Akif Nağının isveçrəli jurnalist qonağı alman mətbuatında Qarabağ
haqda maraqlı məqalə yazıb
"Biz yeni ev yox, öz
torpaqlarımıza dönmək
istəyirik"
İsveçrəli jurnalist Andre
Vidmer bu ilin əvvəlində Azərbaycanda olub, cəbhə xəttində, köçkün
düşərgələrində görüşlər keçirib, bir sıra təşkilatlarla,
o cümlədən
Qarabağ Azadlıq Təşkilatının təmsilçilərilə görüşüb, qayıdandan sonra İsveçrə və Almaniyanın qəzetlərində Qarabağ həqiqətlərinə dair məqalələrlə çıxış edib. Həmin məqalələrdən
birini təqdim edirik.
Məqalə Almaniyanın
gündəlik "News Deutschland" (
Bir şeyi də xatırladaq ki, Andre Vidmer ötən il
Ermənistan ərazisindən işğal olunmuş ərazilərə
getmiş, Ağdam haqda obyektiv reportaj
hazırlamışdı. Bu il o, həmin səfərini təkrar
etmək istəyib, lakin həmin reportajına görə Ermənistan
hakimiyyəti tərəfindən arzuolunmaz şəxs elan
edilib və aeroportdan geri qaytarılıb.
Səngərdə
və onun arxasında Dağlıq Qarabağ konfliktinin məğlub
olanları
Qarabağ müharibəsindən
17 il keçməsinə baxmayaraq, yüz minlərlə azərbaycanlı,
hələ ki, erməniler tərəfindən işğal
olunmuş torpaqlara geri dönməyi gözləyir. Əvvəl
olduğu kimi, indi heç bir sülh müqaviləsi yoxdur,
yalnız aralarında tez-tez pozulan atəşkəs var.Cəbhə
xəttinə və qaçqınlara nəzər yetirək.
Elə görsənir ki, sanki Azərbaycan ordusu cəbhədə
əbədiyyət üçün qoyulub.Səngərin
sonunda möhkəm betonla tikilmiş və kiçik yataq
otaqları ilə təmin olunmuş kiçik bir yer (əsgərlərin
yatdığı yer) var. Azərbaycanın qərbində yerləşən
Füzuli rayonunun bu kəndində azərbaycanlı əsgərləri
Qarabağ ermənilərindən yalnız 200 m ayırır. Aralarında
1994-cü ildə, Dağlıq Qarabağ müharibəsindən
sonra imzalanmış atəşkəs müqaviləsi var.
Zirehli köynək, kaska və çiyinlərindəki
tüfənglə gənc əsgərlər 2 metrlik səngərlərdə
çətinliklə hərəkət edir. Qoruma məkanında
olan kiçik dəliklərdən qarşıdakı
işğal olunmuş torpaqlar görünür. Uzaqda - mavi səmanın
altında təxminən 3000 metr olan qarla örtülü
Qarabağ dağlarını və önündə uzanan
düzənliyi görmek olar.
Cəbhə xəttinin yanında, ermənilər tərəfdə
xarabalıqlar görsənir. Orda uzun müddətdir ki,
heç kim yaşamır. Bir vaxtlar orda yaşayan azərbaycanlılar
indi qaçqın düşərgələrində məskunlaşıb.
Nə vaxtsa hisslər partlayacaq!!!
Atəşkəs müqaviləsi imzalanmazdan öncə
müstəqilliyə can atan Qarabağda olan erməni
qoşunları yalnız Dağlıq Qarabağı deyil, 7 əlavə
Azərbaycan rayonunu da işğal etdilər. Orada yaşayan
586.000 insan didərgin düşdü. Müharibənin sonuna
az qalmiş Füzuli və Ağdam rayonunun bir hissəsini azərbaycanlılar
geri qaytara bildi. 1100 kvadratkilometrdən çox, təxminən
Azərbaycanın 20% dövlət ərazisi ermənilərin
işğalı altındadir.
"Onların bizə etdiklərini unuda bilmərik. Bizim
qohumlarımızı öldürən insanlarla necə yenidən
bir yerdə yaşaya bilərik? Mən bunu istəmirəm",
bunu ermənilərlə üzbəüz mövqelərdə
yerləşən kiçik hərbi dəstədə xidmət
edən Samir Əliyev deyir. O öz yoldaşlarından
qaçqın olması ilə fərqlənir. Onun əvvəl
yaşadığı yer Qarabağ dağlarının o biri
tərəfində yerləşir: Samir 5 yaşında olarkən
ailəsi ilə birlikdə azərbaycanlıların və
kürdlərin yaşadığı ,əksəriyyəti
erməni əhalisindən ibarət olan, Dağlıq
Qarabağ və Ermənistan arasında yerləşən
Laçın rayonundan qaçıb.
Yaşıl düzənlikləri, dərə və
çayları təmiz sulu, təpəli region olan
Laçın bu gün çoxlu qaçqının
şablon düşərgələrdə və kasıb kəndlərdə
keçindiyi Azərbaycanın yarımsəhra düzənlikləri
kimi quru deyil.
Müharibədən sonra Berdzor
adlandırılan Laçına ordan qaçqın
düşmüşlər həsrət qalıb
1992-ci ildə mayın 16-dan 17-nə
keçən gecə
region işğal olundu. "Qaçış
anından heç nə xatırlamıram, yalnız məscidin yanındakı evimizi, Laçının təbiətini,
uşaqları, insanları
xatırlayıram". Əliyevler ailəsində hələ
də itirilmiş vətənlərindəki əvvəlki
həyatları haqqında
söhbət edilir.
"İnsan öz hisslərini içində yığıb
saxlayırsa, bu nə vaxtsa partlamalıdır". Gənc azərbaycanlı
buna inanır.
120 kilometr uzanan
cəbhə xəttində
tez-tez olan qarşılıqlı atışmalar
əsgərlərin həyatına
son qoyur. Yalnız 2010-cu ildə hər iki tərəfdən 30 əsgər itgisi olub. Amma Samir Əliyev
üçün ön
cəbhədə yerləşən
mövqelərdə xidmət
etmək qürurdur.
O, danışıq vaxtı
üz ifadəsini heç dəyişmirdi və gözlərimizə
deyil, həmişə
əks tərəfə
baxırdı. Söhbətimizin
əvvəlində səsi
titrəsə də, sonradan o daha əminliklə bu sözləri dedi: "Torpaqların işğaldan
azad olunması üçün canımı
verərdim".
İnsanlar yalnız işğal olunmuş torpaqlardan qaçmayıb. Belə ki,
1988-ci və 1994-cü illər
arasında təxminən
300.000 azərbaycanlı Ermənistandan
Azərbaycana və
300.000 erməni Azərbaycandan
Ermənistana köçürülüb.
Sovet ittifaqının qəflətən
dağılması ilə
gənc respublika böyük qarışıqlıq
və nəhəng qaçqın dalğası
ilə üzləşdi.
Qaçqınlar uzun müddət
çadır düşərgələrinə,
istifadə olunmayan vaqonlara və digər yaşayış
evlərinə yerləşdirildi.
Ötən illərdə Azərbaycan
neft və qaz ehtiyatları sayəsində dövlət
gəlirlərini yüksək
dərəcədə artırdı
və qaçqınlar
üçün yeni kəndlər saldı.
Bu kəndlərin özlərinə məxsus
məktəbləri, xəstəxanaları
və idarə etmə məntəqələri
mövcuddur. Atəşkəs zonasına yaxın olan bölgələrdə
həddindən artıq
belə kəndlər
var və orada yaşayan insanlar bu kəndlərə
əvvəllər yaşadıqları
kəndlərin adlarını
veriblər. Bu yeni
kəndlər müasir
standartlara uyğun olsa da, bir
çoxları məhsuldarlığı
az olan
torpaqlarda yerləşir.
Yeni evlər
yaxşı əvəz
hesab olunmur.
Ağcabədi rayonunda isə,
hələ ki, hamı təzə evlərdə yaşamır.
Əhalisi 120000 olan bu
rayonun 30000-i qaçqınlardır.
Yeni qaçqın düşərgələrindən
başqa tikintisi başa çatmamış
evlərdə yaşayanlar
da var. Belə evlərdə ailələr
özləri üçün
palçıq və taxtadan otaqlar düzəldib acınacaqlı
vəziyyətdə yaşayır.
Nə də olsa, bu
evlər elektriklə təchiz olunub.
Burada yaşayanlardan biri də 4 nəfərlik ailəsi ilə Əsgər Bagitovdur.
O, qonaqları zirzəmidə
yerləşən evinə
dəvət etdi. Otağın
divarı parça ilə örtülmüş,
yerə isə xalça döşənmişdi.
Tavana parçaya sarılmış
ağac gövdəsilə
dayaq verilmişdi.
Bagitov
1992-ci ildən bəri
burada yaşayır.
"Vətənimizdə şəraitimiz dəfələrlə
yaxşı idi.
Su evimizin qabağında
idi, indi isə su gətirmək
üçün 4 kilometr
yol getməliyik"- Bagitov deyir. Burada tibbi təminat da yaxşı deyil. Onun həyat yoldaşı
xəstə olanda həkim çağırmağa
məcbur olurlar, amma dərmanı da özləri almalıdır. Burada məktəb
olsa da, uşaq bağçası
yoxdur.
Bagitov pilləkənlərlə çölə
çıxdı və
eşşək arabasına
su kanistrlərini yüklədi. Tezliklə
şəraitinin yaxşı
olacağına ümid
edən Bagitov, dövlətindən az dəstək görməsinə baxmayaraq,
ona minnətdardır.
6 ay ərzində ailəyə yeni ev veriləcək - təxminən qaçqın
düşdükleri vaxtdan
20 il sonra." Amma biz yeni ev yox,
öz torpaqlarımıza
geri dönmək istəyirik" - o qeyd etdi. Küçədə eynilə belə
problemlərlə üzləşən
iki qadınla rastlaşdıq. Burada insanlar
özlərini təmin
etmək üçün
kənd təsərrüfatı
ilə məşğul
olur və ayda 15 manat, təxminən 12 avro əldə edirlər.
Gələn il
o qadınlara da yeni ev veriləcək,
amma onlar da öz vətənlərinə,
Laçının 50 kilometr
şimalında yerləşən
Vagazin kəndinə geri qayıtmaq istəyirlər.
Onların
1992-ci ildə qaçış
vaxtı yaşadıqları
çox acı idi."Atam və qardaşım əsir götürüldü və
yalnız 2 ildən sonra geri qayıda
bildilər."iki qadın
bunları danışırdı.
Qarətçi ermənilər insanların
şərflərini, paltarlarını
və ayaqqabılarını
əllərindən aldılar.
Yalnız 3 həftədən sonra piyada Ağcabədi
rayonuna çata biliblər. Digər qaçqınlar kimi, onlar da
böyük hissəsi
viran qalmış, işğal altında olan kəndlərinə həsrət qalıb.
Artıq bəzilərinin səbri tükənib. Bu səbri tükənənlər
içərisində Qarabağın
azadlığı üçün
qurulan təşkilat da var. 5000-ə yaxın üzvü olan bu təşkilat Bakıda yerləşir.
Təşkilatın rəhbəri Akif
Nağı və onun həmkarları kiçik bir büroda fəaliyyət göstərir. Onlar müharibədən,
qaçışdan, işğalçıların
vəhşiliklərindən və bomba nəticəsində
yaralananlardan danışdılar.
Akif Nağı
1994-cü ildə imzalanmış
atəşkəs müqaviləsindən
sonra Ermənistan və Azərbaycan arasında aparılan danışıqların nəticəsiz
qalmasından şikayətləndi
və sözlərini
belə bitirdi: "Bu
problemin tək həll yolu hərbi yoldur". Onun təşkilatının əsas
məqsədi xalqı
bu mövzuda hakimiyyətə təzyiq
göstərməsi üçün
hərəkətə gətirməkdir.
"Bir ana kimi mən
müharibə istəmirəm,
amma..."
Əlbəttə, Akif Nağı
da siyasi vəziyyəti bilir ki, beynəlxalq qurumlar müharibəyə
görə Azərbaycana
xəbərdarlıq edir.
Amma o qeyd etdi ki,
dövlət kifayət
qədər güclü
təzyiq altında olsa və ordu
hazır olsa, müharibəyə başlamaq
olar. Bu, Tərtər
rayonundan olan keçmiş tibb bacısı Gültəkin
Quliyevaya da aydındır: "Bir ana kimi mən
müharibə istəmirəm,
amma onsuz bu məsələdə heç bir irəliləyiş olmayacağı
görsənir."
Faktiki olaraq, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi
dövlət büdcəsinə
bərabərdir. Prezident İlham
Əliyev Ermənistanı
bir neçə dəfə hədələyib
ki, onun xalqının səbri tükənməz deyil.
Azərbaycanın xarici işlər
nazirinin müavini Araz Əzimov müharibənin tezliklə
yenidən başlayacağına
inanmır". Biz müharibə istəmirik,
çünki bununla böyük iqtisadi nailiyyətlərimizi risqə
atmış olarıq".
Rəşad Ağaşirinli
Bakı xəbər.- 2011.- 25 may.-
S. 6.