"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı"nda nəzərdə
tutulan tədbirlərin icrası və ictimai maraqların müdafiəsi
Korrupsiya bütün dövlətlərdə arzuedilməz bir hal kimi tənqid edilir və bu hala yol verənlər layiq olduqları cəzanı alır. Azərbaycan dövlətini və Azərbaycan ictimaiyyətini də bu məsələ çox ciddi şəkildə narahat edir. Odur ki, dövlətimiz korrupsiya halları ilə mübarizə sahəsində bir sıra işlər görüb. Deyərdik ki, Azərbaycan dövləti beynəlxalq aləmdə də korrupsiya düşməni olan bir dövlət kimi tanınır.
Mövzu ilə bağlı keçən yazımızda qeyd etdiyimiz kimi, korrupsiyanın qarşısının alınması üçün dövlət ictimaiyyətin maraqlarına uyğun qanunlar, sənədlər qəbul edib. Bilirik ki,
Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2421 nömrəli Sərəncamı ilə təsdiq edilən "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlərin icrası barədə artıq mətbuatda uğurlu fikirlər yer alır.
Əmlak Məsələləri Dövlət Komitəsinin bu ilin yanvar ayının 17-də illik hesabatında antikorrupsiya mübarizəsi haqda görülən tədbirlər yer alıb. Burada qeyd olunur ki, "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2012-ci ildə bir sıra tədbirlər həyata keçirilib: "Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin 2012-ci il üçün İş Planı təsdiq edilib. Həmin İş Planında "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" üzrə konkret tədbirlər göstərilib, komitənin aidiyyəti bölmə və qurumları üzrə görüləcək işlər və nəticə indikatorları müəyyən edilib. "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə komitənin sözügedən İş Planı üzrə bir sıra tədbirlərin icrasına başlanıb və hazırda davam etdirilir. "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, komitə sədrinin vətəndaşların birbaşa və səyyar qəbulunun qrafiki hazırlanıb və ayda bir dəfə həyata keçirilir. Eyni zamanda, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə komitədə vətəndaşların ərizə və şikayətlərinin qəbulu və qeydiyyatı "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində hazırlanmış Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sistemi (ASDİS) vasitəsilə aparılır".
Hüquqşünas Aysel Kəlbalıyeva bizimlə söhbətində Milli Fəaliyyət Planından danışarkən bildirdi ki, ictimaiyyətin razılıqla qarşıladığı bu şərait onlara imkan verir ki, üzləşdikləri bu kimi hallarla bağlı müvafiq qurumlara müraciət etsinlər. A.Kəlbalıyevanın məlumatına görə, əhalinin bütün müraciətləri araşdırılır və tədbir görülür: "Milli Fəaliyyət Planına uyğun olaraq, maraqlar toqquşmasının qarşısının alınması istiqamətində komitədə iş aparılır. 2013-cü ildə maraqlar toqquşmasının qarşısının alınması üzrə treninqlərin təşkil edilməsi nəzərdə tutulub. Hazırda bu işlər davam etdirilir. Sözügedən Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı komitənin ərazi şöbələrində çalışan dövlət qulluqçuları üçün 2012-ci il 9 oktyabr və 22 dekabr tarixlərində "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda seminarlar keçirilib. Eyni zamanda, etik davranış məsələləri üzrə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2012-ci ildə görülmüş tədbirlər barədə illik hesabatın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya göndərilməsi və ictimaiyyətə açıqlanması təmin edilib. Deyim ki, Komitənin internet saytında "Etik davranış qaydaları" bölməsi yaradılıb. Həmin bölmədə müvafiq normativ-hüquqi aktlar və etik qaydalar öz əksini tapıb. "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan dövlət satınalmalarının təkmilləşdirilməsi və şəffaflığın artırılması tədbirləri ilə bağlı qeyd edilməlidir ki, dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iştirak edən iddiaçıların hüquqları mövcud qanunvericiliyə uyğun qaydada qorunur. İddiaçılar tərəfindən daxil olan ərizə və şikayətlərə təxirə salınmadan baxılaraq müvafiq tədbirlər görülür. Eyni zamanda, dövlət satınalmaları keçirilən zaman korrupsiya halları aşkar edilərsə, bu barədə hüquq-mühafizə orqanlarına müvafiq məlumatlar təqdim olunacaq. "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb".
A.Kəlbalıyeva dedi ki, müxtəlif qurumların əhalinin göstərilən xidmətlərin səviyyəsinə münasibətini öyrənməsi məqsədilə bütün ərazi idarələrində və onların tabeliyində olan rayon şöbələrində şikayət və təklif qutuları yerləşdirilib: "Qutular iş gününün sonunda açılaraq onlara daxil olan müraciət, şikayət və ya təkliflər ərazi idarələrində yaradılmış komissiyalar tərəfindən araşdırılır və müvafiq tədbirlər görülür.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin göstərdikləri xidmətlər müqabilində dövlət rüsumları və xidmət haqlarının ödənilməsinin avtomatlaşdırılması və ödəniş sistemləri infrastrukturuna texnoloji inteqrasiyası məqsədilə müvafiq şəbəkə əlaqəsinin və proqram təminatının hazırlanması, həmçinin uyğun bir ödəniş sisteminin yaradılması məqsədilə köməklik üçün "Kapital Bank"a müraciət olunub. Bu işlərin görülməsinin mümkünlüyü ilə əlaqədar texniki imkanların və görüləcək işlərin alqoritminin müəyyənləşdirilməsi məqsədilə "Kapital Bank"ın mütəxəssisləri ilə bir neçə görüş keçirilib. İlkin mərhələdə bütün məsələlər ətrafında prinsipial razılıq əldə edilib və tələblər müəyyən edilib. "Kapital Bank"ın aidiyyəti struktur bölmələri ilə danışıqlar aparıldıqdan sonra Bank və Xidmət arasında fiberoptik kabelin çəkilişi üçün qiymət təklifi alınıb. Həmçinin proqram təminatının yazılması istiqamətində də müəyyən işlər aparılıb. Ümumiyyətlə, Əmlak Məsələləri Dövlət Komitəsinin öz səlahiyyətlərinə uyğun olaraq həyata keçirdiyi elektron xidmətlərlə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı" ilə Əmlak Məsələləri Dövlət Komitəsi üzrə müəyyən edilən elektron xidmətlərdən beynəlxalq layihələr çərçivəsində ayrılmış vəsait hesabına üçünün (daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu; müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı; daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu) tam işləməsi cari ilin may ayından etibarən təmin edilib. Müraciət edən şəxslər öz elektron imza kartlarından istifadə etməklə mövcud elektron xidmətlərdən sərbəst və maneəsiz şəkildə istifadə edə bilər. İstinad etdiyim faktlar "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasına dair hesabatda əksini tapıb. Daha sonra sənəddə deyilir ki, göstərilən elektron xidmətlər sayəsində hər bir vətəndaş daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün ərazi qeydiyyat idarələrinə internet vasitəsilə on-layn müraciət edə bilər. Hazırda məhdudiyyət haqqında arayışların verilməsi və təkrar bazardan qayıdan əmlakların qeydiyyatı ilə bağlı müraciətlər elektron qaydada qəbul olunur. Gələcəkdə isə ipotekanın qeydiyyatı, ləğvi, hüquqların tanınması kimi proseslərin də elektron formada aparılması nəzərdə tutulub. Bu məqsədlə hazırlanmış "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi, "Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq razılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib. Əmlak Məsələləri Dövlət Komitəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu, daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu, müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı ilə bağlı 2012-ci ilin may-dekabr ayları ərzində hüquqi və fiziki şəxslərdən 1560 elektron müraciət daxil olub.
Bunlardan 1495-i müsbət həll olunub, 7-nin icrasından imtina olunub, 58-i isə icra olunmaqdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı" ilə Əmlak Məsələləri Dövlət Komitəsi üzrə müəyyən edilmiş elektron xidmətlərdən müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin internet saytının elektron xidmətlər bölməsində aidiyyəti üzrə tələb olunan sənədlər və sifariş forması yerləşdirilib".
A.Kəlbalıyeva dedi ki, bütün bu sənəddə əksini tapan məsələlər ictimaiyyətin narahatlığına cavab olaraq qoyulub. Azərbaycan dövlətinin antikorrupsiya siyasəti Azərbaycan ictimaiyyətinin də dəstəyini qazanıb.
Ardı var...
İradə
SARIYEVA
Bakı xəbər.- 2013.- 17 iyul.-
S. 15.