Yoxsulluqla mübarizə üzrə dövlət proqramlarının uğurlu nəticələrinə ictimai maraqlar...

 

 

 

 Azərbaycan dövləti inkişaf etdikcə, gəlirlər artdıqca əhalinin sosial rifahının düzəlməsi məsələsinə xüsusi yer ayrılır. Bilirik ki, son illər Azərbaycan cəmiyyətində, ictimaiyyətində bir oyanma, bir canlanma baş verib. Bu da onunla bağlıdır ki, bir vaxtlar ölkədə hökm sürən işsizlik vəziyyəti xeyli aradan qalxıb. Bunun nəticəsində də əhalinin məşğulluq səviyyəsi yüksəlib.

  Söz yox ki, işsizliyin aradan qaldırılması, müxtəlif sahələrdə işləyənlərin normal əməkhaqqı alması insanların sosial rifahının düzəlməsinə gətirib çıxarıb. Məşğulluq səviyyəsinin artımı insanların həyatına müsbət təsir göstərib. Azərbaycan dövləti yoxsulluğun aradan qaldırılması üçün çoxşaxəli işlər aparır. Azərbaycan dövlətinin yoxsulluğun aradan qaldırılması istiqamətində həyata keçirdiyi davamlı işləri və bu məqsədlə dövlət başçısı tərəfindən imzalanan "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nı unutmamalıyıq. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"na 3 nömrəli əlavə olaraq "Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)" təsdiq edilib.

   Onu da bildirək ki, Azərbaycan dövləti müstəqillik qazandığı illər ərzində yoxsulluğun azaldılması üzrə başqa Dövlət Proqramı qəbul edib. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli fərmanı ilə təsdiq edilən "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" buna nümunədir. Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirilib. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırılıb və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil edib.

  Sosioloq Hüseyn İbrahimlinin dediyinə görə, 15 sentyabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən Dövlət Proqramında bunlar bildirilir: "Son illər Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanmış, iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. Ölkəmizdə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" xüsusi əhəmiyyətə malikdir".

 Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin tərkib hissəsini yoxsulluğun aradan qaldırılması, əhalinin sosial rifahının yüksəldilməsi tutduğunu deyən sosioloq bildirdi ki, bu sahədə qəbul edilən dövlət proqramları çərçivəsində görülən işlər sayəsində ölkəmizdə yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə düşüb (bu barədə növbəti saylarımızda yazacağıq-İ.S). Onun dediyinə görə, Azərbaycan dövlətinin yoxsulluğun azaldılması istiqamətində həyata keçirdiyi bütün tədbirlər Azərbaycan ictimaiyyətinin maraqlarını müdafiə edir. Bu sahədəki dövlət siyasətilə ictimai maraqların bir-birilə uzlaşdığını deyən sosioloq bildirdi ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" özündə bütün sahələri birləşdirir. Bu Dövlət Proqramının əhatəli və çoxşaxəli olduğunu qeyd edən ekspertin dediyinə görə, yoxsulluğun səviyyəsinin azaldılmasına yönələn tədbirlər kompleks şəkildə aparılıb: "Azərbaycanda yoxsulluq səviyyəsinin azaldılması ilə bağlı həyata keçirilən çoxsaylı işlər bu sahədə böyük irəliləyişlər yaradıb. Bu məsələ birbaşa Azərbaycan dövlətinin başçısını narahat etdiyi üçün o, bu sahədə çox böyük işlər görüb, məlum Dövlət Proqramını imzalayıb. Cənab İlham Əliyev çıxışlarından birində yoxsulluğun aradan qaldırılacağına əmin olduğunu deyib: "Şübhə etmirəm ki, biz qısa müddət ərzində Azərbaycanda yoxsulluğun aradan qaldırılmasına nail olacağıq. Azərbaycanda bir nəfər də yoxsul adam olmamalıdır və olmayacaqdır". Bilirik ki, müasir dünyada bazar iqtisadiyyatı şəraitində ən aktualqlobal problemlərdən biri də davamlı iqtisadi inkişafla sıx bağlı olan yoxsulluq problemidir. Belə ki, davamlı inkişaf üçün yoxsulluğun azaldılması və ya aradan qaldırılması zəruri tələblərdir. Yoxsulluğun azaldılması üçün əhalinin istehsal ehtiyatlarından, o cümlədən, torpaqsu ehtiyatlarından, səhiyyə xidmətindən normal səviyyədə istifadə etməsi, məşğulluğun təminatı, maddi rifaha nail olması, müasir səviyyədə təhsil alması, kommunal və məişət xidmətlərinə olan ehtiyacın ödənilməsi, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi və digər məsələlərlə bağlı problemlər çözülməlidir. Bu baxımdan Azərbaycanda yoxsulluğun azaldılması iqtisadi islahatların əsas məqsədinə çevrilib. Ona görə də 2003-2015-ci illəri əhatə edən 1-ci və 2-ci yoxsulluq proqramlarının icrası çərçivəsində əsas diqqət yoxsulluğun azaldılmasına yönəldilib. Ölkəmizdə yoxsulluğun azaldılmasında və davamlı inkişafın təmin olunmasında əsas prioritetlərdən biriişsizliyin azaldılması və əhalinin sosial müdafiəsidir. Bu səbəbdən də Azərbaycanda yoxsulluqla mübarizə üçün passivaktiv sosial müdafiə tədbirləri həyata keçirilir. Bu istiqamətdə passiv mübarizə tədbirləri kimi ünvanlı dövlət sosial yardımlarının (ÜSY) verilməsi, mərhələli şəkildə müavinətlərin və pensiyaların baza hissəsinin artırılması təqdirəlayiqdir. Qeyd edim ki, ölkəmizdə icra olunan ünvanlı yardım proqramı hazırda 120 mindən artıq ailəni əhatə edir və hər ailəyə ayda orta hesabla 112 manat vəsait ödənilir".

 Ekspert bildirdi ki, araşdırmalara görə, ÜSY alan ailələrin təxminən 40 faizinin ailə tərkibində və əmlak vəziyyətində yaxın illərdə onların bu növ dəstək almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilmir: "Ona görə də belə ailələrə təyinat müddətinin 2, yaxud 3 ilədək uzadılması barədə aidiyyəti orqanlara təkliflər göndərilib. ÜSY aztəminatlı insanların minimum ehtiyaclarını ödəmək üçündür. Yoxsulluqdan uzaqlaşma, maddi rifahın yaxşılaşması isə yalnız səmərəli məşğulluq vasitəsilə mümkündür. Ona görə də uzun zamandır ölkəmizdə icra olunan "Özünədəstək" proqramı məhz müvafiq potensialı olan aztəminatlı ailənin məşğulluğuna imkan yaratmaqla, yoxsulluğun azaldılmasına şərait yaradır. İndiyədək 13 rayonda vətəndaşlar tərəfindən böyük maraq göstərilən bu proqrama 281 ailə cəlb edilib. Həmin proqramın davamı kimi ölkəmizdə ilk dəfə olaraq Sosial Dəstək Fondunun yaradılmasına, aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqinə dair işlər aparılır. Bununla da müəyyən potensiala malik yoxsul ailələr şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı əldə edəcək. Bu isə nəticə etibarilə yeni yerlərinin yaranmasına və aztəminatlı vətəndaşların tədricən yoxsulluqdan sahibkarlığa doğru irəliləyişinə şərait yaradacaq".

  H.İbrahimlinin dediyinə görə, 2006-cı ildən indiyədək dövlət başçısı yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması və sığorta hissəsinin artırılması ilə bağlı bir neçə sərəncam verib: "Əmək pensiyalarının orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 28,5 manat olduğu halda, son zamanlar 151,3 manatdır. Yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 167,7 manata çatıb. Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçıların 97 faizinin pensiya məbləği yoxsulluq həddini üstələyib. Bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faizə çatıb. Bu ilin oktyabr ayının 1-dək ölkə üzrə əmək pensiyaçılarının sayı 1271,2 min nəfər olub. Aktiv sosial müdafiə tədbirləri arasında əməkqabiliyyətli insanların məşğulluğunun təmin edilməsi məqsədilə yeni yerlərinin yaradılması, mikrokreditlərin verilməsi vasitəsilə kiçik-orta sahibkarlığın stimullaşdırılması, aktiv əmək bazarı proqramlarının həyata keçirilməsi üstünlük təşkil edir. Məhz regionların sosial-iqtisadi inkişafı, eləcə də yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə məqsədyönlü dövlət proqramlarının qəbul edilməsi və onların uğurlu icrası nəticəsində indiyədək ölkəmizdə bir milyon yüz min yeni yeri açılıb və onlardan 800 mini daimi yeridir. Yeni yerlərinin 79,1 faizi regionlarda, 87 faizi qeyri-dövlət sektorunda, mütləq əksəriyyəti isə qeyri-neft sektorunda yaradılıb. Hazırda ölkəmizdə iqtisadi fəal əhalinin 5 faizi işsizdir. Yoxsulluğun səviyyəsi 2002-ci ildə 46,7 faiz olduğu halda, görülən məqsədyönlü tədbirlər və uğurlu iqtisadi islahatlar nəticəsində hazırda bu göstərici 6 faizdən bir qədər çoxdur. Yoxsulluğun səviyyəsinin aşağı düşməsində, əhalinin məşğulluğunun artmasında və yeni yerlərinin açılmasında sahibkarlara mikrokreditlərin verilməsi də mühüm rol oynayıb. Məlumdur ki, ümumdaxili məhsulun (ÜDM) formalaşmasında neft sektorunun payı 50 faizə qədərdir və dövlət budcəsinin gəlirlərinin 70 faizə qədəri neft və əlaqəli sektorlar hesabına formalaşır. Ancaq yaxın illərdə neftqaz gəlirlərinin azalacağı ehtimal edildiyindən, belə bir şəraitdə passiv sosial müdafiə tədbirləri vasitəsilə yoxsulluğun azaldılması siyasətinin davam etdirilməsi çətin olacaq. Ona görə də sosial yardım proqramlarının ünvanlılığını artırmaq, ünvanlı dövlət sosial yardım proqramını mikro-maliyyə xidmətləri və digər məşğulluq proqramları ilə əlaqələndirmək, kiçikorta sahibkarlığın inkişafı üzrə qanunvericilik bazasını və biznes mühitini təkmilləşdirmək lazımdır. Müxtəlif xarakterli müəssisələrin yaradılması vacib olsa da, bu, regionlarda məşğulluq problemini tam çözə bilmir. Çünki həm emal və sənaye tipli istehsal sahəsi üçün ixtisaslı kadrlar azdır, həm də yaradılmış müəssisələrin işləməsi üçün xammal tələb olunur. Onu da bildirək ki, ölkədəki əməkqabiliyyətli əhalinin 47 faizi kənd yerlərində və aqrar sahəyə məxsus ərazilərdə cəmləşdiyindən, bu gün Azərbaycan üçün ən mühüm məqsədlərdən biri iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir. Ancaq kəndlərdə inkişafın normal səviyyədə olmaması regionlarda yoxsulluğun azaldılmasına və davamlı inkişafın təmin edilməsinə əngəllər törədir".

 Ekspert dedi ki, ona görə də bölgələrdə yoxsulluq içərisində yaşayanların kənd təsərrüfatı resurslarından istifadə imkanları genişləndirilməli, kənd təsərrüfatı məhsullarının istehsalına maraq formalaşmalı, fərdi, xırda və orta səviyyəli təsərrüfat sahiblərinin sayı artırılmalıdır.

 

   Ardı var.

 

   

 

    İradə SARIYEVA

Bakı xəbər.-2013.-11 dekabr.-S.12.