Əcnəbilərin Azərbaycan
haqqında obyektiv deyimləri ölkəmiz üçün
böyük mənbədir
Seyid Camal Əzimbəyli:
"Əcnəbilərin ölkəmiz haqda dediklərini kitab
halına salmağın başqa bir gözəlliyi var"
Fuad
Muxtar-Ağbabalı: "Əcnəbi öz jurnalistinin,
diplomatının dilindən Azərbaycan haqda eşidəndə
daha tez inanır"
Hər bir xalqın özünəməxsus
ənənələri, tarixi, mədəniyyəti, dəyərləri,
adəti, milli xüsusiyyətləri var. Sadalanan bu faktorlar hər
bir millətin kimliyini özündə əks etdirən bir
etalondur. Nəzərə almaq lazımdır ki, hər bir xalq
ona məxsus olan milli dəyərləri, fərqlilikləri
özündə əks etdirən ənənələri
yaşada, tanıda bilirsə, o zaman dünya miqyasında bir
millət olaraq öz möhürünü vurur.
O üzdən bu kimi fərqli dəyərlər
toplusundan ibarət ənənələrin qorunub saxlanması
çox mühüm əhəmiyyət kəsb edir. Zamanında
onları qorumaq, tanıtmaq və ən başlıcası -
böyüməkdə olan gənc nəslə təlqin etmək
başlıca vəzifələrdən biri olmalıdır. Ona
görə ki, dünya həddən ziyadə sürətlə
qloballaşır. Qloballaşan dünya isə sayca bir qədər
az olan xalqlara məxsus dəyərləri yox edir. İstəsək
də, istəməsək də bu belədir. Belə olan halda
xalqların kimlik məsələsinin qorunması həddən
ziyadə çətinləşir. Ona görə də bu
istiqamətdə görülən işlər kompleks şəkildə
həyata keçirilməklə yanaşı, son dərəcə
sistemli olmalıdır ki, effektivliyi böyük olsun. Yəni
görülən işlər müasir dövrün tələblərinə
cavab verəcək səviyyədə olmalıdır. Müasir
dövrlə ayaqlaşmadan bu işi arzuolunan səyiyyədə
qurmaq mümkün görünmür. Hər addımda nəzərə
almalıyıq ki, bu yöndə görülən işlər,
atılan addımlar milli ideologiyanın tərkib hissəsini təşkil
edir. Yəni bunları milli ideologiyadan ayrı təsəvvür
etmək doğru olmaz. Ayrı təsəvvür olunarsa, o
zaman bir natamamlıq yaranacaq. Çünki unutmaq olmaz ki,
dövlətin oturuşmasında, möhkəmlənməsində
və dayanıqlı əsaslara söykənərək
inkişaf etməsində bütün bunların cəm
halında var olması ciddi əhəmiyyət kəsb edir. Yəni
bu faktorların hamısı nəticə etibarilə bir-birini
tamamlamalıdır. Yuxarıda sadalanan bütün bu
faktorların vəhdəti bir daha dövlətin monolitliyini,
bütövlüyünü özündə ehtiva edir.
Bu baxımdan deyərdim ki,
xalqımızın bəxti gətirib. Azərbaycan xalqı
xoşbəxtdir ki, dünyaya örnək sayıla biləcək
bir sıra tarixi hadisələrdə öz adını
qızıl hərflərlə həkk edə bilib. Baxmayaraq
ki, xalqımız keşməkeşli və çox mürəkkəb,
eyni zamanda ziddiyyətli mərhələlərdən
keçib. Həmçinin, tarixdə bir sıra ağır məhrumiyyətlərə,
ədalətsizliklərə məruz qalıb. Şərqdə
ilk demokratik dövlətin, operanın, baletin əsası məhz
Azərbaycanda qoyulub. Qadınların seçkidə
iştirak etmək hüququ ilk dəfə məhz Azərbaycanda
tanınıb. Bir vaxtlar cəhalətin, despotizmin
tüğyan etdiyi Şərqdə bunlara nail olmaq hər
xalqın işi deyildi. 1918-ci ilin 28 mayında elan olunan Azərbaycan
Demokratik Respublikası 23 ay yaşasa da, yaradılan parlamentdə
bir sıra fərqli siyasi görüşləri təmsil edən
partiya və fraksiyalar təmsil olunurdu. Bu, Şərq ölkələri
timsalında çoxpartiyalılığı özündə
əks etdirən ilk nümunədir. Niyə də bununla
öyünməyək?
Məlum obyektiv və subyektiv səbəblər
üzündən Azərbaycan 70 il sovet Rusiyasının
işğalı altında olub. Bütün bunlara baxmayaraq, Azərbaycan
xalqı öz kimliyini itirməyib. İyirmi ilə
yaxındır, Azərbaycan Respublikası müstəqillik əldə
edib. Ötən dövrün bir hissəsi çox keşməkeşli
mərhələlərə təsadüf etsə də,
ölkəmizin beynəlxalq aləmə inteqrasiyası davam
edir. Bir çox ölkələr Azərbaycanda öz səfirlik
və digər diplomatik korpuslarını açıb. Ötən
dövr ərzində ölkə iqtisadiyyatının müxtəlif
sahələrinə xarici sərmayə cəlb olunub. Bütün
bunların fonunda Azərbaycana bir çox əcinəbilər
müvəqqəti və yaxud da müvsümi gələrək
fəaliyyət göstərir. Fərqi yoxdur diplomat olsun, yaxud
da iş adamı. Ona görə ki, Azərbaycana gələn əcnəbilər
ölkənin mədəniyyəti, ictimai həyatı, incəsənəti,
təbiəti, folkloru və s. ilə
Tanınmış şərqşünas
Seyid Camal Əzimbəyli sözügedən ideyanı
çox yüksək qiymətləndirdi: "Əvvəla
onu qeyd edim ki, "Bakı-Xəbər" qəzetinin daim
milli-mənəvi dəyərlərin qorunması və təbliği
ilə çıxış etməsi olduqca təqdirəlayiq
haldır. Həmçinin, dövlətçilik prinsiplərinin
müdafiə, təbliğ olunmasında bu qəzetin xidməti
çox böyükdür. Həqiqətən də sizin qəzet
çox gözəl layihələr həyata keçirir.
Bütün bunlarla yanaşı, ölkəmizdə fəaliyyət
göstərən əcnəbilərin Azərbaycan haqda təəssüratlarının
kitab halına salınması çox gözəl ideyadır.
Ölkəmiz getgedə inkişaf etdikcə və
qloballaşan dünyada Azərbaycanın nüfuz dairəsi
genişləndikcə, ölkədə milli-dini tolerantlıq
artdıqca biz stabil inkişafın şahidi oluruq. İqtisadi-siyasi
sabitlik olduqca ölkəyə nəinki xarici diplomatik
korpusların təmsilçiləri, eyni zamanda çoxlu sayda
xarici qonaq təşrif buyurur. Həmçinin, son dövrlər
bir neçə beynəlxalq tədbirin keçirilməsi həqiqətən
də Azərbaycanın tarixinin, ölkə mədəniyyətinin
dünyaya aşılanması üçün əlavə
bir münbit şərait yaradır. Ən azından, ölkəyə
gələn əcnəbilər Azərbaycandaki real
inkişafla
Politoloq Fuad Muxtar-Ağbabalı da
prinsipcə sözügedən ideyanın həyata
keçirilməsinə müsbət
yanaşdığını bildirdi: "İstər-istəməz,
biz müxtəlif vasitələrdən yararlanıb Azərbaycan
mədəniyyətini, tarixini, iqtisadiyyatını, incəsənətini
dünyaya tanıtmalıyıq. Bəzən biz
özümüz bizə məxsus olan mədəniyyəti,
tarixi, adət-ənənələri dünyaya yaymaqda əngəllərlə
üzləşirik. Bu əngəllərin ən
başlıcası dil baryeridir, maliyyə problemləridir. Bəzən
də elə olur ki, müəyyən əcnəbilər bizim
təqdim etdiyimiz mədəniyyətə, tarixə
şübhə ilə yanaşır. Ona görə ki, bizə
düşmən olan ölkələr tariximizi təhrif
olunmuş formada yaymağa çalışır. O üzdən,
belə hallara qarşı mübarizə aparmaq
üçün Azərbaycanda işləmiş, fəaliyyət
göstərmiş diplomat və iş adamlarının fikirlərinin
sistemləşdirmək lazımdır. Həmçinin, tanınmış
jurnalistləri ölkəyə cəlb etmək
lazımdır ki, obyektiv fikir formalaşsın. Çünki əcnəbi
öz jurnalistinin, diplomatının dilindən Azərbaycan
haqda eşidəndə daha tez inanır. Tanınmış bir
əcnəbi jurnalist var, Anna Tomson. Həmin şəxs Azərbaycana
olan sevgisini 1999-cu ildən bəyan etməkdədir. Belə
ki, o, Azərbaycan haqda müəyyən tədqiqatlar
aparır, ölkəmiz barədə faktlar yazır,
bütün müsbət cəhətləri dünyaya
yayır. Şəxsən mən dövlət işində təmsil
olunsaydım, həmin şəxsi Azərbaycanın səfiri
təyin edərdim. Və yaxud da dünyanın hər yerinə
dövlət hesabına göndərərdim ki, Azərbaycanın
problemlərini, mədəniyyətini, reallıqlarını
bütün dünyaya çatdırsın. Onu da qeyd edim ki,
sözügedən insan hələ də Bakıda
yaşayır. Mənə elə gelir, bu cür dəyərli
əcnəbilərin potensialından dövlətin, millətin
mənafeyi naminə istifadə etmək lazımdır. Əcnəbi
jurnalistlərin ölkəyə mütəmadi səfərlərini
təşkil etmək lazımdır. Ona görə ki, onlar gəlib
vəziyyətlə yerində
Məqalə Azərbaycan
Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə hazırlanıb
Vidadi
ORDAHALLI
Bakı xəbər.-2011.-7
mart.-S.15.