1905-1992-ci
illər dövrünü əhatə
edən "Genosid qanunu"...
Niyə də erməniləri
qabaqlamayaq?
Musa Qasımlı: "Tarixi həqiqətin
bir daha üzə çıxarılmasından ötrü bu
vacibdir"
Vaqif Arzumanlı: "Bizdə problemli məsələ
soyqırım və deportasiyaya siyasi və hüquqi qiymətin
verilməməsidir"
Torpaqlarımızı
işğal edən, soydaşlarımıza qarşı
soyqırım siyasəti yeridən Ermənistan yenə də
öz fitnəkar ampluasındadır. Belə ki, onlar növbəti
dəfə ictimai rəyi çaşdıran addım atmaq
niyyətindədir. Ermənistan getdikcə dalana dirəndiyindən,
yeni-yeni fitnə-fəsadlarla ictimai rəyi
çaşdırmaq istəyir, beynəlxalq rəyi öz tərəfinə
yönəltməyə çalışır.
Qeyd
edək ki, Ermənistan parlamentində "Azərbaycanlıların
ermənilərə qarşı 1988-1994-cü illərdə
törətdiyi cinayətlərin soyqırım kimi tanınması
haqqında" qanun layihəsinin müzakirəsi gözlənir.
Belə bir qanun layihəsilə parlamentdə təmsil olunan
"İrs" partiyası çıxış edib. Belə
addım öz təcavüzkar niyyətlərini və azərbaycanlılara
qarşı uzun illərdən bəri törətdikləri
soyqırımı ört-basdır etməyə
hesablanmış tədbirlərdir. Bununla ermənilər guya
özlərinin əzilən xalq olduğunu, qonşuları tərəfindən
təcavüz və milli qırğına tuş gəldiyini
dünya miqyasında car çəkmək istəyir. Yəni əslində,
öz çirkin əməllərini başqasının
üstünə yaxmaqla, özlərini təmizə
çıxarmaq, guya sivil xalq olduqlarını nümayiş
etdirmək niyyətindədirlər. Bununla da sivil Qərbə
sığınmaq eşqinə düşüblər. Əslində
isə hamıya, o cümlədən dünyaya da bəllidir
ki, proses tamamilə fərqlidir. Yəni soyqırım
siyasətinə ermənilər deyil, məhz erməninin əli ilə azərbaycanlılar
məruz qalıb. Özü də artıq bir əsrə yaxındır ki, azərbaycanlılar erməni
təcavüzü və soyqırımı ilə üzləşir.
Hələ 1905-ci ildə Çar Rusiyasının fitvası
ilə Qafqaza köçürülən
ermənilər soydaşlarımıza
qarşı amansız vəhşiliklərə yol verərək, minlərlə azəri türkünü qanına
qəltan etmişdi. Hansı ki, həmin
müsəlmanlar vaxtilə ermənilərə qucaq açaraq, onların
dədə-baba torpaqlarımızda məskən salmalarına
yardımçı olmuşdu. Yəni azərbaycanlılar
Cənubi Qafqaza köçürülən
ermənilərə hər cür yardımı belə əsirgəməmişdi. Bunun müqabilində isə ermənilər öz
fitnəkar siyasətlərindən
bərk-bərk yapışaraq, onlara yaşamaq üçün
hər cür şərait
yaradanlara arxa
çevirərək, fitnəkarlığa əl atır. Bu hal erməninin
xislətindən irəli gəlir. Belə olmasaydı, azərbaycanlılara
qarşı soyqırım siyasətini daimi
müstəviyə keçirməzdilər.
Ermənistanın həmvətənlərimizə
qarşı ikinci soyqırım
siyasəti 1918-ci başladı. Bu zaman dünya
miqyasında yaranmış situasiyadan
"faydalanmağa" çalışan
erməni daşnakları daha kəskin şəkildə
soyqırıma yol verdi.
1918-ci ilin martında Bakı və ətraf rayonlarda
bolşevik canisi
Şaumyanın rəhbərliyi altında 10 minlərlə
müsəlman vəhşicəsinə öldürüldü.
Bu zaman ermənilər
uşaq, qoca, qadın
demədən hamını qırırdı. Hətta bir çoxlarını diri-diri torpağa basdırmaqdan belə
çəkinmirdilər. Erməninin insan cəmiyyətinə yad olan bu üsullara
əl atması onun həmin
cəmiyyətdən məhrum bir məxluq olduğuna işarədir. Yoxsa
belə etməzdilər. Bu
azmış kimi,
Şaumyanın cəlladları Bakının ardınca Lənkəran
qəzası, Quba, Şamaxı, Gəncə
və digər Azərbaycan torpaqlarında
soydaşlarımıza münasibətdə analoji
hərəkətlərini davam
etdirdi. Bunun nəticəsində həmin dövrdə 50
mindən çox soydaşımız
erməni soyqırımının
qurbanı oldu. Qubadakı
vəhşilikləri daha
kəskinliyilə seçilirdi.
Burada minlərlə insanı qanına qəltan edən ermənilər
onları topa-topa, kütləvi
şəkildə bir əraziyə basdırıblar. Həmin
kütləvi soyqırım məzarlığı yaxın
illərdə aşkar olunaraq,
dünya ictimaiyyətinə kimin-kim olduğunu əyani surətdə göstərdi. Sonrakı dönəmlərdə də ermənilər
öz bəd niyyətlərindən əl çəkmədi.
1948-1949-cu illərdə xaricdən ermənilərin
köçürülməci bəhanəsilə 150 mindən
artıq qərbi azərbaycanlı öz doğma el-obasından sürgün edildi. Bunun özü də soyqırım siyasətinin
nəticəsidir. Müasir dövrdə isə erməni
vəhşiliyi özünün kulminasiya nöqtəsinə
çatıb. Onların qəddarlığı,
həyata keçirdikləri deportasiya siyasəti nəticəsində
bu gün Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı
qalmayıb. 1988-1994-cü illərdə isə, mənfur ermənilər
Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ və
onun ətrafında soyqırımla məşğul olublar. Xocalı soyqırımı heç
kimin yaddaşından
silinməz. Həmin vaxt,
uşaqlı-qadınlı-qocalı, 600-dən çox insan erməni vəhşiliyinin qurbanı oldu. Bu soyqırımın
ermənilər tərəfindən necə həyata keçirildiyi hətta lentə də alınıb. Yəni bir əsrə yaxındır ki, məhz ermənilər bizə
qarşı soyqırım siyasəti yürüdür.
Amma özlərini elə
aparırlar ki, sanki bizlər deyil, məhz özləri
soyqırıma məruz qalıb. Bu yüz il ərzində ermənilər
heç vaxt özlərinə məxsus olmayan
torpaqlarımızı işğal
etməklə yanaşı, yüz minlərlə soydaşımıza
qarşı soyqırım da törədib.
Amma buna baxmayaraq, bu adla özlərini məzlum göstərməyə
çalışırlar. Ermənistan parlamentinin
sözügedən uydurmada
məqsədi, heç şübhəsiz,
Dağlıq Qarabağla bağlı
danışıqlar prosesini
ləngitməyə, bu məsələdə
öz mövqeyinin guya haqlı olduğunu üzə çıxarmağa
hesablanmış addımdır.
Ermənistanın
bu saxta əməlinə qarşı 1905-1992-cü illər ərzində
soydaşlarımıza qarşı törədilən erməni
cinayətlərinin Azərbaycan parlamenti tərəfindən
soyqırım kimi qiymətləndirilməsi vacibdir.
Millət
vəkili, professor Musa Qasımlı da düşünür
ki, tarixi həqiqətlərin üzə çıxması
üçün belə bir sənədin qəbulu
lazımdır: "Ermənistan və erməni silahlı dəstələri
daim azərbaycanlılara qarşı soyqırım törədib.
1905-1907-ci illərdə, Birinci Dünya müharibəsi
dövründə, 1988-ci ildən bəri bizə qarşı
belə soyqırım halları daim olub. Hesab edirəm ki, həmin
məsələ bizdə də qaldırılmalı və
müvafiq sənədlər qəbul olunmalıdır. Hər
halda, belə sənədlərin qəbulu tarixi həqiqətlərin
üzə çıxmasına kömək edər. Tarixi həqiqətin
bir daha üzə çıxarılmasından ötrü bu
vacibdir. Ermənistanın hərəkəti isə onun
işğalçılıq siyasətindən diqqəti
yayındırmağa yönəlib".
Siyasi
şərhçi, professor Vaqif Arzumanlı Ermənistan
parlamentində sözügedən qondarma məsələ ilə
bağlı səslənən fikirləri adi təklif
sayır: "Ermənistanın budəfəki addımı
ilk növbədə onunla bağlıdır ki, artıq
dünya ictimaiyyətinə, ABŞ başda olmaqla,
dünyanın ən böyük dövlətlərinə ermənilərin
1915-ci ildə baş vermiş olayları soyqırım adlandırmasının
qondarma hadisə olduğu gün kimi aydındır. Tarixi
faktlar sübut edir ki, belə bir soyqırım olmayab, bu
uydurmadır. Əksinə, o dövrdə daha çox
soyqırıma məruz qalanlar Anadolu və Azərbaycan
türkləri olub. Bu məsələlər dərindən
araşdırılsa, erməninin özünə mənəvi
və maddi zərbə dəyəcəyi göz önündədir.
Belədə erməninin iç üzü tamamilə
açılar. Artıq dünyanın ən inkişaf
etmiş ölkələrinin öndə gedən informasiya
agentlikləri bildirir ki, 1915-ci ildə Türkiyədə bu
hadisələr baş verən zaman, yəni ermənilərin
kütləvi şəkildə Türkiyənin
şimalından cənuba köçürülməsi
dövründə heç bir ingilis, alman, fransız və ya
rus müxbiri olmayıb. Sadəcə olaraq, ermənilər
guya kütləvi şəkildə qırıldıqları
barədə istədikləri, özü də həqiqətdən
uzaq xəbəri ötürüb, sonradan isə dünya
ictimaiyyətinə yayıblar. Ondan sonra ermənilər
havadarlarının köməyi sayəsində Qafqazda
soyqırım törətməyə başladı. Təkcə
burada deyil, onlar rusların köməyilə, eyni zamanda,
1915-1917-ci illərdə Cənubi Azərbaycanın Urmiya
gölü ətrafında da təxminən 150 minə
yaxın soydaşımızı ruslarla əl-ələ verərək
soyqırıma məruz qoyub. Ermənistan parlamentində səslənən
bu təklifi adi təklif sayıram". Həmsöhbətimiz
bildirdi ki, ermənilərin sonrakı dövrlərdəki hərəkətlərini,
yəni 1918-ci ildə Bakı, Quba, Şamaxı, Zəngəzur,
Göyçə və İrəvanda törətdikləri
soyqırımlar və 1988-ci ildən bəri azərbaycanlıların
artıq 4-cü dəfə soyqırıma məruz qalması
faktlarından yayınmaq və onların üstünü
ört-basdır etmək üçün Ermənistan
parlamenti indi belə bir təşəbbüs göstərir:
"Bunu bilənlər bilir ki, belə təşəbbüslərin
heç bir hüquqi əhəmiyyəti olmayacaq. Çünki,
xüsusən də, 1988-89-cu illərdə
soydaşlarımızın Ermənistandan vəhşicəsinə
qovulması və öldürülməsi faktını
dünya ictimaiyyəti çox yaxşı bilir. İndiki
hadisələr çağdaş insanların gözü
qarşısında baş verib, ona görə də
onları bu uyğurmalara inandırmaq mümkün deyil. Çünki
1988 və ondan sonrakı dövrün erməni vəhşiliyini
ingilis, alman, fransız, türk, rus, azərbaycan informasiya
agentlikləri öz gözlərilə görüb və
bunlar dünya ictimaiyyətinə
çatdırılıb".
Azərbaycan
parlamentində adekvat olaraq erməni soyqırımı ilə
bağlı qərarlara gəldikdə, V.Arzumanlı qeyd etdi
ki, bu məsələ dəfələrlə Milli Məclisdə
müzakirə olunub: "Bununla bağlı dəfələrlə,
konkret olmasa da, məsələ müzakirə olunub. Ölkə
prezidentləri səviyyəsində 1993 və 1998-ci illərdə
fərmanlar imzalanıb. Hər il Xocalı soyqırımı
və 31 Mart qırğını ərəfəsində
parlamentdə müzakirələr gedir və müəyyən
qərarlar qəbul olunur. Yəni bu məsələ bizim
parlamentdə 1993-cü ildən bəri, demək olar, mütəmadi
şəkildə müzakirə olunur. Xocalı
soyqırımı, 31 Mart qırğını ilə
bağlı dünya ictimaiyyətinə müraciətlər
qəbul olunub. Qərbi Azərbaycandan son deportasiya ilə də
bağlı parlamentdə hər il dinləmələr olub. Bütün
bunlar onu göstərir ki, həmin məsələ bizim
parlamentdə dəfələrlə müzakirə obyekti olub.
Ermənilərin son addımının iflasa
uğrayacağına inanıram. Onlar bununla heç nə
qazana bilməyəcək. Onlar indi seytnot vəziyyətdədir.
Ermənistan tərəfi ATƏT-in Minsk Qrupunun təkliflərini
qəbul etməmək üçün ağıllarına nə
gəldi ortaya atır. Amma aydındır ki, heç bir nəticə
verməyəcək. Azərbaycan parlamentində 1905-ci il hadisələri,
1918-ci ilin soyqırımı, 1948-ci ildə
soydaşlarımızın dədə-baba yurdlarından
qovulması, 1988-ci ildən üzü bəri olan hadisələr
və Xocalı soyqırımı dəfələrlə
müzakirə olunub. Belədə onları cəm şəkildə
müzakirə etməyə ehtiyac yoxdur. Xocalı
soyqırımının mahiyyəti bir başqadır, 31 mart
qırğınının və ya 1905-1906-cı illər
hadisələrinin mahiyyəti bir başqadır. Sonuncu
deportasiya məsələsi bilavasitə Ermənistanın rəhbərliyi
altında olubsa, 1905-1906-cı illər hadisələri
Çar Rusiyasının ikibaşlı siyasətinin, 1918-ci
il qırğını isə Lenin və Şaumyanın
baş planının bir hissəsi idi. Onlar Bakını
Rusiyaya ilhaq etmək və Azərbaycanın qalan ərazilərində
Ermənistan dövləti yaratmağı
düşünürdülər. Bolşevizmin siyasəti nəticəsində
zaman-zaman torpaqlarımız ermənilərə verildi".
Onun fikrincə, indiyə kimi erməni soyqırımı ilə
bağlı verilən fərman və qərarlar kifayətdir:
"Erməni özündən bir qondarma təklif irəli
sürürsə, biz də onun ardınca gedib qondarma təklifi
irəli sürmək cəhdində bulunmamalıyıq.
İstərdim
ki, Xocalı soyqırımı ilə bağlı məsələ
Milli Məclisdə daha geniş şəkildə müzakirə
olunsun və müraciətimizdən sonra bütün dünya
parlament və ölkələrində buna hüquqi və
siyasi qiymət verilsin. Bizdə problemli məsələ
soyqırım və deportasiyaya siyasi və hüquqi qiymətin
verilməməsidir. Hər şeyi öz adı ilə demək
və tələb etməkdən nədənsə çəkinirik.
Məsələn, nə üçün Köçəryanın
cinayət məsuliyyətinə cəlb olunmasını
düşünmürük? Qorbaçov nədən Haaqa Məhkəməsinə
verilmir? Belə bir konkretlik bizdə çatmır".
Rüfət SULTAN
Bakı xəbər.- 2011.- 9 fevral.- S.11.