Azərbaycan
virtual məkanda
Artıq qloballaşan dünyada qəbul edilib ki, Hər bir dövlətin virtual məkandakı güc və qüdrəti onun malik olduğu elektron informasiya resurslarının xüsusi çəkisindən asılıdır. Həmin səbəbdən dünyanın əksər inkişaf etmiş dövlətləri virtual məkanda siyasi baxış və maraqlarını müdafiə etmək üçün sistemli və ardıcıl iş aparırlar.
Bu tendensiyaya münasibət bildirən mərhum Prezident Heydər Əliyev hələ 1993-cü ildə bəyan etmişdi: "Azərbaycanın gələcəyi elm və texnologiyanın inkişafından, telekommunikasiyanın sonsuz imkanlarından istifadə edərək, özünün milli maraqlarını təmin etməsindən asılıdır". O, bu tezislə əslində dövrün, zamanın, sivil inkişafın nəbzini tutaraq, virtual məkanın Azərbaycan üçün milli, mədəni, siyasi, iqtisadi, dövlətçilik maraqlarının qorunması yolunda yeni imkanlar yaratdığını uzaqgörənliklə müəyyən etdi. Və qısa müddətdə Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin yeni prioritet istiqaməti-müasir informasiya texnologiyalarının inkişaf etdirilməsi üçün tədbirlər görüldü.
Virtual Azərbaycan məkanına aparan yol
Mərhum Prezident Heydər Əliyev 2003-cü il 17 fevral tarixində
"Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə
(2003-2012-ci illər) Milli Strategiya"
sərəncamını imzaladı. Bu sənəd
10 il müddətində müasir
İKT-nin ölkəmizdə tətbiqi
sahəsində prioritet vəzifələri
müəyyənləşdirdi. Həmin illərdə zəruri
hüquqi-normativ baza
formalaşdırıldı, maddi-texniki təminat
müasir tələblərə
uyğunlaşdırıldı, poçt,
informasiya təhlükəsizliyi, elektron imza və sənəd,
telekommunikasiya haqqında qanunlar
qəbul edildi. Telekommunikasiya
siyasəti planı, İKT-nin
inkişafı üçün dövlət
proqramı, yeni lisenziya
sistemi və digər normativ-hüquqi
sənədlər hazırlanaraq qüvvəyə mindi.
Bu kursu layiqli davam etdirən Prezident İlham Əliyev İKT nailiyyətləri sayəsində respublikanın əlverişli tranzit ölkəyə və regional mərkəzə çevrilməsini hədəflədi. Karbohidrogen faktorundan sonra estafetin İKT-yə keçməsinin vacibliyini bəyan edən cənab Prezident, 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması haqqında sərəncam imzaladı və qısa müddətdə həmin sahə üzrə çox mühüm tədbirlərin həyata keçirilməsini təmin etdi. Artıq bu gün İKT nailiyyətləri süni peyk, məftilli və simsiz telefon şəbəkələrini, TV-radio sektorunu, kabel magistrallarını, kompyuter vasitələrini vahid bir sistemdə cəmləşdirib. Lakin bu həm də sistemin əlaqəli, davamlı və etibarlı istismarını tələb edirdi. Həmin səbəbdən Prezident 2004, 2005-ci illərdə dövlət proqramlarını (Elektron Azərbaycan) təsdiq etdi. Dövlət başçısının 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" sərəncamı, 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramını təsdiq etməsi, 2010-cu ildə "Azərkosmos" ASC-nin təsis edilməsi haqqında" sərəncamı və nəhayət, 2013-cü ili "İnformasiya - kommunikasiya ili" elan etməsi Azərbaycanın öz milli maraqlarını yüksək səviyyədə təmin etməsinə imkan verdi.
Virtual Azərbaycan virtual vətəndir
Məlumdur ki,
hazırda xarici siyasətimizin prioritetlərindən
biri də virtual məkanda
milli təhlükəsizlik, siyasi müstəqillik, suverenlik
və ərazi bütövlüyümüzə qarşı
yönələn təhlükələrin aradan
qaldırılmasıdır. Bu baxımdan Azərbaycan əleyhinə yaradılan virtual cəbhənin darmadağın edilməsində,
ermənilərin ölkəmizə qarşı
işğalçılıq, etnik təmizləmə
siyasəti və bu siyasətin dəhşətli
nəticələri barədə dünya
ictimaiyyətinin məlumatlandırılması və informasiya blokadasının yox
edilməsində virtual məkanımızın
- internet imkanlarımızın rolu danılmazdır. Virtual
Azərbaycan vasitəsilə mədəniyyətimiz, milli adət-ənənələrimiz, folklorumuz, məişətimiz və digər dəyərlərimmizin
beynəlxalq aləmə təqdim edilməsi də milli maraqlarımızın qorunmasına xidmət
edir. Həmin səbəbdən,
ümumiyyətlə ölkəmiz haqqında məlumatların
virtual məkanda yayımı vacib strateji məqsədlərimizdən
biri hesab edilir.
İKT mütəxəssislərinin
yekdil fikrinə görə, elm və texnologiyanın sürətli
inkişafı fiziki Azərbaycan dövləti ilə
yanaşı, virtual Azərbaycanın da fəaliyyətini zəruri
edib. Bu kontekstdə virtual
Azərbaycan virtual vətən
anlamını daşıyır. Deməli XXI əsr dedikdə
təkcə coğrafi yox,
həm də virtual Azərbaycanın
sakinləri olan soydaşlarımız nəzərdə
tutulmalıdır. Bu incə məqama toxunan AMEA İnformasiya
Texnologiyaları İnstitutunun direktoru professor Rasim Əliquliyev deyir:
"Ana vətəndən ayrı düşmüş azərbaycanlılar məhz
müasir informasiya
texnologiyalarının köməyi ilə virtual
vətən formalaşdırmalıdırlar".
Virtual Azərbaycanın yaradılmasını zərurətə çevirən mühüm amillərdən biri də çağdaş dünyada gedən qloballaşma prosesinin bəzi dövlət və xalqlar arasında fərqlilikləri tədricən yox etməsi, milli özünəməxsusluğu aşınmaya məruz qoyması tendensiyasıdır. Fərəhli haldır ki, yaranmış belə vəziyyətdə ölkəmiz virtual dünyanın pozitiv imkanlarından səmərəli istifadə etməklə yanaşı, milli məfkurə, ənənə və mənəvi dəyərlərimizi də mühafizə etmək əzmindədir. Həmin səbəbdən bu gün dünyaya örnək tolerantlıq və multikulturalizmi bəxş edən Azərbaycan artıq Şərq və Qərb mədəniyyətinin vəhdətinə nail olan azsaylı ölkələrdən biridir.
Virtual Azərbaycanda sosial media
Azərbaycanın
İKT nailiyyətlərindən uğurlu
istifadəsi elektron hökumət, müasir Azərbaycanın brendinə
çevrilən və artıq 500 mindən çox
vətəndaşımızın müraciət etdiyi "ASAN xidmət", elektron
imza, elektron poçt, elektron biznes, elektron təhsil, elektron kitabxana, müxtəlif
səpkili internet sayt
və virtual vasitələrin fəaliyyətinə
şarait yaradıb. Bu
isə həm dövlət qurumlarının, həm də
dövlət-cəmiyyət və cəmiyyət-fərd əlaqələrini
daha səmərəli, operativ
və ucuz edib. Qeyd edək ki, ölkəmizin
"Vikipediya" virtual
ensiklopediyasının imkanlarından yararlanması milli maraqlarımızın təminatı üçün xüsusi
əhəmiyyət daşıyır. Hazırda virtual məkanda milli
maraqlarımızın qorunmasına xidmət edən
veb-portalların yaradılması prosesi gedir.
Əmlak Məsələləri üzrə Dövlət
Komitəsinin sədri Kərəm Həsənovun
açıqlamasına görə, bu ilin sonunadək Ünvan
Reyestrinin informasiya bazasının qurulması işi də
başa çatacaq: "Biz bu işi Bakı şəhərində
başlamışıq və artıq 8 rayon üzrə
işlər yekunlaşıb. İlin
sonunadək Bakının digər rayonlarında işlər tamamlanacaq". Milli internetin inkişafına yönələn tədbirlərdən
biri kimi ölkəmizdə
mövcud olan internet resurslara asan çıxışı təmin edən
portalı göstərmək olar.
Artıq Azərbaycan virtual məkanında
yeni multimediya
portalı da yaradılıb. Bu saytın ingilis dilində
olmasının məqsədi xaricdə yaşayan
vətəndaşlarda ölkəmizin elm,
mədəniyyət, siyasi xadimləri
haqqında fikir formalaşdırmaqdır.
Ölkəmizdə İKT sektorunun inkişafı sosial medianın inkişafına da təkan verib. İnternet mediasında qanunlarla müəyyən edilmiş azadlığın mövcud olması bu sahənin tərəqqisinə yeni töhfələr verir. Söz, fikir və özünüifadə azadlığının qorunduğu Azərbaycanda, heç şübhəsiz, internet azadlığının mövcud olması da operativ informasiya mübadiləsi üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki internet həm də insanlar arasında virtual alətlər vasitəsilə sosial ünsiyyət yaradır, məlumatları paylaşdırır. Bu isə ünsiyyəti daha əlçatan və veb əsaslı texnologiyalardan istifadə etməklə interaktiv dialoqa çevirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə internet tam azaddır və əhalinin 70 faizi internet istifadəçisidir: "Belə olan halda azad medianın inkişafı əlbəttə ki, əsas şərtdir. Digər tərəfdən, qloballaşan dünyada hər bir sözün, hər bir informasiyanın təsiri də çox böyükdür. İstənilən yerdə deyilən hər bir söz dərhal əks-səda verə bilər".
"Neft lənəti" və "holland sindromu"nun iflası
Şübhəsiz ki,
İKT nailiyyətləri və
peyk texnologiyalarına
əsaslanan yenilikləri
ümummilli inkişaf
proqramına daxil edən Azərbaycan hökuməti həm ölkəni iqtisadi cəhətdən gücləndirməyi,
həm də mövcud intellektual potensialın inkişaf etdirilməsi və informasiya sahəsində milli təhlükəsizliyin
təmin edilməsini hədəflədi. Doğrudur, bu
hədəflərin reallaşmasında
neft-qaz amili, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri kimi geoiqtisadi əhəmiyyətə
malik möhtəşəm
layihələrin həyata
keçirilməsi mühüm
rol oynayıb. Lakin ölkənin bugünkü
uğurlarını yalnız
karbohidrogen amilinə bağlamaq da doğru deyil. Virtual Azərbaycanın yaradılması
da daxil olmaqla ölkəmizin uğurlarını şərtləndirən
əsas amillər düşünülmüş xarici və daxili siyasət, siyasi və iqtisadi islahatlar və xalq tərəfindən
bu islahatlara dəstək,güclü hakimiyyət, sabitlik və s. dəyərlərdir.
Bu nüansa toxunan cənab Prezident deyib: "Bizim uğurlarımızı neft
amilinə bağlamaq,
əlbəttə, səhv
və sadəlövhlük
olardı. Baxmayaraq ki, 2000-ci illərin ortalarında bəzi xarici təhlilçilər
və qurumlar uğurlarımızı yalnız
neft-qaz amili ilə bağlayırdılar...
Bəzi hallarda bilməyərəkdən,
bəzi hallarda bizim uğurlu işlərimizə kölgə
salmaq üçün
sadəcə olaraq deyirdilər ki, Azərbaycanda neft var, ona görə
Azərbaycan inkişaf
edir. O vaxt bu əsassız fikirlərə biz tutarlı
cavab vermişdik... Bu gün də
demək istəyirəm
ki, dünyada bizdən qat-qat çox neft-qaz hasil və ixrac
edən ölkələr
vardır. Əgər
o ölkələrin bəzilərinin
maliyyə durumuna baxsaq, görərik ki, neft-qaz hələ
ölkənin uğurlu
inkişafını təmin
etmir... Bu gün
artıq əvvəlki
illərdə səslənən
fikirlərə də
biz xarici mətbuatda rast gəlmirik ki, Azərbaycanı "neft lənəti" gözləyir, Azərbaycanda
"Holland sindromu" olacaqdır,
ölkə birtərəfli
şəkildə inkişaf
edəcəkdir. Artıq
bu əsassız fərziyyələr arxada
qaldı..."
Qeyd edək ki, bu il
dekabrın 2-də Bakı
Sərgi Mərkəzində
"Baku Tel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiya
və informasiya texnologiyaları sərgisində
ilk dəfə nümayiş
etdirilən "İnnovativ
məhsullar və həllər" adlı Azərbaycan milli pavilyonunun imkanları da səslənən həmin qərəzli fikirləri rədd etdi. Sərgidə dövlətimizin başçısına
məlumat verildi ki, Beynəlxalq Telekommunikasiya İttifaqının
qiymətləndirməsinə əsasən Azərbaycan
son 10 ildə İKT sahəsində
dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır. Həmin sərgidə
"Dünya Azərbaycanlılarının
onlayn Forumu"nun da imkanları nümayiş etdirilib.
Beləliklə, mövzu üzrə görülən
işlər sübut edir ki, 10-15 il bundan
qabaq İKT-nin inkişafına yönələn
məqsədyönlü, davamlı
siyasət öz bəhrəsini verməkdədir.
Azərbaycan virtual məkanını yaradan İKT nailiyyətlərinin
praktik tətbiqi hazırda bu sahəni nəinki rentabelli edib, hətta onu karbohidrogen sektorundan sonra ikinci yerə
çıxarıb.
Artıq bu gün iftixarla
deyə bilərik ki, virtual Azərbaycan söz sahibi kimi milli maraqlarımızı
həmin məkanda qorumaq əzmindədir.
Başqa cür ola da bilməz. Çünki qloballaşan dünyada
virtual məkanda söz
sahibi olmayan dövlət müasir dünya siyasətinin simasını müəyyənləşdirə
bilməz.
Vaqif CƏLİLOĞLU
Bakı xəbər.-2013.-10
dekabr.-S.15.