Əlillər
üçün səyyar protez-ortopedik bərpa xidməti
Dadaş Quliyev: Dərdimizi Səlim Müslümovla
görüşdə səsləndirəcəyik
Bölgələrdə yaşayan əlillərə səyyar
formada protez-ortopedik bərpa xidməti göstəriləcək.
Bu barədə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
verilən məlumatda bildirilir. Məlumata
görə, nazirlik tərəfindən
respublikanın regionlarında yaşayan əlil
vətəndaşlara yaşadıqları bölgələrdə
protez-ortopedik bərpa xidməti göstərilməsi
üçün 2 səyyar tibbi-texniki briqada
yaradılıb.
Nazirliyin Bakı
Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən
ibarət briqadalar ilkin mərhələdə Sabirabad,
Saatlı, İmişli, Beyləqan və Füzuli
rayonlarında yaşayan, dayaq-hərəkət sistemi
pozulmuş və protez-ortopediya məmulatlarına ehtiyacı
olan ümumilikdə 100 nəfərdən çox əlil vətəndaşa
və sağlamlıq imkanları məhdud uşağa səyyar
formada xidmət göstərir. Bu məqsədlə
briqadalardan biri
dekabrın 20-də Saatlı rayon mərkəzi
xəstəxanasında, digəri isə dekabrın 21-də
Beyləqan rayon mərkəzi xəstəxanasında
oldu. Növbəti mərhələlərdə
ölkənin digər regionlarında əlil şəxslərə
səyyar xidmət davam etdiriləcək.
Tədbir bölgələrin əlil sakinlərinin protez-ortopediya məmulatları ilə təmin olunmaq üçün zəhmət və xərc sərf edərək, uzaq yol qət etməklə paytaxt Bakıya gəlmək çətinliklərinin aradan qaldırılmasına imkan verir. Həmçinin bu tədbir əlillərin ehtiyac duyduqları məmulatlarla təminatı işinin yerində və operativ şəkildə həyata keçirilməsinə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında Bakı Protez-Ortopedik Bərpa Mərkəzi ilə bağlı məlumata rast gəldik. Məlumatda bildirilir ki, əlillərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir. Mərkəz müasir texnologiya əsasında əlillər üçün protez-ortopedik məhsulların (protez, ortez, korset, ortopedik ayaqqabı) və digər reabilitasiya məmulatlarının istehsalı, xəstə və əlillərin xəstəliklərinin diaqnostikası və stasionar müalicəsi istiqamətində fəaliyyət göstərir. Müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir. Mərkəzdə əlillər velo və kresloarabalar, qoltuqaltı və dirsəkaltı ağaclar, əsa, eşitmə aparatları və s. ilə təmin edilirlər.
Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, digər normativ aktları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarlarını, özünün Əsasnaməsini rəhbər tutur.
Mərkəzdə əlillərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası, protez-ortopedik məhsulları ilə təminat, əlillərin tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi, protez-ortopedik məmulatların tibbi-texniki və biomexaniki sınaqlarının keçirilməsi, protezləşdirmənin keyfiyyətini müəyyənləşdirmək üçün müasir metodların işlənib hazırlanması, bu sahələr üzrə mütəxəssislərin hazırlanması, protez-optopedik məhsulların istehsalında yeni konstruksiyaların, texnologiyaların və elmi nailiyyətlərin geniş tətbiq edilməsi, xəstə və əillərin məlumat bankının yaradılması istiqamətində işlər görülür. Mərkəzə rəhbərliyi əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və azad olunan direktor həyata keçirir. Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin ünvanı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 3-dədir.
Dövlət
bu insanlara protez-ortopedik məmulatları
pulsuz verir
Vətən Fədailərinin Hüquqlarının
Müdafiəsi İctimai
Birliyinin sədri, birinci qrup Qarabağ
müharibəsi əlili
Dadaş Quliyev bildirir ki, əlillərlə
bağlı ən ümdə məsələ,
onlara yaşadıqları
iztirabları unutdurmaq
və onları cəmiyyətin tam hüquqlu
üzvü kimi yenidən aramıza qaytarmaqdır: Mənəvi
reabilatsiyadan sonra onların maddi ehtiyaclarını qarşılamaqla
əlillərin həyata
olan inamını geri qaytarmış olarıq. Bu problemi
həll etmək vəzifəsi dövlətin
missiyası olarsa da, biz QHT-lərin işi, bu missiyanı
həyata keçirtməkdə
dövlətimizə dəstək
olmaqdan ibarətdir.
Əlillərin mövcud problemlərini
dövlət orqanlarının
diqqətinə çardırmaq,
bu problemlərin həlli mexanizimini müəyyən etməkdə
müvafiq qrumlara təkliflər verməkdir.
Bu təkilflərə nə dərəcədə
əməl olunmasına
nəzarət etmək
və ən əsası dövlət orqanları ilə sıx əməkdaşlıq
yaratmaq məqsədimiz
olmalıdır.
Onun sözlərinə
görə, əhalinin
protez-ortopedik məmulatlar,
eşitmə aparatları,
kreslo-veloarabalar və
digər reabilitasiya vasitələri ilə təmin edilməsi barəsində qaydalar var: Hazırkı qaydalar ölkə başçısının 2 yanvar
1999-ci il tarixli 72 ¹-li qərarı ilə təsdiq edilən Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 3.34-cü bəndinə
əsasən, əlillərin
xüsusi hərəkət
vasitələri ilə
təmin olunması və protezləşmə
üzrə kompleks işlərin həyata keçirilməsi məqsədilə
Əlilliyin qarşısının
alınması, əlillərin
reabilitasiyası və
sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq hazırlanıb.
Əhalinin bütün növlərdən
olan protez-ortopedik məmulatlar ilə təmin edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzləri səyyar,
ambulator və stasionar formada həyata keçirir. Protez-ortopedik məmulatlar, digər reabilitasiya vasitələri
qanunvericiliklə müəyyən
edilmiş qaydada bu vətəndaşlara pulsuz verilir: Ümumi xəstəlik səbəbindən əlili
olmuş işləməyən
şəxslərə və
uşaqlıqdan əlillərə,
1990-cı il 19-20 yanvar
hadisələri ilə
əlaqədar əlillərə,
hərbi xidmətlə
əlaqədar əlillərə, Böyük Vətən müharibəsi
əlillərinə və
iştirakçılarına, onlara bərabər tutulan şəxslərə, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin
və konstitusiya quruluşunun müdafiəsi
zamanı əlili olan hərbiçilərə
və mülki şəxslərə, müharibə
veteranlarına və beynəlmiləlçi döyüşçülərə,
işləməyən pensiyaçılara, büdcədən
maliyyələşdirilən idarə və təşkilatlarda işləyən
əlillərə və
xəstələrə, 16 yaşadək
uşaqlara,
ali və orta ixtisas təhsil
məktəblərinin tələbələrinə
verilir. Bu qaydaların 1.5-ci bəndində qeyd olunan şəxslər istisna olmaqla, mülkiyyət və təşkilatı-hüquqi formasından
asılı olmayaraq bütük qeyri-büdcə
təşkilat və müəssisələrdə işləyən
xəstə və əlillərə protez-ortopedik
məmulatların və
digər reabilitasiya vasitələrinin hazırlanması
və verilməsi haqqı ödənilməklə
həyata keçirilir.
Səlim Müslimova
əlilləri narahat edən məsələləri
deyəcəyik
Birinci qrup Qarabağ müharibəsi
əlili Dadaş Quliyev bildirir ki, onun özü
də protezdən istifadə edir: Protezlər Almaniyadan gətirilir. Bu protezlər
ən ucuz qiymətə satılan protezlərdən. Daha keyfiyyətlisini
almaq mümkündür.
Modern prtotezlər var ki, onunla
qaçmaq, tullanmaq belə mümkündür.
Hətta
idman etmək belə olur. Arzuolunan olardı ki, prtotezlər müasir şərtlərə cavab
verən protezlər olsun.
D.Quliyev bildirdi ki, qeyri-hökumət təşkilatının rəhbəri
olaraq əlilləri narahat edən protezlərlə bağlı
məsələni təklif
şəkilində bildirmək
istəyir: Bu günə
qədər əlillərin
problemlərini nazirlə
görüşüb dilə
gətirməyə çalışmışıq.
Füzuli Ələkbərov nazir olan vaxtı
onunla görüşüb
əlillərin narahat
edən məsələləri
onun diqqətinə çatdırmaq istədik.
Amma alınmadı. 2011-ci ilin ortalarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ixtisaslaşmış
vətəndaş cəmiyyətlərinin
nümayəndələrinin təmsil olunduğu İctimai Şura yaradıldı. Biz bu şuraya üzv olmaq istədik ki, problemləri burda da deyək. Amma yenə bizi eşidən olmadı.
Bizi şuraya qəbul etmədilər. Yeni nazir
Səlim Müslimovun bizimlə görüşəcəyi
gözlənilir. Görüş üçün müraciət
olub. Ümid edək ki, görüş olacaq.
O zaman əlilləri narahat edən məsələləri diqqətinə
çatdıracağıq.
O deyir ki, qaydalara görə,
yuxarı və aşağı ətraf protezləri iki ildən az
olmayan müddətə
verilir: Yuxarı və aşağı ətraf proetzlərini pulsuz almış vətəndaşlara eyni zamanda əsas protezlə birgə ayaq, yaxud əl
üçün işlər
protez (onların arzusu ilə), eləcə də 2 il müddətinə ayağın qalmış
hissəsi üçün
5 ədəd toxunma çexol verilir. İki ayaq, yaxud əl protezi
(əsas və işlək) alan
vətəndaşların protezləri
verilmə vaxtından
başlayaraq 3 ildən
tez olmayan müddətə dəyişdirilir.
Ramid
Bizim
yol.-2013.-25 dekabr.-S.13.