Uşaqlarımızda autizm xəstəliyinin
artım meylləri baş qaldırıb
Könül
Vaqifqızı: "Autizm uşaq ana bətnində ikən aşkar
edilə bilən bir problem deyil"
"Autizmdən əziyyət çəkən uşaqların ixtisaslaşmış mərkəzlərə ehtiyacı var"
Ailələrdə cəmiyyətimiz üçün təkcə mükəmməl, sağlam uşaqlar deyil, həm də problemli, normal inkişafdan geri qalan uşaqlar da böyüyür. Psixoloqlara görə, ailənin problemli bir uşağa sahib olduğu üçün yaşadığı depressiya, demək olar ki, qaçılmaz bir haldır və bəzi ailələrdə bu depressiya ömür boyu davam etməkdədir.
Valideynlər zamanla özlərinə suallar yönəldərlər: "Niyə bizim uşağımız?", "Biz nə edəcəyik?", "həyatımızdakı hər şey dəyişəcək" kimi çarəsiz ifadələr istifadə etmələri ailənin depressiya dövrlərinin başlamasına səbəb ola bilər. Beləcə, ailə işin içindən çıxa bilməyəcəyini düşündüyü böhranlı bir dövrə daxil olar.
Bu məsələ həm də cəmiyyətin bir problemidir.
Statistik rəqəmlərə
görə, bu gün ölkəmizdə
235 mindən artıq rəsmi qeydiyyatda olan autizm sindromundan
əziyyət çəkən
uşaqlar var. Ekspertlərin
dediyinə görə,
keçən illə
müqayisədə bu
rəqəmdə bu il artım müşahidə
olunur. Amma qeyri-rəsmi məlumatlar
bir çox valideynlərin bu sindromdan əziyyət çəkən uşaqlarını
qeydiyyatdan keçirməməsini
göstərir.
Psixoloq Könül Vaqifqızı
"Bakı-Xəbər"ə açıqlamasında qeyd
etdi ki, bu gün qəbul
etdiyimiz autizm anlayışından ilk dəfə
1700-cü ildə fransız
elm adamı Jan İtard bəhs edib. O, autistik əlamətləri olan
Viktor adlı bir yeniyetmə ilə uzun müddət işləyərək onun
sayəsində özü
də bilmədən autizmi araşdırmış
və autist insanları "fərqli insanlar" adlandırmışdı:
"Amma autizm sözü ilk dəfə
1910-cu ildə isveçrəli
psixiatr Eugen Bleuler tərəfindən
istifadə olunub.
Autizm erkən uşaqlıq dövründən başlayaraq
həyat boyu davam edən bir inkişaf pozuntusudur. Autizmin ən ümumi
xarakteristikası bundan
ibarətdir ki, bu cür xəstələrin
ictimai münasibətlərində,
dil və ünsiyyət bacarıqlarında
çatışmazlıq, təkrarlanan davranışlar,
eyniliyə həddən
çox bağlılıq
kimi xüsusiyyətlər
yer alır. Buna baxmayaraq, bu
sindromun nəzərəçarpan
fiziki xüsusiyyətləri
yoxdur. Ümumi mənada autizm
pozuntusu olan uşaqlarda müşahidə
olunmaqla yanaşı,
hər autizm uşaqda bir cür təzahür edə bilər. Autizm əslində fərdin sosial ətraf mühitlə əlaqəni
kəsərək özünə
qapanması, digər insanlarla qarşılıqlı
əlaqələrini onlar
kimi davam etdirə bilməməsidir".
K.Vaqifqızının sözlərinə
görə, bu uşaqların həm sadə, həm də kompleks sosial ünsiyyət bacarıqları yaşıdlarına
görə ləng inkişaf edir: "Normal inkişaf edən uşaqlar bir çox sosial bacarıqları başqalarını
müşahidə və
təqlid edərək
öyrənirlər. Autizm uşaqların
təqlid etmək bacarığı inkişaf
etmədiyindən, sosial
bacarıqları bu üsulla öyrənmələri
mümkün olmur.
Autizm insanlar yaşıdları
ilə sosial ünsiyyət qurmaqda, ünsiyyət qurduqları
insanların duyğularını
anlamaqda və öz duyğularını
ifadə etməkdə
çətinlik çəkirlər.
Qarşıdakı insanla empatiya
qura bilmirlər.
Digər
insanlarla göz kontaktı qurmaqdan qaçırlar. Ünsiyyətə cavab vermirlər. Qucaqlanmağa və göz
kontaktı qurmağa qarşı reaksiyasızdırlar
və bəzən bunlara mənfi reaksiya verirlər. Bu uşaqlarda sosial
gülümsəmə çox
gec inkişaf edə bilər. Autizm uşaqların çoxu dili ünsiyyət vasitəsi kimi istifadə etmirlər".
Həmsöhbətimizin dediyinə görə,
autizmə nəyin səbəb olduğu qəti olaraq hələ də bilinmir. Dünyanın
istənilən ölkəsində,
istənilən mədəniyyət
səviyyəsində, istənilən
yaşda insanlar autizm bir uşağa
sahib ola bilər. Autizm uşaq ana bətnində
ikən aşkar edilə bilən bir problem deyil: "Uşaq sahibi olmağı istəyib istəməmək, valideynin
uşağına yaxınlıq
göstərib göstərməməsinin,
yoldaşını sevib
sevməməsinin uşağın
autizm olmasına heç bir əlaqəsi və ya təsiri yoxdur. Bu xəstəliyin
daşıyıcısı olan uşağın davranışları sistematik
olaraq müşahidə
edilərək və ailədən inkişafa dair məlumat alınaraq diaqnoz qoyulur. Autizmin oğlan uşaqlarında
daha çox olması, bəzi genetik xəstəliklərdə
autizm əlamətlərinin
meydana çıxması
autizmin genetik olduğu fikrini yaradıb. Autizmin genetik əsası
da hələ tam olaraq öyrənilməyib".
K.Vaqifqızı onu da əlavə etdi ki, ailələr ilk dəfə uşaqlarındakı
problemi biləndə çaşaraq şok keçirirlər. Həddindən artıq böyük ümidsizliyə qapılaraq
nə edəcəklərini
bilmirlər. Bu vəziyyətə
uyğunlaşmaq nə
qədər tez baş verərsə, stressdən çıxmaq
da bir o qədər asan olar: "Ailələrdə
bir sıra sosial problemlər də meydana çıxır. Yoldaşlardan, qonşulardan və ailələrdən gələn
mənfi reaksiyalar, ailədəki digər uşaqların problemli qardaşın davranış
və görünüşündən
utanması, qəzalardan
qorxmaq və ailənin sosial hərəkətliliyinin azalması
qarşılaşılan çətinliklər
arasındadır. Həddindən
artıq qorumaq, rədd etmək, digər ailə üzvlərinə daha az zaman
ayırmaq, uşağı
günahlandırmaq, uşağa
qarşı məsul olduğuna inanaraq günahkarlıq hissi keçirmək kimi psixoloji problemlər ailədaxili gərginliyi və qarşıdurmanı
artıra bilər. Bu vəziyyət bəzən
evlilikdə ciddi problemlər və cütlərin boşanması
ilə nəticələnə
bilir. Onu da deyim ki, autizm bir
uşağa valideynlik
etmək asan bir vəzifə deyil. Ailəyə, köməklik edərkən
yalnızca uşaqda deyil, bütün ailədə mərkəzləşmək
lazımdır. Ananın ya
da ailənin digər fərdlərinin başqa işlərini kənara qoyub və digər ailə fərdlərinə
qarşı laqeydlik göstərərək yalnızca
autist uşaqla maraqlanması həmin ailənin üzvlərinə
xeyir əvəzinə
ziyan verər. Problemli bir uşağın mütəmadi baxım, təhsil kimi ehtiyaclarının qarşılanması
və gələcəyinin
zəmanət altına
alınması kimi problemlər ailədə narahatlıq qaynağı
yaradaraq ruh sağlamlığına təsir
edir. Problemli bir uşağa
sahib olmaq ailəyə
bəzi məsuliyyətlər
və bu məsuliyyətlərlə birlikdə
bir sıra problemlər gətirir.
Ailə iqtisadi, psixoloji problemlərlə qarşılaşır.
Belə ki, ailələr ən çox yemək, tibbi baxım, geyim, nəqliyyat və s. kimi xərclərlə yanaşı,
uşaqlarının ehtiyacı
olan xüsusi oyuncaqları qarşılaya
bilmək üçün
də maddi çətinliklərlə üzləşir.
Uşağın problemli olduğunu
digər uşaqlara, ailəsinə və ətrafdakı insanlara açıqlayarkən ailələr
emosional problemlər yaşayır. Ən
əvvəl valideynlər
qəbul etməlidir ki, autizm əqli
xəstəlik deyil, autizm heç kəsin günahı deyil, autizm cəmiyyət,
mədəniyyət, sosial-iqtisadi
vəziyyətdən asılı
deyil, autist uşaqlar belə davranmağı şüurlu
olaraq seçən ərköyün uşaqlar
deyil, autizm valideynlərin davranışlarına
görə ortaya çıxan bir pozuntu deyil və
uşağın inkişafındakı
psixoloji faktorlar autizmə səbəb olmaz. Autizm, eləcə də
digər problemlərdən
əziyyət çəkən
uşağı olduğu
kimi qəbul etmək, onu ailənin bir fərdi kimi görmək, uşağı
güclü və zəif tərəfləri
ilə birgə qəbul etmək lazımdır".
Həmsöhbətimizin sözlərinə görə, autizmdən əziyyət çəkən
uşaqların ixtisaslaşmış
mərkəzlərə ehtiyacı
var. Bir sıra qeyri-hökumət təşkilatları
da bu sindromdan
əziyyət çəkən
uşaqlarla məşğul
olurlar. Çox təəssüf ki, bu gün
Azərbaycanda autizmlə
məşğul olan xüsusi dövlət mərkəzi yoxdur. Cəmiyyətdə autizm xəstələrinə
dair maarifləndirmə
işinin də yox səviyyəsində olması bu uşaqların insanlar arasına inteqrasiyasının,
cəmiyyətin isə
bu sindromu olan insanlara münasibətinin aşağı
səviyyədə olmasına
gətirib çıxarır.
Günel CƏLİLOVA
Bakı xəbər.-2013.-26 dekabr.S.12.