"Çadra vurğunları" milli kəlağayılara xor baxanlar...

 

  Hər şeydə Azərbaycanın öz dəsti-xətti olsa, olar?..

 

  Gülnarə Xəlilova: "Təəssüflənirəm ki, ölkəmizdə istehsal edilən gözəl, keyfiyyətli baş örtüklərinə belə biganəlik var"

 

  Gülgün Hətəmova: "Respublikanın sayılıb-seçilən qadınları yığışıb "Azərbaycan kəlağayısı həftəsi" aksiyası keçirsin"

 

  Baş örtüyü, örpək, şal Azərbaycan qadınının ismət simvolu kimi minillikləri adlayaraq günümüzə qədər öz aktuallığını qoruyub. Keçən yüz ilə nəzər salsaq görərik ki, qadınlarımız baş örtüyündən geniş şəkildə istifadə edib. O dövrdə ipək, tirmə, məxmər, yun, çit s. parça növlərindən hazırlanan örpəklər, şallar analarımıza, nənələrimizə xüsusi gözəllik bəxş edirdi. Elə sovet dönəmində başına şal, örpək bağlayan xanımlarımız az olmayıb.

   Azərbaycan torpağında hələ qədim dövrlərdən başlayaraq parça istehsalı ilə məşğul olunub. Şəkidə tarixən ipəkçilik mövcud olub. İsmayıllıda (Basqalda), Təbrizdə, Lənkəranda başqa şəhərlərimizdə bu sahədə böyük işlər görülürdü. Sənətkarlarımız ölkədə istehsal olunan uyğun parça növlərindən müxtəlif cür baş örtükləri, şallar hazırlayıb. Azərbaycanda istehsal edilən şallar həm rəng çalarlarına, həm naxış bəzəyinə görə başqa ölkələrdə istehsal olunan baş örtüklərindən çox fərqlənirdi. Qızlarımız başına ipək kəlağayı bağlayıb öz gözəlliklərini daha qabarıq formada göstərirdilər. Azərbaycanda, xüsusən ipəkçiliyin mərkəzi olan Şəkidə fəaliyyət göstərən emalatxanalarda kütləvi halda hazırlanan baş örtükləri nəinki yaxın, uzaq Şərqdə, hətta Qərbdə məşhur idi əl-əl gəzirdi. Azərbaycan hökmdarları bu kəlağayıları xaricdən saraya gələn qonaqlara, səyyahlara hədiyyə edirdi. Əcnəbi səyyahlar, diplomat tacirlər öz xatirələrində Azərbaycan şalları ilə bağlı fikir bildirib.

   Sözsüz, kənarı, üstü buta ornamentilə bəzədilən, digər naxış növlərindən istifadə etməklə süslənən baş örtüklərimizin dünyada yayılmasında satılmasında yerli əcnəbi tacirlərin rolunu danmaq olmaz. Azərbaycan şəhərlərində istehsal olunan baş örtüklərini əməlli-başlı təbliğ edən tacirlərin bəziləri baş örtüyü ticarətilə məşğul olmaqla çoxlu var-dövlət qazanıb.

   Sovetlər dönəmində yerli istehsala müəyyən qədər fikir verilirdi qadınlarımız Şəki, Basqal s. məkanlarımızda istehsal olunan şallardan istifadə edirdi. Bu gün ölkəmizdə, fabrik şəklində olmasa da, müxtəlif sexlərdə baş örtükləri istehsal edilir. Onların keyfiyyəti heç bir ölkədə istehsal olunan məhsulların keyfiyyətindən aşağı deyil, əksinə, daha yaxşıdır.

   Hazırda yerli bazarda, öz məhsullarımızdan çox, dünyanın əksər ölkələrindən respublikamıza gətirilən baş örtükləri üstünlük təşkil edir. Elə hal yaranıb ki, bazar ticarət mərkəzlərində, geyim mağazalarında öz istehsalımıza yer yoxdur.

   Milli baş örtüklərimizdən qadınlar gündəlik istifadə etmir. Onlar yalnız bayramdan-bayrama yada düşür. Ayrı-ayrı musiqi qrupları, qızlar tədbirdən-tədbirə başına milli şallarmızı bağlayır. Bu da müvəqqəti xarakter daşıdığından, baş örtüklərimiz məişətimizə, həyatımaza bütövlüklə daxil ola bilmir. Təəssüf ki, baş örtüklərimizin təbliğatı çox aşağı səviyyədədir. Son illər ölkədə, hicablılar da daxil olmaqla, başını bağlayan qadınların sayı durmadan artır. Onların çoxu inancına, müəyyən qədəri yaşına, bəziləri isə görüntü xatirinə başını bağlayır. Bu qadınların cüzi hissəsinin başında milli baş örtüklərini görmək olar. İnanclı qadınların əksəriyyəti ərəb ölkələrində, İranda istehsal edilən baş örtüyü bağlayır. Halbuki, onlardan on qat gözəli bizim özümüzdə istehsal olunur. Bu, Azərbaycan qadınına daha çox yaraşan, onun mənəviyyatını, daxilini daha çox əks etdirən örtüklərdir. Bəlkə qadınlarımız kütləvi şəkildə yerli baş örtüklərinə maraq göstərsə, onların istehsalında irəliləyiş olar. Yerli sexlərdə çalışan ustalar giley-güzar edir ki, yalnız musiqi, aparıcılıq, teatr sahəsində çalışanlar efir üçün baş örtüyü alır, qalanlar isə hələ şallarımıza biganədir. Azərbaycanın baş örtüklərinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə xaricə hədiyyə kimi aparıldığını deyən modelyerlər hesab edir ki, bu, kəlağayılarımızın, örpəklərimizin dünyada təbliğatına xidmət edir.

   "Gülnarə Xəlilovanın Modalar Evi"nin rəhbəri, modelyer Gülnarə Xəlilova da bizimlə söhbətində baş örtüklərimizdən çox az istifadə edilməsindən narazı olduğunu dedi. G.Xəlilovanın sözlərinə görə, qadınlarımız yerli istehsala barmaqarası baxdığından, ölkədə hazırlanan geyim məhsullarının satışında böyük problemlər var. G.Xəlilovanın sözlərinə görə, baş örtüklərimiz yalnız bayramdan-bayrama yada düşməli deyil, hər bir azərbaycanlı qızı onu örtməkdən qürur hissi keçirməlidir: "Təəssüflənirəm ki, ölkəmizdə istehsal edilən gözəl, keyfiyyətli baş örtüklərinə belə biganəlik var.

   Şəkidə, Basqalda hazırlanan kəlağayıların həm gözəlliyi, həm naxışları çox yüksək səviyyədədir. Onlar bizim analarımızın, qadınlarımızın gözəllik, ismət simvoludur. Qadınlarımız yerli gəlağayıları, örpəkləri alsa, onun istehsalında bir kütləvilik olar, yerli sənətkarlar qazanc əldə edər. yerli istehsala, yerli modelyerlərin işinə üstünlük verilir. Gəlib pul verib bir paltar tikdirib geyinməkdənsə, mağazalarda satılan geyimlərə üstünlük verirlər. Qiymətlərlə maraqlanıb görəndə ki, bir az artıqdır, "sizə verdiyim pula gedib hazır paltar alaram" deyib üz çevirib gedirlər. Yaxşı hal deyil. Az qala hamı respublikamızdan kənarda istehsal edilən geyimlərə maraq göstərir. Bu da yerli istehsala mənfi təsir göstərir. Bu bizim böyük bəlamızdır".

   G.Xəlilovanın bildirdiyinə görə, az da olsan yerli istehsaldan istifadə edən xanımlarımız da var: " yaxşı ki, bəzi xanımlarımız bizim tikdiyimiz geyimlərdən, baş örtüklərindən istifadə edir. Bu bizi çox sevindirir. Mənə belə gəlir ki, kütləvi informasiya vasitələri milli istehsalın təbliğilə məşğul olmalıdır. Şəki ipəyi, sənəkarlarımızın hazırladığı baş örtükləri, modelyerlərimizin tikdiyi geyimlər bütün dünyada məşhur olmağa layiqdir".

   Rəssam-dizayner Gülgün Hətəmova da yerli baş örtüklərinin qız qadınlarımız arasında təbliğ edilməsini istəyir. Onun sözlərinə görə, hər bir azərbaycanlı xanımı baş örtüklərimizə hörmət etməlidir. O təklif edir ki, tanınmış xanımlar, ziyalı qadınlar milli şallarımızın, kəlağayılarımızın məişətimizə qaytarılması üçün aksiyalar keçirməlidir: "Başını bağlayan xanımlar İranda, ərəb ölkələrində istehsal edilən şallar bağlayır. Heç onlar xanımların çoxuna yaraşmır da, amma yerli kəlağayıları ən kifir qız bağlasa belə gözəl görünər.

   Çox istəyirəm ki, respublikanın sayılıb-seçilən qadınları yığışıb "Azərbaycan kəlağayısı həftəsi" aksiyası keçirsin. Bu aksiyada milli baş örtüklərimiz hədiyyə kimi paytaxtda yaşayan xanımlara paylansın. On-on beş nəfər onları bağlasa, sabah bu kütləvi hal alacaq. Onsuz da çoxumuz boynumuza şərf, şal bağlayırıq. İran şalı bağlamayan Azərbaycan yaylığı, kəlağayısı bağlasın".

 

 

  İradə SARIYEVA

 

  Bakı xəbər.- 2011.- 16 mart.- S. 14.