"İnformasiya əldə etmək
hüququ və açıq cəmiyyət”
KİVDF-nin təşkilatçılığı ilə
konfrans keçirildi
Dünən Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun təşkilatçılığı
ilə Beynəlxalq Mətbuat Mərkəzində
"İnformasiya əldə etmək hüququ və
açıq cəmiyyət” mövzusunda konfrans keçirildi.
Konfransda mərkəzi icra orqanlarının mətbuat xidmətlərinin
rəhbərləri, jurnalsit təşkilatları,
qəzet redaksiyalarının əməkdaşları işitak edirdi.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli kifayət qədər vacib bir məsələnin müzakirəyə çıxarıldığını bildirib: “Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunub. Proqram geniş və sistemli tədbirlərin keçirilməsini, eləcə də bu tədbirləri icra edəcək dövlət orqanlarının rolunu müəyyənləşdirib. Milli Fəaliyyət Proqramının əsas məqsədi ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsidir. Proqramın 4.16-cı bəndinə əsasən, informasiya əldə etmək haqqında qanunvericiliyin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və informasiya almaq hüququnun səmərəli təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna həvalə edilib. Bununla əlaqədar olaraq, mövzu üzrə Yevlaxda və Lənkəranda regional konfranslar təşkil edilib. Bu tədbirlərdə jurnalistlər, dövlət qulluqçuları, bələdiyyə üzvləri, QHT nümayəndələri və ziyalılar iştirak ediblər. Bu gün 2013-cü il üçün sonuncu tədbirimizə yığışmışıq”.
Daha
sonra çıxış üçün
söz Azərbaycanın İnsan
hüquqları üzrə müvəkkil (Ombudsman)
Elmira Süleymanovaya verildi. E. Süleymanova konfransın böyük əhəmiyyət
daşıdığını vurğulayaraq
informasiya dünyasının ən dəyərli
məfhumunun elə həmin informasiyanı almaq və ondan
faydalı şəkildə istifadə etmək olduğunu diqqətə çatdırdı. İnformasiya Ombudsmanından da
geniş şəkildə bəhs edən
E. Süleymanova bildirdi:
“İnformasiya Ombudsmanı müxtəlif formalarda yaranır. Bəzi ölkələrdə
bu, Ombudsman
aparatının böyük bir şöbəsi kimi fəaliyyət
göstərir. Bəzilərində isə müstəqil qurum kimi
çalışır”.
E. Süleymanova onu da qeyd etdi ki, Azərbaycanda
2010-cu ildə qanunvericiliyə edilən dəyişikliklərdən
sonra Ombudsman dövlət qurumlarından informasiya əldə
edilməsinə nəzarəti həyata keçirir.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında bildirdi ki, informasiya təminatı olmadan jurnalistikanın inkişafından danışmaq mümkün deyil. Konfransda “2013-cü ilin “İnformasiya Texnologiyaları İli” elan edilməsi açıq cəmiyyətin formalaşmasında yeni mərhələdir” mövzusunda məruzə ilə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirdi ki, İKT və açıq cəmiyyət biri-biri ilə sıx bağlı olan anlayışlardır: “Məlum olduğu kimi, 2013-cü il cənab Prezident tərəfindən İKT ili elan olunub və bu dövlətin sözügedən sahəyə diqqətinin göstəricisidir. Bununla həm dövlət qurumlarının, həm də vətəndaşların diqqəti İKT sektoruna, buradakı tərəqqiyə yönəldi. İKT ili elan edildikdən sonra xüsusi “Tədbirlər Planı” hazırlandı və kompleks fəaliyyət həyata keçirildi. Burada maarifləndirmədən, təlimatlandırmadan başlayaraq ən müxtəlif tədbirlərin icrası reallaşdırılıb. İKT ili çərçivəsində tarixi bir hadisə də baş verdi. İlk milli telekommunikasiya peykimiz orbitə çıxarıldı. Bu həm də ölkəmizin artan qüdrətinin göstəricisi oldu. Eyni zamanda bu yeni texnologiya vasitəsi ilə ölkəmizdə informasiya əldə edilməsində, internet xidmətlərinin göstərilməsində daha yüksək imkanlar yaradıldı”.
Daha sonra
mövzu ətrafında ətraflı
müzakirələr aparıldı. Konfrans
çərçivəsində tədbir
iştirakçılarına Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən hazırlanan “İnformasiya əldə etmək haqqında
qanunvericilik” adlı məlumat
kitabçası da paylanıldı.
Bizim
yol.-2013.-20 dekabr.-S.12.