2013-cü il seçkilərində
İlham Əliyevin qələbəsinin üç
mühüm şərti...
Əli Həsənov
Azərbaycanın BMT Təhlükəsizlik
Şurasındakı 2 illik fəaliyyətinin ən
mühüm nəticələrini təhlil etdi
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun 2013-cü ilin yekunları ilə bağlı AzərTAc-a müsahibəsi - Əli müəllim, 2013-cü ilin yekunları artıq cəmiyyətdə müzakirə olunmağa başlayıb. Başa çatmaqda olan bu ili necə qiymətləndirərdiniz? - Azərbaycanın strateji prioritetlərinin reallaşdırılması, ölkəmizin dinamik inkişafının təmin edilməsi, cəmiyyətimizin qarşısında duran vəzifələrin həyata keçirilməsi baxımından 2013-cü ildə baş verən hadisələrin əhəmiyyəti olduqca böyükdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilmişdir. Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi, humanitar mərkəzi statusunu möhkəmləndirmiş, qlobal problemlərin həllində və beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda ciddi rol oynamağa başlamışdır. Başa çatmaqda olan bu ilin spesifik cəhəti ondan ibarətdir ki, Azərbaycan xalqı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun davamına birmənalı dəstəyini növbəti dəfə ifadə etmişdir. Bilirsiniz ki, bu il Azərbaycanda növbəti prezident seçkisi keçirildi. Demokratik mühitin mövcudluğu, yüksək vətəndaş və elektoral fəallıq, beynəlxalq və yerli ictimaiyyətin böyük marağı şəraitində keçən bu seçki bir daha təsdiq etdi ki, Azərbaycan cəmiyyətində ölkənin gələcəyi, onun strateji inkişaf kursu ilə bağlı ciddi fikir ayrılığı yoxdur. Hələ seçkidən xeyli əvvəl ekspertlər, politoloqlar Prezident İlham Əliyevin şəksiz lider olduğunu bəyan edir, bütün sosioloji sorğuların nəticələri dövlətimizin başçısının növbəti dəfə parlaq qələbə qazanacağını təsdiqləyirdi. Məsələn, Avropa İttifaqının "Avropa Qonşuluq Barometri" çərçivəsində keçirilmiş sorğu göstərdi ki, Azərbaycanda əhalinin 92 faizi öz hökumətinə inanır. Bu o deməkdir ki, əhalinin mütləq əksəriyyəti İlham Əliyevin gördüyü işləri bəyənir və Azərbaycan Prezidentinə növbəti dəfə etimad göstərməyə hazırdır. Bütün obyektiv rəy sorğuları xalqla cənab İlham Əliyevin sıx birliyini əyani şəkildə nümayiş etdirdi. Təsadüfi deyil ki, dünyanın 100-ə yaxın ölkəsini təmsil edən 1200-dən artıq müşahidəçi, nüfuzlu beynəlxalq qurumlar da daxil olmaqla, 50-yə yaxın təşkilat seçkilərin tam demokratik, şəffaf, ədalətli keçirildiyini və cənab İlham Əliyevin layiqli qələbə qazandığını bəyan etmişlər. Azərbaycan xalqı Prezident İlham Əliyevə yenidən etimad göstərməklə həm bu günə kimi görülmüş işlərə yüksək qiymət vermiş, həm də Azərbaycanın gələcəyi, milli inkişaf istiqamətləri ilə bağlı cənab Prezidentin planlarına birmənalı dəstəyini ifadə etmişdir. Buna görə də prezident seçkisi və onun məntiqi nəticəsi 2013-cü ildə xalqımız və milli dövlətçiliyimiz üçün ən mühüm hadisə hesab olunmalıdır. - Əli müəllim, 2013-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafının ümumi yekunları barədə nə deyə bilərsiniz? - Əminliklə demək olar ki, 2013-cü ildə qarşıya qoyulmuş bütün vəzifələr uğurla icra olunmuş, ölkə iqtisadiyyatının dinamik inkişafı, dövlət proqramlarının, investisiya layihələrinin reallaşdırılması, makroiqtisadi sabitliyin qorunması, əhalinin sosial rifahının yüksəlməsi təmin edilmişdir. Bu il iqtisadi artım 6 faizə yaxın olmuş, iqtisadiyyatın qeyri-neft sektoru isə 10 faiz çoxalmışdır. Bilirsiniz ki, 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmuşdur. İKT Azərbaycan iqtisadiyyatının ən sürətlə inkişaf edən, ən gəlirli və proqnozlara görə, ən perspektivli seqmentlərindən biridir. Bu ilin fevralında Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması xalqımız üçün tarixi hadisə, mühüm nailiyyət, dövlətimizin böyük qələbəsi olmuşdur. 2013-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində müasir iqtisadi və sosial infrastrukturun yaradılması istiqamətində görülən mühüm işlər davam etdirilmiş, rayonların abadlaşdırılması və digər məsələlər uğurla həll olunmuşdur. Yola saldığımız ilin 9 ayında regionlarda 260 sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 90 minə yaxın yeni iş yeri açılmışdır. Artıq Prezident İlham Əliyev növbəti illər üçün yeni dövlət proqramlarının həyata keçiriləcəyini bəyan etmiş və bildirmişdir ki, onların reallaşdırılması nəticəsində regionlarda və Bakıətrafı kənd və qəsəbələrdə həll olunmamış problem qalmayacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının layiqli həyat şəraitini təmin etməkdən ibarətdir. Təbii ki, sürətli iqtisadi inkişaf həm də əhalinin sosial müdafiəsinin güclənməsi, vətəndaşların rifahının yüksəlməsinə mühüm təsir göstərmişdir. Əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycanda əmək haqları, təqaüdlər artırılmışdır. Bu, öz növbəsində, özəl sektorda da çalışanların gəlirlərinin yüksəlməsini stimullaşdırmışdır. Nəticə etibarilə hər il əhalinin gəlirləri artaraq inflyasiyanın səviyyəsini dəfələrlə üstələmişdir. Məsələn, cari ildə inflyasiya cəmi 2,3 faiz təşkil etdiyi halda, əhalinin gəlirləri 7,6 faiz çoxalmışdır. Hər il 20 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin olunur. Dövlət heç bir yerdən yardım almadan, öz hesabına təbii fəlakətlərin ağır nəticələrini aradan qaldırır, ziyan çəkmiş ailələrə yeni mənzillər verir, dağılmış infrastrukturu bərpa edir. Bir sözlə, ölkə iqtisadiyyatına yatırılan investisiyalar, yaradılan yeni iş yerləri, sənaye istehsalının artımı, iqtisadiyyatda yeni istiqamətlərin müəyyənləşdirilməsi və işlənməsi, xüsusilə innovasiyaların tətbiqi qarşıdan gələn dövrdə istər qeyri-neft sektorunun, istərsə də neft sənayesinin sürətli inkişafını təmin edəcəkdir. - Demək olarmı ki, artıq enerji amili arxa plana keçir? - Xeyr, enerji amili hələ uzun illər bundan sonra da öz aktuallığını saxlayacaqdır. Qarşıda duran strateji hədəf enerji amilindən istifadə etməklə güclü qeyri-neft sektorunun yaradılmasına, iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına və tamamilə aradan qaldırılmasına nail olmaqdır. Hazırda həyata keçirilən tədbirlər və əldə edilən real nəticələr göstərir ki, Azərbaycan yaxın gələcəkdə bu məqsədə də nail olacaqdır. Çünki son illər ərzində qəbul olunmuş bir sıra mühüm qərarlar, Azərbaycanın beynəlxalq tərəfdaşları ilə imzaladığı sazişlər, xüsusilə "Şahdəniz-2" layihəsinin sanksiyalaşdırılması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasına yeni nəfəs vermiş və iqtisadi sahədə qarşımızda duran strateji hədəfə çatmaq üçün imkanlarımızı daha da genişləndirmişdir. "Şahdəniz-2" layihəsinin sanksiyalaşdırılması, hasil olunacaq qazın nəqli ilə bağlı müxtəlif layihələr təqdim edilsə də, sonda Azərbaycanın mövqeyi həlledici olmuşdur. Bu məsələdə Prezident İlham Əliyev prinsipial mövqe nümayiş etdirmiş, böyük Azərbaycan qazının Avropaya nəqli məsələsində başlıca şərt kimi Azərbaycanın milli maraqları əsas götürülmüşdür. Beləliklə, 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandumun, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair sazişin imzalanması, 2013-cü ildə isə TAP layihəsinin əsas ixrac marşrutu kimi seçilməsi, bu il dekabrın 17-də "Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarının qəbul edilməsinə şərait yaratmışdır. Tam əminliklə demək olar ki, "Şahdəniz-2" Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni bir vəziyyətin yaranmasına səbəb olacaq və tarixə XXI əsrin layihəsi kimi düşəcəkdir. Göründüyü kimi, Azərbaycanın enerji siyasəti nəinki ölkəmiz və regionumuz, həm də dünya üçün əhəmiyyətli məsələdir. - Başa çatmaqda olan bu ildə Azərbaycanın xarici siyasət uğurlarını necə xarakterizə edərdiniz? - Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının yüksəlməsi həm də ölkəmizin həyata keçirdiyi müstəqil xarici siyasətin uğurlarını şərtləndirən başlıca amillərdən biri olmuşdur. 2013-cü ildə Azərbaycan həm üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində öz fəallığı ilə seçilmiş, həm də çoxtərəfli və ikitərəfli əməkdaşlıq əlaqələrini gücləndirmişdir. Bu ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına sədrliyi müddəti ərzində Azərbaycan dünyanın müxtəlif regionlarında cərəyan edən proseslər, o cümlədən sülh və beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi qlobal əhəmiyyətli məsələləri qurumun müzakirəsinə çıxarmışdır. BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilmişdir. Ümumiyyətlə, Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti ilə bir daha təsdiq etmişdir ki, qlobal təhlükəsizliyə, sabitliyə, dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək iqtidarındadır və bu işdə əlindən gələni edir. Bu müddət ərzində Azərbaycan BMT-nin üzv dövlətləri, qurumun rəhbər orqanları, digər beynəlxalq təsisatlarla sıx işbirliyi və əməkdaşlıq münasibətlərini inkişaf etdirmişdir. BMT Təhlükəsizlik Şurası həm də Azərbaycan üçün öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq çərçivəsində həllini diqqətdə saxlamaq üçün bir vasitə olmuşdur. 2013-cü il həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq birlik tərəfindən dəstəklənməsi üçün mühüm il olmuşdur. Qeyd edim ki, BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyü dəstəklənmiş, Ermənistan hakimiyyətindən işğal altında olan Azərbaycan torpaqlarını boşaltmaq tələb olunmuşdur. Artıq 9 ölkə - Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Bosniya və Hersoqovina, Peru və Panamanın parlamentləri Xocalı soyqırımını tanımışlar. ABŞ-ın 13 ştatının qanunverici orqanı Xocalı qətliamını müasir dövrün ən dəhşətli faciələrindən biri, soyqırımı kimi tanıyan sənədlər qəbul etmişlər. - Sizcə 2013-cü il Azərbaycanın ictimai-siyasi həyatında hansı əlamətdar izlər buraxdı? - Dünyanın müxtəlif bölgələrində baş verən xoşagəlməz hadisələr fonunda Azərbaycanda müşahidə olunan dinamik inkişaf, sabitlik, cəmiyyət həyatının ahəngdar ritmi bizim mühüm nailiyyətimizdir. Azərbaycanın düşünülmüş, praqmatik müstəqil daxili və xarici siyasəti dövlətimizi və xalqımızı qlobal aləmdə baş verən bütün problemlərdən sığortalayır, milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirir. Demokratik dəyərlərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi, baş verən mənfi halların aradan qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu ilin fevralında "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin proqram xarakterli nitqi, tənqid və iradlarından sonra dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrası ilə bağlı bütün dövlət orqanlarında müvafiq tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Rəhbər vəzifəli şəxslər bölgələrə səfərlər edərək vətəndaşları qəbul etmiş, insanların arzu və istəklərinin nəzərə alınması, problemlərin həlli sahəsində görülən işlər daha da gücləndirilmiş, dövlət orqanlarının, vəzifəli şəxslərin vətəndaşlarla təmasları intensivləşmişdir. İstər qanunvericilik, istərsə də praktiki sahədə korrupsiyaya, rüşvətxorluğa, digər mənfi hallara qarşı mübarizə daha da sərtləşdirilmiş, sistem xarakterli institusional islahatlar genişləndirilmişdir. "Elektron hökumət"in inkişaf etdirilməsi, bu ilin əvvəlində fəaliyyətə başlamış "ASAN Xidmət" nümunəsi sistem xarakterli dəyişikliklərin tərkib hissəsidir. 2013-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti möhkəmlənmiş, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə dövlət dəstəyi gücləndirilmişdir. Son bir neçə ildə yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Gənclər Fondu və digər təsisatlar qarşılarına qoyulan vəzifələri uğurla icra etmiş, öz səmərəli fəaliyyətləri ilə cəmiyyətdə nüfuzlarını artırmışlar. Təkcə cari ildə bu təsisatlara dövlət tərəfindən ümumilikdə 30 milyon manata yaxın vəsait ayırmışdır və bu da təbii ki, həmin sahələrin inkişafına mühüm dəstəkdir. 2013-cü ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası davam etdirilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən gənclər təşkilatlarının layihələrinə dövlət dəstəyi göstərilmiş, Bakıda və bölgələrdə gənclər mərkəzləri, evləri inşa edilmiş və digər çoxsaylı tədbirlər həyata keçirilmişdir. Azərbaycan dövləti həmişə gənc nəslin inkişafı, gənclərin problemlərinin həlli, arzu və istəklərinin nəzərə alınmasına diqqət və qayğı ilə yanaşmışdır. Prezident İlham Əliyev bütün çıxışlarında gənclər mövzusuna toxunur, onlarla görüşür, təhsil, asudə vaxtlarının təşkili, ictimai fəaliyyət, dövlət idarəçiliyində iştirak və digər məsələlərlə maraqlanır, onlara öz tövsiyələrini verir. Gənclər dövlət quruculuğu prosesinə yaxından cəlb edilir, onların rasional təşəbbüslərinə, mənəvi inkişafına hərtərəfli dəstək verilir, sosial müdafiəsi gücləndirilir, gənclər təşkilatlarının inkişafına böyük diqqət və qayğı göstərilir. - Artıq bir neçə ildir ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bakı şəhəri dünya səviyyəli mərkəzlərdən biri kimi qəbul olunur. 2013-cü ildə Azərbaycanda keçirilmiş tədbirlərin əhəmiyyətini necə xarakterizə etmək olar? - Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, müasir cəmiyyət quruculuğu, ölkəmizin daxili və xarici siyasətdə əldə etdiyi böyük uğurlar, irəli sürdüyü qlobal təşəbbüslər, əlbəttə ki, onun dünya birliyi üçün əhəmiyyətini artırmış, beynəlxalq aləmdə nüfuzunu yüksəltmişdir. Azərbaycan öz müstəqil siyasəti, iqtisadi inkişaf təcrübəsi, mədəni irsi, tolerantlıq nümunəsi, idman sahəsində əldə etdiyi uğurlarla dünyanın diqqətini özünə cəlb etməyi bacarmışdır. Ölkəmizin potensialı və bu illər ərzində qazandığı təcrübə ona istənilən tədbiri layiqli şəkildə təşkil etməyə imkan verir. 2013-cü il Azərbaycanda çoxsaylı regional və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə yadda qalmışdır. Birinci Cənubi Qafqaz Forumunun, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, ABŞ-Azərbaycan Forumunun, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının, Davos İqtisadi Forumunun, III Beynəlxalq Humanitar Forumunn, çoxsaylı idman yarışlarının və digər mühüm tədbirlərin keçirilməsi ölkəmizin dünya miqyaslı iqtisadi, siyasi və humanitar dialoq mərkəzinə çevrildiyini əyani şəkildə göstərdi. Digər tərəfdən, bu tədbirlər regionda mühüm məsələlərin müzakirəsinə və həllinə, türkdilli xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, dünya səviyyəsində mədəniyyətlərarası dialoqun, humanitar əməkdaşlığın güclənməsinə, qlobal iqtisadi məsələlərin nəzərdən keçirilməsi və onların ətrafında səmərəli fikir mübadiləsinin təşkilinə öz mühüm töhfəsini vermişdir. - Sonda bir daha builki prezident seçkisi mövzusuna qayıdaq. Prezident İlham Əliyevin parlaq qələbəsini şərtləndirən əsas amillər nə ilə bağlıdır? - Burada üç amil əsas rol oynamışdır. Birincisi, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil siyasi kursun uğurla davam etdirilməsidir. Bilirsiniz ki, bu il həm də Azərbaycan xalqı Heydər Əliyevin 90 illik yubileyini qeyd etmişdir. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycan dövlətçiliyinin formalaşması, gələcək inkişafının təməlinin yaradılması, ölkəmizin beynəlxalq aləmə uğurlu inteqrasiyası illəri olmuşdur. Bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi və misilsiz xidmətidir. Onun siyasi rəhbərlik nümunəsi nəinki həmin dövrün insanları, hətta gələcək nəsillər üçün də örnəyə çevrilmişdir. Ulu Öndərin formalaşdırdığı milli dövlətçilik siyasəti bundan sonra da Azərbaycan üçün yeganə inkişaf yolu olacaqdır. İkinci amil son 10 ildə Azərbaycanın inkişaf strategiyasının düşünülmüş, elmi əsaslara malik dövlət proqramları əsasında həyata keçirilməsidir. 2004-cü ildən ötən dövr ərzində Azərbaycanın sosial-iqtisadi, regional, ayrı-ayrı sahələrin inkişafını nəzərdə tutan çoxsaylı dövlət proqramları qəbul edilmiş və uğurla həyata keçirilmişdir. Bunun nəticəsində son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi 5,5 faizə düşmüşdür. İşsizliyin səviyyəsi 4,8 faizə enmiş və bu göstəriciyə görə, Azərbaycan dünyanın bir sıra inkişaf etmiş ölkələrini də geridə qoymuşdur. Azərbaycanda müasir iqtisadi və sosial infrastruktur yaradılmış, ölkənin enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunmuşdur. Azərbaycanın dövlət büdcəsi 17 dəfəyə yaxın artaraq 25 milyard dollara çatmışdır. 2003-cü ildə 800 milyon dollar təşkil edən strateji valyuta ehtiyatları artıq 50 milyard dollara yüksəlmişdir. Əmək haqları, pensiyalar, təqaüdlər ardıcıl şəkildə artırılmış və bu göstəriciyə görə, Azərbaycan MDB məkanında öncül yerləri tutmuşdur. Minlərlə istehsal obyekti, nəhəng zavod və fabriklər, texnoparklar tikilmiş, 1,2 milyon yeni iş yeri yaradılmışdır. 2500 məktəb, yüzlərlə səhiyyə müəssisəsi, mədəniyyət, idman obyektləri tikilmişdir. Nəhəng infrastruktur layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan regionun həm də nəqliyyat-logistika mərkəzinə çevrilmişdir. Həyata keçirilmiş regional inkişaf proqramları paytaxtla bölgələr arasında kəskin fərqin aradan qaldırılmasına ciddi təsir göstərmişdir. Regionlar da paytaxt kimi dinamik inkişaf etmiş, müasirləşmişdir. Əldə olunmuş mühüm nailiyyətlər sayəsində Azərbaycan dünyanın aparıcı maliyyə və iqtisadi institutlarının hesabatlarında öncül sırada yer almağa başlamışdır. Dünya İqtisadi Forumunun 2013-cü ildə açıqladığı hesabata əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına görə dünyada 39-cu ölkədir və Avropa İttifaqının 28 üzv ölkəsindən 16-nı qabaqlayır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ümumxalq dəstəyi dövlətimizin başçısının parlaq qələbəsini şərtləndirən üçüncü əsas amil olmuşdur. Cənab İlham Əliyevin bu günədək irəli sürdüyü təşəbbüslər, təsdiq etdiyi proqramlar, verdiyi qərarlar xalqın istək və arzularını əks etdirmiş, onların həyata keçirilməsi nəticəsində əldə olunmuş böyük uğurlar isə vətəndaşların öz liderinə inamını daha da artırmışdır. Bu inam və dəstək 2013-cü ilin oktyabrında Azərbaycan Prezidentinin qarşıdan gələn dövrdə cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirmək, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə yüksəltmək planlarına ümumxalq dəstəyində öz ifadəsini tapmışdır. Cənab İlham Əliyev də xalqın güclü dəstəyini, etimadını görür və buna görə daha da cəsarətlə, inamla milli maraqlara əsaslanan siyasətini davam etdirir. Hesab edirəm ki, 2013-cü il Azərbaycan üçün bütün sahələrdə çox uğurlu il olmuş və qarşıdan gələn dövrdə yeni mühüm nailiyyətlərin əsası qoyulmuşdur. Bununla belə, öz həllini gözləyən məsələlər də az deyildir. Onlardan ən vacibi Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə biz bu problemi də həll edəcəyik, ölkəmizi və xalqımızı daha böyük nailiyyətlərə, zəfərlərə doğru inamla aparacağıq.
2013-cü il seçkilərində İlham Əliyevin qələbəsinin üç mühüm şərti...
Əli Həsənov Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı 2 illik fəaliyyətinin ən mühüm nəticələrini təhlil etdi

Bakı xəbər. - 2013.- 30
dekabr.- S.4-5.