Gülnarə
RƏFİQ
Göylərin
yerlə sevişməsindən insan yarandı
«Bakıya
bahar gəlir» seriyasından
Rəvayətə görə il təhvil olanda
ağaclar torpağa əyilər
və balıqlarbir anlığa quyruq üstə qalxarlar
Bu il təhvil olur balqabaq
üstə
Dəryada balıqlar duracaqdır ayaq
üstə
Əliağa
Vahid
Ötürdüyümüz
çərşəmbə el arasında torpaq çərşəmbəsi
adlanır. Bundan əlavə ona qısa çərşəmbə,
ot çərşəmbəsi də
deyilir. Həmən gündən etibarən otlar
cücərib torpığı yaşıl rəngə bələyir.
Bakıya baxanda o, yaşıl
görünmür, yaşıl bağları,
bağçaları olsa da. Amma buranın da
torpağı Tanrıya söz verdiyindənmi, yoxsa adəti
üzrə hər il olduğu kimi
oyanır.
Səməni,
saxla məni
Bahar bayramı mərasimi
Yer kürəsində
insan həyatının meydana
çıxması qədər
qədimdir. Sayca üçüncü olan torpaq
çərşəmbəsində torpağı ana təbiət
su ilə islatdı, günəşlə isitdi və onu
yaratmağa hazırladı. Ona görə
də ilk yaz əkininə xışla-kotanla məhz torpaq
çərşəmbəsində başlayardılar. Qısa çərşəmbədə atların
yal və quyruğunu çeşidli ziynət əşyalarıyla
bəzəyir və səhraya buraxaraq azad edirlər. Nənələrimiz «Səməni, saxla məni, ildə
göyərdərəm səni» deyib buğda isladardılar.
Səməni hazırlama mərasimi təbiətin,
insanın məhsuldarlığının simvolu olaraq magik və
ibadət funksiyasını da daşıyırdı. Məsələn, səməni vasitəsilə
sonsuz qadınların təmizlənməsi mərasimini
keçirirdilər. Bunun üçün
qadnın başına cücərmiş buğda olan qabı
qoyur və ora su tökürdülər. Başqa bir
qadın isə bu axar su şırnağını
qayçı ilə kəsib deyirdi: «Bu səmənini bərəkətli
eləmiş qüvvələr, bu qadını da qollu budaqlı,
övladlı elə». Səməni hazırlama
prosesinə yalnız qadınlar buraxılırdı. İri qazan qoyulmuş ocağın odunu başı
bütöv (yəni ailədə xoşbəxt, əri,
uşaqları olan) qadın yandırardı. Mərasimi isə hörmətli, ağbirçək
qadın idarə edərdi. Səməni
hazırlanan yerə kişilər, başqa dinə inananlar və
bəd nəzəri olanlar buraxılmazdı. Bəzi regionlarda qazana bir çimdik duz atardılar
ki, bəd gözdən qorusun. Bu mərasimin
adını səməni toyu qoyardılar.
Torpaq çərşəmbəsində bar cətirməyən
ağacları zaminə götürmək mərasimi də icra
edilir. Ağacı kəsilməklə hədələyirdilər
və kimsə onun yerinə bar gətirəcəyini söz
verib zaminə götürürdü. Deyilənə
görə belə üsulla zaminə
götürülmüş ağaclar bar verməyə
başlayır və heç vaxt da kəsilmirdi.
Göylərin
yerlə məhəbbətindən insan yarandı
Hələ «Bilqamış»
dastanında kainatın, insanın
yaranması, taleyi, müqəddaratı tanrıların
hökmü ilə, Göylərin yerlə, torpaqla
qovuşması, məhəbbətilə izah edilir. Torpaq müqəddəsdir, ona görə də qədim
inamlara görə torpaq becərilib taxıl əkiləndə
devləri tər basırdı. Dəyirman
işə düşəndə devlər əzişdirilirdi.
Un əmələ gələndə onlar fəğan
qoparırdı, çörək bişiriləndə
qorxularından yeraltı mağaraların küncünə
qısılıb titrəyirdilər. Azərbaycan türklərinin
inanc, and və müdrik kəlamlarında
bu təsəvvürlər hələ də yaşamaqdadır.
Boz şəhərin
tarixi
Ola bilər bu
gün şəhərə yaz gəlməsi, torpağın
oyanması, otların baş qaldırması hiss edilməsin. Ümumilikdə
Bakı həmişə yaşıllığa tamarzı
qalan bir şəhər olub. 19-cu əsrə
qədər Bakı tamamilə yaşıllıqsız bir
şəhər idi. Bəzi yerlərdə
nar kolları, əncir ağacları vardı. Bu şəhərin mürəkkəb təbii şəraitiylə
bağlıdı. 19-20-ci əsrlərin
qovşağında neft hasilatı ilə bağlı şəhərin
planlaşması, şəhərin lendşaf
memarlığı da gündəmə gəldi. Mərkəzdə ictimai bağçalar əmələ
gəldi. Amma şəhərin real
yaşıllaşdırılması 1917-ci ildə ilk su kəmərinin
işə düşməsindən sonra inkişaf elədi.
1923-cü ilə Nəbatət
bağının salınması yaşıllaşmada həlledici
rolu oynadı. Müxtəlif ölkələrdən
bitkilər gətirilib bu bağda yerli təbiətə
uyğunlaşdırılır və sonra bütün şəhərə
yayılırdı. Bu gün artıq 80
yaşlı nəbatət bağının, elmi
laboratoriyaların olduğu zamanda hazırda şəhərə
əcnəbi bitkilrin gətirilməsi gülünc
görünür. Çünki onlar bir
mövsümdən sonra çoxmilyonluq sərfiyyata baxmayaraq sərt
Bakı iqlimində məhv olurlar. Keçən
əsrin 20-30-cu illərində şəhərin birmərtəbəli
köhnə evlərini söküb yerində bağlar
salırdılar. İndi isə əksinə,
yüzillik ağacları qırıb yerinə
yaşayış binaları tikirlər.
Amma vaxt vardı Bakı və
Abşeron yarımadası yaşıllıq içindəydi.
Hətta alimlər deyir ki, 100 min il əvvəl
buralar bataqlıqlarla dolu idi. Bataqlıqlar ətrafında
çoxlu heyvanlar məskən salmışdı.
Keşlə, Binəqədi, Dügah, Xırdalan tərəfdə
aparılar qazıntı işləri dediklərimizi sübut
edir. Keşlə yaxınlığınlakı
daş karxanada at, çaqqal, kərgədanını kəllə
sümükləri, Piallahı adasında maralların izləri,
Dügah tərəfdə ibtidai öküz- turun skileti
tapılmışdır. Bəzi mənbələrdə
Abşeron yarımadasnda ceyran sürülərinin olması da
yazılır. Onlar 19 əsrə qədər
Bulla adasında hələ də vardı. Nəinki
Abşeronun, hətta bütün Qafqazın təbiəti barədə ən
ceşidli faktları Binəqədi tərəfdəki paleontoloji tapıntılar
aşkarlayır. 10 min illər əvvəl Abşeronun «savanna
landşaftı» olan zamanlar düzənliklərdə ardıc
kolları, armud, püstə ağacları bitərkən hava
indikinə nisbətən daha çox nəm və soyuq idi. Su çəkildikcə Binəqədi tərəfdə
şirin suyu olan göl əmələ gəlmişdi. Suyun sahili qara neftlə və qamışlıqla
örtülmüşdü. Heyvanlar bura su
içməyə gəlir və neftli
qatışığın içində batıb
qalırdılar. Ona görə də Binəqədi
gölü quruyub dərin, qatı neft təbəqəsi əmələ
gətirəndən sonra qədim heyvanların bir növ qəbiristanlığına
çevrildi. 1938-ci ildə
aparılmış qazıntılar nəticəsində Binəqədi
qır gölündən 50 min heyvanın sümükləri
çıxarıldı. Onların
arasında artıq nəsli kəsilmiş çoxlu nadir
heyvan qalıqları vardı. Abşeronda, Xəzər sahillərində
yaşayan qəribə heyvanlar barədə baralara gəlmiş
səyyahlar da çox yazıblar.
Bakının
gözü yoldadır
Təyyarədən yerə baxanda torpaq zolaq-zolaq
olmuş yolların yumağına daha çox bənzəyir.
Hara aparır bu yollar? Vaxtilə
bütün dünyanı birləşdirən İpək
yolu Bakıdan keçirdi. Bu şəhərdə
yaşayanların az qala hamısı bilir
ki, Bakının altı yeraltı yollarla doludur. Onlardan salamat olanı da var, dağılıb gedəni
də. Deyirlər ki, Qala kəndində
Cümə məscidində yeraltı yollar hələ durur.
Razin (indiki Bakıxanov qəsəbəsi)
mağarasına Nardarandakı xan sarayından yol varmız.
Quldur Razin bu yolla qarət etdiklərinin
aparıb mağarada gizlədərmiş. İçərişəhərdəki
Divanxanada yerdə adam boyu qədər
quyular var. Onların üstü dəmir barmaqlıqla
örtülüb. Deyirlər ki, o vaxtlar
günahı olanı quyuya salar başını bayırda
qoyardılar. Günahı sübuta yetən
kimi başı kəsib meyiti dənizə atırdılar.
Guya burdan dənizə aparan yeraltı yol
varmış. Mərdəkandan İçərişəhərə
aparan yeraltı yollar var. Qız qalasının
yanındakı daş hissədən Bayıl buxtasına yol
varmış. Bayıl buxtası indi
artıq çöküb. Bu yaxınlarda
isə Qubernator bağını yenidən təmir edəndə
fontanın altından yol çıxdı. Bakı deyəsən həm də yollar şəhəridir.
Xəzəri
Aralıq dənizi ilə sualtı yollar birləşdirir
İtmiş
sivilizasiyalardan ən qəribəsi olan Atlantida həla suya qərq
olmamışdan əvvəl Aralıq dənizindən
tutmuş Xəzər dənizinə qədər ərazilər
çox münbit torpaqlar idi. Bu ərazilərdə
kök salmış sivilizasiyanı Osiris sivilizasiyası
adlandırırlar. Alimlərin fikricə
onlar Misir sivilizasiyasının baniləri olmuşlar. O
vaxtlar Nil çayı da tamam başqa yolla axırdı. Aralıq dənizinə tökülmək əvəzinə
sahil boyu şimali Misirdə qərbə dönür,
Aralıq dənizi yerində böyük bir göl əmələ
gətirir,
İlk dəfə
daş yollar barədə 1730-cu ildə Bakıda olmuq akademik
Lents danışıb. O, Böyük Zirə
adasının (keçmiş Nargin) qayalarını yarıb
iz salmış araba yollarını təsvir edib. Onlar suyun içinədək aparırmışlar.
Yolun səmtinə görə çox cuman ki,
bu yollar Şıx kəndi, yaxud Bakı buxtasının ən
cənub nöqtəsi olan Şıx dilinə tərəf
uzanırmış. Daha sonra 19-cu əsrdə Azərbaycan
tarixçisi Abbasqulu ağa Bakıxanov öz əsərlərində
belə yazırdı: «Bakı qəzasında, Bilgəh, Zirə,
Bibiheybət kəndlərində və bəzi adalarda
qayaların üstündə dənizin içinə uzanan
araba izlərindən salınmış daş yollar
görünür». Bilgəh və Nardaran
arasında Ümid qaya adlanan yerdə iki təkərli araba izlərindən
salınmış yollar barədə məşhur tədqiqatçı
Sara Aşurbəylinin də qeydlərində oxumaq olar. 20-ci əsrin sonunda Hövsan və Türkan, daha
sonra Dübəndi, Qala və Suraxanı tərəflərdə
belə yolların kəşfini sensasiya hesab etmək olar.
Bu yolların əksəriyyəti dənizə
tərəf aparır. Abşerondakı
daş yolların Aralıq dənizindəki yollarla çox
oxşar olmasını mütəxəssislər artıq təsdiqləyiblər.
Abşeron daş yollarının
Sükut qalası
Zərdüştilik
zamanında torpaq müqəddəs sayıldığından ölüləri torpağa
basdırmazdılar. Saxsı qablarda, yeraltı sərdabələrdə,
oyuq qəbirlərdə dəfn edərdilər. Torpağı murdarlamamaqdan ötrü xüsusi
qüllələr- dahmalar tikib meyitləri onların
üstünə qoyurmuşlar. Tabuya görə kim insanın və itin meyitini torpağa
basdırsaydı ona 500 at qamçısı vurulurdu. Hansı
torpaqda ölən olurdusa o yeri bir il
suvarmaq və becərmək olmazdı. Meyitləri
2 nəfər yüksək, daşlı, quru yerə
aparardı. Meyit daşıyanlar
ömürlük natəmiz saylardı. Onları
odun, suyun, müqəddəs ocağın 300 addımından
yaxına buraxmırdılar. Başqa
adamlardan isə 3 addım aralı qalmaları tələb
olunurdu. Çılpaq, daşlı yerdə
ölünün saçından və ayağından bənkidirdilər
ki, quşlar və quduz heyvanlar əti yeyərkən
sümükləri apara bilməsin. Meyitdən
təkcə sür-sümük qalırdı. Onları bir yerə toplayıb xüsusi saxlama yerinə
«dahma»ya qoyurdular. Dahmanın mənası
«susmaq qalası» deməkdir. Bu söz qaranlıq, soyuq ev anlamında və «daxma» formasında bu
gün də işlənir.
Tikmədim
özüm qalam…
Yampolski belə hesab edir
ki, Azərbaycan zərdüştilik üçün bir növ
papa vilayəti rolunu oynayırmış. Çünki
ən nüfuzlu atəşpərəst məbədləri Azərbaycanda
yerləşirdi. Bir çox alimlər
Abşerondakı çoxsaylı qalaları zərdüştilik
zamanından qalmış məbədlər hesab edirlər.
Bu məntəqələr gələn zərdüştilər
üçün salınırdısa buna müvafiq məbəd-qüllərə
tikilməliydi. Zərdüştilər
ibadətə liyiq 30 başlıca ilahi tanıyırdılar.
Abşeron qalalarının sayı da təqribən
o qədərdir. Abşeronun toponimlərinin təhlili
göstərir ki, burada yaşayış yerlərinni
adları da «yer, ev» mənasını verən xan(a),
san, qan,
Bu gün Bakının
torpağında gəzişərkən hər kəs
unutmamalıdır ki, şəhərin altında şəhərlər
yatır. Bakınan
yerüstü yolları heç yeraltı yolları qədər görməyib.
Şəhərin
yalınlığından şikayət edəndə
onun nə vaxtsa cənnət kimi yamyaşıl olduğunu,
yaxud nə vaxtsa yenə də
yaşıllaşacağını düşünək. Axı
dünya durduqca torpaq hər il cücərəcək.
O, bunu Tanrıya söz verib…
Gülnarə
Rəfiq
Bizim
yol.- 2010.- 11 mart.- S. 15.