Mətbuatımıza dövlət
dəstəyinin ictimai maraq
aspektləri...
Azərbaycan mətbuatı özünün yeni bir dövrünü yaşamağa başlayıb. Müstəqil
Azərbaycan dövlətinin çoxçeşidli
mediası dövlət quruculuğunda,
dövlət və ictimaiyyət münasibətlərinin
yaranmasında, formalaşmasında önəmli rol oynayıb. Bu gün də o missiyanı
davam etdirməkdədir. Milli
mətbuatımız hər zaman ictimaiyyətlə
dövlət arasında çox isti bir əlaqə
forması olub. Əksər hallarda ictimaiyyət öz
problemlərinin həllini mətbuata həvalə edib. Bir sözlə, mətbuat
ictimaiyyətin və dövlətin maraqlarını müdafiə
etmək məsələsində həmişə ön sırada durub.
Azərbaycan dövləti də öz növbəsində müasir
milli mətbuatımıza, media nümayəndələrinə
qayğı və diqqət göstərib.
Dövlət maraqlarının
müdafiəsində kütləvi informasiya
vasitələrinin inkişafına göstərilən
qayğının rolu nədən ibarətdir?
Azərbaycan dövləti inkişaf etdikcə bu
ölkənin mətbuatı da böyük tərəqqi yolu
keçir. Hətta, milli
mətbuatımızın müxtəlif dövrlərini
müqayisə edib konkret
nəticələr söyləyənlər də az olmayıb. Media ekspertləri
qeyd edir ki, Azərbaycan mətbuatına dövlət
qayğısı sovet dövründə
də olub. Ekspertlər deyir
ki, bu, Azərbaycanın
sabiq prezidenti Heydər
Əliyevin qayğısı ilə bağlı olub.
Gənc televiziyaşünas
Nüşabə Aslanqızının dediyinə görə,
Azərbaycanda mətbuata dövlət qayğısı hələ
1970-80-ci illərdə öz yüksək
səviyyəsinə çatıb. Bu
qayğının əsasını isə ümummilli
lider Heydər Əliyev qoyub.
O illərdə bütövlükdə cəmiyyət həyatının
bütün sahələri ilə birlikdə
mətbuat da inkişaf
etdirilib. Hələ
90-cı illərin ortalarında - müstəqil dövlətimiz
öz ilk
Konstitusiyasını qəbul etdikdən, yeni
parlament seçildikdən sonra
prezident Heydər Əliyev ölkədə
teleradio yayımının keyfiyyətinin
yaxşılaşdırılması məqsədilə yeni, müasir
avadanlıqların alınmasına və quraşdırılmasına
nail olmuşdu. Qafqazda ilk olaraq
Azərbaycanda sovet dönəmindən qalan teleötürücü
qurğular dəyişdirilmişdi. Yəni
mətbuatın bu sahəsi ilk olaraq bizdə öz inkişafının yeni
mərhələsinə qədəm qoyub.
Yazılı mətbuatın da
bütün problemlərini daim diqqət mərkəzində saxlayan ulu öndər
1998-ci ildə qəzetlər üzərindən senzuranın
götürülməsini reallaşdırdı. Azərbaycanda
son illər mətbuata dövlət
qayğısının özünəməxsus nümunəsi
formalaşdırılıb. Biz bunu milli mətbuatımızın
yubiley dönəmlərində, eyni zamanda da
başqa vaxtlarda hiss edirik. Dövlət
jurnalistlərin əməyini yüksək qiymətləndirir.
Redaksiyaların maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün
həyata keçirilən tədbirlər həmin məntiqi bir daha sübut
etdi. Son illər mətbuat
orqanlarının maddi-texniki bazasının
gücləndirilməsi, jurnalist əməyinin
qiymətləndirilməsi istiqamətində həyata
keçirilən tədbirlərin miqyası daha
da genişlənir. Bilirik ki,
Prezident İlham Əliyevin
2006-cı il fevralın 8-də
imzaladığı sərəncama əsasən,
redaksiyaların "Azərbaycan" nəşriyyatına olan 400 min manat
məbləğində borcu dövlət
büdcəsindən ödənildi. 2005-ci ildən mətbuatın
135 illik yubileyinə qədər 300-dək
KİV əməkdaşı dövlət
mükafatlarına və fəxri adlara layiq görüldü,
2005, 2008 və 2009-cu illərdə qəzet redaksiyalarına
birdəfəlik dövlət yardımı edildi.
Dövlət başçısının 2008-ci ilin iyulunda
imzaladığı sərəncamla təsdiq edilmiş
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına
dövlət dəstəyi konsepsiyası" böyük
uğurla icra edildi. Həmin konsepsiyanın icrasında
2009-cu ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu böyük nailiyyətlərə
imza atır. Bir
sözlə, Azərbaycanda dövlət də, onun mətbuatı da bütün məsələlərdə eyni mövqedən çıxış edir. Bu mövqe isə ondan
ibarətdir ki, ölkəmizin ərazi bütövlüyü bərpa edilməli, sivil, hüquqi, demokratik dövlət quruculuğu
kursu qətiyyətlə davam
etdirilməli, ölkədə əsas insan
hüquq və azadlıqları yüksək
səviyyədə qorunmalıdır. Bütün
bunlar isə yüksək səviyyəli
vətəndaş cəmiyyəti, çiçəklənən
Azərbaycan deməkdir. Dövlətimiz də, mətbuatımız
da bu yoldadır".
Ekspertin barəsində
danışdığı mətbuatın inkişafına
dövlət dəstəyi konsepsiyasını hazırlamaq üçün işçi
qrupunun yaradılması bu
konsepsiyanın KİV-in kompleks
inkişafına hesablanan bir
sənəd olduğunu ortaya
qoyurdu.
Qeyd edək
ki, 2008-ci ildə hazırlanan bu konsepsiyanın qarşıya
qoyduğu məqsədi şərh edən mütəxəssislər
bildirirdi ki, mətbuatın inkişafına dövlət dəstəyi
konsepsiyası mətbuatın həyatını tamamilə dəyişəcək.
Sənədi
hazırlayanlar deyirdi ki,
burda əsas məqsəd dövlət üçün prioritet təşkil
edən məsələlərdə onların potensialından
səmərəli istifadə etmək, söz
və mətbuat azadlığı, fikir plüralizmini inkişaf
etdirmək, dövlət orqanları ilə KİV arasında əməkdaşlığı gücləndirmək,
KİV-in fəaliyyətini təkmilləşdirmək
və müasir dövrün
tələblərinə uyğunlaşdırmaqdır. O vaxt mətbuatın
inkişafına dövlət dəstəyi
konsepsiyasını hazırlayan işçi
qrupun üzvü Əliməmməd
Nuriyev hesab edirdi ki, konsepsiyada
KİV-ə iqtisadi dəstək mexanizmini təkmilləşdirmək, jurnalistlərin
sosial müdafiəsini gücləndirmək,
onların peşəkarlığı və məsuliyyətinin
artırılmasına şərait yaratmaq
kimi məsələlər də əksini
tapıb: "Layihədə prioritet
istiqamətlər müəyyənləşdirilib. Bu istiqamətlərdən biri
qanunvericiliyin təkmilləşdirilməsidir.
Yəni burda KİV
orqanlarının vergi yükünün
azaldılması məsələsi, ödəmələrin səviyyəsinin
azaldılması məsələsi, eyni zamanda, informasiyanın əldə edilməsi
imkanlarının daha da
genişləndirilməsi məsələsi olacaq.
Reklam bazarının genişləndirilməsi
üçün "Reklam
haqqında" Qanuna əlavə və dəyişikliklər
edilməsi nəzərdə tutulub. Yəni
bu və ya digər dərəcədə
KİV-lə bağlı olan qanunların
inventarizasiyası olacaq və ona uyğun olaraq təkliflər veriləcək.
İkinci bir istiqamət KİV-in
maddi-texniki bazasının möhkəmləndirilməsi,
peşəkarlığın artırılması, dövlətin
prioritet hesab etdiyi proqram və layihələrin
maliyyələşdirilməsi, KİV-in
idarə edilməsində menecer işinin təkmilləşdirilməsi məqsədilə
KİV-ə yardım fondunun
yaradılmasıdır. Başqa bir istiqamət KİV-in fəaliyyətinin
təkmilləşdirilməsi üçün
beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi,
eyni zamanda, KİV-lə
beynəlxalq təşkilatlar arasında əməkdaşlığın
daha da genişləndirilməsi
göstərilib. Daha sonra
söz və mətbuat azadlığı
sahəsində araşdırmaların aparılması,beynəlxalq
təcrübənin öyrənilməsi məqsədilə Mətbuat
İnstitutunun yaradılması nəzərdə
tutulur. Həmçinin, mətbuat
yayımının inkişaf etdirilməsi
və jurnalistlərin sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə proqramların qəbul
edilməsi nəzərdə tutulub".
Məlum olduğu
kimi, konsepsiyada nəzərdə
tutulan bütün məsələlər
həyata keçirilməkdə davam edir. Bu sahədə çox böyük
işlər görülüb, ümid edirik ki, indən sonra da o işlər öz axarı ilə gedəcək.
Media eksperti Gündüz
Musalının dediyinə görə, Azərbaycan
mediasına dövlətin göstərdiyi əhatəli
qayğı həm mətbuatın, həm də dövlətin
maraqlarının müdafiəsinə xidmət edir. G.Musalının sözlərinə
görə, Azərbaycan KİV-i tarixin bütün mərhələlərində
öz sözünü
deyə bilib: "Azərbaycan
mətbuatı da öz
platformasında bu istiqamətdə çox dəyərli işlər görməyi
bacardı. Amma hesab
edirəm ki, sovet dövrü Azərbaycan mətbuatının
inkişafı tarixində olduqca əhəmiyyətli
tarixi bir hadisə həm
mətbuatın yenidən formalaşmasını təmin etdi, həm də mətbuatın
məhz arzu etdiyimiz milli keyfiyyətlərdə
formalaşmasının əsasını qoydu.
1978-ci il hüquqi-siyasi
islahatı milli mətbuatın
inkişafında keyfiyyətcə yeni mərhələyə
yol açdı. 1978-ci ildə qəbul
edilən Azərbaycan SSR-nin
Konstitusiyasında ulu öndər Heydər
Əliyev tərəfindən Azərbaycan dili dövlət dili kimi təsdiq etdirildi. Məhz
Azərbaycan dilinin dövlət dili kimi təsdiq
olunması Azərbaycan mətbuat dilinin və
bütövlükdə Azərbaycan dilinin
inkişafı tarixində böyük bir hadisəyə çevrildi.
Ona
görə də məhz dilin
inkişafı ilə bağlı belə bir
hüquqi-siyasi, konstitusion
əsasın yaradılması Azərbaycan mətbuatının
inkişafı qarşısında yeni
üfüqlər açdı. Beləliklə, artıq Azərbaycan
dilinin inkişafı istiqamətində çox böyük
işlər həyata keçirilməyə
başlandı. Bu dövrdə Azərbaycan
mətbuatı inkişaf etdi,
gözəl bir ənənə
yaratdı, Azərbaycan dilinin səlisləşməsinə
xidmət etdi. Əlbəttə ki, ən böyük hadisə
1991-ci il oktyabrın 18-də Azərbaycan
Respublikasının dövlət müstəqilliyini əldə
etməsindən sonra baş verdi. O
illərdə artıq yeni əsaslarda
müstəqil Azərbaycan mətbuatı formalaşdı. Azərbaycan
mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın
missiyasını və funksiyasını dərindən başa düşən, onu
lazımınca qiymətləndirməyi bacaran
ulu öndər Heydər Əliyev
1998-ci ildə mətbuat üzərində senzuranı ləğv
etdi. Ulu öndərin imzaladığı fərmanla Nazirlər
Kabineti yanında mətbuat və digər
kütləvi informasiya vasitələrində
dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi,
hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün
informasiya üzərində nəzarətin
tətbiq edilməsi ilə bağlı 15 aprel
1993-cü il tarixli sərəncam
qüvvəsini itirmiş elan
edildi. Bundan başqa, 1999-cu ilin
sonunda "Kütləvi informasiya
vasitələri haqqında" yeni Qanunun qəbulu media təsisatının
inkişafını şərtləndirən, bəhs edilən
sahəyə müvafiq surətdə sahəvi
və ümummilli münasibətləri tənzimləyən
hüquqi bazanın zənginləşdirilməsi
işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında ümummilli lider Heydər Əliyevin sərəncamı ilə
"2000-2001-ci illərdə kütləvi informasiya
vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər
proqamı" təsdiq olundu. İdarəçilik
sisteminin islahatı çərçivəsində
Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya
vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi
məqsədilə Milli Mətbuat, Teleradio və İnternet
Şurası yaradıldı. Bir sıra qəzetlərin
"Azərbaycan" nəşriyyatına olan
borcları donduruldu, sonradan
isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında
media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən
qurum - Azərbaycan Mətbuat Şurası
yaradıldı. Bütün bunlar öz növbəsində
Azərbaycanda söz, fikir
və mətbuat azadlığının bərqərar
olunması üçün əlamətdar
tarixi hadisələr kimi
qiymətləndirilməlidir.
Təbiidir ki, ulu öndərin
atdığı bu addımlar KİV
ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilirdi.
2003-cü ildə ümummilli liderimiz Heydər Əliyevin Çingiz
Mustafayev Fondu tərəfindən
"jurnalistlərin dostu"
adına layiq görülməsi bir daha onu
göstərdi ki, milli
mətbuatın inkişafına xüsusi
diqqət və qayğı göstərən ulu
öndər Heydər Əliyev jurnalistlərin gerçək hamisidir..."
Ardı var.
İradə SARIYEVA
Bakı Xəbər.-2013.-25
aprel.-S.15.