Qiyamətin
əlamətləri
Hədis
alimləri qiyamətin əlamətləri barədə Peyğəmbər(ə)-nin müxtəlif kəlamlarının
olduğunu qeyd ediblər. Məsələn,
"On böyük əlamət görünməyincə
qiyamət qopmaz. Bunlar Duman; Dəccal; Dəbbətül
-ərz; Günəşin Qərbdən doğması;
İsa(ə)-nin zühuru; Yəcus və Məcusun ortaya
çıxması; Qərb, Şərq və Ərəbistanda
yerin batması; Yəməndə bir atəşin peyda
olmasıdır".
İslam alimlərindən Suyuti (v.e. 1505) və
başqalarına görə qiyamətin əlamətləri
iki növdür. Böyük
və kiçik. Əmanətə xəyanət, adam
öldürmək, fitnə-fəsad yaratmaq, məhəbbət
və etimadın azlığı, şit və
hay-küylü musiqi, haramların çoxalması qiyamətin
kiçik əlamətləridir. Çağdaş
dünyanın durumuna bu kontekstden qısaca nəzər salsaq
aydın olar ki,
artıq bəşər kiçik qiyamət
durumunda yaşayır. Çünki zinaya qanuni don geydirmək,
əmanətə xəyanət, sələmçilik, hətta
Allah evlərində terror və təxribat, əsli bilinməyən
şit və hay-külü musiqi, ikiüzlülük,
haramları halal kimi qəbul etmək, təbiətə qeyri
insani münasibət artıq dünyanın adi həyat tərzinə
çevrilib.
Böyük
qiyamətin iki mərhələsi
Quran qiyamətin iki mərhələdən ibarət
olduğunu buyurur.
1.
"Sur (birinci dəfə) çalınacaq, Allahın istədiyi
kimsələrdən (Cəbrail, İsrafil, Əzrail və
Mikaildən yaxud Ərşi daşıyan mələklərdən
və ya İslam şəhidlərindən) başqa dərhal
hamı öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərdən)
çıxıb (Allahın əmrinə) müntəzir
olacaqlar" (Zumər, 68). Ayədən
göründüyü kimi, Allah birinci mərhələdə
istədiyi kimsələrdən başqa hamının
ölümünə hökm verəcəkdir İkinci mərhələdə
isə bütün ölülər qəbirlərdən
qalxıb, Allahın əmrini gözləyəcəklər.
İmam
Qəzzali (1058-1111) surun birinci və ikinci dəfə
üfürülməsini belə şərh edib: "Sur
birinci dəfə üfürüləndən sonra Allah İsrafil(ə) də daxil olmaqla, hər
şeyi və hər kəsi öldürəcək. 40 ildən sonra
Allah İsrafil(ə)-ni dirildəcək və o, suru ikinci dəfə
üfürəcək. Bu zaman bütün insanlar diriləcəklər".
Əksər müfəssirlərə görə, sur
böyük bir borudur və Qiyamət günü Allahın əmrilə
həz.İsrafilin bu aləti üfürməsilə
başlayacaq. Lakin Razi (v.e. 1219) və
başqaları hesab ediblər ki, sur məcazi mənanı
ifadə edir. Yəni bu, orduya şeypur vasitəsilə dayanmaq
əmri necə verilirsə, hərəkət etmək əmri
də həmin şeypurla verilir. Qiyamətin birinci və ikinci
mərhələləri də həmin sur ilə veriləcək.
Qiyamətin qopması müddətini isə Quran belə
açıqlayır: "Qiyamətin qopması (əmri) bir
göz qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən
hər şeyə qadirdir" (Nəhl 77). Yəni ölülərin
qəbirlərdən qalxması vahid mərkəzdən şəbəkəyə
qoşulan elektrik cihazları kimi bir göz
qırpımında olacaq.
Bunkerlər
xilas edəcəkmi?
Qiyamətin nə vaxt qalacağı barədə tarixən
müxtəlif fikirlər olsa da, fəqət baş verəcək
bu fövqəlbəşər hadisənin vaxtı Rəbbimizin
sirridir. Qiyamətin əsas əlaməti barədə
Rəbbimiz buyurub: "Şübhəsiz ki, o (İsanın
zuhuru) qiyamət saatı üçün bir əlamətdir"
(Zuxruf,61). Bu kəlamdan sui-istifadə edən bir çox
yalançı Məcih və Mehdilər cəmiyyəti
aldadaraq özlərini Məcih və Mehdi də
adlandırıblar. Bununla yanaşı müxtəlif dövrlərdə
qlobal problemlərlə üzləşən bəşər,
qiyamətin qopacağı barədə yanlış fikirlər
də söyləyib. Məs., orta əsrlərdə vəba
kimi yoluxucu xəstəliklərin yayılması,
daşqınlar, vulkan püskürmələri və digər
bəlaların gəlməsini qiyamətin əlamətləri
kimi qəbul edənlər də olub. Həmin dövrdə
qiyamətin qopacağı barədə keşişlərin xəbərdarlığına
rəğmən bir sıra Avropa dövlətləri hətta
ölüm cəzasına məhkum olan caniləri belə azad
ediblər. Və nəticədə bu qatillər sonradan qiyamətin
dəhşəti qədər fitnə-fəsad törədiblər...
XXI əsrdə baş verən ekoloji fəlakətlər,
kataklizmlər, qlobal istiləşmə, qara dəlik və digər
bəlalar da dünyanın aparıcı alimləri tərəfindən
qiyamətin əlamətləri kimi qəbul edilir. Onlar bu siyahıya Apofis asteroidini də əlavə
ediblər.
Apofis qədim Misirin zülmət və xarabalıq
allahının adıdır.
2004-ci ildə
kəşf edilən bu asteroidə törədə biləcəyi
fəlakətə görə Apofisin adı verilib. Artıq
dünya mətbutında Apofisin Yerlə toqquşacağı
il də müəyyənləşdirilib.
2012-ci il. Lakin dəqiq hesablamalara
görə Apofis nəinki yerlə toqquşacaq, hətta
onların arasındakı məsafə daha da çoxalacaq.
Alimlər hesab edirlər ki, asteroidin Yerə
yaxınlaşması 2029-cu ilə təsadüf edə bilər.
Bəzi astronomlara görə bu halda da elə bir qorxulu hadisə
baş verməyəcək. Lakin digər alimlər təsdiq
edirlər ki, 2029-cu ildə Yerin cazibə qüvvəsi elə
dəyişə bilər ki, Apofis 2036-cı ildə Yerlə
toqquşar. Faciənin miqyası ağlasığmaz dərəcədə
ola bilər. Çünki kütləsi 26 milyon ton olan bu
asteroid Yerdəki bütün canlıları məhv etmək
gücünə malikdir. Hazırda dünya alimləri bu
problem üzərində baş sındırırlar. Bəzi
milyardlerlər isə çıxış yolunu bunker
tikintisində görürlər.
Məs., ABŞ-da elit
daşınmaz əmlakın yeni növü peyda olub: Qlobal
faciədən qorunmaq üçün
bunker-sığınacaqlar. Bu işlə məşğul olan
şirkət yer altında sığınacaqlar düzəldir.
Su, enerji, hava, qida, hətta trenajer zalı və
dustaqxanaları olan bu əmlakın qiyməti 50 mindən 1,5
mln. dollara qədərdir. Artıq alıcılar var və
qiyamətin yaxın gələcəkdə (2012-2036-cu illir
arası) qopacağı barədə mediya xəbərləri
bu bazarın fəaliyyətini daha da
qızışdırıb. Koliforniyalı həkim-terapevt
S.Kramer deyir: "Nuh gəmisini düzəldərkən
hamı ilə düşünürdü ki, o, dəli olub.
Sonra tufan qopdu. Mən artıq özüm və ailəm
üçün bunkerlərdən birini almışam".
ABŞ
Ali hərbi-dəniz məktəbinin professoru C.Knopf
sığınacaqlara təlabatın çoxalmasına belə
şərh verib: "Bu günki siyasi vəziyyət çox
məziyyətlərilə "soyuq müharibə"
dövrünü xatırladır. O vaxtı dövlətlər
bombadan qorunmaq üçün sığınacaqlar tikirdilər.
İndi insanlar ekoloji faciə, teraktlar və atom
bombasının terroristlərin əlinə keçməsini
düşünürlər" Şirkətin rəhbərinə
görə ərzaq ehtiyatı bir ilə kifayət edicək.
Dünyəvi
elmlər və kommersiya sirrlərinə vaqif olan bu insanlar hələ
də başa düşmürlər ki, Nuh(ə)-nin
xilas olması Rəbb istəyilə olub. Onlar həm də Rəbb
kəlamlarından xəbərsizdirlər. Çünki Qiyamət
Rəbb iradəsilə bir göz qırpımında, yaxud
daha tez ola bilər. Bu zaman insan özünə hansı
alınmaz qala tiksə belə, faydası olmaz.
Qiyamətin dəhşətləri
Qurani-Kərim qiyamətin dəhşət və əzəmətini
müxtəlif misallarla başa salır. Məs.,
"Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən qiyamət
gününün (axır saatın) zəlzələsi dəhşətli
şeydir!" (Həcc.1). Əslində planetdə baş verən
lokal zəlzələlər o böyük zəlzələnin
- Qiyamətin əlamətlərindən biridir. Qiyamət ərəfəsində
çox dəhşətli hadisələrin
olacağını Rəbbimiz belə bəyan edir:
"Göyü kitab səhifəsi kimi büküb
qatlayacağımız günü (qiyamət günü)
yadınıza salın. (O gün insanları) ilk dəfə
(yoxdan) yaratdığımız kimi, dirildib əvvəlki
halına salarıq" (Ənbiyə 104). Buradakı
"kitab səhifəsi kimi büküb
qatlayacağımız" ifadəsi, Azərbaycan dilindəki
"filankəsin kitabı bağlanıb" termininin
sinonimidir. Yəni "insanların kitabı
bağlandığı" kimi, qiyamət vaxtı kainat
kitabının səhifəsi də bağlanacaq. Məs.,
Günəş və dağlar yox olacaq. Ulduzlar sönüb
parçalanacaq və s. və i. a. Bu dəhşətli mənzərəni
Quran belə təsvir edir: "Günəş (əmmamə
kimi sarınıb) sönəcəyi zaman, ulduzlar (göydən
qopub yağış dənələri kimi yerə) səpələnəcəyi
zaman, dağlar yerindən qopardılacağı zaman" (Təkvir
1-3). Dağların və göylərin qiyamətdəki
durumları onların təkcə yox olması və yerindən
qopardılması ilə məhdudlaşmayacaq. "Dağlar
(həm də) didilmiş yun kimi olacaqdır" (Qariə);
"O gün göy göyərmiş mis kimi olacaq" (Məaric
-8), "(Qiyamət günü) göy ayrılıb
(dağlanmış) dəri (yaxud dağ edilmiş yağ)
kimi qıpqırmızı olduğu zaman halınız necə
olacaq?!" (Rahmən 37) Göründüyü kimi,
Qiyamətdə yerin, göyün, dağların qorxunc bir vəziyyətdə
olması insanlar üçün əyani ibrətdir. Yəni ey
insanlar, bilin və yadda saxlayın ki, sizin
ayaqlarınızın altındakı Yer kürəsi və
başınızın üstündəki səmanı yaradan
da, onları bu dəhşətli hala salan da Mənəm! Və
siz elə güman etməyin ki, həmin hal sizin
başınıza gəlməyəcək. Yerə və
göyə sığmayan təkəbbürünüzü,
dağlardan da artıq əzəmətinizi elə hala salacam
ki, özünüz özünüzü
tanımayacaqsınız.
Qiyamətdə insanların durumu
Kiçik bir aləm olan insan bu dünyadan ayrılarkən
çox əziyyət çəkir.
Təsadüfi
deyil ki, canvermə anında insanın çəkdiyi məşəqqət
həm də onun kəffarəsi kimi qəbul olunur. Quran bu
anı "Ölüm qorxusundan
qıçın-qıça dolaşacağı zaman"
(Qiyamət 29) adlandırır. Zəməxşəri
demişkən, ruhun bədəndən çıxması
anı olan bu hal, çox əziyyətli və çox
çətindir. Qiyamətdə isə bu məşəqqət
son dərəcə şiddətli olacaq. Göylərin və
Yerin, Günəş və ulduzların qiyamətdəki vəziyyətlərini
açıqlayan Quran, həmin məkanda insanların durumunu
belə bəyan edir: "O gün insanlar kəpənək
kimi ətrafa səpələnəcək, çəyirtkə
kimi bir-birinə qatışacaqlar" (Qariə 4). "Onlar
elə zəif, aciz, zəlil və elə peşiman olacaqlar
ki..." (Zəməxşəri). İnsanların qiyamətdəki
digər hallarını xarakterizə edən Rəbbimiz
buyurur: "Onu (qiyaməti) görəcəyiniz gün hər
bir əmzikli qadın əmizdirdiyi uşağını
unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl)
yerə qoyar. İnsanları sərxoş görərsən,
halbuki, onlar sərxoş deyillər" (Həcc 2). Quran qiyamət
dəhşətinin şiddətini və bu şiddətin
insana necə təsir etməsini belə nəql edir:
"Uşaqları ağsaçlı qocalara döndərəcək
gündən özünüzü necə
qoruyacaqsınız" (Muzəmmil 17). Göründüyü
kimi, böyük dərd və bəlaya düçar olan
insanın bir gecədə qara saçının
ağarması və ya yuxusunda Cəhənnəm əzabını
görən bir kəsin ertəsi gündəki halı, həmin
ayədəki məşəqqətin cüzi hissəsidir.
Çünki ayə həddi-büluğa çatmış
gəncin yox, uşaqların ağsaçlı qocalara dönəcəyindən
xəbər verir. Qiyamətdəki məşəqqətin
şiddəti və müxtəlifliyini Quran belə
açıqlayır: "Üzlərin dəhşətdən
eybəcər kökə düşəcəyi, çövrələrin
qaralacağı qiyamət günündən (qorxun)"
(İnsan 10); "O gün onları başlı-başına
buraxarıq. Onlar dalğalar kimi bir-birinə
qarışarlar" (Kəhf 99). Yəni, insanlar eybəcər
şəkildə su dalğaları kimi bir-birinə
qarışıb tanınmaz hala düşərlər.
Qiyamət
əbədiyyətin qapısıdır
Qiyamət
və onun iki mərhələsi: Surun birinci dəfə
çalınması ilə hamı öləcək, ikinci dəfə
isə hamı dirilib həşir meydanına gətiriləcək.
Həmin
gün kimi üçün qəhr, kimi üçün isə
fəxr günüdür. O zaman gözlər, barmaqlar, əl
və ayaqlar, Günəş, Ay, ulduzlar, gecə və
gündüzlər və daha nələr-nələr
gördüklərinə, bildiklərinə və eşitdiklərinə
şahidlik edəcəklər. Bir yanda vaxtilə ilahilik
iddiasında olan birisi, digər tərəfdə isə
rüşvət, korrupsiya və digər haramlarla tanınan
tanış bədbəxtlər üzü üstə
sürünəcəklər. O biri tərəfdə isə
"çürümüş sümükləri kim dirildəcək"
deyənlər şaşqınlıq,
peşimançılıq və dəhşət içində
qıvrılacaqlar. Orada haqq batilə, ədalət zülmə,
halal harama qalib gələcək. Kimisi əbədi səadət
evinə, kimisi də irinli və atəşli Cəhənnəmə....
Bir sözlə, insanlar o gün ölüm deyilən ilahi bir
rəhmətdən ilahi bir qüdrətlə yenidən dirilərək,
məhşərə çəkiləcəklər.
Dünya hikmət, axirət isə
qüdrət aləmidir. Dünya hikmət aləmi
olmasaydı, hər şey birdən yaranardı. O zaman baba nəvədən,
ağac da çiçək və meyvədən məhrum
olardı. Axirət qüdrət aləmi olmasaydı, qiyamət
bir anda qopmazdı və Allahın möhürü olan insan da
bir anda "ol" möhürü ilə dirilməzdi.
Bəli,
böyük aləm olan Kainatı da və kiçik aləm
sayılan insanı da qədər qələmi kim
yazıbsa, möhürü də vuran Odur. Lakin Kainatda ən
axırda yaradılan insan olduğu üçün, son xətm
də və son möhür də Bəşərdir. Və heç kim də özünün Allahın
möhürü olduğuna əmin olub güman etməsin ki,
həmin gün ondan etdikləri işlər barədə
heç nə soruşulmayacaq. Əks halda qiyamətə, məhşərə,
sorğu-suala Cənnət və Cəhənnəmə ehtiyac
da qalmazdı.
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.- 31
may.- S.12.