Binəqədi rayonunun
sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Cəmi bir neçə il öncəyə kimi Bakının Binəqədi rayonunun adı çəkiləndə göz önündə ərazicə böyük, lakin elə özü boyda da problemlərlə dolu bir inzibati ərazi canlanırdı. Problemlərin çoxluğundanmı, maliyyənin yetərincə ayrılmamasındanmı, yoxsa məmur laqeydliyindənmi, bu rayon Bakının ümumi inkişaf tempindən bir qədər geridə qalması ilə diqqət çəkirdi.
Yetərincə ciddi problemlərin sanki üst-üstə qalaqlandığı rayonun icra orqanları və cavabdeh strukturlarının bir çox idarələr kimi mətbuata qapalı olması isə bu problemlərin və onu doğuran səbəblərin ictimailəşdirilərək diqqət mərkəzinə gətirilməsinə, beləliklə də çatışmazlıqların aradan qaldırılması yönündə media qurumlarının üzərinə düşən vəzifənin yerinə yetirilməsinə əngəl törədirdi. Səbəb, təbii ki, bəlli idi - həllini gözləyən problemlər, şikayətçi sakinlər, bütün bunlara cavabdeh qurumların barmaqarası münasibəti... Mətbuata qapalılıq isə ortada real fəaliyyətin ya qismən, ya da yetərincə olmamasından xəbər verir. Axı qurub-yaradan, cavabdehlik daşıdığı sahədə uğurlara imza atan şəxs bu uğurlarını hər zaman sərgiləməyə, gördüyü işlərlə qürur duymağa meylli olur. Elə Binəqədi Rayon İcra Hakimiyyəti kimi...
Dinamik inkişaf və rayonun
qış mənzərəsi
Çox sevindirici
haldır ki, artıq bir
neçə ildir rayonda
illərlə həllini gözləyən yol,
kanalizasiya, istilik
sistemləri, su, rabitə sahəsində
insanların hər gün
rastlaşdığı və onun normal yaşamına təsir edən sosial problemlərin bir çoxu haqqında keçmiş
zamanda danışırıq. Ötən
yazılarımızda rayon ərazisinin böyük bir tikinti meydançasını
xatırlatdığını yazmışdıq və bunun müsbət və mənfi tərəflərini
qeyd etmişdik. Müsbət tərəf, təbii ki,
rayonda infrastrukturun
yenilənməsi, aparılan abadlıq-quruculuq işləri
sayəsində rayon mərkəzi və qəsəbələrin
günbəgün simasını dəyişərək
gözəlləşməsi, çəkilən yeni yolların göz
oxşaması idi. Mənfi
tərəf isə bu işlərin bir qədər ləng aparılması, bunun da sakinlərin
gündəlik həyatına göstərdiyi təsir idi ki, bu
gün artıq bu iki cəhət arasında balansın müsbətə
doğru xeyli dəyişdiyinin
şahidi olmaqdayıq.
Əslində rayonun bir
çox əraziləri yenə də tikinti meydançasını xatırladır,
lakin əvvəlki illərdən fərqli
olaraq, bu gün bu mənzərədə
pozitiv bir dinamika hiss olunur,
sanki hər tərəfdə işlər
daha sürətlə və daha keyfiyyətli aparılır. Səbəb
bəllidir: Bakının ümumi inkişaf tempindən geri qalmamaq və ölkə rəhbərliyinin rayonun yenidənqurulmasına göstərdiyi maddi və mənəvi etimadı doğrultmaq. Elə Prezident
İlham Əliyevin cari
il aprel ayının
22-də imzaladığı "Bakı şəhəri Binəqədi
rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında" Sərəncamı da məhz
bu etimadın bariz
nümunəsidir. Bu Sərəncamın tələblərindən
irəli gələrək, hazırda rayonun
Xocasən və Biləcəri qəsəbələrində
qəsəbədaxili yolların əsaslı təmiri və
yenidənqurulması həyata keçirilir.
Sözügedən qəsəbələrdə
icrası davam etdirilən infrastrukturun
yenilənməsi tədbirləri sırasında qəsəbələrin
ərazisində əsas yollara
çıxan yolların asfalt örtüyünün yenilənməsi həyata
keçirilir ki,
qış fəslinin yağıntıları öncəsi bu işlərin istər
sürücülərin, istərsə də piyadaların
rahatlığı baxımından əhəmiyyəti böyükdür. Ümumilikdə
sözügedən iki qəsəbənin
ərazisinə 12 min 200 kvadrat
metr asfalt örtüyü döşənib ki, təkcə bu rəqəm
bütün rayon ərazisində
yol infrastrukturu üzrə
yerinə yetirilən fəaliyyətin
masştabını təxmin etməyə imkan
verir. Bunun davamı olaraq daha 12 min 800 kvadrat metr yola asfalt
örtüyünün döşənməsi
planlaşdırılır.
Qışdan söz
düşmüşkən, rayonun qəsəbələrinin təbii
qazla təchizatına da diqqət yetirmək yerinə
düşər. Rayon İcra Hakimiyyətinin rəsmi
saytının məlumatına görə, "2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramı" çərçivəsində ümumilikdə
rayon ərazisində 15992 p/m qaz xətti çəkilib,
hazırda isə rayonun Binəqədi,
Sulutəpə, Xocasən və Rəsulzadə
qəsəbələri, eyni zamanda 6-cı və 7-ci mikrorayonların ərazisində
əhalinin qaz təchizatının
yaxşılaşdırılması məqsədilə mövcud qaz xətlərinin
yenidənqurulması ilə yanaşı, 63 yeni
qaz xəttinin çəkilişi də həyata
keçirilir. Rayonun istilik
təchizatına gəldikdə isə, 4 mövcud
qazanxananın modernləşdirilərək
qazlaşdırılması ilə yanaşı 1 yeni qazanxananın da tikintisi həyata keçirilir
ki, bununla da rayon ərazisində
yaşayış evlərinin qızdırılması sahəsində
ciddi irəliləyişə nail olunacağı şübhə doğurmur. Görülən işlərə
paralel olaraq məhəllədaxili
istilik xətlərinin bərpasının
da sözügedən sahədə mövsüm xarakterli
problemlərin çözümünə şərait
yaradacağını deyə bilərik.
Eyni sözləri rayonun elektrik enerjisi ilə təchizatı ilə də bağlı deyə bilərik. Belə ki, bu sahədə həyata keçirilən əməli işlər sayəsində əhalinin qış aylarında elektrik enerjisi ilə bağlı Rayon İcra Hakimiyyətinə ünvanladığı şikayətlərin sayı minimuma endirilib.
Həllini gözləyən
problemlər də az deyil,
lakin...
Lakin görülən işlərlə yanaşı, rayonda həllini gözləyən problemlər də yetərincədir. Bu da, əsasən, aparılan tikinti işləri ilə bağlıdır. Belə ki, rayonun bəzi ərazilərində köhnə tikililər sökülsə də, onların yerində inşası nəzərdə tutulan obyektlərin tikintisi bir qədər yubanır. Buna misal olaraq rayonun 7-ci mikrorayon adlanan yaşayış sahəsində illər öncə "Bolluq bazarı" adını almış alış-veriş mərkəzinin, artıq xeyli müddətdir sökülməsinə baxmayaraq, yerində hansısa inşaatın getməməsini göstərə bilərik. Bu isə yaxınlıqda müasir standartlara uyğun inşa olunmuş çoxmərtəbəli modern yaşayış binalarının ümumi ansamblına xələl gətirməklə yanaşı, həm də söküntünün nəticəsi olaraq ərazidə quru havalarda toz-torpağın, yağmurlu havada isə palçığın insanların gediş-gəlişinə əngəl törətməsinə, sakinlərin diskomfort yaşamasına gətirir. O cümlədən, metronun "Azadlıq prospekti" stansiyasının çıxışından sözügedən əraziyə qədər uzanan yaşıllıq zolağının bərpası, buna paralel olaraq, yaşıllıq zolağı boyunca uzanan, Mərkəzi Seçki Komissiyasının binasının qarşısından keçən işlək yolun asfalt örtüyünün aylardır qaşınmasına baxmayaraq, onun yenidən asfaltlanması çoxdan həllini gözləyən problemlərdəndir. Lakin təbii ki, rayon ərazisində son illərdə görülən işlərin masştabına nəzər salınarsa, bu fəaliyyətin fonunda deyilən məsələlər çox kiçik görünür və sırası gəldikcə hər bir iradın çözüm tapacağına şübhə yoxdur.
Binəqədi RİH - "�urnalistlərin dostu" olsunmu?
Mətbuatla əlaqələrə gəldikdə isə, yəqin jurnalist həmkarlarım da razılaşar ki, bu gün Bakıda
Binəqədi Rayon İcra
Hakimiyyəti kimi mətbuata açıq ikinci icra strukturu
yoxdur. O üzdən
əminliklə demək
olar ki, rayon icra hakimiyyətləri arasında da "�urnalistlərin dostu"
nominasiyası üzrə
müsabiqə təşkil
olunarsa, birmənalı
şəkildə onun
qalibi Binəqədi
Rayon İcra Hakimiyyəti
olar. Hətta istərdim bu
bir təklif olaraq qiymətləndirilsin,
çünki belə
bir nominasiyanın təşkili, məncə,
çox gözəl nəticələrə yol
açar, sağlam bir rəqabət mühiti yaradardı ki, bu da
ümumi işin tempinə - paytaxtın daha sürətlə abadlaşmasına gətirərdi.
Axı rəqabət olan yerdə inkişaf var. Binəqədi
RİH-in İctimai-siyasi şöbəsinin
mətbu orqanlarla apardığı iş -
rayon ərazisində tikilib
istifadəyə verilən,
təmir və bərpa olunan müxtəlif təyinatlı
obyektlərin Prezidentin
iştirakı ilə
açılışlarından tutmuş müxtəlif mədəni, ictimai və sosial tədbirlər barəsində
onların mütəmadi
bilgiləndirilməsi təqdirəlayiq
olmaqla yanaşı, həm də digər icra strukturlarına örnək
olası bir yenilikdir. Faktdır ki, sözügedən şöbə,təmsil etdiyim
qəzet də daxil olmaqla, paytaxtda fəaliyyət göstərən xeyli sayda mətbu orqana istər Rayon İcra Hakimiyyətində,
istərsə də
RİH-in təşəbbüsü və başçılığı
ilə rayon ərazisində
baş tutan bütün tədbirlər
haqqında press-reliz göndərir, beləliklə
də həm Bakı sakinlərinin rayon
miqyasında görülən
işlərdən xəbərdar
olmasına, həm də bizlərə apardığımız missiyada
yardımçı olur.
Bu isə paytaxt
sakinlərinin sözügedən
rayonda aparılan məqsədyönlü fəaliyyətdən
vaxtında xəbər
tutmasına və eyni zamanda, mətbuatın
işinin yüngülləşməsinə
səbəb olur.
O üzdən Binəqədi
RİH-in məmur-mətbuat ünsiyyətinin daha rahat və səmərəli
forması kimi tətbiq etdiyi bu yeniliyi digər
paytaxt rayonlarının
da həyata keçirməsi yaxşı
olardı.
Rayon
rəhbərliyi novatorluğu
ilə digərlərinə
örnək ola
bilər
Ümumiyyətlə, bu rayonun İcra Hakimiyyətinin öz novatorluğu ilə seçildiyi faktdır. Dediklərimizə ən bariz nümunə isə Rayon İcra Hakimiyyətinə
müraciət formasının
elektronlaşdırılmasıdır.
Sakinlərin Müraciəti
Xidməti adlandırılan
1646 elektron xidmət növü İcra Hakimiyyətinin saytında
cari ilin fevral ayının 6-dan
Rayon İcra Hakimiyyəti
başçısının müvafiq Sərəncamı
ilə fəaliyyətə
başlayıb. Bu xidmətin üstün cəhətləri isə
onun sakinlərin rayon rəhbərliyinə şikayət
və sorğularının
ünvanlanmasına daha
rahat şərait yaratmaqla icra strukturlarına müraciətin
əlçatanlığını təmin etməsidir.
Faktdır ki, bu yenilik Rayon İcra Hakimiyyətinin binasında bu zamana qədər qəbul günlərində
yaşanan əsəbi
gərginlik, uzun növbələr kimi halların ümumi işin tempinə ziyan vurma perspektivini
heçə endirir,
normal iş ahənginin
saxlanması fonunda şikayət və ərizələrin baxılmasını
təmin edir. Məmur-vətəndaş ünsiyyətinin çox unikal forması kimi düşünülmüş bu yeniliyin daha
bir üstünlüyü
burada hər bir müraciətin diqqətə alınaraq müvafiq şöbəyə
yönləndirilməsindən sonra onun arxivləşdirilməsidir
ki, bunun da nəticəsində mübahisəli məsələlərin
ortaya çıxma perspektivi sıfıra enir. Şikayət vərəqəsi vətəndaşın müraciətində
qeyd olunan problem tam çözümünü tapana
kimi nəzarətdə
saxlanır, çözüm
sonrası isə vətəndaşla əlaqə
saxlanaraq onun nəticə ilə bağlı mövqeyi dinlənir ki, bu da vətəndaşların
məmnunluq səviyyəsinin
müəyyən olunmasında
əhəmiyyətli rola
malikdir. Maraqlı olanı
isə bu üslubun eyni zamanda hesabatlılıq prinsipinə əsaslanmasıdır.
Belə ki, daxil olan
zənglər, edilən
müraciətlər qeydiyyata
alındığı kimi,
verilən cavabların,
göstərilən xidmətlərin
də qeydiyyatı aparılır ki, bu da icra
strukturlarının fəaliyyətində
şəffaflığın təmin olunmasını təmin edir.
Son söz əvəzi
Yazının əvvəlində Bakının Binəqədi
rayonunu böyük bir inşaat meydançasına bənzətmiş,
bunun mənfi və müsbət tərəflərinə nəzər
salmışdıq. Ərazisinin böyüklüyü
nəzərə alınarsa,
rayon ərazisində hələ
uzun illər inşaatın gedəcəyi
şəksizdir. Təbii ki,
insan amili olan yerdə problemlərin bitməsi mümkün deyil. Əsas olanı da bu
işlərin nə zaman bitəcəyi deyil, onun hansı
sürət və keyfiyyətlə aparılacağıdır.
"Görünən dağa
nə bələdçi"
atalar sözü prizmasından çıxış
etsək, əminliklə
deyə bilərik ki, az qala hər gün
simasını dəyişərək
yenilənən, göz
oxşayan abad əraziyə çevrilən
bu rayon çox keçmədən Bakının
mərkəzindən seçilməyəcək.
Bunu biz demirik, əlahəzrət
reallıq deyir. Bizə isə bu yolda rayon rəhbərliyinə yalnız
uğurlar diləmək
qalır, Vətəninin
hər qarışının
gülüstana çevrilməsini
kim istəməz ki?..
Samirə SƏFƏROVA
Bakı xəbər. - 2013.- 9 dekabr.-
S.10.