Turizm Nazirliyi gürcülərin bizdən qoparmaq islədiyi «Keşikcidağ»la hağlı silsilə islər gördü
Azərbaycan tərəfi Ağstafa rayonunda yerləşən «Keşikçidağ»
tarixi-mədəniyyət abidəsilə
bağlı rəsmi Tiflisin iddialarına məhəl qoymayıb. Modern.az saytının
məlumatına görə,
bu barədə Mədəniyyət və
Turizm Nazirliyindən xəbər verilib. Nazirlikdən
bildirilib ki, «Keşikçidağ»la bağlı
xəritələr hazırlariaraq
müvafiq təşki-latlarla
razılaşdırılıb və təsdiq üçün Azərbaycan
Respublikası Nazirlər
Kabinetinə təq-dim
edilib.
«Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının
icrası ilə əlaqədar «Keşikçidağ»
Dovlət tarix-mədəniyyət
qoruqlarının muhafizə
zonalarını əks
etciirməklə sərhədlərin
təyin edilməsi məqsədilə komissiyalar
yaradılaraq ərazilərə
baxış keçirilib,
xəritələr hazırlanaraq
müvafiq təşkilatlarla
razılaşdırılıb və təsdiq üçün Azərbaycan
Respublikası Nazirlər
Kabinetinə təqdim
edilib» - deyə Mədəniyyət və
Turizm Nazirliyinin məlumatında qeyd olu-nur.
Amma
buna baxmayaraq,
gürcülər müxtəlif vaxtlarda bu abidənin onlara məxsusluğunu
iddia edib, «David Qareci» məbədi kimi qeyd etdikləri bu tarixi yerin
Gürcüstana verilməsi üçün müzakirələr açmağa cəhd ediblər. Ötən il gürcü xarici işlər nazirinin müavini Nino Kalantadze Tiflisdə bildir-mişdi ki, «David Qareci» monastır kompleksinin yerləşdiyi mübahisəli ərazi
baş-qa ərazinin əvəzində Azər-baycan
tərəfindən onlara güzəşt
edilə bilər.
Onun sözlərinə
görə, sərhədin delimitasiyası prosesi
başa çatdıqdan sonra
bu məsələ də yekun
həllini tapacaq:
«Söhbət qarşılıqlı mübadilə prinsipinin delimitasiya prosesinin yekunlaş-masından sonra
həyata keçirilməsindən gedir. Lakin biz hələlik bu məsələdə razılığa gələ
bilmirik və proses davam edir». Azərbaycan tərəfinin
cavabı özünü çox
ləngitməyib. Elə həmin gün
Azərbaycan Xarici İşlər
Nazirliyi açıqlama yayaraq
bildirib ki, Gürcüstanla sərhədlərin
delimitasiyası məsələ-sində ərazi mübadiləsi
imkanını nəzərdən keçirmir.
«Sərhədyanı «Keşikçidağ»da ərazi
mübadiləsi məsələsi müzakirə predmeti deyil» - deyə XİN-in mövqe-yini
bildirən nazirliyin rəsmi nümayəndəsi
Elxan Poluxov bildirib.
Bu məsələ
ilə bağlı son iddia
ötən il dekabrın 29-da
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze
tərəfindən səsləndirilib.
«Keşikçidağ»ın («David Qareci») mübadilə məsələsinə dair münasibət açıqlayan Vaşadze deyib ki, «Gürcüstanın 1 kvadratmetr
ərazisi belə kimsəyə müva-fiq
kompensasiya olmadan verilməyəcək».
Nazir
vurğulayıb ki, Azərbaycan ilə demarkasiya haqqında danışıqlar ona görə başa
çatmayıb ki, müəyyən məsələlərlə
bağlı razılaşma hələ əldə edilməyib.
«Tərəfimizdən müavinim David Calaqaniyanın başçılıq etdiyi hökumətlərarası komissiya çərçivəsində görüşləri
iki ölkənin ekspert
və diplomatlan mütəmadi keçirir. Bu proses hər iki tərəf
razılığa gələndən sonra
başa çatacaq».
Xatırladaq ki,
«Keşikçi-dağ» məbədi Azərbaycanla
Gürcüstan sərhədində,
ha-zırda mübahisəli ərazi sayılan zonada
yerləşən qədim Alban məbədidir.
Böyük coğrafi
sahəni əhatə edən məbəd kompleksinin
bir hissəsi Gürcüstanın Saqareso rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində
yerləşir.
Məbədin mənşəyinə
dair Azərbaycan və gürcü
mənbələri arasmda tarixi konsensus mövcud deyil.
Azər-baycan mənbələrinə
görə, «Keşikçidağ»
məbədi qədim
alban mənşəli
olub, Qafqaz Albaniyasının mədəni
irsinə aiddir. Əksər gürcü mən-bənləri
isə məbədin gürcü mənşəli
olub, tarixən Gürcü Pravoslav Kilsəsinə tabe ol-duğunu iddia edir.
Azərbaycan tarixçilərinə
görə, məbəd
gürcülər tərə-findən
yalnız Dördüncü
Qurucu David hakimiyyəti
dövründə ziyarət
edilməyə baş-lanıb. O dövrdə Azərbay-canda mövcud olən müsəl-man Atabəylər dövləti
vo həmçinin
Şirvanşahlar dövləti
xristian məbədlərinə
o qədər də maraq göstərmir və onları himayə etmirdi. Məhz belə bir dövrdə
onsuz də sayca azlıqda. qalan xristian
albanlar dağlara çəkil-mişdi və
bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar
göstərib ki, məbədin
divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan
yazılar onun yaşına nisbətən
xeyli gəncdir.
Bakı xəbər.-
2011.-17 yanvar.- S. 4.