və vəzifələrin sədaqətli insanlara
tapşırılması hökmün ədalətlə
verilməsi (Nisə4) bir nəfərin qətlinin bütün
bəşəri öldürmək kimi qəbul edilməsi ailə
və cəmiyyət üçün faiz qumar içki
zinanın öldürücü zəhər olması bəşər
ağlına sığmayan Axirət və onun təsviri və
s. və i. Quranın Rəbb kəlamı olduğunun
sübutudur. Quran kainatın başlanğıc və sonuna
insanın yaradılışına aid qəti ifadələr
işlədir. Heç bir yazar həmin işi görə bilmədiyi
üçün "bunu bəşər edə bilməz"
deyib itaətcəsinə Ona həmd-sənada bulunur. Bir
sözlə insan və kainat kimin əsəridirsə Quran da
Onun əsəridir.
VI. Hansı vicdanlı yazar əsərinin
heç bir tənqidə məruz qalmayacağı Qiyamətə
qədər ona bənzər heç bir əsər
yazılmayacağı iddiasında buluna bilər? Əlbəttə
hər hansı yazar dünyanın məşhur siyasətçisi
hərbçisi və mütəfəkkirinə kitab həsr
edib onun adından danışa bilər. Lakin bu
danışmalar həqiqətən onun bütün əmr
yasaq qanun və tövsiyələrini olduğu kimi əhatə
edərmi? Və əgər bu kitab həm müəllif anadan
olmazdan çox-çox əvvəlki dövrü həm də
müəllifin vəfatından çox-çox sonrakı
hadisələrdən bəhs edirsə belə kitabın bəşər
kitabı olması qeyri-mümkündür. Əgər yazar ədalətli
doğru danışan əmin mötəbər bir şəxsdirsə
belə bir kitab barədə yalnız bunu deyə bilər:
"Bu mənə Allah tərəfindən göndərilən
bir kitabdır ki sizə təbliğ edim".
Ağlı başında olan istənilən
yazar hətta elm və texnikanın inkişaf etdiyi indiki zamanda
yaratma həyat vermə öldürməklə bağlı qərarlar
verməkdə acizdir. Bəs dağ okean ağac heyvan və
insanların Ay Günəş Yer ulduzlar və qalaktikanın
yaranması barədə hansı yazar və alim dəqiq məlumat
verə bilər? Hansı yazar qəbr Qiyamət Axirət Cənnət
Cəhənnəmdən yenidən dünyaya qayıdıb ki
onları təsvir etsin? "(Ya Rəsulum!) Sənə vəhy
etdiyimiz xəbərləri bundan qabaq nə sən nə də
ümmətin bilirdi" (Hud 49).
VII. Məlumdur ki Quranda Allahın
Peyğəmbərinə xitabən: "De (qul!) əmri 332 dəfə
təkrar olunub. Hansı kitabda təbliğ belə ifadə tərzində
və bu sayda işlədilib? Hansı yazar yazdığı
kitabında həm özü-özünü həm də
başqası tərəfindən özünü təhdid
etdirib bilərəkdən özünü ittiham hədəfinə
çevirər? Halbuki Quranın: "Əgər (Peyğəmbər)
özündən bəzi şeylər uydurub bizə isnad etsəydi
Biz ondan mütləq şiddətli intiqam alardıq. Sonra onun
şah damarını qoparardıq" (Haqqa 44-46) ayəsi
Tabuk hərbinə getməyənlər üçün Rəbbin
Peyğəmbər(ə)-yə xitabən: "Onlara nə
üçün izn verdin" - deməsi onun Allah kitabı
olduğunu təsdiq etmirmi?! Uca dağları görməyən
və orada oksigen çatışmazlığından xəbəri
olmayan (bax: Ənam 125) "Yaxud (onların əməlləri)
əngin dənizin zülmətinə bənzər. Onu bir
dalğa onun üstündən bir dalğa onun üstündən
bir bulud (dalğa) - zülmət üstündən zülmət
örtər. O əlini çıxartdıqda hardasa onu
görməz" (Nur 40) - kəlamındakı həqiqətləri
bilməyən yazar onları öz əsərində təfsilatı
ilə necə yaza bilər?
VIII. Əsbəbi-Nuzul deyilən
elm sahəsi hər hansı bir ayənin nazil olma səbəbindən
bəhs edir. Quranda 15 ayədə "Yəsəlunəkə"
(Səndən soruşurlar) şəklində Peyğəmbər(ə)-yə
suallar verilir və ondan cavab istəyirlər. Halal və
haramlar qənimətlərin bölünməsi Qiblənin
müəyyən edilməsi aylar Qiyamət ruh və digər
suallara Həz.Məhəmməd yalnız Allahın öyrətməsilə
cavab verir. Məsələn: "De ki ruh Allahın əmrlərindəndir
aylar 12-dir..." və s. Bu sualların cavablarını bilən
yazar onları başqasının adına yazarmı?
IX. Həzrəti Peyğəmbər
azad etdiyi köləsi Zeydə "övladım" deyirdi. Rəbbin:
"Allah oğulluğa götürdüklərinizi sizə
doğma oğul etməyib" (Əhzab 4) kəlamı ilə
Peyğəmbər (ə) bir də həmin sözü
işlətmədi. Zeynəblə izdivacda bulunmağı
heç fikirləşməyən həz.Peyğəmbər
ilahi əmrlə onunla evləndi (Əhzab 37). Peyğəmbər
(ə) Bədr döyüşündəki əsirləri əfv
edib azadlığa buraxmaq istəyirdi. Allah isə fidyə
(para pul) verilməklə azad olunmalarını hökm etdi. Bu
və digər hadisələr göstərir ki Kainatın fəxri
heç vaxt özbaşına iş görməyib. Onun
bütün hərəkətləri Allahın hökmünə
uyğun olub. Bir sözlə həz.Məhəmməd
Allahın elçisi olduğu üçün "Kefi istədiyini
danışmır (O vəhyə tabedir)" (Nəcm 34).
X. Məlumdur ki heç bir kəs
xüsusən yazar öz namusuna ləkə gətirmək istəməz
və bunu əsərində heç vəchlə yazmaz da. Əgər
bu şəxs ömrü boyu "Əmin" kimi tanınan
bir iffət və namus abidəsidirsə onda onun öz əsərində
bunu hallandırması hətta nəzəri cəhətdən
qeyri-mümkündür. Halbuki "ifq" hadisəsi (625 il)
bunun tam əksindən xəbər verir. Belə ki həz.Aişə
Bəni Mustalıq hərbindən qayıdarkən
boyunbağısını yolda itirdiyi üçün geriyə
qayıdır və nəticədə karvandan xeyli
uzaqlaşır. Lakin bir nəfər ona rast gələrək
dəvəsinə mindirir və karvana çatdırır. Fürsət
axtaran münafiqlər xüsusən Abdullah ibn Ubeyy ona
böhtan atır. Həz.Peyğəmbər bu hadisədən
çox sarsılır. Nəhayət həz.Aişənin pak
olduğu barədə bu ayə nazil olur: "Həqiqətən
(Aişə) barəsində yalan xəbər gətirənlər
öz içərinizdə olan zümrədir (münafiqlərdir).
Onu (o xəbəri) pis bir şey zənn etməyin. O bəlkə
də sizin üçün xeyirlidir. O zümrədən olan
bir şəxsin qazandığı günahın cəzası
vardır. Onlardan günahın böyüyünü öz
üstünə götürəni (Abdullah ibn Ubeyyi) isə
(Qiyamət günü) çox şiddətli bir əzab
gözləyir" (Nur 11). Hansı yazar öz əlilə ailəsilə
bağlı bu olayı öz qələmilə
açıqlayar və onu bütün bəşərin
malı edər?
Beləliklə hətta qısa və
azsaylı təhlillər göstərir ki insan və
kainatı Kim yaradıbsa Quran da daxil olmaqla bütün səmavi
kitabların müəllifi də Odur. Həz.Məhəmməd
isə Onun əmrilə Onun kitabını təbliğ edən
bir Peyğəmbərdir.
O ki qaldı həmin ilahi təbliğdən
bizim necə yararlanmağımıza bunu bir Allah bir də Onun
dəlili olan vicdanımız bilir.
Vaqif Cəliloğlu
Bakı
xəbər.- 2010.- 7 iyun.- S. 12.