"Eurovision"da Azərbaycanı bu dəfə
oğlan müğənninin
təmsil etməsi daha
məqbul sayılır
Ötən yarışmalarda
qız müğənnilərin
dalbadal iki uğursuzluğu Eldar Qasımovun şansını
artırıb
"Eurovision"
beynəlxalq mahnı müsabiqəsində bir dövlət kimi iştirakımızın tarixi
elə də böyük deyil. Əlli ildən artıqdır ki, Avropa Birliyi tərəfindən düzənlənən
"Eurovision" yarışmasına
2008-ci ildən bəri
qatılırıq. Bu müsabiqədə
ilk dəfə Azərbaycanı
Elnur Hüseynov və Samir Cavadzadə,
2009-cu ildə Aysel Teymurzadə-Araş cütlüyü,
2010-cu ildə Səfurə
Əlizadə təmsil
edib.
Elnurla Samir
ölkəmizi 8-ci, Aysellə
Araş 3-cü, Səfurə
isə beşinci edib. Amma onların
heç birinin göstərdiyi nəticə
birmənalı qarşılanmayıb.
Bütün təmsilçilərin
həm ifası, həm özəl həyatı, həm geyimi, həm davranışı internet forumlarında
müzakirə edilib. İştirakçılarımız barədə ürəkgenişliyilə
xoş söz deyən çox az olub.
İctimai Televiziyanın
(İTV) təşkilatçılığı
ilə 2011-ci ildə Azərbaycanı "Eurovision-2011"də təmsil edəcək ifaçının seçilməsi
üçün Milli
seçim turu keçirilir. Bir həftəyə yaxındır
ki, beşliyin siyahısı açıqlanıb.
Eldar Qasımov, İlhamə Qasımova, Aynişan Quliyeva, İlqarə İbrahimova və Nigar Camal
beşliyə düşüb.
Artıq beşliyin tərkibilə bağlı
mətbuatda kifayət
qədər fikirilər
dərc edilib. Nə mütəxəssislər,
nə ictimaiyyət, nə də seçim turunda iştirak edənlər bu heyəti yetərli qəbul edir. Baxmayaraq ki, bəziləri beşliyin tərkibinin istedadını göylərə
qaldırır. Bəziləri,
xüsusən də xalq artisti Aygün
Kazımovanın qızı
İlqarəni və əməkdar artist Aybəniz
Haşımovanın qızı
Aynişanı tərifləməkdən
yorulmur.
Musiqi sahəsindən
anlayışı olan
insanların çoxu
deyir ki, ictimaiyyətə təqdim
edilən beşlik
"Eurovision" yarışmasının
tələblərinə cavab
vermir. Birinin səsinin olmaması, o birinin xarici görünüşü, başqa
birinin geyimi və ingilis dilini bilməməsi tamaşaçıları razı
salmır.
Beş nəfərin
arasından kimi,
"Eurovision-2011" yarışmasında
ölkəmizi təmsil
etməsini istəyirsiniz?
Sadə vətəndaşlar,
ziyalılar və
media nümayəndələri arasında sorğu keçirdik. Araşdırmamız
göstərdi ki, tamaşaçılar məlum
beşliyin tərkibini
zəif hesab edir. Söhbət elədəyimiz insanların
böyük əksəriyyəti
bildirdi ki, o biri iştirakçılarla
müqayisədə Eldar
Qasımov nisbətən
daha layiqli namizəd dir. Respondentlərin
sözlərinə görə,
nə Samirlə Elnurun, nə Aysellə Araşın, nə də Səfurənin orada iştirakı onları qane edib. Onlar
deyir ki, iki il dalbadal
"Eurovision"da ölkəmizi
qızlar təmsil edib. Bu il isə
ora oğlan iştirakçının getməsi
daha məqsədəuyğun
olardı. Qızlara gəlincə, səs imkanları baxımından
nisbətən İlhamə
Qasımova dəstəklənir.
Yeri gəlmişkən,
Eldar Qasımov məsələsində Milli
Konservatoriyanın rektoru,
əməkdar incəsənət
xadimi, bəstəkar Siyavuş Kəriminin də fikirləri tamaşaçıların fikrilə
üst-üstə düşür.
Bir neçə gün əvvəl S.Kərimi İTV-nin efirində bildirmişdi ki, Eldarın çox gözəl səsi, tələffüzü
var: "Eldar, sənin çox gözəl səsin var. İki-üç ildən
sonra sənin qabağında duran olmayacaq, oxumaqla hər yeri sökəcəksən".
Məlumatlara görə,
S.Kərimi də
"Eurovision-2011"də Azərbaycanı
Eldar Qasımovun təmsil etməsini istəyir.
Görək, seçimlər
hansı nəticəni
göstərəcək...
Aytəkin KƏRİMLİ
Bakı xəbər.-
2011.- 3 fevral.- S. 15.