Müasir türk kino sənətində
düşmən barmağı...
Hansı serialı açırsan
qadın zorlanır, oğurlanır, bir-birinin namusuna
sataşırlar, qadınlar döyülür,
söyülür...
Qadın bəşəriyyətin ən zərif yaranışıdır. Elə buna görə də qadınlara zərif cinsin nümayəndələri deyilir. Ağıllı kişilər incə qəlbli və incə ruhlu qadınlarla davranmağı, onlara hörmətetmə qaydalarını çox yaxşı bilir. Dünya incəsənətində, xüsusən də kino sahəsində qadın gözəlliyi, qadına tükənməz sevgi, ehtiram və incə münasibət parlaq şəkildə öz ifadəsini tapıb.
Azərbaycan elə bir ölkədir ki, burada mədəniyyət həmişə yüksək səviyyədə inkişaf edib. Bununla yanaşı, bizə yaxın və uzaq ölkələrdə gedən mədəniyyət hadisələrini, prosesini yaxından izləyirik. Türkiyə mədəniyyəti, xüsusilə də kinosu daim Azərbaycan tamaşaçılarının, kino ekspertlərinin diqqət mərkəzindədir. Qardaş ölkənin kino sənayesində baş verən bütün yeniliklər, müsbət və neqativ çalarlar, göstəricilər diqqətimizdən yayınmır.
Qadınların yüksəlişi
Türkiyə kinosu tarixində özünə böyük şöhrət qazanan filmlər az deyil. Bəllidir ki, klassik filmlərin əksəriyyətinin əsas personajları qadınlardır və bu qadınlara da filmlərdə kifayət qədər müsbət nöqtədən baxılır. Deyərdik ki, keçən əsrdə çəkilən bu filmlərdə türkiyəli qadınların ictimai-sosial mübarizədə qalib kimi təqdim edilməsi məlumdur. Bu da çox müsbət bir aura yaradır. Klassik Türkiyə kinosunun qadın humanizmi üzərində kökləndiyini ehtiva edən onlarca nümunə var. Yəni bu filmlərdə qadınlara qarşı bir mərhəmət və sevgi var. Burada qadına qarşı şiddətdən, davamlı zorakılıqdan danışılmır. Qadınlar klassik Türkiyə filmlərində öz əzəli obrazına uyğun təqdim edilir.
Türkiyə kinosunda
qadına humanist münasibətin
"əridilməsi"
Türkiyə kinosu çox
sürətlə inkişaf
edir. Deyərdik ki, müasir
Türkiyənin kino sənayesi dünyanın istənilən güclü
kino industriyası ilə rəqabətə girəcək səviyyədə
qurulub. Bu çox müsbət bir göstəricidir.
Ancaq Türkiyə kinosunun mövzuları, müraciət etdikləri
kino materialları tamaşaçıların ürəyincə
olmur... Bayaq qeyd etdik ki, bir vaxtlar
Türkiyə kinosunda
qadınlara münasibət
humanizm və onların layiq olduqları şəkildə
yanaşma mövcud olub. Deyərdik ki, son vaxtlar Türkiyə kinosundan bu dəst-xətt silinməkdədir... Son illər çəkilən
filmlərdə humanizm
çalarları, demək
olar ki, arxa plana keçirilib.
Bu film və serialların
əksəriyyətində qadınlara qarşı xoşagəlməz münasibət
var. Belə ki, filmlərə ssenari yazan şəxslər, bir qayda olaraq,
əksər filmlərin
qadın qəhrəmanlarını
zorakılıqla üz-üzə
qoyur. Filmlərin çoxunda qadınların
oğurlanması, müxtəlif
qruplaşmalar tərəfindən
mənfi yollara salınması, onların
zorakılığa məruz
qalması, qətlə
yetirilməsi səhnələrinə
daha çox yer verilir. Sanki gözəgörünməz
bir qara əl Türkiyə kinosunun mövzularını
ürəyi istədiyi
formaya yönəldir.
Bu qüvvələr Türkiyə kinosunda qadına humanist münasibətin
qəsdinə durub elə bil. Kinolarda qadınlar nə qədər zorakılığa
məruz qala bilər, nə qədər oğurlanar, nə qədər istismar olunar, nə qədər düşmənə hədəf
olar? Məsələ
burasındadır ki, bu səhnələr az qala kütləvi xarakter alıb. Təbii ki, kino həyatın
bir parçası olduğu üçün
onun da mövzuları,
az da
olsa, həyatla, reallıqla bağlıdır.
Bəzən bu filmlərə
baxanda Türkiyə cəmiyyətini kinolarda gördüyümüz kimi
təsəvvür edirik.
Bu hiss təbiidir. Çünki kinolara ssenari yazan adamlar tamaşaçı
fikrini məhz bu amil üzərində
kökləyir ki, qadınlar zorakılığa
məruz qalır, oğurlanır, onlar müxtəlif qruplaşmaların
qurbanına çevrilirlər.
Axı məsələyə soyuq
başla yanaşsaq görərik ki, heç bir cəmiyyətdə reallıqda
qadına qarşı
belə şiddət kütləvi deyil, olsa belə, onun kinoda bu
səviyyədə təqdim
edilməsi yaxşı
hal deyil. Bu ən çox
uşaqların və
qadınların psixikasına
ciddi təsir edir. Belə mövzuların Türkiyə
kinosunda geniş təsviri bizlərin arasında xeyli müzakirəyə səbəb
olub.
"Düşmən işidir..."
Kinoşünas Aydan Şükürlü
bizimlə söhbətində
bildirdi ki, çağdaş Türkiyə
kinosunda gedən inkişaf kinoya kifayət qədər maliyyə yatırımları
cəlb edib. Kinoşünasın sözlərinə
görə, bəzən
kinonun mövzusunu filmə maliyyə cəlb edən prodüsserlər müəyyən
edir: "Dünya kinosunda qadınlara münasibət yeni bir dəst-xətt alıb. Deyərdim ki, dünya
kinosunun qadın qəhrəmanları daha mübariz, daha əzəmətlidir. Bu qadınlar kişilərlə
çiyin-çiyinə şərə
qarşı mübarizə
aparır. Kino istənilən xalqın və dövlətin həyatında böyük
rol oynayır. Türkiyə kinosu inkişafına
görə çox irəlidədir. Ancaq düzgün
müşahidə etmisiniz
ki, Türkiyə kinosunda qadınlara qarşı bir növ zorakılıq kampaniyası aparılır.
Əslində, bu, Türkiyə
kinosu ənənəsilə
və türk kişisi, türk insanı xarakterilə ziddiyyət təşkil edir. Bilirik ki, tarixən
Türkiyədə qadınlara,
xanımlara xüsusi münasibət olub, qadınlar sevgi və humanizmlə əhatə olunub. Bunu biz klassik Türkiyə filmlərində görmüşük.
Ancaq bu gün kino
və serialların çoxunda uşaqların
və qadınların
oğurlanması, zorakılığa
məruz qalması, döyülməsi, təhqir
edilməsi, iztiraba tuş olması səhnələri geniş
təsvir edilir. Aktyorlar da bu
personajları o qədər
ustalıqla yaradır
ki, adam
bu səhnələri
vahiməsiz izləyə
bilmir. İnanmıram ki, bu, müasir Türkiyə cəmiyyətinin qadına
münasibətidir. Qətiyyən belə deyil. Türkiyə cəmiyyəti, dövləti
qadına hər zaman yüksək dəyər verib, bu gün də
verir. Sadəcə,
bir qrup kino adamlarının düşüncəsinin məhsuludur
bu. Nəzərə alaq
ki, Türkiyə kino sənayesinə daxil olan kino
şirkətlərinin rəhbərliyinin
heç də hamısı türk kökənli deyil, burada soyadını dəyişən ermənilər
də, başqa millətlər də var.
Ola bilsin ki, qadın zorakılığına
geniş yer ayıranlar Türkiyəni
ürəkdən istəməyən
qeyri-millətlərin nümayəndələridir.
Hesab edirəm ki, bu, düşmən işidir. Yoxsa, ucdantutma az
qala bütün filmlərdə eyni hadisələrin müxtəlif
şəkilləri təsvir
edilir. Fikrimcə, bəzi kino
istehsalçıları hesab
edir ki, bu mövzuda çəkdikləri filmlərlə
daha maneəsiz şəkildə dünya
kino arenasına çıxıb külli
məbləğdə vəsait
qazanmaq olar. Bu adamlar pul qazanmaq üçün cəmiyyətdə bəzən
kütləvi olmayan bu kimi hadisələri
geniş mənada kinoya gətirirlər.
Dünyada elə ölkələr
var ki, onlarda
real qadın zorakılığı
halları kütləvidir,
ancaq həmin ölkələr bunu geniş miqyasda və kütləvi ekranlara çıxarmırlar.
Ancaq Türkiyə kinosunda gözəgörünməz düşmənlərin
təsirilə qadın
zorakılığı ekranlarda
ifrat həddə göstərilir. Bu filmləri seyr edənlər düşünür
ki, yəqin Türkiyədə qadınlar
hər gün oğurlanır, zorakılığa
məruz qalır və s. Əslində, bu belə deyil.
Bəzi kinoçəkən şirkətlər
pul qazanmaq və bəlkə də Türkiyə cəmiyyətinə düşmən
münasibət bəslədiyini
dolayısı ilə
göstərmək istəyirlər.
Ancaq çox mənfi tendensiyadır. Qadınlara qarşı
zorakılıq bu səviyyədə təqdim
edilməməlidir ki,
ondan şoka düşənlər olsun".
Aydan xanım dedi ki, Türkiyə kinosunun
imkanları genişdir. Onlar
əgər qadınlara qarşı zorakılığı real şəkildə əks etdirmək istəyirlərsə,
Xocalıda erməni zorakılığına məruz qalan qadınların, qızların taleyini kinoya gətirib, erməni
vəhşətini dünyaya car çəksinlər: "Bunu
edə bilərlər, çünki bu reallıqdır, bunun effekti böyük olar. Yoxsa, düşmən
fitvası ilə Türkiyə cəmiyyətini qadınlara
qarşı zorakılıq etdiyini uydurub, onu kinoda
əks etdirmək müsbət iş deyil".
İradə
SARIYEVA
Bakı xəbər.-2013.-18
dekabr.-S.11.