2 fevral - Azərbaycan gəncliyinin milli tərbiyə tarixinə düşmüş gündür

 

   Müəyyən tarixi günlər var ki, onlar gənclərin həyatında əlamətdar rol oynayır. Eyni zamanda, onlarda milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına ciddi təkan verir. O səpkili günlərdən biri də 2 fevral Ümumrespublika Gənclər Günüdür. Qeyd edək ki, Azərbaycanda əsası ulu öndər, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir.

   Bütövlükdə ölkədə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. H.Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Həmçinin, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi H.Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.

   Bütövlükdə gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və mübarizliyindən asılıdır. Bütün dövrlərdə millətinin adını tarixə yazan sağlam gənc qüvvələr olub. Müasir zəmanəmizin gəncləri çox aktivdinamikdir. Bu gün istər təhsilimizdə, istər idman sahəsində, istər tibb, elm, mədəniyyət, istər sosial-iqtisadi həyatda yetərincə aktiv fəaliyyət göstərən, savadlı, yüksək intellektual dünyagörüşə, dərin biliyə malik gənclər var. 2 fevral 1996-cı il. Gənclər və İdman Nazirliyinin, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin razılığı ilə ölkədə Azərbaycan gənclər forumu keçirilir. Forumda ölkənin bütün regionlarından, demək olar ki, 2 minə yaxın gənclər təşkilatı çıxış edib. Forum dövlət orqanları, gənclər təşkilatları, ümumiyyətlə bütün gənclərin qarşısına məsuliyyət qoyur. Ən əsas tapşırıq gənclərin inkişafedici fəaliyyətlərinin təşkili, onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi olur. Görülən tədbirlər öz nəticələrini tez bir zamanda göstərir. Beləliklə 1997 ci il, 2 fevral Azərbaycan Prezidentinin sərəncamı ilə ölkədə "Gənclər günü" kimi qeyd edilməyə başlayır.

  

   "Gənclər günü"nün yaranma tarixi

  

   Beynəlxalq Gənclər Günü 1998-ci il, 8-12 avqust tarixində Lissabonda keçirilən Gənclər işi üzrə nazirlərin ümumdünya konfransında səslənən təklifə əsasən təsis olunub. 1999-cu ildə təklif müzakirəyə qoyulduqdan sonra 12 avqustun "Gənclər Günü" kimi qeyd olunmasına razılıq verilir. İlk dəfə olaraq 12 avqust 2000-ci ildə Gənclər günü qeyd edilir.

   Görünən odur ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabahauğurlara hesablanan bir siyasətdir. Eyni zamanda, yeridilən sözügedən siyasət sağlamintellektual nəslin formalaşmasına xidmət edir. Məsələ ondadır ki, prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

   Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiadadünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Gənclərin məşğulluğunun təmin olunması üçünmühüm addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi, Mehriban Əliyevanın sədrliyi ilə keçirilən, dünyanın yüz ölkəsindən beş yüzə yaxın qonağın qatıldığı "Gənclərin Məşğulluq sammiti"nə ev sahibliyi edən Azərbaycan məşğulluq probleminin aradan qaldırılması istiqamətində gördüyü işləri qürurla ortaya qoydu. Bu diqqət gənclərin fəallığını daha da artırır, onları səfərbər edir. İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib. Bütün bu görülən və görüləcək işlər gənlərin milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin inkişafında mühüm rol oynayacağını düşünürük. Çünki Azərbaycan gəncliyinin potensialı çox geniş və çoxşaxəlidir. O üzdən, bəzi tarixi günlərin gənclərdə vətənpərvərlik hisslərinin inkişafında rolunu düzgün qiymətləndirmək lazımdır.

   Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, yazıçı-publisist Əkbər Qoşalı tarixi günlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rola malik olduğunu bildirdi: "Gənclərin birinci forumundan başlayaraq, bütün forumların nümayəndəsi olmuşam. 2 fevral 1996-cı ildə keçirilən ilk forumda həm də məruzəçilərdən biri olmuşam. Həmin tarixdən başlayaraq eyni zamanda Gənclər və İdman Nazirliyində əmək fəaliyyətinə başlamışam. Onu da qeyd edim ki, 2 fevralın "Gənclər günü" kimi qeyd olunması ilə əlaqədar ümummilli lider Heydər Əliyevə müraciət edən gənclərdən biri də mən olmuşam. Bu il növbəti dəfə Azərbaycan gəncliyi 2 fevralda özlərinin gününə yığışacaq. Bu nə deməkdir? Birincisi, Azərbaycan əhalisinin tərkibində gənclərin daha çox yer tutması ilə fərqlənən ölkələrdən biridir. Bizim gənc nəslimiz bütövlükdə ölkənin dinamik inkişafını, gələcəyə olan böyük baxışlarını özündə yaşatmaqdadır. Bu mənada ölkə əhalisinin böyük bir hissəsini gənclər təşkil etdiyinə görə, gənclərin ildə heç olmasa özlərinə hesabat vermələri yaxşı haldır. Bu həm də milli mənlik şüurunun inkişafı baxımından önəmli əhəmiyyət kəsb edir. Hər bir gəncin bu sahədə olan düşüncələri, heç şübhəsiz, hər növbəti il üçün daha da faydalı nəticələrə gətirib çıxaracaq. İndiyə qədər gənclərlə bağlı Azərbaycanda qəbul olunmuş qərarlar, sərəncamlar fərman və qanunlar, ölkəmizdə bu sahədə daha sistemli işlərin görülməsinin göstəricisidir. Xüsusən də postsovet ölkələri ilə müqayisədə, Azərbaycanda gənclərə dövlət qayğısı daha üstün səviyyədədir. Bu məsələdə biz daha irəlidəyik. Bu ildən başlayaraq Azərbaycanda həm də Gənclər Fondu fəaliyyətə başlayacaq. Sadalananlar bütövlükdə onu ifadə edir ki, 2 fevralla bağlı daha geniş elmi müzakirələrin, konfransların, forumların keçirilməsi çox faydalıdır. İndiyə qədər bir sıra işlər görülübgörülür. Bu ildən başlayaraq dövlət gənclər proqramı qüvvəyə minib. Həmçinin, Gənclər və İdman Nazirliyinin büdcə vəsaiti bu il bir qədər də artırılıb. Bunun özü də indiyə qədər görülmüş işlərə verilmiş bir dəyər kimi qiymətləndirilir və sonrakı işlər üçün imkanları artırır".

   Ə.Qoşalının açıqlamalarından o da məlum oldu ki, "Heç şübhəsiz, bir , siyasət məhz proqram səviyyəsində həyata keçirilirsə və ölkədə gənclərlə işləyən ayrıca dövlət qurumu, onun yerli şöbələri fəaliyyət göstərirsə, bu çox normal göstərici hesab olunmalıdır. Hesab etmirəm ki, hərbi vətənpərvərlik mövzusu, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, hansısa dövlət qurumuictimai təşkilatın fəaliyyəti nəticəsində yaranır. Bu bütövlükdə xalqın ruhundan, ölkənin tarixindən, dövlətin kursundan irəli gələn bir məsələdir. O baxımdan hesab edirəm ki, bu mənada Azərbaycanda bir sıra işlər görülüb. Sözügedən işlərdə, təbii ki, Gənclər və İdman Nazirliyinin də görülən işlər siyahısında özünəməxsus rolu, mövqeyi var. Çox razıyam ki, 2 fevral günündə keçirilən tədbirlərdə, o cümlədən indiyə qədər keçirilmiş forumlarda həmişə hərbçi gənclər çıxış edib. Onların fikir və düşüncələri öyrənilib. Bunun özü də deməyə əsas verir ki, bu sahədə fəaliyyət göstərən səlahiyyətli qurumlar da məhz gənclik dedikdə ancaq mülki həyatda olanictimai təşkilatlarda birləşmiş gəncləri deyil, eyni zamanda silahlı qüvvələrin tərkibində olan gəncləri də nəzərdə tutur. Yəni onlara da xitab edirlər və onlarla işləməyə önəm verirlər. Bu işdə GİN-ilə yanaşı, digər dövlət orqanlarının da üzərinə böyük işlər düşür. Ümid edirəm ki, qarşıdakı illərdə ölkə gəncləri daha ciddi müvəffəqiyyətlər əldə edəcək. Azərbaycan gəncliyi öz bilik və bacarığı ilə buna layiqdir".  

  

 

  Vidadi ORDAHALLI

 

  Bakı xəbər.- 2012.-24 yanvar.- S. 15.