Koreya-Azərbaycan münasibətlərinin
20 illik yolu...
Məlum olduğu kimi, Azərbaycan Respublikası
müstəqillik əldə
etdikdən sonra aparılan uğurlu siyasət və
məqsədyönlü iş sayəsində regionun lider dövlətinə çevrilib və
dünyanın inkişaf etmiş
qabaqcıl ölkələri ilə
dost və
tərəfdaşlıq münasibətləri qurub.
Bu cür münasibətlərə Koreya Respublikası
ilə qurulmuş dostluq əlaqələrini də misal göstərmək olar.
Koreya və
Azərbaycan arasında 1992-ci ilin
mart ayından diplomatik əlaqələrin yaranmasına
baxmayaraq, 20 il ərzində
- qısa zaman kəsiyində siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə fəal əməkdaşlığa
nail olunub.
İqtisadi sahədə 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 700 milyon ABŞ dolları təşkil edib ki, bu da 43 milyon ABŞ dolları təşkil etmiş 2005-ci il ticarət dövriyyəsindən 16 dəfə
çoxdur. 2008-ci ildən etibarən Azərbaycanda fəaliyyətə başlayan Koreya şirkətləri artıq ölkəmizə 2011-ci ilin
sonuna qədər 150 milyon ABŞ
dolları investisiya yatırmışdı ki, bu da
Koreyanı Azərbaycana investisiya yatıran ölkələr sırasında 7-ci edir.
XX əsrin sonunda
iqtisadi inkişafa nail
olması təcrübəsini bölüşmək üçün
Koreya Hökuməti 2010-cu ilin
oktyabr ayında 2012-2014-cü illər
üçün 26 əsas iqtisadi əməkdaşlıq etdiyi
ölkələri seçib və
Azərbaycan da bu
ölkələr sırasına daxildir. Yaxın zamanda Azərbaycan və
Koreya hökumətləri arasında "İqtisadi
Əməkdaşlıq Haqqında Saziş" imzalanıb.
Sənəddə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı və balıqçılıq, enerji və dağ-mədən sənayesi, informasiya və kommunikasiya texnologiyaları, elm
və texnologiya, turizm, nəqliyyat, ətraf
mühitin qorunması və
digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, ölkələr arasında hökumətlərarası komissiyanın
yaradılması və s. məsələlər nəzərdə tutulur.
Təhsil sahəsində də ölkələrimiz arasında əməkdaşlıq münasibətlərində nəzərəçarpan
inkişaf var. Hazırda 26 nəfər koreyalı tələbə Azərbaycanda, 80 nəfərdən çox azərbaycanlı tələbə Koreyada müxtəlif ixtisaslar üzrə
bakalavr, magistratura və doktorantura pilləsində təhsil alır. 2007-ci ildə iki dövlət arasında gənclərin mübadiləsi sahəsi üzrə Anlaşma Memorandumu imzalandıqdan sonra 2008-ci ildən başlayaraq hər il 10 nəfər gənc dəvət olunaraq tarix, mədəniyyət, incəsənət və s. sahələrdə təcrübə qazanmaq imkanlarına malik
olur. Bu
həm də gənclər
üçün iki ölkə haqqında daha geniş
məlumata malik olma
şansını yaratmış olur.
Bundan əlavə, Koreya Hökuməti tərəfindən həyata keçirilən KOİCA, Koreya Hökuməti Təqaüd Proqramı
ölkə gənclərinin və dövlət qulluqçularının müxtəlif sahələrdə təlim kurslarında
iştirak etməsinə şərait yaradır.
Mədəniyyət sahəsində hər iki
ölkə xalqlarına bir-birinin mədəniyyətini tanıtmaq üçün
müxtəlif mədəniyyət tədbirləri təşkil
olunub. 2006-cı ilin may ayında mədəniyyət sahəsi üzrə əməkdaşlığa başlandığı zamandan etibarən kino günlərinin keçirilməsi, rəsm sərgisi, ənənəvi milli musiqi konserti, moda şousu, taekvondo, milli mətbəxin tanıtımı və s. müxtəlif mədəniyyət tədbirləri həyata keçirilib. Yaxın zamanda - 21 iyun
tarixində Heydər Əliyev
Sarayında ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş mədəniyyət tədbiri keçirilmişdir. Həmçinin, Koreya xalqına əsrarəngiz Azərbaycan mədəniyyətini tanıtmaq
üçün Yesu Ekspoda
iyun ayının 12-də "Azərbaycan günü" adlı
mədəniyyət tədbiri keçirilib. Bu ilin
oktyabr ayında isə
Azərbaycanda Koreya mətbəxinin təqdimatı və Koreya dilində danışıq üzrə yarış keçiriləcəkdir. Belə tədbirlərin ölkələr arasında mədəni əlaqələrin inkişafına, mədəniyyətlərarası dialoqun güclənməsinə, yeni layihələrin reallaşdırılmasına təkan verdiyi
faktdır.
Koreya və Azərbaycan xalqlarını birləşdirən yalnız müxtəlif sahələrdə əldə olunmuş əməkdaşlıq və uğurlar deyil. Hər iki xalq
eyni tarixi
faciəni yaşayıb. Tarixə nəzər salsaq, hər iki
ölkənin ətrafındakı güclü ölkələr tərəfindən təcavüzə məruz qaldığını
görmüş olarıq. Xalqlar öz
iradələrinə zidd olaraq ölkənin iki
hissəyə ayrılması ağrısını yaşayıb. Amma buna
baxmayaraq, iki
ölkənin öz ənənəvi mədəniyyətini qoruyub inkişaf etdirməsi təqdirəlayiqdir.
Koreya
Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 2006-cı
ildə Koreyanın Prezidenti cənab No
Mu Hyonun
Azərbaycana səfəri çərçivəsində fəaliyyətə başlayıb. 2007-ci ildə
isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Koreyaya səfər edib və
həmin ildən etibarən Koreyada Azərbaycan Respublikasının Səfirliyi fəaliyyətə başlayıb. Bundan sonra
iki ölkə arasındakı əlaqələr daha
da inkişaf edib. O zamandan etibarən dövlət başçılarının qarşılıqlı səfərləri sayəsində ölkələrimiz arasında olan münasibətlər daha
da möhkəmlənib və
uğurla davam edir.
Koreya Respublikasının nüfuzlu iş adamları, rəsmi şəxsləri mütəmadi olaraq
Azərbaycan Respublikasına
səfər edir
və burada yeni-yeni əlaqələrin qurulmasına çalışır.
Yaxın
zamanda Koreya Parlamentinin spikeri Pak Hi Te Azərbaycana səfər
edib. Prezident İlham Əliyevlə
görüşü zamanı cənab Prezident ölkələrimiz
arasında əlaqələrin inkişafını yüksək
qiymətləndirərək, artıq strateji əməkdaşlıq
dərəcəsinə qədər yüksəldiyini qeyd
edib. Bu, iki ölkə arasındakı əlaqələrin
inkişafına verilmiş ən dəqiq qiymətdir. Hər iki ölkənin XİN-ləri arasında
siyasi şura və o cümlədən müvafiq nazirliklər
arasında vaxtaşırı müzakirələr
keçirilib və əməkdaşlıq istiqamətləri
üzrə vasitəçilik edilib. Dövlətlərimiz
arasında əməkdaşlığa dair təxminən 40-a
yaxın Anlaşma Memorandumu imzalanıb və əməkdaşlığımızın
inkişafı çərçivəsində hazırlıq
işləri həyata keçirilir. Bu isə
mövcud potensialdan istifadə edilməklə iki ölkə
arasında əməkdaşlığı daha da genişləndirmək
üçün real imkanların olması deməkdir.
Zaur SƏFƏROV
Bakı xəbər .-2012.- 27
sentyabr.- S. 12.