Dünyanın hər yerində azərbaycanlı
kimi davranıb Azərbaycan üçün çalışa bilirikmi...
Vətən hər
bir insanın ürəyindən ruhundan
başlayır. Qəlbi olmayan
duyğudan həssaslıqdan
məhrum olan heç bir şəxs vətəni sevə onun bütövlüyünü əzəmətini
qoruya təbliğ edə bilməz. Vətən-Azərbaycan ana sevgisi dünyada hər şeydən öncədir.
Başqa
sevgilər bu ağacın budaqlarıdır
insanlar isə onun köksünə sığınıb yaşayır.
Yer kürəsinin
hansı nöqtəsində yaşamağımızdan
asılı olmayaraq heç bir vaxt azərbaycanlılığımızı
və Vətənimiz Azərbaycan üçün mücadilə
verməli olduğumuzu unutmamalıyıq.
Dünyanın istənilən
qitəsini qütbünü materikini axtarsaq orada heç
olmasa bir nəfər azərbaycanlı tapmış olarıq.
Bunların sırasında millətin qürur mənbəyi
olanlar da onun adına şərəfinə ləkə gətirənlər
də var. Düşünürük ki sonuncuların sayı
elə də çox deyil.
Müxtəlif
dövrlərdə Azərbaycan dünya səyyahlarının
diplomatlarının tarixçilərinin neft
maqnatlarının maraq göstərdiyi məmləkət
olub. Heç azərbaycanlılar da inkişaf etmiş xarici
ölkələrə səyahət eləmək təhsil
almaq orada işləmək fürsətini fövtə verməyib.
XIX əsrdən başlayaraq Azərbaycan gəncləri təhsil
dalınca bir sıra Avropa ölkələrinə getməyə
başlayıb. Sonra həmin şəxslərin böyük əksəriyyəti
müxtəlif ixtisaslara yiyələnərək bir mütəxəssis
kimi Vətənə qayıdıb. Xaricdə qalıb
çalışanlar da az olmayıb. Azərbaycanlılar
dünyanın dörd bir yanına səpələnib.
Soydaşlarımızın heç də hamısı
eyni səbəbdən xarici ölkələrə üz
tutmayıb. Onları bu qərib ellərə taleləri qismətləri
aparıb çıxarıb. Yoxsa kim durduğu yerdə Azərbaycanı
tərk edər?
Bir qisim azərbaycanlılar
xarici ölkələrə XX əsrin iyirminci illərindən
sonra yəni Azərbaycanda Sovet hakimiyyəti qurulduqda gedib. Onlar
mühacirlərdir. Bu gün onların ailələri də
qeyri-rəsmi olaraq mühacir adlandırılır. Bir məsələ
var ki əsasən Amerikada Avropa ölkələrində
yaşayan bu azərbaycanlıların böyük bir qismi
heç bir zaman azərbaycanlı olduqlarını
unutmayıb övladlarına da böyük Azərbaycan
sevgisini təlqin ediblər. Müəyyən bir qisim azərbaycan
mühaciri isə müəyyən səbəblər
üzündən özündə Azərbaycandan və azərbaycançılıqdan
heç bir iz saxlaya bilməyib. Çox güman ki belələrinin
sayı çox azdır.
XX əsrin sonları
XXI yüzilliyin əvvəllərində də Azərbaycandan
əcnəbi ölkələrə böyük köç
gedib. Ölkəmizi tərk edən bu şəxslərin əksəriyyəti
mühacirət etdiyi ölkələrdə vətəndaşlıq
statusu alıb. Bəziləri isə sadəcə işləmək
üçün qürbəti özünə müvəqqəti
məskən seçib. Sirr deyil ki axır illər
respublikamızdan xaricə güclü beyin axını da
olub. Azərbaycanın müxtəlif sahələrdə
şöhrət qazanmış elm adamları musiqi xadimləri
digər sahələr üzrə mütəxəssisləri
hazırda dünyanın ayrı-ayrı ali məktəblərində
dərs deyir elm-istehsalat müəssisələrində
işləyir. Acınacaqlı haldır ki bəzi elm
adamları xaricdə öz ixtisasına uyğun iş tapa bilməyərək
orada özünə aid olmayan sahədə
çalışır.
Azərbaycandan xaricə
turist qismində gedənlər də az deyil. Bu insanlar da
ölkəmizi ayaq basdıqları dövlətdə geniş
şəkildə təbliğ etməlidir. Məlumatlara
görə turistlərin əksəriyyəti gəzməyə
getdiyi ölkəyə Azərbaycanın simvolu sayılan
müxtəlif suvsnirlər milli bayrağımızı xəritəmizi
kiçik ölçülü xalçalarımızı məmləkətimizlə
xüsusən də Qarabağla bağlı ingilis dilində nəşr
edilmiş kitab və jurnallar digər maarifləndirici nümunələr
aparır. Deyilənə görə Azərbaycanla
bağlı təqdim edilən bu vəsaitlər əcnəbilərin
dərin marağına səbəb olur. Düzdür ölkədən
xaricə biznes məqsədilə gedənlər yalnız
alış-veriş haqda düşünənlər də yox
deyil. Ümumiyyətlə Azərbaycandan əcnəbi məmləkətlərə
üz tutan istənilən azərbaycanlı vətənimizi
layiqincə təmsil etmək üçün əlindən gələni
etməlidir.
Xaricdə yaşayan
işləyən hər bir azərbaycanlı heç vaxt azərbaycanlı
olduğunu böyük bir xalqı təmsil etdiyini
unutmamalıdır.
Rusiyadan Türkiyədən
Amerikadan tutmuş Avropa və digər ölkələrdə
yaşayan azərbaycanlıların həyat tərzinə
sosial durumuna vəziyyətinə nəzər salsaq görərik
ki onların çoxu bu millətin bir parçası
olması ilə qürur duyur.
Bu gün dili ayrı
dini ayrı insanlar arasında yaşasalar da
soydaşlarımızın böyük hissəsi öz milli
mədəniyyətinə milli kimliyinə sahib
çıxır. Azərbaycanın bütün milli və
dini rəsmi bayramlarını əlamətdar tarixlərimizi
qeyd edir. Dünya Azərbaycanlılarının Həmrəylik
Gününü Novruz bayramını 28 may Respublika
Gününü keçirir. Sözsüz ki burada xarici
ölkələrdəki diplomatik nümayəndəliklərin
diaspor təşkilatlarının da rolu var. Onlar
soydaşlarımızı bir bayraq altında birləşdirərək
onları Azərbaycan azərbaycançılıq naminə səfərbər
edir.
Məsələn
Rusiyada Ukraynada Almaniyada İspaniyada Fransada Norveçdə
yaşayan elə azəraycanlı ailələr
tanıyırıq ki onların həyat tərzi sırf azərbaycançılıq
çərçivəsində keçir. Yəni onlar ənənələrimizi
elə möhkəm şəkildə mühafizə edir ki yad
meyllər adətlər mədəniyyətlər ora daxil ola
bilmir. Ukrayna respublikasının Poltava vilayətində
yaşayan Həsənovlar ailəsini dediklərimizə
nümunə göstərə bilərik. Bu ailə ermənilər
tərəfindən doğma dədə-baba yurdundan Qərbi
Azərbaycandan (indiki Ermənistan) deportasiya edildikdən sonra
Poltavada yaşayır. Ailə 20 ildən yuxarıdır ki həmin
vilayətdə yurd-yuva salıb iş qurub amma bir an da olsa azərbaycanlı
olduqlarını unutmur. Özləri demiş qızları
evdə qarıyıb un çuvalına tay olur ancaq
övladlarının ukraynalı rus oğlanlarla evlənməsinə
razı olmurlar. Heç qızlar özləri də əcnəbiləri
ömür-gün yoldaşı seçmək istəmir. Ailənin
başçısı Əsgər Həsənov deyir ki hər
il böyük təmtəraqla Novruz bayramını Ramazan
bayramını Qurban bayramını qeyd edirlər. Evlərində
milli alətlərimizin qorunduğunu deyən Ə.Həsənovun
sözlərinə görə qonşuluqlarında yaşayan
xalqların nümayəndələri hər bir zaman Azərbaycan
mədəniyyətinə qonaqpərvərliyinə heyran
qalır. Hər dəfə Azərbaycana gələndə
buradan ora müxtəlif hədiyyələr Azərbaycanla
bağlı tarixi materiallar kitablar aparıb Ukraynada
payladıqlarını bildirən Həsənovun dediyinə
görə onlar heç zaman azərbaycanlı
olduqlarını unutmur. Belə ailələr kifayət qədərdir.
Bu ailələr həm milli həm dini baxımdan o qədər
mühafizəkar olur ki oğlan uşaqlarını
vaxtında sünnət etdirir övladlarının azərbaycanlı
ilə ailə qurmasına çalışırlar. Əcnəbilərlə
ailə quran soydaşlarımız isə nikaha daxil
olduqları şəxsi az da olsa milli mədəniyyətimizlə
dinimizlə onun tələblərilə tanış edə
bilir. Elələri var ki həyat yoldaşını qeyri-rəsmi
olaraq azərbaycanlı etməyə də nail olur. Yəni
bizim dilimiz mədəniyyətimiz adətlərimiz dinə
bağlılığımız bu insanları qeyri-ixtiyari
olaraq bizim ənənələrlə hesablaşmağa vadar
edir. Onu da qeyd edək ki soydaşlarımızın
böyük qismi milli toy ənənələrimizə
yaşadıqları ölkələrdə incəliyinə
kimi əməl edir. Qızlarını köçürəndə
el adətilə "Vağzalı" səsləndirilir gəlinin
ayağı altında qurban kəsilir və s.
Azərbaycan həqiqətlərinin
Qarabağ probleminin Xocalı soyqırımının
dünyaya çatdırılmasında milli mədəniyyətimizin
tariximizin təbliğində xaricdə təhsil alan tələbələrimizin
də rolu az deyil. Tələbələrin heç də
hamısı gününü gecə barlarında əyləncə
yerlərində keçirən gənclərdən ibarət
deyil. Onların sırasında kifayət qədər Azərbaycana
bağlı gənclər var.
Vətənimizi
qarış-qarış gəzən əcnəbi səyyahlar
tarixçilər Azərbaycan kişisi insanı haqda hər
zaman maraqlı fikirlər söyləyib onun mərdliyini qonaqpərvərliyini
öyüb göylərə qaldırıb. Bəlkə də
elə bunun nəticəsidir ki azərbaycanlılar dünyada ən
istiqanlı qonaqpərvər əliaçıq ürəyiaçıq
bir xalq kimi tanınır. Böyük fransız Aleksandr
Düma Ata Azərbaycanı gəzib dolaşarkən bu
xalqın xislətinə dərindən bələd olmaq
imkanı qazanmışdı. O demişdi ki burada kişilərin
bir sözü yüz möhürlü kağızdan
etibarlıdır mötəbərdir. Amma sirr deyil ki
soydaşlarımız sırasında millətimizi layiqincə
təmsil edən insanlarla yanaşı bizə üzqarası
olanlar da var.
Xaricdə
meşşan xislətli azərbaycanlılar da yaşayır.
Bu adamların hansı yolla o ölkələrə getdiyini deyə
bilmərik. Ancaq onlar əcnəbi məmləkətlərdə
özlərin yurd-yuva qurduqdan sonra birdəflik Azərbaycandan
azərbaycanlılıqdan üz çevirir. Tezliklə dilini
dinini milli mənsubiyyətini unudur ailəsində Azərbaycan
dilində bircə kəlmə də danışmır. Belələri
Azərbaycanı biabır edir onun müqəddəs adına
ləkə gətirir. Hər bir azərbaycanlının vəzifəsi
əsas işi özünü yaşadığı ölkədə
yüksək səviyyədə təqdim etməkdən ibarətdir.
Meşşan xasiyyətlilər isə bu vəzifəni birdəfəlik
unudur. Müqəddəs Qurandan üz çevirib müxtəlif
missioner təşkilatlara qoşulur onların təbliğatı
ilə məşğul olur.
Xoşagəlməz
başqa bir fakt da var ki bu barədə xəbər portallarında
saytlarında kifayət qədər məlumatlara rast gəlinir.
Məlumatlara görə ölkədən xaricə mühacirət
edənlərin cüzi bir qismi buradan erməni adı ilə
gedib. Özlərini belə qələmə veriblər ki guya
onlar ermənidir və Azərbaycanda onlara milli mənəvi
dini etiqad məsələsində ciddi təpki hücum var. Təəssüf
ki bu adla qürbəti özünə əbədi məskən
seçənlər azərbaycanlılardır.
Beş-üç
günlük xaricə dincəlməyə əylənməyə
yaxud toya gedən sənətçilər arasında da
adımızı rüsvay edənlərə rast gəlirik. Xocalı
soyqırımının ildönümündə İsrailin
Hayfa şəhərində konsert verən toyda iştirak edən
ifaçıları çoxumuz tanıyırıq.
Onların bu biabırçı hərəkəti
sözün əsl mənasında Azərbaycan və azərbaycanlı
adına xələl gətirən bir faktdır.
Vaxtilə "Azərbaycan
Azərbaycan" deyərək Vətən həsrətilə
alışıb-yanan onlara ayrılıq qürbət
ağrısı yaşadan sərhədlərə lənət
oxuyan insanlar ölkəmiz müstəqil olana qədər
nisgilli şərqilər oxuyurdu.
Azərbaycan! Qibləgahım son ümidim
son pənahım
Səndən ayrı həyatmı var? Qollarımda qandal olsa
Ayağımda
buxov olsa yenə dizin-dizin sürünərəm qucağına!
Gözlərimə pərdə ensə işıq gələr sürtsəm sənin pak müqəddəs torpağına.
"Mən öləndə məzarıma tutya kimi bircə ovuc Vətən torpağı səpərsən"
vəsiyyətilə dünyadan
köçənlərin övladları
nəvə-nəticələri müstəqil Azərbaycana
gəlir burada istədiyi qədər yaşayır. Babalarının könlündə illərlə
özünə yuva quran Vətən həsrətini bu yolla boğurlar.
Bu gün Xaricdə Yaşayanlarla İş üzrə Dövlət Komitəsi dünyanın müxtəlif yerlərində
fəaliyyət göstərən
diaspor təşkilatları
azərbaycançılıq dərnəkləri soydaşlarımızla
böyük işlər
aparır. Məlumdur ki
diaspor qurumlarının
xəttilə Azərbaycan
dilinin mədəniyyətinin
əlifbasının tarixinin
unudulmaması bu dəyərlərin uşaqların
yaddaşına hopdurulması
üçün əksər
ölkələrdə şəhərlərdə
"bazar günü"
məktəbləri fəaliyyət
göstərir. Uşaq və
yeniyetmələr bu məktəblərdə həm
Azərbaycan dilini öyrənir həm də onun tarixini
mədəniyyətini mənimsəyir.
Bundan əlavə kiçik yaşlı soydaşlarımıza
rəqslərimiz musiqimiz
də öyrədilir.
2001-ci ildə Heydər Əliyevin təşəbbüsü
ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı da soydaşlarımızın bir
araya gəlməsində
önəmli rol oynadı. Mərhum prezident həmin
yığıncaqda çıxış
edərək Azərbaycanın
bütün azərbaycanlıların
vətəni olması
faktını soydaşlarımıza
xatırlatdı.
Soydaşlarımızın
qarşısına Azərbaycanı
dünyada layiqincə
təmsil etməyi tələb kimi qoyan H.Əliyev eyni zamanda "hər bir şəxsin
milli mənsubiyyəti
onun qürur mənbəyidir. Mən fəxr
edirəm ki azərbaycanlıyam" deyərək
bütün dünya azərbaycanlılarını bu
adla fəxr etməyə qürur duymağa çağırdı.
İndi bu ifadə dünya
azərbaycanlılarının istinad və qürur yerinə çevrilib. Müəyyən insanları çıxmaq
şərtilə demək
olar ki soydaşlarımızın
böyük qismi azərbaycanlı olmağın
məsuliyyətini dərk
edir və milli dəyərlərimizi
mədəniyyətimizi sevə-sevə
tərənnüm edir.
İndi dünyada azərbaycanlı kimi və Azərbaycan üçün Azərbaycan
naminə yaşayanların
mücadilə verənlərin
mübarizə aparanların
sırası genişlənir...
İradə SARIYEVA
Bakı xəbər.-
2010.- 23 iyun.- S. 12.