AMEA-da "Yaşayan Yunus Əmrə" konfransı keçirildi

 

 

 Dünən Milli Elmlər Akademiyasında AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Türkiyə Cumhuriyyəti Bakı Böyükelçiliyinin Kültür və Tanıtım Müşavirliyinin, TC Başnazirlik Koordinasiya Agentliyi Türk Əməkdaşlıq və Başqanlığı (TİKA)-nın birgə təşkilatçılığı ilə "Yaşayan Yunus Əmrə" adlı Beynəlxalq Elmi Konfrans keçirilib. Konfransı AMEA Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli giriş sözü ilə açaraq ilk sözü Türkiyə Cumhuriyyətinin Bakıdakı səfiri İsmayıl Alper Coşquna verib. Konfransa ev sahibliyi etdiyi üçün rəsmi Bakıya minnətdarlığını bildirən səfir Yunus Əmrə fəlsəfəsinə diqqət çəkərək onun türk dünyasında birləşdirici rolundan söhbət açıb. Daha sonra çıxış edən Türkiyə Səfirliyinin kültür və tanıtım müşaviri Seyid Ahmed Arslan amansız dünyamızda Əmrə fəlsəfəsinin daşıdığı önəmdən danışıb, Yunus Əmrənin bugünkü türk dilinin dövlət dili olaraq yaşamasında misilsiz xidmətlərindən söz açıb. Daha sonra çıxış üçün söz Orta Asiya türk dövlətlərindən gələn qonaqlara verilib. Konfrans günün ikinci yarısında öz işini davam etdirib.

 

   

 

Namiq

Bakı xəbər.-2013.-10 dekabr.-S.2.