90-dan
çox etnik dini milli icma Azərbaycanda necə
qardaşlaşıb...
Azərbaycan
etnik-dini tolerantlığın örnəyidir
Çağdaş
mütərəqqi dünyanın əsas demokratik dəyərlərindən
biri kimi təbliğ etdiyi etnik tolerantlıq və dini
dözümlülük əslində xalqımızın əsrlər
boyu formalaşdırdığı və əksər ölkələr
üçün nümunə olan məxsusi dəyəridir. Müasir Azərbaycan
vətəndaşları üçün bu iki dəyərin
biri Rəbbimizin nazil etdiyi səmavi kitablardan digəri isə
nəsillərin bir-birinə əmanət olaraq
ötürdüyü adət və ənənədən
qaynaqlanır.
Bu ənənə ilk növbədə ölkənin coğrafi yeri - iki qitənin kəsişdiyi məkanda olması
ilə əlaqəlidir. Xalqımızın
tarixən dünya ilə bütün iqtisadi-mədəni əlaqələri
bu körpü vasitəsilə olduğu üçün o
torpağına qədəm qoyan hər millətin nümayəndəsi
icması ilə sülh şəraitində yaşayıb
ondan nəsə götürüb ona nəsə verib.
Göründüyü kimi dini və etnik tolerantlıq Azərbaycanda
İslamdan da qabaq mövcud olub. İslam dini sadəcə bu
prosesi mühafizə edərək inkişaf etdirib.
Tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Coğrafi
baxımdan Şərqlə Qərbin qovuşuğunda yerləşən
Azərbaycanın tarixi ərazisi qədim zamandan həm də
müxtəlif dini icmaların çoxlu etnik qrupların vətəni
olub. Şamanizm zərdüştlük atəşpərəstlik
bu ərazidə formalaşan və bilavasitə xalqımızla
bağlılıqı olan inanc mənbələri olub. İudaizmin 2500 xristianlığın 1930
islamlaşmanın 1370-il bundan qabaq Azərbaycanda təşəkkül
tapması XVIII və XIX əsrlərdən sonra Pravoslav
Roma-katolik İncilçi-lüteran kilsələrinin və
sinaqoqların eyni məkanda məscidlərlə birgə fəaliyyət
göstərməsi dünyaya örnək olan unikal dəyərlərdəndir.
Bununla yanaşı tarixin bütün mərhələlərində
ölkəmizdə etnik və dini konfessiyalar arasında
dözümlülük mühitinin formalaşması milli irqi
dini zəmində heç bir diskriminasiya hadisəsinin
olmaması da danılmaz faktlardır. Halbuki müxtəlif
dövrlərdə digər ölkələrdə İudaizm
Xristian və İslam dinindən sui istifadə
edilərək qanlı hadisələrə təxribatlara rəvac
verilməsi dinlərarası münasibətlərin
düşmənçilik səviyyəsinə gətirilməsi
acı həqiqətdir.
İftixarla
qeyd edilməlidir ki ölkəmizdə əsrlər boyu
formalaşan tolerantlıq müstəqillik dövründə
daha da möhkəmlənərək dövlət siyasətinin
prioritet istiqamətlərindən birinə
çevrilmişdir. 1992-ci ildə qəbul edilmiş
"Dini etiqad azadlığı haqqında" AR Qanununa 1996
və 1997-ci illərdə müvafiq düzəlişlərin
edilməsi Azərbaycanda vətəndaş hüququna malik
olan hər kəsin dinə münasibətinin müəyyənləşdirilməsi
istənilən dinə etiqad edib-etməməsi məsələləri
bu günə kimi 400-ə yaxın müxtəlif dini
icmanın Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi
tərəfindən qeydə alınması dövlətin
tolerantlıq istiqamətində atdığı önəmli
addımlardır.
Müstəqillik
dövründə mütərəqqi islami dəyərlərə
qayıdış cəmiyyətin əxlaqi-mənəvi
yüksəlişinə xalqımızın
bütövlüyü və birliyinə xidmət göstərmişdir.
Qloballaşma şəraitində ölkədə
həyata keçirilən irimiqyaslı enerji nəqliyyat və
informasiya dəhlizlərinin yaradılması xarici
investorların Azərbaycana uzunmüddətli sərmayə
qoymaları Azərbaycandakı daxili sabitlik və onun tərkib
hissəsi olan etnik və dini dözümlülüyün
mövcudluğu ilə mümkün olub.
Dini tolerantlıq
dözümlülük anlayışının geniş məna
tutumuna toxunan bu sözün lakonik izahını verək mərhum
prezident H.Əliyevə görə "tolerantlıq həm
insani münasibətlərin və cəmiyyətdə gedən
proseslərin həm də dövlətlərarası millətlərarası
dinlərarası münasibətlərin bir çox cəhətlərinə
aiddir... O təkcə dinlərin bir-birinə
dözümlülüyünü deyil həm də bir-birinin
adətlərinə mənəviyyatına
dözümlülük mədəniyyətlərə
dözümlülük deməkdir".
Tolerantlıq prinsipləri Deklarasiyası
1995-ci il noyabrın 16-da YUNESKO-nun
Ali Konfransının 5.61 saylı Qətnaməsilə təsdiq olunub. 1999-cu il noyabrın 16-da
isə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev
bu əlamətdar gün münasibətilə ölkədə
fəaliyyət göstərən bütün dini
konfessiyaların rəhbərlərilə görüşərək
dövlətin tolerantlıq ənənəsinin qorunmasına
xüsusi önəm verdiyini irqindən dilindən dinindən
dünyagörüşündən asılı olmayaraq
bütün ölkə vətəndaşlarının
sülh əminamanlıq və qarşılıqlı etimad
mühitində yaşadığını konfessiyalararası
münasibətlərdə heç bir problemin
olmadığını bildirdi.
Bu siyasətin davamı
olaraq ölkə başçısı
İlham Əliyevin
16 noyabr 2007-ci ildə Bakıda keçirilən Beynəlxalq Tolerantlıq
Günü münasibətilə konfrans iştirakçılarına ünvanladığı məktubda deyilir: "Ölkəmizdə müxtəlif konfessiyaların
nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram konstruktiv əməkdaşlıq həmçinin ümumbəşəri
mənəvi dəyərlərin mənimsənilməsi yolunda
görülən işlər olduqca
yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün
örnək hesab etməyə imkan verir".
Tolerantlıq Azərbaycan xalqının milli-dini sərvətidir
Məlumdur ki dinin çox güclü təsir
vasitəsi olduğunu nəzərə alan
müasir dünya bütün dinləri qloballaşma zəminində
düşünməyə məcbur edir. Arnold Toynbinin nəzəriyyəsinə
üstünlük verən Harvard Universitetinin Strateji
Araşdırmalar Mərkəzinin direktoru Samuel Hantinqon
"Sivilizasiyaların toqquşması" kitabında
dünya siyasətində dinlərin fundamental rolundan
danışaraq qeyd edir: "Müasir dünyada din mərkəzi
qüvvə hesab edilir. Məhz "qüvvə" ona
görə ki insanlara arqumentlər verərək onları səfərbər
edir... Nə siyasi ideologiyalar nə də iqtisadi
maraqlar insanlar üçün əsasdır. Bu iman və ailə qan və dindir ki insan
özünü identikləşdirir onun uğrunda
döyüşür və ölür". Azərbaycandakı
etnik və dini tolerantlığın unikal nümunəsini
sivilizasiyaların toqquşmasının
labüdlüyünü müdafiə edənlərə misal
gətirən İlham Əliyev həmin məktubunda yazır:
"Bu gün sivilizasiyaların toqquşması və qarşıdurması
konsepsiyasına tərəfdar çıxanlar zəngin
tolerantlıq ənənələrinə malik olan və Şərqlə
Qərb arasında körpü rolunu oynayan bir ölkə kimi
Azərbaycanın təcrübəsindən ibrət
götürə bilərlər".
Ölkəmizdə
müxtəlif dinlər və mədəniyyətlər tarixən
öz mövcudluğunu dialoq tolerantlıq şəraitində
qoruyub. Müasir Azərbaycanda milli siyasət
90-a yaxın etnik qrup müxtəlif millət və dini
azlıqların əminamanlıq şəraitində
yaşaması və dözümlülük prinsipləri həm
də din-dövlət sıx əməkdaşlığı
əsasında müəyyənləşdirilib. Bu dəyərlər ölkə Konstitusiyası ilə
qorunur. Çünki BMT-nin Ümumdünya İnsan
Hüquqları Bəyannaməsində (1948-ci il)
deyildiyi kimi "bütün insanlar öz ləyaqət və
hüquqlarına görə azad və bərabər
doğulub. İnsanların milliyyəti dərisinin
rəngi cinsi dili dini siyasi və digər baxışları
hamı üçün eyni və bərabərdir. Bu
haqların müdafiəçisi dövlətdir".
Məlumdur ki əhalisinin
96%-i müsəlman olan Azərbaycan vətəndaşlarının inanc
və tolerantlıq mənbəyi Qurani-Kərimdir Müqəddəs Kitabda
Rəbbimizin seçdiyi peyğəmbərinə xitabən: "Sənin vəzifən ancaq təbliğ etməkdir" (Ali-İmran 20); "Sən onları
zorla imana
gətirən deyilsən" (Qaf 45); "Dində zor yoxdur" (Bəqara 256); "Din
nəsihətdir" və digər kəlamları dini tolerantlığın təkzibolunmaz nümunələridir.
1400 il bundan öncə
hətta kafirlərlə (ateistlərlə) birgə
yaşamağın mümkünlüyünü və
vacibliyini vurğulayan Quran bəyan edir: "Allahdan
başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və
ehtiramı) bilmədikləri üzündən Allahı
düşməncəsinə söyərlər" (Ənam 108).
Teist-ateist münasibətlərinə aydınlıq gətirən
Rəbbimiz müsəlmanlara tövsiyə edir: "(Kafirlərə
deyin:) Sizin öz dininiz var mənim də
öz dinim" (Kafirlər 6). Tolerantlığın zirvəsi
sayılan bu kəlam sonradan Ali Xartiyada (1215-ci il)
BMT bəyannamələrində Azərbaycan da daxil olmaqla
bütün sivil dövlətlərin konstitusiyasında təsbit
olunub. Bu baxımdan İslam mədəniyyətinin ümumbəşəri
dəyərlərinə heyran olan fransız mütəfəkkiri
İudaizm-Xristianlıq-İslam münasibətlərinin
yaxşılaşdırılmasında müstəsna xidmətləri
olan Lui Massionun (1883-1962): "İslam iudaizm və
xristianlığın vicdanıdır" etirafı heç
də gəlişigözəl ifadə deyil. Bu
ictimai xadim tarixçi şərqşünas bir xristian
aliminin səmimi etirafıdır.
Üç monoteist dinin
qarşılıqlı hörmət və etimad şəraitində
fəaliyyət göstərməsinin təqdirəlayiq
olduğunu israrla qeyd edən Quran buyurur: "Müsəlmanlardan
müsəvi (yəhudilər) isəvi (xristianlar) və sabiilərdən
Allaha axirət gününə inanıb yaxşı iş
görənlərin mükafatları Rəbbinin
yanındadır" (Bəqara 62). Bu ayə latın
mənşəli söz olan tolerantlıqdan yox
tolerantlığı da özündə ehtiva edən daha
geniş dəyərdən-İslam mədəniyyətindən
bəhs edir. Deməli İslam
coğrafiyasının qısa müddətdə genişlənməsinin
və tolerantlıq da daxil olmaqla bu sahədə Azərbaycanın
unikallığının əsas səbəbini həm də
İslam mədəniyyətində axtarmaq daha ədalətli
olardı.
Dinlərarası
münasibətlərin ölkəmizdəki təqdirəlayiq
durumu dini və etnik tolerantlıqda Azərbaycan modelinin örnəkliyi
İSESKO-nun (İslam Təhsil Elm və Mədəniyyət Təşkilatının)
2009-cu il üçün Bakı şəhərini
İslam Mədəniyyətinin Paytaxtı elan etməsi də
söylənən fikri təsdiq edir. Xalqımızın qədim
və zəngin mədəniyyətinə islami dəyərlərə
ölkəmizdə verilən qiymətə
heyranlığını gizlətməyən İSESKO-nun
Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib:
"Mən
Azərbaycanla tanış olduqdan sonra bu qənaətə gəldim
ki zəngin maddi və mənəvi irsinə görə Azərbaycan
çox əhəmiyyətli ölkədir. İSESKO bütün dünyaya
çatdırmalıdır ki siz necə də qədim və
zəngin mədəniyyətə sahibsiniz. Azərbaycanla əməkdaşlıq sahəsində
imzalanan sənədlərin həyata keçirilməsi
üçün biz öz tərəfimizdən hər tələbi
yerinə yetirəcəyik və bu əməkdaşlıq digər
üzv dövlətlər üçün nümunə
olacaqdır". Qeyd edək ki mədəniyyətlər
arası dialoqun aparılması ənənələrinə
malik olan Azərbaycan həm İSESKO-ya həm də Avropa
Şurasına yeganə üzv dövlətdir.
Tolerantlıq müxtəliflikdə bir harmoniyadır
BMT-nin "tolerantlıq
prinsipləri deklarasiyası"na görə
dözümlülük dünyanın zəngin mədəniyyətinin
qəbul olunması dərk edilməsi insanın öz fərdiliyini
təzahür etdirmək formasıdır. Buna
bilik aşkarlıq düşüncə vicdan və etiqad
azadlığı ünsiyyət də aiddir. Tolerantlıq müxtəliflikdə bir
harmoniyadır. Bu təkcə mənəvi
borc deyil eyni zamanda siyasi və hüquqi tələbatdır.
Tolerantlıq sülhə nail olunmasını mümkün edən
və müharibə mədəniyyətinin sülh mədəniyyətilə
əvəz olunmasına səbəb olan ləyaqətlilikdir. Dövlət səviyyəsində tolerantlıq hər
bir insana ölkə vətəndaşına diskriminasiyaya məruz
qoymadan iqtisadi və sosial inkişaf üçün şərait
yaratmaq deməkdir. Təəssüflə
qeyd edək ki bunu işğalçı Ermənistan dövlətinə
və Qriqorian kilsəsinə şamil etmək olmaz. 451-ci ildə Xolkidon Ümumdünya Kilsə Məclisindən
küfr damğası ilə qovulan erməni Qriqorian kilsəsinin
Azərbaycanda fəaliyyət göstərən kilsələrə
təzyiqi sonradan Ermənistanın dövlət səviyyəsində
etnik təmizləmə və işğalçılıq
siyasətini müdafiə etməsi BMT-nin qətnamələrinə
tolerantlıq prinsiplərinə dirsək göstərməkdir.
Ermənistanın monoetnik dövlət olması
bu gün onun müasir dünyanın gözü
qarşısında Azərbaycanın işğal olunmuş
dini və milli abidələrini yerlə-yeksan etməsi də
artıq danılmaz faktdır.
Müasir
Azərbaycan dünya iqtisadiyyatının qloballaşması və
daha çox mobilləşməsi kommunikasiya inteqrasiya və
qarşılıqlı asılılığın sürətli
inkişafı irimiqyaslı miqrasiyalar və əhalinin məskunlaşması
urbanizasiya və sosial sferada əsaslı dəyişiklər əsrində
yaşayır. Bununla yanaşı artıq
dini-etnik dözümsüzlük və münaqişələr
eskalasiyası da dünyanın hər tərəfini təhdid
etməkdədir.
Belə təhlükədən
milli sərhəd və sərvətlərlə qorunmaq
qeyri-mümkündür. Çünki o
qlobal xarakter daşıyır. Elə Azərbaycanda
dünyaya örnək olan tolerantlığın milli siyasətin
tərkib hissəsinə çevrilməsi də bu zərurətdən
doğub.
Qeyd edək ki dövlətin apardığı bu siyasət həm də Rəbb kəlamları ilə həmahəngdir. Çünki
Tövratı Musa İncili İsa və Quranı Məhəmməd
həzrətlərinə nazil edən Rəbbimiz buyurub:
"Sizin hər biriniz üçün bir şəriət və
bir yol təyin etdik. Allah istəsəydi sizi (eyni şəriətə
tabe) vahid bir ümmət edərdi.
Lakin (bu müxtəliflik) Allahın verdiklərilə
sizi imtahan
etməsi
üçündür. Elə isə yaxşı
işlər görməkdə bir-birinizi ötməyə
çalışın" (Nəidə 48).
Göründüyü kimi BMT-nin "Tolerantlıq prinsipləri
Deklarasiyası" və Azərbaycanda əsrlər boyu
formalaşan dini və etnik dözümlülüyün
dövlət siyasətinin tərkib hissəsi olması həm
də bu ayədən qaynaqlanıb.
Namiq
QULİYEV
Bakı xəbər.- 2010.- 18-20 iyun.-
S.12.