Bölgə turizmi sahəsində dövlət siyasəti Azərbaycan xalqının rifah mənbələrindən biridir

 

 Azərbaycan torpağı tarixən cənnət misallı bir ölkə kimi xatırlanıb. Ölkəmizin təbii şəraiti, rəngarəng iqlim qurşağı onun bütün fəsillərdə istirahət üçün əlverişli olmasına geniş şərait yaradıb. Müalicəvi keyfiyyətə malik təbii bulaqları, palçıq vulkanları, eləcə də duz yataqları ilə zəngin olan respublikamız canlara dərman havası ilə də turistlərin bura axınına səbəb olur.

   Məlumdur ki, Azərbaycan bölgələrində turizmin inkişafı həm dövlətin, həm də ictimaiyyətin diqqət mərkəzində olan bir məsələdir. Məlumdur ki, regionların dirçəldilməsi üçün Azərbaycan dövləti məqsədli siyasət yürüdürbunun üçün bir neçə Dövlət Proqramı qəbul edilibbu dövlət proqramlarının da böyük hissəsi artıq həyata keçirilib, qalan bəndlər isə keçirilməkdədir. Regionların dirçəlişindən danışırıqsa, burada turizmin inkişafı önə çəkilməlidir. Tarixən səxavətli Azərbaycan təbiəti öz gözəlliyilə də insanları cəlb edib.

   Regionlarda turizmin inkişafı artıq yüksələn xətt üzrə davam edir. Son illər respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində ortakiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Ötən illər ərzində ölkəmizdə turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilib və beynəlxalq marşrutlar işlənib.

   Ekoloq Mehriban Sultanovanın sözlərinə görə, hüquqi-normativ aktların qəbul edilməsi çərçivəsində "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib: "Qeyd olunan Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub, respublikamıza gələn turistlərin sayı ildən-ilə artıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün müvafiq kreditlərin ayrılması, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülüb. Dövlət Proqramı ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair silsilə sərəncamların turizmə aid bəndlərinin icrasının təmin olunması məqsədilə Lənkəran şəhəri, Tovuz, Gədəbəy, Oğuz, Masallı, Astara rayonlarının turizm inkişaf planı hazırlanıb və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub. Bununla yanaşı, nazirlik tərəfindən elan olunan tenderdə qalib gələn "Caspian Group Consalting" şirkətinin mütəxəssisləri tərəfindən ABŞ Ticarət və İnkişaf Agentliyindən ayrılan qranta əsasən hazırlanan turizmin uzunmüddətli inkişafına dair master planın və Türkiyədən dəvət olunmuş mütəxəssislərin rəy, təklifləri əsasında nazirliyin əməkdaşları tərəfindən turizm sahəsi üzrə kadr hazırlığının yaxşılaşdırılması, yataq yerlərinin sayının artırılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, həmçinin turizmin inkişafının yeni mərhələsinə təkan verəcək "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlanıb. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının tələbinə uyğun olaraq "Turizmrekreasiya zonalarının nümunəvi Əsasnaməsi" tərəfimizdən hazırlanıb. Qeyd etmək istəyirəm ki, bu müddət ərzində turizm nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edilib və turistlərin istifadəsinə verilib".

   Ekspert dedi ki, Azərbaycan Respublikasının Prezidenti də ölkədə, xüsusən də regionlarda turizmin inkişafına böyük önəm verir. Ekspertin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında bildirib ki, ölkəmizin inkişafı eyni zamanda bölgələrin inkişafından keçir: "Cənab Prezident bölgələrdə turizmin inkişafına böyük diqqət yetirir. O hər zaman qeyd edir ki, bölgələrin dirçəldilməsində turizmin böyük rolu var. İlham Əliyev bildirib ki, müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur: "Azərbaycan Respublikası regionlarının inkişafında müşahidə olunan vəziyyət mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsini və onlar arasında fərqin minimuma çatdırılmasını tələb edir. Bu baxımdan 2004-2008 və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları qəbul olunub. Dövlət proqramları çərçivəsində bir çox tədbirlər həyata keçirilibdavam etdirilməkdədir. Bunların sırasına kənd təsərrüfatı məhsullarının emalı, müəssisələrin istehsal fəaliyyətinin bərpa edilməsi, yeni istehsal müəssisələrinin qurulması, regionlarda sahibkarlara kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, infrastrukturun qurulması, əhalinin işlə təmin edilməsi və digər tədbirlər aiddir". Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması üçün inkişaf etdirilməsi vacib olan perspektiv sahələrdən biri də, qeyd etdiyimiz kimi, turizmdir. Digər sektorlardan fərqli olaraq turizm ekologiyaya zərər vurmayan, xammalya industrial texnologiya tələb etməyən, faydalı qazıntıların istifadəsinə ehtiyac duymayan bir sektordur. Təsadüfi deyil ki, bir çox ölkələrin əsas gəlirləri məhz bu sektordan əldə olunur. Dövlət başçısı Qəbələdə olarkən dağ xizəyi mərkəzinin yaradılmasına toxunaraq qeyd etdi ki, bu da son illərin reallıqlarıdır. Onun sözlərinə görə, Azərbaycanda heç vaxt dağ xizəyi mərkəzləri olmayıb":Artıq bir neçə müddətdir ki, Qusar rayonundakı "Şahdağ" turizm xizək mərkəzi fəaliyyətə başlamışdır. Bu yaxınlarda mənə verilən məlumata görə, şənbə-bazar günlərində iki min insan, turist gəlir və bu imkanlardan istifadə edir. Yəni bu, Qusar rayonunun inkişafına böyük bir dəstəkdir, orada gedən bütün işlərə böyük təkan verəcək. Eyni qaydada Qəbələdə də xizək mərkəzi yaradılır. Yəqin ki, gələn ildən, bəlkə də artıq bu ilin sonundan fəaliyyətə başlayacaqdır. Bu da əlavə turistlərin cəlb edilməsinə şərait yaradacaq". Cənab Prezident özü də "Şahdağ"da olub. Hətta Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusarda "Şahdağ" qış-yay turizm kompleksinə daxil olan "Zirvə" otelinin açılışında iştirak ediblər. Bildirim ki, Azərbaycan xalqı və dövləti üçün xüsusi əhəmiyyətə malik olan "Şahdağ" qış-yay turizm kompleksi ölkəmizə turist cəlb etmək sahəsində fərqlənir. Artıq istifadəyə verilən "Şahdağ" qış-yay turizm kompleksinin tikintisinə hazırlıq işlərinə 2006-cı ildən başlanıb. 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə kompleksin təməli qoyulub. "Şahdağ" Milli Parkının ərazisində yerləşən kompleksin tikildiyi sahə ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Kompleksin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdə yerləşir. 2058 hektar ərazisi olan kompleks bütün il boyu fəaliyyət göstərəcək. Bu layihənin reallaşdırılması ölkədə dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır. Qeyd edim ki, "Şahdağ" qış-yay turizm kompleksi Azərbaycanın tarixində ilk dağ-xizək kurortudur. Kompleksin tikintisi çərçivəsində ərazidə yeni otellər şəbəkəsinin yaradılmasına xüsusi önəm verildi. İnşası başa çatdırılan otellərdə yaradılan şərait təsdiqləyir ki, son illərdə ölkəmizdə həyata keçirilən ən böyük infrastruktur layihələrindən olan bu kompleksin dünya standartlarına uyğun hazırlanması diqqət mərkəzində saxlanıb. "Şahdağ" qış-yay turizm kompleksinin inşası qeyri-neft sektorunun inkişafını prioritet elan edən Azərbaycanın iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, ölkəmizdə turizm sənayesinin inkişafına mühüm töhfə verməklə yanaşı, həm də Azərbaycanın tanıdılması, qədim tariximizin, mədəniyyətimizin və bənzərsiz təbiətimizin təbliği istiqamətində atılan mühüm addımlardan biridir. Bütün bu amillər "Şahdağ" qış-yay turizm kompleksinin dünya turizm sənayesində əhəmiyyətini daha da artırır".

   Azərbaycanın Naxçıvan, Xaçmaz, Quba, Şamaxı, Şəki, Lənkəran, İsmayıllı, Qəbələ, Qax, Zaqatala, Şəki və s. rayonlarının turizm üçün əlverişli olduğunubu regionlarda neçə-neçə turist məkanının fəaliyyət göstərdiyini deyən M.Sultanovanın sözlərinə görə, dövlətimiz bu sahədən də böyük gəlir əldə etməkdədir":Yeni beynəlxalq turist marşrutlarının yaradılması çərçivəsində XIX əsrin əvvəllərində respublikamızın Xanlar, Tovuz, Şəmkir, Ağstafa rayonlarında məskən salan və Azərbaycanın tarixində, mədəniyyətində dərin iz qoyan almanların yaşadığı ərazilərdə mədəni turizm marşrutunun yaradılması, alman yaşayış məskənlərinə aid abidələrin bərpa olunması, nümayiş obyekti kimi bu bölgədə olan tarix - mədəniyyət abidələrinin bərpası və turizm infrastrukturunun yaradılması məqsədilə "Azərbaycanda alman yaşayış məskənləri" layihəsi üçün tədbirlər həyata keçirilməkdədir. Adıçəkilən layihə çərçivəsində GTZ təşkilatı ilə birgə Gəncəbasar bölgəsinin turizm inkişaf planının hazırlanması nəzərdə tutulur. Bu marşrutla yanaşı, milli-mənəvi dəyərlərin qorunması və xalqımıza çatdırılması, həmçinin yeni turizm marşrutlarının yaradılması çərçivəsində "Gəmiqaya" mədəni-turizm marşrutunun, Avropa Şurasının Kiyev təşəbbüsü çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan "Aleksandr Düma Qafqazda" və "Şərab yolları" adlı marşrutların layihəsi işlənib hazırlanıb. Onlar tədricən həyata keçirilməkdədir. Azərbaycan dövlətinin regionların dirçəldilməsilə bağlı həyata keçirdiyi siyasət ictimai maraqlarla uzlaşır".

   Azərbaycanda turizm layihələrinin həyata keçirilməsi və bölgələrimizə güclü turist axınının cəlb edilməsi müsbət haldır. Hesab edirik ki, ictimaiyyətin maraqlarının müdafiəsi sahəsində həyata keçirilən bu cür tədbirlər böyük fayda verir. Bəllidir ki, regionlarda turizmin inkişafı həm də həmin ərazilərdə yaşayan sakinlərin bu məkanlarda işlə təmin olunmasına xidmət edir.

 

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2013.-17 dekabr.-S.15.