Azərbaycan - dinlərin qovuşduğu tolerant məkan

 

  Çağdaş mütərəqqi dünyanın əsas demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi etnik tolerantlıq və dini dözümlülük əslində xalqımızın əsrlər boyu formalaşdırdığı və əksər ölkələr üçün nümunə olan məxsusi dəyəridir. Müasir Azərbaycan vətəndaşları üçün bu iki dəyərin biri Rəbbimizin nazil etdiyi səmavi kitablardan, digəri isə nəsillərin bir-birinə əmanət olaraq ötürdüyü adət və ənənədən qaynaqlanır.

   Bu ənənə ilk növbədə, ölkənin coğrafi yeri - iki qitənin kəsişdiyi məkanda olması ilə əlaqəlidir. Xalqımızın tarixən dünya ilə bütün iqtisadi-mədəni əlaqələri bu körpü vasitəsilə olduğu üçün o, torpağına qədəm qoyan hər millətin nümayəndəsi, icması ilə sülh şəraitində yaşayıb, ondan nəsə götürüb, ona nəsə verib. Göründüyü kimi, dinietnik tolerantlıq Azərbaycanda İslamdan da qabaq mövcud olub. İslam dini sadəcə, bu prosesi mühafizə edərək inkişaf etdirib.

 

   Tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir

 

   Azərbaycanın tarixi ərazisi qədim zamandan həm də müxtəlif dini icmaların, çoxlu etnik qrupların vətəni olub. Şamanizm, zərdüştlük, atəşpərəstlik bu ərazidə formalaşan və bilavasitə xalqımızla bağlılıqı olan inanc mənbələri olub. İudaizmin 2500, xristianlığın 1930, islamlaşmanın 1370-il bundan qabaq Azərbaycanda təşəkkül tapması, XVIII və XIX əsrlərdən sonra Pravoslav, Roma-katolik, İncilçi-lüteran kilsələrinin və sinaqoqların eyni məkanda məscidlərlə birgə fəaliyyət göstərməsi dünyaya örnək olan unikal dəyərlərdəndir. Bununla yanaşı, tarixin bütün mərhələlərində ölkəmizdə etnikdini konfessiyalar arasında dözümlülük mühitinin formalaşması, milli, irqi, dini zəmində heç bir diskriminasiya hadisəsinin olmaması da danılmaz faktlardır. Halbuki, müxtəlif dövrlərdə digər ölkələrdə İudaizm, Xristianİslam dinindən sui-istifadə edilərək qanlı hadisələrə, təxribatlara rəvac verilməsi, dinlərarası münasibətlərin düşmənçilik səviyyəsinə gətirilməsi acı həqiqətdir.

   İftixarla qeyd edilməlidir ki, ölkəmizdə əsrlər boyu formalaşan tolerantlıq müstəqillik dövründə daha da möhkəmlənərək, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. 1992-ci ildə qəbul edilmiş "Dini Etiqad Azadlığı Haqqında" AR Qanununa 1996 və 1997-ci illərdə müvafiq düzəlişlərin edilməsi, 2011-ci ildə bu qanunun daha da təkminləşdirilməsi, bu günə kimi 500-dən artıq müxtəlif dini icmanın DQUDK tərəfindən qeydə alınması dövlətin tolerantlıq istiqamətində atdığı önəmli addımlardır.

   Müstəqillik dövründə mütərəqqi islami dəyərlərə qayıdış cəmiyyətin əxlaqi-mənəvi yüksəlişinə, xalqımızın bütövlüyü və birliyinə xidmət göstərmişdir. Qloballaşma şəraitində ölkədə həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması, xarici investorların Azərbaycana uzunmüddətli sərmayə qoymaları, Azərbaycandakı daxili sabitlikonun tərkib hissəsi olan etnik tolerantlıq və dini dözümlülüyün mövcudluğu ilə mümkün olub.

 

   Dözümlülük və tolerantlıq, onların fərqli cəhətləri

 

   Dözümlülük və tolerantlıq bir-birinə nə qədər yaxın terminlər olsa da, fəqət fərqli cəhətləri də kifayət qədərdir. Dözümlülük insan haqları çərçivəsində heç bir din mədəniyyət, cins, inanc, düşüncə, sinifetnik fərqə varmadan bütün insanların yaradılışından gətirdiyi özəllikləri qeyri-şərtsiz qəbul etmək, onların bu məxsusi keyfiyyətlərlə düşünməsinə əməllərinə mane olmamaqdır. Dözümlülük bəşəri anlamda fərqli cins, dini anlamda fərqli inanc, psixoloji və fəlsəfi anlamda fərqli düşüncə və fikir, sosioloji anlamda fərqli yaşayış tərzi və fərqli mədəniyyət, etnik anlamda fərqli irqbu bu kimi fərqliliklərin həm varlılığının qəbulu, həm də fərqli dəyərlərin daşıyıcıları ilə bircə yaşamağın alternativsizliyinin dərk edilməsidir. Dözümlülükdə qarşı tərəfin dəyərlərini mənimsəmək vacib olmadığı kimi, onun fərqli anlayış, düşüncə, inanc və mədəniyyətini aşağılamaq da olmaz. Burada münasibətlər "müxtəliflik təbiidir, harmoniyadır" prinsipi üzrə qurulmalı, zor tətbiq edilməlidir. Cünki dözümlülk insana fitratdan verilən və Rəbb tərəfindən qorunması vacib olan ruhani-dini dəyərdir. Bunu Rəbbimizin aşağıdakı kəlamları sübut edir: "Dində zor yoxur. Din nəsihətdir".

   Tolerantlıq isə kifayət edə biləcək gücimkana malik fərd və çoxluğun azlığın fərqli dəyərlərinə mane olmamasıdır. Göründüyü kimi, dözümlülükdən fərqli olaraq, tolerantlıqda tolera edən tolera etdiyi şeyi əngəlləmə, ona qarşı çıxma gücünə sahib olmalıdır. Tolerant şəxs, qruplarya cəmiyyət (çoxluq) sahib olduğu gücdən vaz keçməli, xoşlamadığı şeyə qarşı çıxmamalıdır. Tolerantlıq bəşər qanunları ilə tənzimlənən dünyəvi-mənəvi dəyərdir. Dözümlülüyün ilkinliyi və tətbiqi sahəsinin genişliyi tolerantlığa kölgə salmır. Əksinə, onların hər ikisi əxlaqi normalar kimi bəşər həyatının vazkeçilməz dəyərləri, qloballaşmainteqrasiya prosesinin hərəkt verici qüvvəsi, demokratiyanın bərqərarıdır.

 

   Tolerantlıq və dözümlülük anlayışının geniş məna tutumuna toxunan, bu sözün lakonik izahını verək mərhum prezident H.Əliyevə görə, "tolerantlıq həm insani münasibətlərin və cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir".

   Tolerantlıq prinsipləri Deklarasiyası 1995-ci il noyabrın 16-da YUNESKO Ali Konfransının 5.61 saylı Qətnaməsilə təsdiq olunub. 1999-cu il noyabrın 16-da isə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev bu əlamətdar gün münasibətilə ölkədə fəaliyyət göstərən bütün dini konfessiyaların rəhbərlərilə görüşərək, dövlətin tolerantlıq ənənəsinin qorunmasına xüsusi önəm verdiyini, irqindən, dilindən, dinindən, dünyagörüşündən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının sülh, əminamanlıq və qarşılıqlı etimad mühitində yaşadığını, konfessiyalararası münasibətlərdə heç bir problemin olmadığını bildirdi. Bu siyasətin davamı olaraq, ölkə başçısı İlham Əliyevin 16 noyabr 2007-ci ildə Bakıda keçirilən Beynəlxalq Tolerantlıq Günü münasibətilə konfrans iştirakçılarına ünvanladığı məktubda deyilir: "Ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir".

 

     Tolerantlıq Azərbaycan xalqının milli-dini sərvətidir

 

      Din çox güclü təsir vasitəsinə malik olduğu üçün müasir dünya bütün dinsiyasi xadimləri qloballaşma zəminində düşünməyə məcbur edir. Harvard Universitetinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Samuel Hantinqon "Sivilizasiyaların toqquşması" kitabında dünya siyasətində dinlərin fundamental rolundan danışaraq qeyd edir: "Müasir dünyada din mərkəzi qüvvə hesab edilir. Məhz "qüvvə" ona görə ki, insanlara arqumentlər verərək onları səfərbər edir... Nə siyasi ideologiyalar, nə də iqtisadi maraqlar insanlar üçün əsasdır. Bu iman və ailə, qandindir ki, insan özünü identikləşdirir, onun uğrunda döyüşürölür". Azərbaycandakı etnikdini tolerantlığın unikal nümunəsini sivilizasiyaların toqquşmasının labüdlüyünü müdafiə edənlərə misal gətirən İlham Əliyev həmin məktubunda yazır: "Bu gün sivilizasiyaların toqquşması və qarşıdurması konsepsiyasına tərəfdar çıxanlar zəngin tolerantlıq ənənələrinə malik olan və Şərqlə Qərb arasında körpü rolunu oynayan bir ölkə kimi Azərbaycanın təcrübəsindən ibrət götürə bilər".

   Ölkəmizdə müxtəlif dinlər və mədəniyyətlər tarixən öz mövcudluğunu dialoq, tolerantlıq şəraitində qoruyub. Müasir Azərbaycanda milli siyasət 90-a yaxın etnik qrup, müxtəlif millət və dini azlıqların əminamanlıq şəraitində yaşaması və dözümlülük prinsipləri, həm də, din-dövlət sıx əməkdaşlığı əsasında müəyyənləşdirilib. Milli azlıqların dövlət qurumlarında təmsil olunması, biznes sahəsində geniş iştirakı, qeyri-hökumət təşkilatlarına və digər qurumlara rəhbərlik etməsi, bir sözlə, onların ölkənin iqtisadi, siyasi, mədəni həyatında fəal iştirakına şərait yaradılması deyilənlərə bariz nümunəsidir.

   Məlumdur ki, müstəqillik qazanandan az sonra iqtisadisiyasi formasiyanın dəyişməsinə baxmayaraq, İsmayıllı rayonunun əsasən malakanlardan ibarət olan "Nikitin" adına kolxozun icması kolxoz sisteminin saxlanmasını mərhum prezident Heydər Əliyevdən xahiş etmişdi. H.Əliyev malakan icmasının xahişini yerinə yetirərək, onların kolxoz quruluşunda fəaliyyətinə heç bir məhdudiyyət qoymadı...

   Məlumdur ki, əhalisinin 96%-i müsəlman olan Azərbaycan vətəndaşlarının inanc mənbəyi Qurani-Kərimdir. Teist-ateist münasibətlərinə aydınlıq gətirən Rəbbimiz bu kitabında müsəlmanlara tövsiyə edir: "(Kafirlərə deyin:) Sizin öz dininiz var, mənim də öz dinim" (Kafirlər, 6). Tolerantlığın zirvəsi sayılan bu kəlam sonradan Ali Xartiyada (1215-ci il), BMT bəyannamələrində, Azərbaycan da daxil olmaqla, bütün sivil dövlətlərin konstitusiyasında təsbit olunub. Üç monoteist dinin qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu israrla qeyd edən Quran buyurur: "Müsəlmanlardan, musəvi (yəhudilər), isəvi (xristianlar) və sabiilərdən Allaha, axirət gününə inanıb yaxşı görənlərin mükafatları Rəbbinin yanındadır" (Bəqara, 62). Bu ayə latın mənşəli söz olan tolerantlıqdan yox, tolerantlığı da özündə ehtiva edən daha geniş dəyərdən-İslam mədəniyyətindən bəhs edir. Deməli, İslam coğrafiyasının qısa müddətdə genişlənməsinin və tolerantlıq da daxil olmaqla, bu sahədə Azərbaycanın unikallığının əsas səbəbini, həm də İslam mədəniyyətində axtarmaq daha ədalətli olardı.

   Dinlərarası münasibətlərin ölkəmizdəki təqdirəlayiq durumu, dinietnik tolerantlıqda Azərbaycan modelinin örnəkliyi İSESKO-nun 2009-cu il üçün Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi də söylənən fikri təsdiq edir. Xalqımızın qədim və zəngin mədəniyyətinə, islami dəyərlərə ölkəmizdə verilən qiymətə heyranlığını gizlətməyən İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib: "Mən Azərbaycanla tanış olduqdan sonra bu qənaətə gəldim ki, zəngin maddi və mənəvi irsinə görə Azərbaycan çox əhəmiyyətli ölkədir. İSESKO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz..." Qeyd edək ki, mədəniyyətlərarası dialoqun aparılması ənənələrinə malik olan Azərbaycan həm İSESKO-ya, həm də Avropa Şurasına yeganə üzv dövlətdir.

 

   Azərbaycan etnik-dini tolerantlığın örnəyidir

 

   BMT-nin "Tolerantlıq Prinsipləri Deklarasiyası"na görə, dözümlülük təkcə mənəvi borc deyil, eyni zamanda siyasihüquqi tələbatdır. Tolerantlıq sülhə nail olunmasını mümkün edən və müharibə mədəniyyətinin sülh mədəniyyətilə əvəz olunmasına səbəb olan ləyaqətlilikdir. Təəssüflə qeyd edək ki, bunu işğalçı Ermənistan dövlətinə və Qriqorian kilsəsinə şamil etmək olmaz. 451-ci ildə Xolkidon Ümumdünya Kilsə Məclisindən küfr damğası ilə qovulan erməni Qriqorian kilsəsinin Azərbaycanda fəaliyyət göstərən tarixi kilsələrə təzyiqi, sonradan Ermənistanın dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasətini müdafiə etməsi BMT-nin qətnamələrinə, tolerantlıq prinsiplərinə dirsək göstərməkdir. Ermənistanın monoetnik dövlət olması, bu gün onun müasir dünyanın gözü qarşısında Azərbaycanın işğal olunmuş dinimilli abidələrini yerlə-yeksan etməsi də artıq danılmaz faktdır.

   Əksinə, dünyaya örnək olan dinimilli tolerantlığın Azərbaycan modelinin prezident İlham Əliyev tərəfindən BMT kürsüsündən elan edilməsi, xarici ölkə başçılarının, dünyanın mötəbər dini icmalarının bu modeli dəstəkləməsi çağdaş Azərbaycanda aparılan milli siyasətin uğurundanonun dönməz xarakterindən xəbər verir.

   Müasir Azərbaycan dünya iqtisadiyyatının qloballaşması və daha çox mobilləşməsi, kommunikasiya, inteqrasiya və qarşılıqlı asılılığın sürətli inkişafı, irimiqyaslı miqrasiyalar və əhalinin məskunlaşması, urbanizasiyasosial sferada əsaslı dəyişiklər əsrində yaşayır. Bununla yanaşı, artıq dini-etnik dözümsüzlük və münaqişələr eskalasiyası da dünyanın hər tərəfini təhdid etməkdədir. Belə təhlükədən milli sərhəd və sərvətlərlə qorunmaq qeyri-mümkündür. Çünki o, qlobal xarakter daşıyır. Elə Azərbaycanda dünyaya örnək olan tolerantlığın milli siyasətin tərkib hissəsinə çevrilməsi də bu zərurətdən doğub.

 

 

  Vaqif CƏLİLOĞLU

 

  Bakı xəbər.- 2011.- 4 iyul.- S. 11.