Azərbaycan təhsili: kəmiyyətdən keyfiyyətə keçid mərhələsində

 

Təhsil sistemimizin sürətlə müasir dünya standartlarına uyğunlaşdırılması qarşıda duran əsas məsələlərdən biridir. Ümumiyyətlə hazırkı dövrü Azərbaycan təhsilində inkişafın kəmiyyətdən keyfiyyətə yeni inkişaf mərhələsinə keçid ərəfəsi kimi də qiymətləndirmək olar. Təhsilimizdə keyfiyyətcə yüksək inkişaf və nailiyyətlərə nail olmaq üçün isə bir sıra işlərin görülməsi problemlərin həll edilməsi vacibdir.

 

   Görülmüş işlər

 

   Öncə orta təhsil sahəsində mövcud vəziyyətə nəzərə salaq. Müstəqil Azərbaycanın iqtisadiyyatının sürətli inkişaf dövrünə qədəm qoyması ilə paralel 1998-2002-ci illərdə ümumilikdə 23053 şagird yerlik 139 yeni məktəb binası inşa edilib. "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqram (2003-2007-ci illər)" 5 ildə 44698 yerlik 149 yeni məktəbin 175 məktəbdə 25560 yerlik 1328 sinif otağının inşasını 408 məktəbdə əsaslı təmir işlərinin aparılmasını nəzərdə tutub və bu işlər yerinə yetirilib. O dövrdə Bakıda məktəblərin 34 faizi uyğunlaşdırılmış binalarda yerləşib paytaxtda bir növbədə fəaliyyət göstərən məktəblər 13 faiz civarında olub. Üç növbədə işləyən məktəblərin sayı isə xeyli artıb ikinci üçüncü və dördüncü növbədə təhsil alan şagirdlər ümumi kontingentin 40 faizini təşkil edib. Bakıda 65 min şagird yerlik 140 yeni məktəb binası və mövcud məktəblər üçün əlavə korpusların tikilərək istifadəyə verilməsi nəticəsində paytaxtda şagird sıxlığı aradan qaldırılıb. Birinci növbədə təhsil alan şagird kontingenti 75 faizə yüksəlib.

   2001-2007-ci illərdə Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkün ailələrindən olan şagirdlər üçün 113 yeni məktəb 470 məktəb üçün əlavə sinif otaqları inşa edilib. O cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb binası tikilib əsaslı təmir olunub. Beləliklə ölkə üzrə 1 050 000 şagirdin (bütün şagirdlərin 75 faizi) təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə ikinövbəli məktəblər 733 faizdən 445 faizə ikinci növbədə təhsil alan şagirdlərin sayı isə 34 faizdən 21 faizə endirilib. 2006-cı ildən başlayaraq 3 il ərzində 550-dən çox məktəb əsaslı təmir edilib.

   "2008-2012-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"na əsasən 2009-2012-ci illərdə 390 məktəb üçün yeni binanın inşası 540 məktəb üçün əlavə korpusların tikintisi 900 məktəbin əsaslı təmiri nəzərdə tutulub. 2010-2011 tədris ilinə kimi ölkədə 27 yeni məktəb binasının və 1 korpusun istifadəyə verilməsi planlaşdırılır.

   Ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına gəlincə 2005-2009-cu illərdə 708 məktəb və 10 rayon təhsil şöbəsi şagird masası yazı lövhəsi müəllim masası və müəllim stulu ilə təchiz edilib. Bu istiqamətdə 2015-ci ilə qədərki dövrü əhatə edən yeni proqramın hazırlanması mühüm vəzifələrdəndir. Təhsil Nazirliyinin apardığı təhlillər göstərir ki respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 404 faizində fizika kabineti 554 faizində kimya kabineti 559 faizində biologiya kabineti yoxdur. Məhz bu zərurət nəzərə alınaraq Azərbaycanda müstəqillik illərində ilk dəfə olaraq 119 məktəb müasir kimya və fizika laboratoriyaları ilə təmin edilib.

  

   Orta məktəblərimizin çevikliyini əngəlləyən nədənlər

 

   Beləliklə son illər məktəblərin kəmiyyəti ilə bağlı problem demək olar ki əsasən həllini tapıb. Məktəblərin maddi - texniki bazasının yenidən qurulması kimya fizika biologiya informatika laboratoriyalarının mənəvi cəhətdən köhnəlmiş cihazların əvəzinə müasirlərinin qurulması işi isə sürətlə davam etdirilməlidir. Məktəblərdə tədris təcrübələrinin aparılması üçün imkanlar yaradılmalı kitabxanaların işi müasir səviyyədə qurulmalıdır. Digər tərəfdən təhsil sistemi yüksək inkişaf etmiş ölkələrin təcrübəsindən çıxış etsək bu gün Azərbaycanda məktəblərin konkret büdcəsinin banklarla birbaşa işləmək səlahiyyətlərinin olmaması diqqət çəkməyə bilməz. Məktəblər kiçik təmir işləri üçün də rayon və şəhər təhsil idarələrinə müraciət etmək məcburiyyətindədirlər və çevik ola bilmirlər. Lakin müasir dünyada təhsil sahəsində rəqabətdə çeviklik əsas amillər sırasındadır. Bu baxımdan şəhər və rayon təhsil idarələrinin vəzifəsinin dəyişməsi onların Təhsil Nazirliyinin yerli nümayəndəsi kimi dövlət təhsil siyasətinin icrası fənlərin tədrisi və müəllimlərin səviyyəsi ilə bağlı monitorinq işini təşkil etməsi məsləhətlər verməsi çatışmazlıqlar haqqında baş idarə qarşısında məsələ qaldırması effektli ola bilər. Yəni bir növ təhsilin səviyyəsini ölçən barometr rolunu oynayarlar.

   Azərbaycanda orta məktəb müəllimlərinin yenidən hazırlanması və təkmilləşdirilməsi də aktual məsələ kimi ortaya çıxır. Bu işlə ölkəmizdə Müəllimləri Təkmilləşdirmə İnstitutu məşğul olur. Ancaq Azərbaycanda müəyyən sahələr üzrə ixtisaslaşmış ali məktəblər var. Belə olan halda tək bir ali məktəbə müəllimlərin yenidən hazırlanması və təkmilləşdirilməsi işini həvalə etmək nə dərəcədə effektli ola bilər? Müəllimlərin ayrı-ayrı ixtisaslar üzrə yenidən hazırlanması və təkmilləşdirilməsi müxtəlif sahələr üzrə ixtisaslaşmış ali məktəblərə həvalə edilərsə ciddi uğurlar gözləmək olar.

 

   Repetitor problemini həll etməyin yolları

 

   Bu gün şagirdlərin dərsdən sonra repetitor xidmətindən istifadəsinin geniş yayıldığı hər kəs tərəfindən etiraf olunur. Valideynlərin əhəmiyyəti hissəsində və şagirdlərdə belə təəssürat möhkəmlənib ki orta məktəb hazırlığı ilə ali məktəbə qəbul mümkün deyil. Deməli məktəbə inamı bərpa etmək üçün ciddi tədris prosesi təşkil olunmalı şagirdin məktəbdə keçirdiyi vaxt maksimuma çatdırılmalı tədris prosesindən sonra şagirdin ev tapşırıqlarını icra etməsi prosesinə nəzarət təşkil edilməlidir. Yaxşı olardı ki təlimin bütün mərhələləri və şagirdin məktəbdən kənar həyatı daimi pedaqoqlar və psixoloqların nəzarətində olsun. Digər tərəfdən məktəblərin tamamilə kompüterlə təmin olunması internetləşməsi də mühümdür. Düzdür son illər Azərbaycanda ümumtəhsil məktəblərinin informasiyalaşdırılmasına diqqət xeyli artıb. Məsələn 2004-cü ildə ölkədə 4521 orta məktəbdə cəmi 1570 müasir tipli kompüter olub bu da hər 1063 şagirdə 1 ədəd kompüter deməkdir. 2004-cü ilin avqustunda "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" təsdiq edilib dövlət büdcəsindən 30 milyon manat ayrılıb. BMT İnkişaf Proqramı da İKT avadanlıqları "Windows" əməliyyat sistemi və "Offise" proqramları üçün lisenziya və başqa xərclər üçün 500 min dollar vəsait ayırıb. 2005-ci ildə 228 məktəb 5 725 2006-cı ildə 946 məktəb 13 247 2007-ci ildə isə 2 519 məktəb 11 602 ədəd kompüterlə təchiz olunub. Ümumilikdə 2005-2007-ci illərdə məktəblərə 305 mindən artıq kompüter 437 noutbuk və. s. verilib. 2007-ci ilin sonuna ümumtəhsil məktəblərində orta hesabla 5-11-ci siniflərin hər 29 şagirdinə 1 kompüter dövlət ali məktəblərində hər 28 tələbəyə 1 kompüter düşüb. Proqramın icrası dövründə 12 232 nəfər məktəb müəllimi və 12 367 nəfər dövlət ali məktəblərinin professor və müəllimləri İKT üzrə xüsusi kurs keçiblər. 2006-cı ildə ayrı-ayrı fənlər üzrə audiovizual elektron vəsaitlərin hazırlanmasına başlanıb. Ümumtəhsil məktəblərində "Azərbaycan tarixi" "Kimya" "Biologiya" və "Fizika" fənlərinin tədrisi zamanı multimedia vasitələrindən istifadə edilir.

   "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" qəbul edilib və ötən müddət ərzində müəyyən nəticələr əldə olunub. İlk növbədə yaradılmış Məlumat və Resurs Mərkəzini qeyd etmək lazımdır. Bu ölkənin təhsil şəbəkəsində internetə "giriş-çıxış nöqtəsi" olmaqla təhsilə aid informasiya resurslarının da toplanacağı məkan olacaq. Burada quraşdırılmış avadanlıqlar xüsusi mərkəzləşdirilmiş antivirus proqramını məktəblərdəki kompüterlərə avtomatik olaraq yerləşdirəcək şəbəkəyə qoşulmuş bütün məktəblərə eynivaxtlı mühazirələr və ya açıq dərslər keçirməyə imkan yaradacaq. Hazırda Dövlət Proqramı çərçivəsində görülən işlərdən biri də ölkədə təhsil şəbəkəsinin yaradılmasıdır. Azərbaycan Təhsil Şəbəkəsinin (AZADUNET) əsas məqsədi bütün təhsil müəssisələrini vahid yüksəksürətli internet-şəbəkə çərçivəsində birləşdirməkdir. Məktəblərdə təhsil idarələrində nazirlikdə CISKO telefonlar da quraşdırılır. Sistem vasitəsilə təhsil naziri istənilən vaxt istənilən sinifdə videokonfrans rejimində dərsin gedişini müşahidə edə bilər.

   Keçən il internetə qoşulacan məktəblərin sayı 500-ə çatıb və 2010-cu ilin birinci yarısında da bu sahədə işlər davam etdirilib. Yaxın illərdə isə ölkənin əksər orta təhsil müəssisələrinin internetdən yararlana bilməsi istiqamətində işlər görülür. Ancaq bu işlərin sürətləndirilməsinə ehtiyac var. Çünki dünyada təhsil sistemi daha sürətlə inkişaf edir artıq yeni nəsil İKT tətbiq olunur.

 

   Ali təhsil ocaqlarımızda görülməli olan işlər

 

   Bu gün Azərbaycanda kifayət qədər dövlət və özəl ali məktəblər var. Ancaq ali məktəblərimizdə də dünya standartlarına uyğun yüksək keyfiyyətli təhsillə bağlı bütün işlərin görüldüyünü söyləmək olmaz. İlk növbədə dövlət universitetlərinə də banklarla birbaşa işləməyə icazə verilməsi təqdirə layiq olardı. Təhsil Nazirliyinin isə ali məktəblərdə monitorinq aparması məsləhətlər verməsi yeni elmi və təhsil nailiyyətləri üçün dövlət dəstəyini təmin etməsi hüquqi bazanın gücləndirilməsinə çalışması daha effektli ola bilər. Hazırda isə ali məktəblərdə də ilin əvvəlində tərtib olunmuş büdcəni ilin sonuna kimi xərcləmək tələb olunur ki bu üsulla inkişafa nail olmaq çətindir.

   Ali təhsildən danışarkən Boloniya prosesinə mütləq toxunmaq lazımdır. Azərbaycan universitetlərində də Boloniya prosesinə keçidlə bağlı müəyyən işlər görülüb. Ancaq Boloniya təhsil prosesini tam mənimsəmək üçün ilkin növbədə universitetlər beynəlxalq akkreditasiyadan keçməlidirlər. Azərbaycanda ali məktəblərin heç biri beynəlxalq akkreditasiyadan keçməyib. Boloniya prosesinə qoşulan ali məktəblər bir-birinin diplomlarını tanımalıdırlar. Lakin diplomlar o zaman tanınır ki onlar beynəlxalq akkreditasiyadan keçmiş olsun.

   Universitetlərin şəhərciklərinin salınması da görülməsi vacib işlərdəndir. Bütün tələbələr vaxtını kirayədə yaşamağın çətinlikləri ilə mübarizədə yox elmə təhsilə diqqət ayırmaqla keçirməlidirlər. Ali məktəblərimizin salınacaq şəhərciklərdə müəllim heyəti üçün də binalar nəzərdə tutması vacibdir. 1940-1950-ci illərdən qalma tədris və elmi laboratoriyalarının da qısa müddət ərzində müasir laboratoriyalarla əvəz olunması gərəkdir. Ali məktəblərimizdə yeni elmi mühitin yaranmasına təkan vermək üçün beynəlxalq təcrübə öyrənilməlidir. Gənclərimizin xarici ölkələrin ali təhsil müəssisələrində oxumağa göndərilməsi ilə bağlı proqramlar dövlətin bu sahədə atdığı ciddi addımlardan biridir. Yaxşı olardı ki kafedralarda vəzifələrə seçkilər beynəlxalq miqyasda aparılsın hətta seçki yolu ilə də olmasa görkəmli xarici mütəxəssis dəvət edilsinlər.

   Nəhayət tədrisin və elmin vəhdəti üçün ali məktəblərdə elmi tədqiqat institutları yaradılmalı bu institutlara Azərbaycan Milli Elmlər Akademiyasının və dünyanın digər universitetlərindən alimlər cəlb olunmalıdır. Bu işlərin həyata keçirilməsi isə təhsilimizdə keyfiyyətcə yeni mərhələnin yaşanması demək olacaq.  

 

 

Nuranə Məmmədova

 

Bakı xəbər.- 2010.- 30 iyun.- S. 12.