"Eurovision"dan sonra Azərbaycana turist axını başlaya bilər
Qeyri-neft sektorunu
inkişaf etdirməkdən
ötrü inkişafı
vacib əhəmiyyət
kəsb edən sahələrdən biri də turizmdir. Son müşahidələr göstərir ki, Azərbaycanda bununla bağlı bir sıra işlərin görülməsinə ehtiyac
var. Çünki aparılan
sorğular göstərir
ki, Azərbaycana gələn turistlərin ölkəmizə üz tutmasının əsas səbəbi işgüzarlıqla
bağlıdır.
Yəni
Azərbaycan daha çox iş
adamlarını özünə
cəlb edir. Digər tərəfdən, ölkəmizə
gələn turistlərin
böyük əksəriyyəti
Bakıda qalmağa üstünlük verir.
Əsas səbəb paytaxtda inkişaf etmiş infrastrukturun və yüksək xidmətin olmasıdır. Regionlarda turizm
infrastrukturunun inkişaf
səviyyəsi, hələ
ki, qənaətbəxş
sayılmır. Bu, turizmin ən ciddi problemidir. Ümumən
turistlər göstərilən
xidmətdən razıdır.
Lakin o da məlumdur ki, bizdə qiymətlər bir qədər bahadır.
Məsələ ondadır ki,
ölkəmizdə turizm
obyektlərində həm
istirahət qiymətləri
bahadır, həm də xidmətin səviyyəsi aşağıdır.
Hesab edilir ki, qiymətin
ucuzlaşması üçün,
ilk növbədə, turist
müəssisələrinin sayı çoxaldılmalı
və rəqabət mühiti yaradılmalıdır.
Nəzərə almaq lazımdır
ki, Azərbaycanın çox zəngin turizm potensialı var. Həm təbii-coğrafi,
həm də zəngin tarixi abidələr baxımından
ölkənin olduqca gəzməli və görməli yerləri
var. Bu baxımdan çalışmalıyıq
ki, ölkəyə daha çox turist gəlsin. Dünyada qəbul olunan müəyyən standartlar
var. Onlardan biri də turizm obyektlərinin aeroporta yaxın ərazidə yerləşməsidir. Həmçinin, yol infrastrukturunun inkişaf etməsi, maşın kirayəsi bazarının, çoxlu
sayda mehmanxanaların olması vacib şərtdir. Ona görə
ki, hamının gəlib beşulduzlu mehmanxana kirayələmək
imkanı yoxdur. Bu baxımdan orta
təbəqənin maraqları
nəzərə alınmalıdır.
O da məlumdur ki, bir neçə
gündən sonra Azərbaycan "Eurovision" mahnı
müsabiqəsinə ev sahibliyi edəcək. Bu məqsədlə
ölkəyə 30 min nəfərə
qədər turistin gələcəyi gözlənir.
Hökumət səviyyəsində turistləri qarşılamaq
üçün bir sıra hazırlıq işləri görülüb.
Artıq
yavaş-yavaş turistlər
ölkəmizə gəlməyə
başlayıb. Ümumilikdə sözügedən mahnı
müsabiqəsindən sonra
turizm sektorunun inkişafında hansı yeniliklər və irəliləyişlər gözlənir?
Müsabiqə bu sektorun bundan sonrakı inkişafına nə kimi təkan verə bilər?
Məsələyə
münasibət bildirən
ekspert Elxan Mikayılov hesab edir ki, sözügedən
müsabiqə turizmin
inkişafına keyfiyyətcə
yeni impuls verə bilər: "Məsələ ondadır
ki, çoxsaylı qonaqların ölkəmizə
gəlməsi Azərbaycanın
turizm potensialının
tanıdılmasına şərait
yaradır. Çünki ölkəyə gələnlər eyni zamanda turizm obyektlərinə baş çəkəcək. Bu da ölkənin turizm potensialının ortaya çıxarılması,
turist axınının
cəlb edilməsi üçün olduqca əlverişli fürsətdir.
Həmçinin bu o deməkdir
ki, bundan sonra Azərbaycana daha çox turistin gəlmə ehtimalı var. Ancaq inanmıram ki, bu, turizm obyektlərində
qiymətlərin düşməsinə
təsir göstərsin.
Ən azından bu gözlənilmir. Yəni turizm
obyektlərinin müştəri
problemlərinin olduğu
bir vəziyyətdə
mövcud qiymətlər
təklif olunursa, tələb artdıqca qiymətlərin aşağı
salınmasına heç
bir əsas yaranmaz. Ona görə də
qiymətlərin düşmə
ehtimalı yoxdur.
Ancaq mahnı yarışması
ilə əlaqədar
turizm obyektlərinin tanınması, öz növbəsində, yeni-yeni
obyektlərin açılmasına
və mövcud olanların daha yüksək keyfiyyətlə
xidmətlər təklif
etməsinə təkan
verəcək. Bu da, öz növbəsində,
ümumilikdə turizm
sektorunun inkişafına
gətirib çıxara
bilər".
E.Mikayılovun
fikrincə, kompleks tədbirlər görülsə,
turizm sektorunun ölkə iqtisadiyyatında
çəkisini artırmaq
mümkündür: "Azərbaycanın
mövcud coğrafi təbiəti, iqlim şəraiti və malik olduğu tarixi abidələr imkan verir ki,
ölkə mühim turizm məkanına çevrilsin. Digər tərəfdən nəzərə almaq lazımdır ki, bir sıra dövlətlərin
ümumi daxili məhsul istehsalında turizm sektoru əhəmiyyətli çəkiyə
malikdir. Azərbaycanın da bu sahədə
zəngin potensialı
var. Bunun ÜDM-də
çəkisinin nə
qədər olacağını
konkret proqnozlaşdırmaq
olmasa da, irəliləyiş var. İş
ondadır ki, ölkənin turizm sektorunda ilbəil artım müşahidə
olunur. Qeyri-neft sektorunun inkişafı baxımından gələcəkdə
turizmin əsaslı inkişafına nail olmaq mümkündür. Tam məsuliyyətlə demək
olar ki, Azərbaycanın bununla bağlı imkanları var".
Vidadi ORDAHALLI
Bakı xəbər.-
2012.- 11-13 may.- S. 10.