Azərbaycanda həyata keçirilən səhiyyə islahatlarında ictimai maraqların müdafiəsi

 

Azərbaycan səhiyyəsi özünün yeni bir mərhələsinə qədəm qoyub. Müəyyən problemləri nəzərə almasaq, deyə bilərik ki, səhiyyəmiz həm dövlət, həm də özəl sektorun payına inkişaf edir. Ekspertlər bildirir ki, Azərbaycanda ötən 10 ilə yaxın dövr ərzində iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb.

   Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir.

   Həkim-terapevt Kəmalə Zeynalova bizimlə söhbətində bildirdi ki, əvvəllər səhiyyə sahəsində mövcud olan və əhalinin, ictimaiyyətin ciddi narahatlığına səbəb olan bir sıra problemlər artıq öz həllini tapıb, bəziləri isə aradan qaldırılmaq üzrədir: "Müasir Azərbaycan səhiyyəsində neçə illərdir ki, ardıcıl olaraq islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycan dövlətinin birbaşa dəstəyi və hazırlayıb həyata keçirdiyi proqramlar əsasında reallaşır. Bilirik ki, Azərbaycan əhalisi, ictimaiyyəti son illərə qədər səhiyyə xidmətlərindən elə də razı deyildi. Amma axır zamanlar görülən və görülməsi nəzərdə tutulan işlər bu sahədə vəziyyəti xeyli dəyişib. Azərbaycanda səhiyyə sahəsində çox böyük islahatlar aparılır. Ölkənin bütün bölgələrində yeni tibb müəssisələri yaradılır, maddi-texniki baza yenilənir, ən müasir avadanlıqlarla təmin olunur. Bu gün Azərbaycanda tibb sahəsində quraşdırılan avadanlıqlar dünyanın aparıcı klinikalarında olan avadanlıqlardan geri qalmır. Təbii ki, bütün bunlar tibb təhsil sistemində də uyğun dəyişiklikləri, tibb avadanlıqları ilə işləyən həkimlərin peşəkarlığının artırılmasını tələb edir. Azərbaycan tibb təhsil sisteminin inkişafı ilə bağlı təhsil və kadr hazırlığında xeyli dəyişikliklər var. Deyim ki, son illər dünya miqyasında tibb elminin sürətlə inkişafı tibb təhsil sistemində də köklü dəyişiklikləri diktə edir. Ölkənin tibb təhsil sistemində bununla bağlı bir sıra islahatlar aparılır. Səhiyyənin başqa sahələri üzrə ekspertlər deyir ki, son 40-50 il ərzində dünya tibb elminin inkişafı nəticəsində əldə olunan böyük elmi nailiyyətlər sırasına xəstəliklərin əmələgəlmə səbəblərinin müəyyənləşdirilməsinə müasir baxışları, yeni diaqnostikanı, müalicə metodlarını vasitələrini aid etmək olar. Məsələn, 40 il bundan əvvəl rentgenoloji diaqnostika aparıcı müayinə idisə, indi müxtəlif tomoqrafiya üsulları daha geniş istifadə olunur".

   K.Zeynalovanın sözlərinə görə, dövlət başçısı tərəfindən səhiyyə sahəsindəki islahatlara stimul verən bir sıra sərəncam fərmanlar var. K.Zeynalova bildirdi ki, "Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı icbari tibbi sığortanın tətbiqi Konsepsiyası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı bu qəbildəndir: "Bu sərəncamda deyilir ki, son illərdə Azərbaycan Respublikasında həyata keçirilən uğurlu iqtisadi siyasət əhaliyə göstərilən tibbi xidmətlərin müasir standartlara çatdırılması, bu sistemin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlverişli zəmin yaradıb. Səhiyyə sahəsində əsas xəstəliklərin profilaktikası üzrə bir sıra dövlət proqramları qəbul edilib onların icrasının maliyyə təminatı məsələləri həll olunub: "Bununla yanaşı, səhiyyə sisteminin maliyyələşdirilməsi prinsipləri üzrə köklü islahatlar həyata keçirilmədən, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin arzuolunan səviyyəyə çatdırılması mümkün deyil". Dövlət başçısının imzaladığı həmin sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarını yaratmaq, bu sahənin idarə olunmasını təkmilləşdirmək, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq icbari tibbi sığortanın tətbiqinə başlamaq məqsədilə qərar qəbul edilib. Bu sərəncamın 1-ci bəndində "Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı icbari tibbi sığortanın tətbiqi Konsepsiyası təsdiq edilsin (əlavə olunur)", 2-ci bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində bu Konsepsiyanın həyata keçirilməsi ilə bağlı 2008-2012-ci illəri əhatə edən Tədbirlər Planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin" deyə bildirilir. Əslində bu böyük bir işdir. Konsepsiya hazırlandıqdan sonra gördük ki, burada tibbin bütün sahələri əhatə olunub. Bundan başqa, bu sənəddə ictimaiyyətin maraqlarına da önəm verilib. Bilirsiz ki, artıq xeyli zamandır bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il ərzində 10 dəfədən çox artıb. Bu dövrdə böyük əksəriyyəti respublikanın bölgələrində olan 500-dən artıq tibb müəssisəsinin tikintisi ya əsaslı təmiri həyata keçirilib, tibb müəssisələrinin hamısı müasir texnika avadanlıqla təchiz olunub. Bu dövrdə səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi 11 dəfə artıb. Yolxucu xəstəliklərlə mübarizə işində əhəmiyyətli nəticələr əldə olunub, bu sahə praktik səhiyyənin prioritet istiqaməti kimi daim diqqət mərkəzində saxlanılmaqdadır. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda uşaq ölümünün sayı kəskin şəkildə aşağı düşüb, həmçinin ana uşaq ölümünün səviyyəsi bir neçə dəfə aşağı salınıb. Səhiyyə sistemi dövlət büdcəsindən böyük xərclər tələb edən sosial sahə olduğuna görə bu sahədə irimiqyaslı islahatların aparılması, xəstəxanaların yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz olunması, yeni müalicə-diaqnostika mərkəzlərinin tikintisi üçün dövlətin iqtisadi imkanlarının genişlənməsi zəruri idi. Bu baxımdan Azərbaycanda səhiyyə islahatları ölkə iqtisadiyyatında sürətli inkişafın başlaması ilə paralel olaraq 2004-cü ildən etibarən daha da genişlənib. Səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, Azərbaycanın səhiyyə idarə müəssisələrinin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir".

   K.Zeynalovanın dediyinə görə, bu səbəbdən Azərbaycan hökuməti ÜST(WHO), UNİCEF, USAİD-nin İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Blumberq Təşəbbüsü Fondu, Dünya Bankı, Avropa Komissiyası, BMT-nin müvafiq strukturları digər qrumlar ilə fəal əməkdaşlığa başlayıb: "Səhiyyə sistemində islahatlar layihəsi çərçivəsində Azərbaycan hökuməti 2006-cı ilin sentyabrında Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası ilə maliyyələşmə sazişi imzalayıb. Bu saziş 6 il ərzində səhiyyədə struktur idarəetmə islahatlarına dair layihənin həyata keçirilməsini nəzərdə tuturdu. Layihə Səhiyyə Nazirliyinin idarəetmə potensialının gücləndirilməsini, səhiyyə xidmətlərinin çatdırılmasının yaxşılaşdırılmasını, kadr resurslarının inkişaf etdirilməsini s. əhatə edirdi. İslahatların gedişi Dünya Bankının xüsusi missiyası tərəfindən izlənilir nəticələrlə bağlı müsbət rəylər verilir. Həmçinin səhiyyə sistemində aparılan islahatlar Avropa Komissiyasının Azərbaycana dair Yaxın Qonşuluq Siyasəti təşəbbüsü çərçivəsində hazırlanan tərəqqi hesabatlarında son bir neçə ildir ki, davamlı olaraq müsbət rəylə qiymətləndirilir. Son illərdə ölkədə həyata keçirilən, ana uşaq sağlamlığının yaxşılaşdırılmasına müsbət təsir göstərən, əhalinin ümumi sağlamlığının möhkəmləndirilməsinə yönələn tədbirlərə çox məsələlər daxildir. Bura dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin məbləğinin əvvəlki illərlə müqayisədə 10 dəfədən çox artması, səhiyyə obyektlərinin tikintisi, təmiri, bərpası yenidən qurulması üçün xeyli miqdarda vəsait ayrılması, özəl səhiyyə xidmətinin inkişafı, səhiyyənin maddi-texniki təminatının möhkəmləndirilməsi daxil olub. Həmçinin, 2008-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika müəssisələrində pullu xidmət ləğv edildi ki, bu da insanların sağlamlığının qorunması sahəsində çox mühüm əhəmiyyətli addım sayılır. Səhiyyə sistemində aparılan islahatların mühüm istiqamətlərindən biri Azərbaycanda əhali arasında məcburi tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlərdir. Bu məqsədlə son illərdə beynəlxalq praktika öyrənilir, qanunvericilik bazası hazırlanır. Məcburi tibbi sığorta sisteminə əsasən pensiyaçılar üçün tibbi sığorta haqqını Dövlət Sosial Müdafiə Fondu, işləməyən vətəndaşlar sosial yardım alanlar üçün isə dövlət ödəyəcək. Nəticədə ölkə əhalisinin bütün təbəqələrini tibbi sığorta xidmətləri şəbəkəsinə cəlb etmək mümkün olacaq".

   K.Zeynalovanın sözlərinə görə, səhiyyə sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin keyfiyyətli əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında xüsusi yer tutur: "Konsepsiyada səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin tikintisi, əsaslı təmiri yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz edilməsi, səhiyyə islahatlarının planlı şəkildə davam etdirilməsi nəzərdə tutulub. Bundan əlavə, dövlət tərəfindən sosial xəstəliklərlə (diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS s.) mübarizə sanitariya maarifi işi, narkomaniya alkoqolizmlə mübarizə üzrə müxtəlif dövlət proqramları vasitəsilə həyata keçiriləcək. Azərbaycanda əhalinin sağlamlığının qorunmasına səhiyyə xidmətlərinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırılmasına yönələn dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm elementlərindən biridir. Belə ki, sağlam insan güclü səhiyyə uzunmüddətli, dayanıqlı inkişafı təmin etmək üçün insan resurslarına nail olmağa imkan verir.

   Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan, ictimaiyyət, vətəndaş amili dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq edir".

 

   Ardı var...

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2013.- 2 iyul.- S. 15.