Asif Atanın
övladları atalarının "Bədiyyat"
əsərini gürcü dilinə
tərcümə etdirdilər
İnam Atanın (Asif Atanın)
Mütləqə İnam Ocağının
Yükümlüsü
İşıqlı Atalının verdiyi
məlumata görə, İnam
Atanın "Bədiyyat"
əsəri gürcü dilinə
tərcümə olunub.
Əsəri gürcü
dilinə tanınmış tərcüməçi-şair Giya Paçxataşvili çevirib.
G.Paçxataşvili
bildirib ki, əsər üzərində
3 ildən çox işləyib: "İnam
Ata əsərinin tərcüməsi
olduqca məsuliyyətli
işdir. Elə iş
görməyə çalışmışam ki, sabahlara qala
bilsin". O, "Bədiyyat"ın
gürcücəyə tərcüməsini "Böyük tarixi hadisə" adlandırıb:
"İnanıram ki, bu
tərcümə gürcülərdə
Asif Ata haqqında ciddi təəssürat yaradacaq.
Atanın Mütləqə İnam fəlsəfəsi bəşəri
mahiyyət daşıyır. Hesab edirəm ki, bu əsərdən gürcülər çox
faydalana biləcək. "Bədiyyat"
coşqun ruhlu,
mütləq inamlı bir əsərdir.
Yaxın vaxtlarda "Bədiyyat"
Gürcüstanda kitab
halında işıq
üzü görəcək".
Bildirək ki, İnam Ata
"Bədiyyat"ın ömürdən
gələn izhar olduğunu bildirirdi. Kitabda toplanan rübailər
Atanın təqib olunduğu ağır vaxtlarda yazılıb.
Bu rübailər Atanın
şairliyinin təsdiqi
kimi meydana çıxmayıb.
Bununla bağlı Ata
deyirdi: "Sizə təqdim etdiyim rübailərdə şeir
axtarmayın, ömür
axtarın".
İnam Ata ilk
dəfə olaraq şeirlə müqəddəs
söz söyləyib.
Bu dövrdə Ata ciddi şəkildə
nəzarət altında idi.
İmperiyaya bəhanə
verməmək üçün Ata Evində
övladlarının onunla səsli danışığına
yasaq qoymuşdu. Bu dövrü Ocağımızın "Lal
danışıq və münasibətlər dövrü"
adlandırmaq olar.
Ocağın Ruhani Başçısı
Safruhun "Başlanğıc" və
"Ata Səcdəsində"
kitablarında bu barədə geniş
danışılır. O zaman Ata və Evladlar
arasındakı bütün
danışıqlar kağız üzərində aparılırdı.
Qeyd edək ki,
"Bədiyyat" 2006-cı ildə kitab şəklində "Adiloğlu"
nəşriyyatında nəşr
olunub.
Ramil QULİYEV
Bakı xəbər.- 2011.- 28 fevral.- S.
14.