Nərimanov rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və
perspektivlər
Mədəniyyət, incəsənət
elə bir sahədir ki,
onu yüksək səviyyədə inkişaf etdirmək hər bir
dövlətin, xalqın borcudur. Çünki xalqları və məmləkətləri
dünyada tanıdan, onlari
bir-birinə yaxınlaşdıran mədəniyyətdir.
Azərbaycan xalqı böyük
tarixi keçmişə, əsrlərin o üzündən gələn
möhtəşəm bir mədəniyyətə sahibdir. Bu
gün belə bir tükənməz xəzinəyə malik
olmağımızla fəxr edirik. Mədəniyyət-incəsənət
sahəsinin daim inkişaf etdirilməsi dövlət siyasətimizin
tərkib hissəsidir. Hazırda Azərbaycanda bu sahəyə
həddindən artıq diqqət və qayğı göstərilir.
Aidiyyəti qurumlarla bərabər, yerli icra hakimiyyəti
orqanları da mədəniyyətin yüksəlməsinə
xüsusi önəm verir. Paytaxtın bütün rayonlarında
mədəniyyət ocaqları fəaliyyət göstərir.
Yeni tipli mədəniyyət və istirahət parklari
abadlaşdırılaraq əhalinin ixtiyarına verilir. Musiqi məktəbləri,
kitabxanalar əsaslı şəkildə təmir edilərək
öz qapılarının şagirdlərin, oxucularin
üzünə açır. Bakınin Nərimanov rayonu da mədəniyyət
müəssisələrinin çoxluq təşkil etdiyi
rayondur.
Bəri başdan
onu bildirək ki,
vaxtilə rayon ərazisində fəaliyyət
göstərmiş və son iyirmi ilə qədər tamaşaçı
qıtlığı çəkməyən kinoteatrlar
hazırda işləmir. "Səhiyyə, təhsil,
idman və mədəniyyət sahələrində
bir sıra müəssisə və obyektlərin
özəlləşməsi haqqında" Azərbaycan Respublikasi Prezidentinin 23 avqust 2006-cı il tarixli Sərəncamına əsasən "Şuşa", "Nərimanov" və
"İzmir" kinoteatrları özəlləşməyə
açıq elan edilib.
Dövlət müstəqilliyimizin
ilk illərinə qədər üç iri mədəniyyət
sarayına sahib olan Nərimanov rayonunda indi bu saraylarin heç
biri öz profilinə uyğun fəaliyyət göstərmir.
Araşdırmamız
nəticəsində məlum oldu ki, mədəniyyət sarayınin ikisi hələ keçən əsrin 80-ci illərinin
sonu, 90-cı illərin əvvəllərində
fəaliyyətini dayandırib. Vaxtilə
İnşaatçıların Mədəniyyət Evi kimi istedadlara
qucaq açan,
neçə-neçə gənc ifaçıya yol göstərən incəsənət
ocağı uzun illərdir ki, görkəmli xanəndəmiz Alim Qasımov tərəfindən özəlləşdirilib.
Hazırda Alim Mədəniyyət Mərkəzi
adlanan bu obyekt də işləmir. Digər bir mədəniyyət sarayının
binasında şadlıq evi yerləşir.
Məlum olduğu kimi,
Səttərxan adına Maşınqayırma Zavodunun
keçmiş mədəniyyət
sarayının yerində isə möhtəşəm Heydər
Əliyev Mərkəzi inşa edilir. Yeri gəlmişkən,
memarlar Qız Qalası, Şirvanşahlar
Sarayı kimi bu Mərkəzin
də gələcəkdə Bakının simvoluna
çeviriləcəyini bildirir. Mütəxəssislər
hesab edir ki, Heydər Əliyev Mərkəzi eyni zamanda da
mədəniyyətimizin, tariximizin,
memarlığımızın, elm və
təhsilimizin etibarlı ünvanı olacaq...
Rayonda bir neçə kitabxana, musiqi məktəbi, uşaq
yaradıcılıq mərkəzi rayon
sakinlərinə xidmət göstərir.
Nərimanov Rayon
İcra Hakimiyyətindən verilən məlumata
görə, bu mədəniyyət
ocaqlarının heç biri
bu qurumun nəzdində
fəaliyyət göstərmir. Ancaq buna baxmayaraq, İcra Hakimiyyəti tərəfindən
müntəzəm olaraq onlara
diqqət-qayğı göstərilir.
Qeyd edək ki, rayon ərazisində
S.Xasıyev adına mədəniyyət və istirahət
parkı, M.Şəhriyar adina mədəniyyət və istirahət
parkı, M.K.Atatürk adına mədəniyyət və
istirahət parkı, Bakı Heyvanat Parkı, "Bahar",
"Dədə Qorqud" Uşaq Dəmiryolu Stansiyaları,
Qarayev adına 8 saylı onbirillik musiqi məktəbi, Leopold və
Mstislav Rastropoviçlər adına 21 saylı uşaq musiqi məktəbi,
Ə.Bədəlbəyli adına 23 saylı uşaq musiqi məktəbi,
K.Saroyev adına 35 sayli onbirillik musiqi məktəbi yerləşir.
Baki Şəhər Mədəniyyət və Turizm İdarəsinin
Nərimanov Rayon mərkəzləşdirilmiş Kitabxana
Sisteminin Mərkəzi Kitabxanası və onun dörd
filialı rayon sakinlərinin, xüsusən də uşaq və
gənclərin daimi ziyarət etdiyi məkanlardır.
Kitabxanalar Rayon İcra Hakimiyyətinin
sıx əməkdaşlıq etdiyi mədəniyyət
ocaqlarıdır. Kitabxana sahəsinin daha yüksək səviyyədə inkişaf etdirilməsi istiqamətində bu qurum öz
səylərini əsirgəmir. Bunu
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Nərimanov Rayon mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi
Kitabxanasının qonağı olarkən öyrəndik. Fətəli
Xan Xoyski prospekti 120/123 ünvanında yerləşən
Kitabxananın sahəsi o qədər geniş olmasa da, burada oxuculara
geniş xidmət göstərilir. Nərimanov
kitabxanaçıları bildirir ki, onlar öz
fəaliyyətlərini Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin məşhur
"Kitabxana xalq, millət
üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir " fikrinin işığında qurur.
Baki Şəhər Mədəniyyət
və Turizm İdarəsinin Nərimanov Rayon mərkəzləşdirilmiş
Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru
Tatyana Sergeyevna İndeykina bizimlə söhbətində
rayonun kitabxana həyatı haqqında geniş məlumat verdi.
Tatyana İndeykinanın sözlərinə görə,
Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 1954-cü il noyabrın
18-də əsası qoyulan Abdulla Şaiq adına Kütləvi
Uşaq Kitabxanasının bazasında yaradılıb. Kitabxana direktorunun dediyinə görə, 2011-ci ildən
mərkəzləşdirilmiş qaydada fəaliyyət
göstərən bu kitabxananın həyatında
çox uğurlu dəyişikliklər
baş verib.
Kitabxananın fondunda ümumilikdə 323,
288 min nüsxə kitab
var: "Dövlət kitabxana
sahəsinə çox böyük
diqqət və qayğı göstərir. Bilirsiz
ki, uzun illər kitabxana sistemi bərbad vəziyyətdə
olub. Həm kitabxanaların təmirlə
bağlı problemləri vardı, həm oxucu
tərəfdən ciddi korluq
çəkirdik, həm də kitabxanaçıların daha həvəslə işləməsi üçün stimul yox idi. Günlərlə
kitabxanaların qapısını oxucular
açmırdı. Yeni kitablar
almaq baxımından da
vəziyyətimiz ağır idi. Bu gün isə o çətinliklər artıq arxada qalıb. İndi kitabxana sahəsində ciddi
uğurlar qazanılır. Bu
sahədə aparılan islahatlar öz bəhrəsini verir.
Mərkəzləşmiş kitabxananın dörd
filialı var. 1 və 2 saylı filiallar stasionar qaydada (onların öz
binası var), 3, 4 saylı filiallar
isə səyyar formada fəaliyyət
göstərir. Səyyar kitabxana gah bizim binada,
gah da filialların
yerləşdiyi binada oxuculara
xidmət edir. Kitabxanamızın beş şöbəsi var.
Bunlar elektron informasiya, xidmət, kitab
işləmə və komplektləşdirmə,
kitabxanalararası abunə və metodika və
biblioqrafiya işləri şöbələridir.
Filial əməkdaşları da daxil olmaqla,
40 nəfərdən artıq işçimiz
var. Əməkdaşlarımız
arasında 25-30 ildən artıq iş təcrübəsi
olanlar da, gənclər
də çoxdur. Gənclər, əvvəlki
illərdən fərqli olaraq, indi işləmək üçün
bu sahəyə gəlir".
Tatyana xanım bildirdi ki, dövlət
və yerli icra hakimiyyəti tərəfindən kitabxanaya
göstərilən diqqət onların oxuculara daha ürəklə
xidmət göstərməsinə səbəb olub:
"Oxucularımızın istənilən kitaba olan tələbatını
ödəməyə çalışırıq. Bütün işimizi o şəkildə
qurmuşuq ki,
oxucularımız bizdən narazı qalmasın. Bunun üçün
şəhərimizdəki digər uşaq
kitabxanaları ilə kitab mübadiləsi
edirik. Bəzən oxucular
bizə elə kitab sifariş
verir ki, o bizim fondumuzda
yoxdur. Biz həmin
kitabı başqa kitabxanalardan
alıb oxucuya veririk. Oxucu kitabı oxuyub
qurtardıqdan sonra onu
geri qaytarırıq".
T.İndeykina dedi ki, Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il tarixli "Azərbaycan
dilində latin qrafikasi ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqinda" sərəncamı
kitabxana fondlarının zənginləşməsinə səbəb
olub: "Cənab İlham Əliyevin sərəncamı ilə
latın qrafikası ilə çap olunan klassik və
çağdaş Azərbaycan və dünya ədəbiyyatı
kitabları bütün kitabxanalara hədiyyə edildi. Həmçinin
Nərimanov rayonunda yerləşən kitabxanalar 50.000 (əlli min)
ədədə yaxın latın qrafikası ilə nəşr
olunmuş kitablarla təmin
edilib. Təkcə bu il 1313 ədəd kitab
almışıq. Bir məsələni xüsusi qeyd etmək istəyirəm.
Elə kitablar var ki, kitabxanamızın ona
ehtiyacı var. Biz həmin
kitabların siyahısını tərtib edərək Nərimanov
Rayon İcra Hakimiyyətinə
təqdim edirik. Onlar yerli büdcə hesabına o
kitabları nəşr mərkəzlərindən alaraq kitabxanamıza verir. Bu bizim üçün
görülən böyük bir işdir. İcra Hakimiyyəti bunu
bizdən əsirgəmir".
T.İndeykina həmçinin
bildirdi ki, onda olan məlumata görə, prezidentin sərəncamı
ilə çap olunan kitablar Nərimanov Rayonunda yerləşən
məktəblərin kitabxanalarına da hədiyyə edilib. Qeyd edək ki, rayonda "Məktəb
kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi"
planına uyğun işləri həyata
keçirmək və əyani texniki vasitələrlə
təminat işi genişləndirilib. Belə ki, "Azərbaycan Respublikasi Prezidentinin
"Azərbaycan dilində latın qrafikası ilə
2005-2006-ci illərdə yenidən nəşr olunmuş
kitabların bölgüsünün təsdiq
edilməsi haqqında" Sərəncamına uyğun olaraq ümumtəhsil
məktəblərinin kitabxanaları 85 adda
bədii ədəbiyyatla təmin edilib.
Rəhbərlik etdiyi Mərkəzləşdirilmiş
Kitabxananın nəzdində "Gənc turist klubu" və
"Oxucu klubu" yaradıldığını deyən
T.İndeykinanın sözlərinə görə, bundan
başqa, Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsi hər il ənənəvi olaraq "Ən
fəal oxucu" nominasiyası üzrə müsabiqə
keçirir: "Bu müsabiqədə bizim oxucular
böyük həvəslə iştirak edərək qalib gəlir.
Məktəbli
oxucularımız arasında gözəl bədii qiraətçilər
var. Ümumiyyətlə, bizim
oxucuların əksəriyyəti istedadlıdır. Onlar rayonumuzda və
Bakının digər rayonlarında yerləşən
yaradıcılıq evlərində məşğul olur. Keçirdiyimiz bütün tədbirlərdə o uşaqlar iştirak edir.
Kitabxanamızda uşaq şairlərinin,
yazıçılarının xatirə və
yaradıcılıq gecələrini keçiririk".
Azərbaycanın dövlət
müstəqilliyinin 20-ci il dönümü ilə əlaqədar
Nərimanov İcra Hakimiyyətilə birgə S.Xasıyev
adına mədəniyyət və istirahət parkında
"Müstəqilliyimiz əbədidir, dönməzdir"
adli geniş bir tədbir keçirdiklərini nəzərimizə
çatdıran xanım İndeykinanın dediyinə görə,
parkda həm konsert proqramı ilə iştirak ediblər, həm
kitablar nümayiş etdiriblər, həm də kitabxana oxucusu
olan uşaqların əl işlərindən ibarət sərgi
təqdim ediblər: "Bu tədbirdə müstəqil
respublika olduğumuz bu 20 ildə ölkənin müxtəlif
nəşriyyatları tərəfindən çap edilən əhəmiyyətli
kitabları sərgiləmişdik. Kitabları mövzular üzrə təsnifatlandırmışdıq.
Heydər Əliyev Fonduna, Prezident
Kitabxanasına aid kitablara
da yer
ayırmışdıq. Burada, həmçinin,
Milli Qəhrəman Mübariz
İbrahimov haqqında yazılmış kitablar da təqdim edilirdi. Tariximizlə, ədəbiyyatımızla,
incəsənətimizlə əlaqədar kitablar
ekspozisiyada qoyulmuşdu.
Musiqi bacarığı olan
oxucularımız bu tədbirdə öz ifaçılıq məharətlərini
göstərdi".
Sonda bildirək ki, Baki Şəhər
Mədəniyyət və Turizm İdarəsinin Nərimanov
Rayon mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi
Kitabxanasının saytı da yaradılıb. WWW. Nerimanov-mks.az saytı oxucuların ixtiyarına
verilib.
Nərimanov rayonunun mədəniyyət
mənzərəsilə özümüz də tanış
olduq, sizi də tanış etdik. Rastlaşdığımız uğurlu işlər qəlbimizi fərəhləndirdi.
Bu uğurun hər zaman davamını görmək istəyirik. Çünki dünyada mədəniyyət
qədər insana gərək olan ikinci bir
ümumbəşəri dəyər yoxdur.
İradə SARIYEVA
Bakı xəbər.- 2011.- 12 dekabr.-
S.10.