Batan gəmidən
xilas olmuş siyəzənli müharibə
veteranı yüz yaşına
çatır
Qədir Rüstəmov 60 yaşında
ərəb əlifbasını
və Quranı oxumağı da öyrənib
Azərbaycan uzunömürlülər diyarıdır.
Burada az
qala vətənin hər guşəsində
yaşı 100-ü keçən
insanlara rast gəlirsən. Belə insanlardan biri
də Siyəzən rayonunun Eynibulaq kəndində yaşayan Qədir Rüstəmovdur.
1913-cü ildə anadan
olan Qədir kişi bu
gün də sağlam olması, özünü idarə edə bilməsilə ətrafdakıları heyran
edir.
Bu insan özünün çoxşaxəli əmək
fəaliyyətilə də tanınır. 7 illik natamam
orta məktəbi bitirib. Ana dilindən başqa,
rus dilində də danışır.
İkinci Cahan Müharibəsindən
sonra Bakıda 1 illik ticarət məktəbində əmtəəşünaslıq
ixtisasına yiyələnib.
Ardınca 3 il ərzində Azərittifaq sistemində Siyəzən
"RayPO"ticarət şöbə müdiri vəzifəsində
çalışıb. Daha sonra Qazıməmmədə
"RayPO" sədri göndərilib. Növbəti iş
yeri isə Xaçmaz rayonunda restoran müdirinin müavini vəzifəsi
olur. 1952-ci ildə Xarkovda restoran direktorlarının
ixtisasartırma kursunu bitirib. Özü də müharibə
veteranıdır: "Böyük Vətən Müharibəsindən
qabaq Siyəzəndə elektrik qaz qaynaqçısı
işləmişəm. Müharibə başlayanda cəbhəyə
könüllü yollandım. İşdən iki saata
haqq-hesabımı alıb, evə dəymədən
birbaşa cəbhəyə yollandım". Onun cəbhə
tarixçəsi də maraqlı süjetlərlə doludur:
"Paroxodla Kerç yarımadasına getdik, Feodosiyada
bombardmana düşdük. Paroxod batdı, amma çoxumuz
xilas olduq. 1941-ci ilin iyunundan 1945-ci ilin oktyabrına qədər
524-cü "Batalyon Aerodromnoqo obslujivaniya" da telefon-teleqraf
stansiyasının rəisi, bölmə və vzvod komandiri vəzifələrində
çalışmışam. Düşmən irəlilədikdə
bizi Rostov altındakı Txaredskə gətirdilər. Geri
çəkilə-çəkilə Stavropol, Krasnodar
diyarı və Nalçikə qədər gəldik. Ardınca
döyüş yolum Gürcüstan-Kutaisi-Gəlincik istiqamətində
oldu.
Sonra Qərbi Ukrayna və Belarus cəbhəsində
döyüşlərdə oldum. Oradan Polşaya, nəhayət
Berlinə qədər gedib çıxdım". Müharibə
zamanı göstərdiyi şücaətlərə görə
bir çox orden və medallara layiq görülüb.
Bunlar arasında "Qəhrəmanlığa görə",
"Qafqazın müdafiəsinə görə",
"Berlinin alınmasına görə" və
"Böyük Vətən Müharibəsində Almaniya
üzərində qələbəyə görə"
medalları xüsusi yer tutur. Həmçinin qələbənin
20,30, 40, 50, 60, 70 illiyi münasibətilə də yubiley
medallarına layiq görülüb. Bu şəxs 60 yaşında
ərəb əlifbası və Quranı öyrənib. Mexanikaya
maraq göstərir. 60 yaşa kimi motosiklet sürüb.
Bildirdiyinə görə, 2008-ci ildə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyindən veteran olaraq maşın
istəyəndə, əlil olmadığını bəhanə
gətirərək, ona avtomobil verməyiblər.
Özünün dedikləri:
"1. Krasnodar
vilayəti, qışdır, təzə telefon
xətti çəkilməlidir. Mən komandir və
5-6 nəfər əsgərlə gecə vaxtı
tapşırığı yerinə yetirməyə getdik. Çayı keçməli idik, üstündə şalban
görüb ayağımı
atdım, elə ikinci addımda
belimə qədər suya
batdım, demə qaranlıqda ağac budağı gözümə
şalban kimi görünüb. Çıxdım sudan, əsgərləri geri göndərdim, özüm
tək gedib işi yerinə yetirdim. Qayıdanda soyuqdan
ölürdüm. Komandir
üstümə qışqırdı ki,
niyə belə etmisən.
Rus idi, amma Bakı rusu, mənə təzə paltar verdilər, isitdilər məni.
2. Hələ Berlinə
çatmamışıq. Txoretskiyə qayıdanda
Mixoyanşaxı keçdik. Biz qabaqda dağlarda
atlarla irəliləyirdik. Nijni
Maraya getməli idik. Mənə dedilər ki, qayıt bizim harda olacağımızı
arxadakılara de, mən də bir erməni ilə xəbəri onlara çatdırdım və
Nijni Maraya
qayıtdım, amma hissəni
tapa bilmədim. Bir kişini gördük, o bizə qarğıdalı
çörəyi verdi. Bizi
heç kəs evə buraxmırdı. Mən
elə hirsləndim ki, öz
dilimizdə dedim" Əşi,
bunlar necə adamdır". Bir arvad məni
eşidən kimi dedi qardaş, gəl bizə, demə Qusardan imiş. Dedi ki, qardaş,
bunlar belədir. Erməni o
dəqiqə yatdı, mənim isə
gözümə yuxu gedə
bilməzdi. Gördüm dərənin
ayağında bir daxmadan işıq gəlir,
dedim gedib yoxlayım.
Qapını açanda hamı
qorxdu, evdə o qədər zənən
xeylağı var idi ki, dedim qorxmayın, mən
də müsəlmanam, məndən sizə ziyan
dəyməz. Hə, 5 dəqiqənin içində qayqanaq bişirib gətirdilər,
amma əl
uzatmadım, düşündüm hər şey ola bilər. Arvadın biri
başa düşdü,
çörəyi qayqanağın içində
fırladıb yedi, sonra
mən yeməyə başladım. Daha sonra bu
arvadlar məni dilə tutmağa başladılar ki, onsuz da buranı
nemes alacaq, sən gəl
heç getmə, qal bu dağlarda, səni evləndirək.
Güldüm, dedim ki, qoy müharibəni
qurtaraq, sonra gələrəm.
Səhər açılandan sonra hissəni tapdıq".
Rüfət Sultan
Bakı xəbər.- 2011.- 18 may.-
S. 12.