Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

 

 Hər kəsə məlumdur ki, Azərbaycan iqtisadiyyatı müstəqil, öz daxili resurslarına arxalanan iqtisadiyyatdır və bu iqtisadiyyatın formalaşmasında Bakı şəhərinin özünəməxsus yeri var. Respublikamızda dinamik inkişafın təmin edilməsində, uğurlu nəticələrə imza atılmasında paytaxtımızın hər bir rayonunun, o cümlədən Nizami rayonunun da payı çox böyükdür.

   "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində bu günədək həyata keçirilən irimiqyaslı layihələr və məqsədyönlü tədbirlər Nizami rayonunun da simasını xeyli dəyişdirib, onun abadmüasir rayon kimi daha da gözəlləşməsinə böyük imkanlar yaradıb. İndiyədək aparılan uğurlu yenidənqurma işlərinin nəticəsində Nizami rayonundakı sənaye müəssisələrinin fəaliyyəti daha da canlanıb, rayonda bir sıra yeni müəssisələr fəaliyyətə başlayıb, əhalinin qarşılaşdığı sosial problemlərin həlli istiqamətində konkret işlər görülüb, genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılıb.

   Qeyd edək ki, Nizami rayonu ərazisində çoxlu sayda iri istehsal müəssisələrinin yerləşməsi ölkə iqtisadiyyatına daha böyük töhfələr verir və bu da rayonun əhəmiyyətini xeyli dərəcədə artırır. Məhz bu amil nəzərə alınaraq rayonun iqtisadi inkişafı daim diqqət mərkəzində saxlanılır. Xatırladaq ki, sənayenin müxtəlif sahələrini özündə birləşdirən Nizami rayonunda Elektron Hesablama Maşınları Zavodu, Peyk Zavodu, "Bakı Şərab-1" ASC, "Bakı Diyircəkli Yastıq" ASC, "European-Tobacco Baku" ASC, "Veysəloğlu" MMC, "Kaspi-Yıldız" MMC kimi müəssisələr, "NJT-2000" firması, "Körpü Tunel" ASC, "Azərtunelmetrotikinti" SC-in Dəmir-beton Konstruksiyaları Zavodu və digər istehsal müəssisələri, o cümlədən iri ticarət və iaşə mərkəzləri fəaliyyət göstərir. Bundan əlavə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, "Ulduz" şokalad fabrikinin və "Bakı Yağ-Qida Sənaye" ASC-nin məhsullarının brend olaraq xarici ölkə bazarlarına çıxarılması da Nizami rayonunun iqtisadi əhəmiyyətini artırır. Onu da bildirək ki, "Keşlə Maşınqayırma Zavodu" ATSC, "Bakı Universal Maşınqayırma" ASC, "Təmirmaş" ATSC-nin, "Bakı ŞiferKeramika" ASC-nin, "Azərelektroişıq" ATSC, "Qazan-Mexaniki" ASC-nin və 20-dən artıq kiçik müəssisələrin fəaliyyətinin tam dayandırılmasına və onların sökülərək şəhərdən kənar ərazilərə köçürülməsinə baxmayaraq, Nizami rayonunda faktiki fəaliyyətdə olan müəssisələr tərəfindən təkcə 2013-cü ilin 9 ayı ərzində 308,2 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,8 faiz çoxdur. İstehsal olunmuş məhsulun 35,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bundan əlavə, istehlakçılara 315 milyon manatlıq məhsul göndərilib, müəssisələrin anbarlarında hazır məhsul qalığının həcmi 2,4 milyon manatlıq olub. Üstəlik, cari ilin yanvar-sentyabr aylarında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 141,9 milyon manat həcmində investisiya yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 57,2 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 134,8 milyon manatı və ya 95 faizi dövlət, 7,1 milyon manatı və ya 5 faizi qeyri-dövlət müəssisələrinə aid olub. Adambaşına düşən investisiyaların həcmi 141,9 manata çatıb. Həmçinin 9 ay ərzində istifadə edilmiş investisiyaların 91,5 milyon manatı və ya 64,5 faizi tikinti quraşdırma işlərinə sərf edilib ki, bu da öz növbəsində keçən ilin müvafiq dövrünə nisbətən 46,2 çox olub. Belə bir nəticənin əldə olunması isə rayon iqtisadiyyatının dayanıqlığının və dinamik inkişafının nəticəsidir.

   Nəzərə almaq lazımdır ki, rayon ərazisində bu qədər istehsal müəssisələrinin fəaliyyət göstərməsi həm də məşğulluq probleminin həlli deməkdir. Ancaq paytaxt rayonları ilə müqayisədə ərazi baxımından kiçik, əhali sıxlığına görə isə öndə olan Nizami rayonunda miqrasiya artımı da müşahidə olunmaqdadır. Təkcə bu ilin 9 ayı üzrə rayonda 2441 nəfər miqrasiya artımının üzərinə 2339 nəfər təbii artımı da əlavə etsək, məşğulluq məsələsi həlli vacib amillərdən birinə çevrilir. Rayon rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu məşğulluq siyasəti və müəssisələrin bazar münasibətlərini düzgün qiymətləndirməsi nəticəsində sözügedən məsələ həllini tapmaqdadır. Nizami rayonunda işsizliyiniqtisadi inkişafın əsas meyarlarından biri olan yoxsulluğun səviyyəsinin azaldılması, əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində görülən işlər sayəsində təkcə 2013-cü ilin 9 ayı ərzində orta aylıq əmək haqqı 436,4 manat təşkil edib, 1483 yeni yeri açılıb ki, onlardan 71-i mövcud müəssisə və təşkilatların, 1105-i isə fiziki şəxslərin payına düşüb. Göründüyü kimi, yeni açılmış yerlərinin əksəriyyəti özəl sektorun payına düşüb. Çünki rayonda özəl sektorun inkişafına xüsusi diqqət yetirilir. Bunlardan əlavə, 2013-cü ilin 9 ayı ərzində Nizami rayon Məşğulluq Mərkəzində işaxtaran kimi 549 nəfər qeydiyyata götürülüb ki, onların 380 nəfəri qadın, 60 nəfəri isə qaçqın və məcburi köçkünlərdir. Bu mərkəzə müraciət edənlərdən 446 nəfəri münasib işlə təmin olunub, işə düzələnlərdən 191 nəfəri qadın, 35 nəfər isə qaçqın və məcburi köçkünlərdir. Onlardan 195 nəfəri dövlət müəssisələrinin, 236 nəfəri qeyri-dövlət müəssisələrinin, 15 nəfəri isə fiziki şəxslərin payına düşür. Özəl sektora məxsus 167 yeni yeri yaradılıb və orada da çalışan işçilərin sayı 230 nəfər təşkil edir.

   Rayonda əhaliyə göstərilən kommunal xidmət sahələrində də ciddi işlər görülməkdədir. Belə ki, rayon ərazisində qaz təchizatının yaxşılaşdırılması və fasilələrin aradan qaldırılması məqsədilə Keşlə qəsəbəsinin P.Fərzəliyev küçəsindəki fərdi yaşayış evlərinin qaz xətlərinin küçəyə çıxarılması və "İtron" tipli sayğacların quraşdırılması üçün 5091 p/m müxtəlif diametrli qaz xətləri çəkilib. 30-cu sahə QPS-dən çıxan və Keşlə qəsəbəsinə gedən "Nizami-Keşlə" qaz kəmərindən M.H.Kazımov küçəsinə ayrılan 3138 p/m küçə xətti, 4085-ci məhəllədə müxtəlif diametrli 2544 p/m yeni qaz xətti çəkilib, 39986 ədəd mexaniki qaz sayğacı "Smart-kart" tipli sayğacla əvəz edilibbu istiqamətlərdə işlər davam etdirilir. Elektrik enerjisi təchizatının yüksəldilməsi üçün 2 ədəd 630 KV-lıq komplekt transformator məntəqəsi quraşdırılıb, 2 transformator məntəqəsində 4 ədəd zəif transformator daha güclüsü ilə, 10 transformator məntəqəsindən çıxan hava xətləri yeni SİP xətləri ilə əvəz edilib, transformator məntəqələri arası 962 p/m 10 Kv-luq kabel xətti, 10 yaşayış binası ilə transformator məntəqələri arası 1562 p/m 0,4 Kv-luq kabel xətti dəyişdirilib. 33 binanın elektrik təchizatında yenidənqurma işləri aparılıb. 10 transformator məntəqəsində təmir-təftiş işləri görülüb, 7 transformator məntəqəsində paylayıcı lövhələr yenisi ilə əvəz edilib. 204 saylı yarımstansiya yenidən qurulub, H.Əliyev prospekti 105, 2-ci Uzununa və 6-cı Köndələn küçələrinin kəsişməsində yerləşən yeni yarımstansiyaların inşası başa çatdırılıb. 204 saylı yarımstansiyadan 2-ci Uzununa küçəsindəki yarımstansiyaya qədər 12 min 500 metr 110 kV-luq yeni kabel xətti çəkilib.

   Son vaxtlar təkcə Nizami rayonunda deyil, bütövlüklə Bakı şəhərində daha çox narahatlıq yaradan hallardan biriistilik təchizatı məsələsidir ki, rayonda bu istiqamətdə ciddi nailiyyətlər əldə edilib. Belə ki, Nizami rayonu ərazisində ayrı-ayrı ünvanlarda 840 p/m istismara yararsız müxtəlif diametrli boru dəyişdirilib, 190 saylı qazanxanada yenidənqurma işləri aparılıb, müasir tipli qazanlar quraşdırılıb və həmin qazanxanalardan qidalanan 14 binanın, 1 məktəbin məhəllədaxili istilik xətləri əsaslı təmir olunub. 60 və 66 nömrəli qazanxanalarda 4 ədəd qazan bərpa olunub, 6 ədəd nasos, 2 ədəd mühərrik, 2 ədəd siyirtmə quraşdırılıb, 33 qazanxanada və 1 istilik məntəqəsində əsaslı, 106 ədəd müxtəlif markalı qazanlarda, 160 ədəd nasoslarda, 18 ədəd istilik mübadiləedici avadanlıqlarda, 1281 ədəd müxtəlif ölçülü siyirtmələrdə təmir-bərpa işləri aparılıb. 64 yaşayış binasının aşağı paylayıcı istilik xətləri əsaslı təmir olunub, 2 yeni qazanxana tikilib, avadanlıqlar quraşdırılıb. Həmin qazanxanalardan istilik alacaq binalara magistral və məhəllədaxili istilik xətləri çəkilib, 48 binanın aşağıpaylayıcı xətləri dəyişdirilib. 189 saylı qazanxanada yenidənqurma işlərinə başlanıb, İ.Müzəffəroğlu küçəsi 7 və Q.Qarayev prospekti 59 ünvanlarında yeni qazanxanaların tikintisi planlaşdırılır. Bununla da Nizami rayonu istilik təchizatına görə Bakı rayonları arasında birincilər sırasında qərar tutub.

   Son zamanlar Nizami rayonunda həlli vacib olan məsələlərdən birisu-kanalizasiya təsərrüfatı ilə bağlı olub ki, artıq bu sahədə mövcud olan çatışmazlıqlar və nöqsanlar aradan qaldırılıb. Nizami rayon Sukanal İdarəsi tərəfindən ayrı-ayrı ünvanlarda müxtəlif diametrli 3444 p/m su borusu, 1437 p/m kanalizasiya xətti dəyişdirilib, 2735 ədəd sayğac quraşdırılıb. Əhalini fasiləsiz su ilə təmin etmək məqsədilə mövcud xətlər 94602 p/m yenilənib, 25 ədəd su anbarı yuyulub, 9 ədəd anbar, 24 ədəd nasos stansiyası təmir edilib, 21470 p/m kanalizasiya xətti yuyulub, 17 dəst yağış barmaqlığı, 66 ədəd lyuk quraşdırılıb.

   Bütün görülən işlərlə yanaşı, növbəti illərdə rayonda bir sıra həlli vacib tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Belə ki, Şərifli, E.Süleymanov və Rüstəmov küçələrinin kəsişməsində tunel yolun tikintisi, 8-ci kilometr yarımstansiyasından 7 saylı paylayıcı qurğuyadək 2 dövrəli hava xəttinin kabelləşdirilməsi, Keşlə qəsəbəsi, N.Abdullayev, M.H.Kazımov və R.Ağayev küçələrindəki evlərdə yaşayan əhalinin su təchizatının yaxşılaşdırılması üçün d=200 mm-lik, L=225 p/m su borusunun çəkilməsi və müxtəlif diametrli borularla şəbəkənin yaradılması, məhəllələrin abadlaşdırılması işlərinin yekunlaşdırılması, bütün çoxmərtəbəli yaşayış binalarında aşağı paylama kommunikasiya xətlərinin (su, kanalizasiyaistilik) dəyişdirilməsi, istismar müddəti başa çatmış sərnişin liftlərinin yenisi ilə əvəz olunması, Babək prospektində yeraltı keçidlərin tikintisinin başa çatdırılması, Heydər bağı park-bulvarın C.Naxçıvanski küçəsindəki hissəsinin əsaslı şəkildə yenidən qurulması, Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin olunması nəzərdə tutulub.

   Əminik ki, paytaxtın ən gənc rayonu olmasına baxmayaraq, həyata keçirilən irimiqyaslı və məqsədyönlü tədbirlər nəticəsində siması ilbəil dəyişən Nizami rayonu abadmüasir rayona çevriləcək, iqtisadi-sosial potensialının dövriyyəyə cəlb edilməsi yolu ilə Nizami rayonunun ölkə iqtisadiyyatında və onun sosial həyatında rolu ən əlverişli səviyyəyə qalxacaq.

 

   

 

Təbriz VƏFALI

Bakı xəbər.-2013.-19 dekabr.-S.15.