Azərbaycanda sosial şəbəkələrin
müasir inkişaf tendensiyaları
Hər
keçən gün inkişaf etməkdə olan texnologiya həyatımızın
böyük bir hissəsinə sirayət etməkdədir. Virtual məkan genişləndikcə internetdə
mövcud olan sosial şəbəkələrin də
sayı artır. Danılmaz faktdır ki, bu şəbəkələrin əsas istifadəçi
kütləsi gənc nəslin nümayəndələridir. Bu səbəbdən də gündəlik həyatımızda
sosial şəbəkələrin müsbət
tərəflərini müşahidə etsək də, kifayət
qədər mənfi tərəflərini də görürük.
Gənclər
müstəqil həyata yenicə qədəm qoyduğundan,
istənilən vasitədən alınan yeni informasiya onların
düşüncə tərzinə birbaşa təsir etmək
gücünə malikdir. Bu fakt isə informasiyanı gənclər
üçün təhlükəli məfhuma çevirir.
Oxford Universitetinin tədqiqatçıları bu fəsadların
nədən ibarət olduğunu araşdırıb.
Araşdırmanın ümumi nəticəsi bundan ibarətdir:
"Sosial şəbəkələr gənclərin
qürurlu və məqsədli böyüməsinə səbəb
olur, eyni zamanda gənclərin şəxsiyyətini
formalaşmasına mənfi təsir edir".
Azərbaycanda gənclərin sosial şəbəkələrdən istifadəsi kütləvi xarakter daşıyır. Ümumiyyətlə, respublikamızda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir, elə bunun nəticəsidir ki, 2013-cü il "İnformasiya -kommunikasiya texnologiyalar ili" elan edilmişdir. Son dövrlərdə gənclərimizin həyatında "Facebook", "Twitter" terminləri ayrılmaz xarakter daşıyır. Şəbəkə istifadəçilərinin sayına görə Azərbaycan dünyada qabaqcıl yerlərdən birini tutur. Ən əsası isə, bu istifadəçilərin 50%-ni 18-24 yaş qrupuna daxil olan gənclər təşkil edir.
Əlbəttə ki, bu istifadə yalnız
şəxsi tanışlıq və ya
ünsiyyət məqsədi daşımır. Əsasən, yeni informasiyanın operativ
əldə olunması, dünayada baş verən yeniliklər barədə məlumatlar,
dünyanın istənilən nöqtəsi ilə birbaşa əlaqə imkanı və s. bunlar müsbət
tərəflərdir, lakin doğru
və səmərəli istifadə olunduğu
təqdirdə.
Mütəxəssislərin fikrincə,
gənclərin internetdən asılılığının
əsas psixoloji fəsadları bunlardır:
-
kompyuter arxasında özünü yaxşı hissetmə və
eyforiyaya qapanma;
-
kompyuterdən ayrılmağın problemə çevrilməsi;
-
kompyuter arxasında keçirilən vaxtın tədricən
artması;
-
ailəyə, yaxın dostlara qarşı etinasızlıq;
-
kompyuterdən kənarda olarkən mənəvi
boşluğun, əsəb gərginliyinin yaranması;
-
işdə və təhsildə problemlərin yaranması və
s.
Çox təəssüf ki, gənclərin sosial şəbəkələrdən
istifadəsinə birbaşa təsir etmək, əlaqədar
qurumlar kimi, dövlətin də imkanları xaricindədir. Təbii ki, bu
sahədə kəskin qadağa və sədlərin
qoyulması da məsləhət
görülən hallar deyil.
Çünki biz demokratiya şəraitində
yaşayırıq və bu baxımdan gənclərin
azad inkişafı və şəxsi seçim azadlığını məhdudlaşdırmaq
səlahiyyətinə malik deyilik. Bu seçim onlarda həyata
müstəqil baxışı formalaşdırır, "gələcəyimizin
memarları" adlandırdığımız insanlarda dünyəvi biliklərin mənimsənilməsinə
şərait yaradır. Həmçinin qadağa və sədlərdən
danışarkən, əslində onların gənc nəslin
mənfi yönə istiqamətlənməsində maraq obyekti rolunu
oynayacağı faktını da
unutmamalıyıq. İnsan hər zaman icazə verilməyən, qadağan
olunan məsələni daha
çox araşdırmağa can atır, xüsusən də əgər
o gəncdirsə.
Sosial şəbəkələrin mənfi təzahürlərindən gənclərin qorunması üçün ilk növbədə valideynlər maarifləndirilməlidir. Ailədə və təhsil ocaqlarında asudə vaxt düzgün dəyərləndirildiyi təqdirdə, gənclər virtual aləmə deyil, real fəaliyyətə üstünlük verəcəkdir.
"Ənənəvidən yeniliyə" formulunun istənilən sahədə, o cümlədən də mediada tətbiqi, interaktiv münasibətlərin qurulması informasiya texnologiyalarının yeni vasitə və təzahürlərinin meydan çıxması ilə səciyyələnir. Müasir dövrdə ictimai fikrə təsir imkanları baxımından sosial şəbəkələrin də rolu getdikcə artıb, eyni zamanda, digər kütləvi informasiya vasitələri ilə yanaşı böyük təsir imkanlarına malikdir. Hazırda sosial şəbəkələr ilkin inkişaf mərhələsindədir, zaman keçdikcə bu şəbəkələr inkişaf edəcək, "ağıllanacaq", yeni növləri meydana gələcək. Ümumiyyətlə, sosial şəbəkələr yeni sivilizasiyanın əsasını qoyur. İnformasiya texnologiyalarının inkişafı sayəsində bu gün mediametriya adlanan elm meydana gəlib, media-monitorinq, media-analitika, və s. kimi yeni istiqamətlər yaranıb.
Sosial şəbəkələr deyəndə insanın ağlına ilk olaraq İranda prezident seçkiləri, bir sıra ərəb ölkələrində baş verən inqilablar, ABŞ prezidenti Barak Obamanın prezidentlik uğrunda seçki kampaniyası kimi hadisələr gəlir. Bəziləri üçün sosial şəbəkə gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisi anlamına gəlir. Bəs görəsən sosial şəbəkələr necə yaranıb?
Usernet adlanan ilk sosial
şəbəkə və ya sosial media 1979-ci ildə
yaradılsa da, populyarlıq qazana bilməyib. Müasir
sosial şəbəkə dedikdə isə
çoxları üçün söhbət
yalnız "Facebook" və
"Twitter"dən gedə bilər. Əslində isə
belə deyil. Bütün
bloglar, forumlar, chat saytları və bu kimi internet vasitələri
də sosial şəbəkə
sayılır. İlk müasir sosial media 1997-ci ildə yaradılan Six
Degrees olub. Daha sonra Asian Avenue, MiGente,
BlackPlanet yaradılır.
2004-cü ildə Facebook
yaradılanadək belə
şəbəkələr arasında ən məşhurlardan biri LiveJournal idi. 2003-cü ildə fərqli məqsədlərlə
yaradılan Hi5 və
LinkedIn də sosial media
bazarında özünəməxsus
yer tutur. Ancaq ilk olaraq yalnız Harvard Universitetinin istifadəçiləri
üçün yaradılan
"Facebook" qısa
müddət ərzində
bütün şəbəkələrin
reytinqini üstələyə
bilib. Sosial medialar üzrə ekspertlər deyir ki, sosial şəbəkələrin,
xüsusilə də
"Facebook"un perspektivi artan xətt üzrə davam edir. Maraqlıdır ki, bu şirkət
təyyarə, avtomobil
istehsal etmir, hər hansı bir dərman şirkəti deyil, ancaq gəlirləri milyardlarla ölçülür.
"Facebook"un etdiyi yeganə iş insanlar arasında şəbəkə
qurmaqdır. Bundan dünyada milyonlarla
insan istifadə edir. Azərbaycanda da istifadəçilərin
sayı sürətlə
artır. 2006-cı ildə yaradılan
"Twitter" sosial şəbəkəsi
də qısa müddət ərzində
dünyanın bir çox guşələrində
populyarlıq qazana bildi. "Twitter" şəbəkəsi
istifadə sadəliyi
ilə digər rəqiblərindən fərqlənir.
Bir sözlə, bugünkü
Azərbaycan həyatını
sosial şəbəkələrsiz
təsəvvür etmək
mümkün deyil.
Sosial şəbəkə hazırda
dünyanı idarə
edən qüvvələrdən
biridir. Həm karyera, həm
akademik cəhətdən,
həm də gündəlik həyatımızda
ən çox işlədilən, ən
çox vacib sayılan vasitələrdən
biridir. Məsələn,
götürək iş
tapmağı, sosial şəbəkə
ilə iş tapmaq daha asandır,
nəinki müraciət
formalarına daxil olmaqla. Sosial şəbəkələrdən
istifadə həm asandır, həm də əlverişlidir.
Ancaq düzgün istifadə ediləndə sosial şəbəkələr gənclərin
inkişafında böyük
rol oynaya bilər. Azərbaycanda tanıdığım professorlardan biri "Facebook"u öz dərs vasitəsi kimi istifadə edirdi. Hər hansı bir
elan və ya məqalə olanda müəllim onu "Facebook" vasitəsilə çatdırırdı.
Çünki o əmin idi
ki, tələbələrin
90 faizi "Facebook"
istifadəçisidir.
Sosial şəbəkələr üzrə
ekspert Hakkı Öcal sosial şəbəkələrin vaxt
itkisi və özəl məlumatların
istənilməyən insanların
əlinə keçməsini
çıxmaq şərtilə
heç bir mənfi tərəfinin olmadığını düşünür.
Onun sözlərinə görə,
şəxslərlə yanaşı,
böyük şirkətlər
də sosial şəbəkələrdən yetərincə yararlanır.
Onun fikrincə, burada belə şəbəkələrin
rolu əsasən ictimaiyyətlə əlaqələrdir.
Hakki Öcal deyir ki, Amerikanın
səsi də daxil olmaqla, mətbuat orqanları üçün sosial şəbəkələr göydəndüşmə
vasitədir: "Xəbərləri
istifadəçilərə sosial media vasitəsilə
çatdırmaq daha tez olur. Əks halda
insanlar səhərisi
günü gözləyəcək,
sayta gəlib bu xəbəri görəcək. Halbuki, hazırda
sosial şəbəkəyə
"Amerikanın səsi"ndə
belə bir xəbər gələndə,
bu bir anda
minlərlə, onminlərlə
istifadəçiyə ünvanlanır".
Azərbaycan gəncləri də
artıq sosial şəbəkələrin üstünlüklərindən
faydalanmaqdadır. Bu, insanların sosial şəbəkəni necə,
hansı limitdə, hansı məqsədlə
istifadə etməsindən
asılıdır. Əlbəttə, öz inkişafları üçün istifadə
edilərsə, niyə
olmasın? Xüsusilə hazırda inkişafa ehtiyacı olan Azərbaycanda gənclərin
istifadəsi üçün
çox yaxşı vasitədir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz son illərdə
bu məsələ ilə bağlı müəyyən işlərin
görüldüyünü deyir. "Bir
neçə il əvvəl Qarabağ məsələsi ilə bağlı informasiyaların
yerləşdirilməsində vəziyyət heç də Azərbaycanın xeyrinə deyildi, amma bu gün
bu həqiqətlərin
dünyaya çatdırılmasında
internetin imkanlarından
istifadə olunur.
Azərbaycanın milli maraqlarının
təmin olunmasında
həm dövlət, həm də media və vətəndaş cəmiyyəti tərəfindən
uğurlu addımlar atılıb".
O.Gündüz milli-mənəvi
dəyərlərin qorunması,
təbliği ilə bağlı müəyyən
portallar, informasiya resurslarının da yaradıldığını bildirsə
də, bunların yetərli olmadığını
düşünür: "Digər ölkələrlə
müqayisə etsək,
Azərbaycanda bu sahədə oturuşmuş
və sanballı, müxtəlif dillərdə
olan informasiya resurslarının sayı
azdır. Ola bilər ki, informasiyalar azərbaycan və ingilis dillərində olsun, amma bunu
bir sıra Avropa dillərində də Azərbaycan, milli dəyərlər, turizm və s. ilə bağlı informasiya resurslarının
yaranıb inkişaf etdirilməsi daha yaxşı olar".
AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutunun
sektor müdiri, "Vikipediya" virtual ensiklopediyasının
Azərbaycan bölməsinin
administratorlarından İradə
Ələkbərova internetdən
istifadə baxımından
ölkəmizdə heç
bir məhdudiyyət olmadığından insanların
rahatlıqla sosial şəbəkələrə, saytlara, virtual ensiklopediyalara
daxil olub məlumat yerləşdirə
bildiklərini deyir.
Bu mənada İ.Ələkbərova
vikipediyanın azərbaycan
dilli bölməsində
yerləşdirilən materialların
müxtəlif mövzuları
- Azərbaycan tarixi, mədəniyyəti və
s. əhatə etdiyini
deyir. "Amma
bununla yanaşı, bir tərəfdən də Azərbaycana qarşı qərəzli
mövqe tutan insanlar da müxtəlif
məlumatlar daxil edirlər. Onlarla mübarizə aparmaq
üçün informasiya
kommunikasiya texnologiyalarını
bilən, informasiya mədəniyyətinə sahib tələbələrə,
gənclərə tələbat
var".
İ.Ələkbərovanın sözlərinə görə, soz zamanlar gənclərimiz bu sahədə fəallaşıblar. Əgər əvvəllər
ingilis, rus dilli vikipediyada Azərbaycan haqqında məlumatları ermənilər
daxil edirdisə, indi artıq Azərbaycan istifadəçiləri
müəyyən qədər
onlara mane olur. İndi də ölkəmizlə bağlı məlumatlar yerləşdirilsə də,
yerli istifadəçilər
onları mənbəni
göstərməyə-dünyada tanınmış bir elmi kitaba, jurnala
istinad etməyə məcbur edirlər. Əgər onlar belə məqalələr tapsalar,
o zaman da bizim istifadəçilərin
ondan da etibarlı bir mənbə axtarmağına
ehtiyac yaranır.
"Əvvəllər rus, ingilis "Vikipediya"sında Azərbaycan
əraziləri haqqında
məlumat yerləşdiriləndə
Ağdam, Kəlbəcəri
"Dağlıq Qarabağ
Respublikası"nın tərkibində
yazırdılar. Amma indi
açıq şəkildə
yaza bilmirlər, çünki biz də onun qarşılığında
həmin torpaqların
Ermənistan ordusu tərəfindən işğal
olunub, faktiki onların ərazisində
olsa da, qanuni olaraq Azərbaycan
ərazisi olduğunu yazırıq".
Bütün bunlar Azərbaycanda sosial şəbəkələrin
müasir inkişaf tendensiyalarını şərtləndirən
amillərdir.
Məhəmmədəli QƏRİBLİ
Baki xəbər.-2013.-6-8 dekabr.-S.12.